Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

AH, PARIS,  
PARIS!.. 
 
(Iyirmi bir şəkildən ibarət komediya) 
 
 
 
 

 
125
İŞTİRAK EDƏNLƏR 
 
Əhməd bəy 
 
– 28 yaşında, Fransadan gəlib. 
Mehdiqulu bəy
  
– 60 yaşında, Əhməd bəyin dayısı,  
 
   Fransadan gəlib. 
 
Bəbirzadələr ailəsi: 
Əsədulla
  
– 55 yaşında, ət kombinatının müdiri. 
Firəngiz xanım  
– 50 yaşında, Əsədullanın arvadı. 
Züleyxa – 
21 
yaşında, tələbə, Əsədullanın  
 
  qızı. 
Eynşteyn – 
30 
yaşında, Əsədullanın köməkçisi. 
 
Polyaniçkolar ailəsi: 
Ivan Ivanoviç Polyaniçko– 50 yaşında, artist. 
Vera Nikolayevna 
– naməlum yaşda, artist Ivan    
 
   Ivanoviçin arvadı. 
 
Isgəndərzadələr ailəsi: 
Isgəndərzadə 
–  55 yaşında, Azərbaycan Kommunist  
 
   Partiyası Mərkəzi Komitəsinin  
 
   məsul işçisi. 
Gülər xanım – 
50 
yaşında, Isgəndərzadənin arvadı. 
Gülbəniz – 
22 
yaşında, Isgəndərzadələrin qızı. 
Nurbəniz – 
20 
yaşında, Isgəndərzadələrin qızı. 
Süpürgəçi kişi. 
Müxbirlər: 
Birinci müxbir. 
Ikinci müxbir. 
Üçüncü müxbir.  
Fotoqraf qız. 
Fotoqraf oğlan. 
Operator. 
Qadın. 
Birinci qız. 
Ikinci qız.  
Oğlan. 
Kişi. 
Xor. 
Pıçı-pıçı. 
 
 
 
Məkan – Bakı şəhəri. 
Zaman – 1991-ci il, avqustun sonu. 
 
 
 
 

 
126
BİRİNCİ ŞƏKİL 
 
Xor. 
Səhnə tamam qaranlıqdır. Işıq yalnız sol küncdəki  
plakatın üstünə düşüb. 
 
 
Xor.  
– Istefa! 
– Is-te-fa! 
– Is-te-fa! 
– Yaşasın azad Azərbaycan! 
– Biz SSRI-nin tərkibindən çıxmaq 
 
  istəyirik! 
– Bir dəfə yüksələn bayraq bir daha  
 
enməz! 
– Öz içimizdən olan satqınlara, imperiya nökərlərinə ar olsun! 
– Ar olsun! 
– Ar olsun! 
– Ar olsun! 
– Qarabağ Azərbaycanın döyünən ürəyidir! 
– Imperiya! Azərbaycandan əl çək! 
– Qəsbkar! Sən məğlub olacaqsan! 
– Sov.IKP, cavab ver! 
– Is-te-fa! 
– Is-te-fa! 
– Is-te-fa! 
 
Işıq sönür. 
 
 
İKİNCİ ŞƏKİL 
 
Pıçı-pıçı. Süpürgəçi kişi. 
 
Səhnə yarımqaranlıqdır və güman ki, əsrin lap əvvəllərində tikilmiş bu Avropa üslublu binanın, onun həyətinin 
yalnız konturları görünür. 
Həyətin o tərəf-bu tərəfinə səpələnmiş pıçı-pıçı sahiblərinin də işıq düşəndən-düşənə ancaq siluetlərini görmək 
mümkündür. 
Və bir də ki, səhnənin dərinində həyəti süpürən Süpürgəçi kişi tez-tez pıçı-pıçı sahiblərinə tərəf boylanır. 
Qadın(pıçıltı ilə). Ölmüş nə gözəldi!.. 
Birinci qız(pıçıltı ilə). Ah, Fransadan gəlib!.. 
Ikinci qız(pıçıltı ilə). Adı Əhməd bəydi!.. 
K i ş i (pıçıltı ilə). Milyonçudu!.. 
O ğ l a n (pıçıltı ilə). Milyonçu?.. 
K i ş i (pıçıltı ilə). Bəli!.. Milyonçu!.. 
Q a d ı n (pıçıltı ilə). Burada evlənmək istəyir!.. 
Birinci qız(pıçıltı ilə). Ah!.. 
Ikinci qız (pıçıltı ilə). Fransa!.. Fransa! 
Q a d ı n (pıçıltı ilə). Əhməd bəy!.. 
Kişi (pıçıltı ilə). Milyonçu!.. 
O ğ l a n (pıçıltı ilə). Fransa!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ÜÇÜNCÜ ŞƏKİL 

 
127
 
Bəbirzadələrin evi. Firəngiz xanım, Əsədulla, Eynşteyn. Firəngiz xanım qonaq otağında divanda oturub 
televizora baxır. Əsədulla hövlnak içəri daxil olur. 
 
Firəngiz xanım.  Əsədulla, bax e, Bolqarıstanı göstərirlər. Nə gözəl yerdi e! Dükanlarının 
qabağında oçered-zad yoxdur! On-on beş adam dayanıb, vəssalam! 
Əsədulla(həyəcanlı).  Əh!.. Fransanın yanında Bolqarıstan nədi?! Fransa! Başa düşürsən, 
Fransa! Nə Bolqarıstan? Bolqarıstan dünənəcən bizim əlimizin altındaydı  də! Bizim də ki, 
toxumumuz hara düşdü, ora batır! Fransa! Nə oldu o əbləhin adı? 
F i r ə n g i z  x a n ı m. Nə olub sənə, Əsədulla? Kimin adını deyirsən? 
Ə s ə d u l l a. Bizim o gədənin də! Pamoşnikin! 
F i r ə n g i z  x a n ı m. Eynşteyn! 
Ə s ə d u l l a. Vay sənün atova lənət olsun! Alə, adama da belə ad qoyarlar? Beş ildi əlimin 
altındadı, hər gün də adını yadımdan çıxarıram! Noldu, gəlib çıxmadı o? 
F i r ə n g i z  x a n ı m. Eynşteyn? Yox, gəlməyib. Nədi ki? 
Ə s ə d u l l a. Iş dalıyca göndərmişəm! Xəbər gətirsin görək nolacaq bu işlərin axırı?! 
Görmürsən dünya necə dağılır?! Eynşteyn... Allaha and olsun, mən heç pişiyimə  də belə ad 
qoymaram! Adamın belə adda pamoşniki olanda, özü də pis günə qalar də!.. 
F i r ə n g i z  x a n ı m. Axı, nə olub yenə? 
Ə s ə d u l l a. Nə olacaq? Dünən nəyidi, bu gün onnan da pisdi, sabah bunnan da pis olacaq!.. 
It  əzabıynan qazan, pul yığ!.. Indi də qal belə! Pulun qiyməti düşür gün-günnən! Almağa bir şey 
yox!.. Sabaha etibar yox!.. Bilmirsən kapitalizmdi, bilmirsən sosializmdi!.. 
F i r ə n g i z  x a n ı m. Əşşi, sənin nə işinə qalıb e! Istəyir kapitalizm olsun, istəyir sosializm! 
Ə s ə d u l l a. Ay-hay!.. Arvad ki, arvad! Elə bilir ki, hər şey elə göydən düşür! Ara qarışıb, 
məzhəb itib, Firəngiz!.. Çox e, çox qarışıb aləm, qadovu alım sənün!.. Heç xoşuma gəlmir bu işlərin 
axırı, Firəngiz!.. Bilmirsən yuxarının sözünə baxasan, yoxsa aşağının?! Bilmirsən kimə hörmət 
eləyəsən ki, mayon batmasın! Alə, belə də zəmanə olar?! Rüşvəti də bilmirsən ki, kimə verəsən?! 
 
Pauza. 
 
F i r ə n g i z  x a n ı m. Əsədulla, sabah nə bişirəcəyəm? 
Ə s ə d u l l a (əlini yelləyir). Ay-hay!.. 
F i r ə n g i z  x a n ı m. Əsədulla, sabahkı xörəyin adını qoy! 
Ə s ə d u l l a. Zəhrimar! Xörəyin adı  zəhrimar! Qoy qabağıma, yeyim, canım qurtarsın 
birdəfəlik! Belə də həyat olar? Altunda bu qədər pul olsun, sabahkı günüvə də etibar olmasın? Alə, 
hansı  məmləkətdə belə  əbləh iş görünüb? Vallah, mən deyirdim, bu sovet hökumətinə heç nə 
batmaz! Ordusu varıydı! Keqebesi varıydı! O boyda partiyası varıydı!.. Alə, hamısı  əldə 
qayırmaymış e!.. Yalannan camaata «xox!» eliyirmişlər!.. Bude, dağılır! Batır! Bəs bizim pulumuz 
nolacaq?! Bu boyda imarət düzəltmişəm, day Bakıda adam qalmayıb rüşvət vermiyim, bəs bunnar 
kimə qalacaq, nolacaq?! Yox, Fransa! Ümid, ancaq Fransayadı! 
F i r ə n g i z  x a n ı m. Əsədulla, xörəyin adını qoy! Fransa nədi, zad nədi? 
Ə s ə d u l l a. Xörəyin adını qoydum də, zəhrimar! Fransa da odu ki, köçüb gərək gedək 
oturaq orda! Bu ölkə day batır e, Aşqabad batan kimi batır! Bura day etibar yoxdu! Alə, mənə 
deyirlər ki, bisavadsan, amma mən başa düşürəm bunu, camaat mal kimi oturub baxır! 
Firəngiz xanım(heyrətlə).  Necə  yəni köçək gedək Fransaya? Kimdi səni Fransaya buraxan? 
Yenə Türkiyə ola, deyim, hə. Necə köçəcəksən Fransaya? Ət kombinatını da aparacaqsan Fransaya? 
Ə s ə d u l l a. Day ət var ki, ət kombinatında, onu da Fransaya aparım? Iyirmi ildi o kombinat 
mənə elədiyi xidməti eləyib! Indi gərək ağılnan hərəkət eləyək! Əhməd bəyi görmüsən? 
F i r ə n g i z  x a n ı m. O şofer Kərimgilin qonağını? 

 
128
Ə s ə d u l l a. O şofer Kərimgilin qonağı bilirsən kimdi? Milyonçudu! Şofer Kərimgilnən 
qohum çıxıblar. Gəlib bunnarda qalır ki, mən gərək bu çətin vaxtda xalqımnan bir yerdə olam! 
Bərəkallah! Həm də Fransadan ona görə gəlib ki, evlənsin burda! Ata-baba yurdundan özünə bir qız 
tapıb alsın, aparsın Fransaya! Başa düşdün? 
 
Pauza. 
 
F i r ə n g i z  x a n ı m. Sən Allah, sən sabahkı xörəyin adını qoy, mən də bilim işimi! 
 
Pauza. 
 
Ə s ə d u l l a. Bolşeviklər gələndə bizim dövlətlilərin başına nə oyun açdı?! O boyda Hacı 
Zeynalabdin Tağıyevin qızı küçədə az qalırdı dilənsin! Indi gündə televizornan göstərirlər, göz yaşı 
axıdırlar, sinələrinə döyürlər! Onda kömək eləyəydilər e, indi vətən məhəbbətindən danışmaqnan 
döyül! Açıq kömək eləyə bilmirdilər, gizlin eləyəydilər! O qədər gizlin işlərdən çıxırdılar ki!.. Indi 
bizi də elə qara günlər gözləyir, başa düş! O rəhmətliklər qanunla milyonçuydular, amma heç qanun 
da onnarın imdadına çatmadı! Nəyidi? Öz halal torpağıydı, nefti fontan vurmuşdu! Amma mənim ət 
kombinatım fontan vurub e, iyirmi ildə! Özü də  mənim  şəxsi kombinatım yox, hökumətin 
kombinatı! Eh, kül o hökumətin başına!.. O keçmiş  rəhmətliklər, o tağıyevlər, nağıyevlər, bizim 
kimi padpolnu döyüldülər! Ah! Ah! Gül kimi vaxtlarımız qurtardı day! Pul qiymətdən düşür! 
Xərcləməyə yer yox! Almağa  şey yox! Fransa! Ancaq Fransa! Əhməd bəy öz azərbaycanlımızdı, 
millətin oğludu, özü də milyonçu! O milyonçu, mən milyonçu, gör orda neyniyərik də! Fransada 
OBAXEES yox, qorkom yox, raykom yox! Partkontrol da yox! Alə, qaz vur, qazan doldur də! Hə? 
Onnan yaxçı kürəkən tapacam? Kimin indi hörməti qalıb ki, gedib onun oğluynan qohum olum? 
Ode, bizim həyətdəki o boyda Isgəndərzadəni indi vecinə alan yoxdu, görmürsən? Ya ode, o ikinci 
mərtəbədəki artist Ivan! Bir vaxt Lenini oynayırdı teatrda, bütün qəzetlər, televizor, radio onnan 
deyirdi! O qədər orden-medal taxırdı döşünə, elə bil Brejnevdi! Noldu? Indi itdən düşüb! 
Firəngiz x a n ı m. Deyirsən yəni Züleyxanı verək ona? 
Ə s ə d u l l a. Allaha çox şükür, axır ki, başa düşdün! Bircə o gədənin adını yadunda saxlaya 
bilirsən, amma belə şeyləri başa düşmürsən! 
 
Eynşteyn tələsik otağa girir. 
 
Ə s ə d u l l a (hövsələsiz). Gəl çıx də! Hardasan? Səni iş dalınca göndərən, gərək özü də sənin 
dalınca gedə! 
E y n ş t e y n (bu sözlərdən pərt olub, başını həddən artıq aşağı salır). Yox... 
Ə s ə d u l l a. Yaxşı, noldu, nə cavab gətirmisən? 
 
Eynşteyn cavab vermir və başını da eləcə aşağı salır. 
 
Ə s ə d u l l a. Sənnən döyüləm? (Firəngiz xanıma) Buna noldu belə? 
F i r ə n g i z  x a n ı m. Ürəyinə dəydin də... 
Ə s ə d u l l a. Bunun ürəyinə? Alə, səninnəyəm, adun da yadımdan çıxdı, şey, səninnəyəm, 
noldu?  
 
Eynşteyn eləcə yerə baxır. 
 
Sən öləsən, bunun dalına bir dənə təpik vuracağam! 

 
129
F i r ə n g i z  x a n ı m. Bəsdi, Əsədulla! Iyirmi il bundan qabaq deyil səninçün! (Başını yerə 
dikmiş Eynşteynə baxır.) Bu yazığın dalı səninçün o partkomuvuzun qapısı deyil ki, istədiyin vaxt 
təpiynən vurub içəri girəsən! 
Ə s ə d u l l a. Bəs görmürsən burnunu sallıyıb aşağı, söz soruşuram, cavab vermir?! Bilirsən 
hara göndərmişdim bunu? Irannan deyirlər bir mühəndis gəlib, Bayılda oturur... Elə  xəbərini də 
bizim o partkom verdi mənə. Kam... Kampyüteri var, proqnoz verir. Nə sual istəyirsən, verirsən 
onun kampyüterinə, onun da o kam... kampyüteri cavab verir. Özü də bizim bu rus kağızından e-e-e, 
rus pulunnan götürmür, valyuta götürür, dollar! Verdim buna, göndərdim ki, gedib sual versin, 
görək kim olacaq rəhbərimiz bizim? Işimizi bilək də! Bu da gəlib mal kimi başını salıb aşağı! 
 
Eynşteyn başını daha da aşağı salır. 
 
F i r ə n g i z  x a n ı m. Ürəyinə dəydin də... 
Ə s ə d u l l a (Firəngiz xanımı yamsılayır).  «Ürəyinə  dəydin də...» Ay-hay! Pir mənimdi, 
kəramətinə bələdəm. Bunun o incə ürəyi ki var a, ürək deyil, partmonedir, partmone! (Cibindən pul 
çıxarıb Eynşteynə yaxınlaşır və o yaxınlaşdıqca da Eynşteyn yerində  fırlanır.)  Qorxma, alə, 
vurmuram! Demirəm sənə qorxma? Bay!... 
E y n ş t e y n (utana-utana). O birisindən!.. 
Ə s ə d u l l a (təəccüblə). Nə o birisindən? 
 
Eynşteyn utana-utana him-cim eləyir. 
 
Ə s ə d u l l a. Nə o birisindən, alə? 
E y n ş t e y n (eyni utancaqlıqla). Valyuta... 
Ə s ə d u l l a. Nə? Bircə elə sən qalmışdın ki, Bəbirzadə sənə dollar versin! Ay sən öləsən! 
(Növbəti həmlədə əlindəki pulu Eynşteynin şalvarının cibinə basır.) Hə, de görək nə oldu? 
Eynşteyn (yavaş-yavaş belini qaldırır). Siz mənim... Siz mənim qəlbimə... 
Ə s ə d u l l a (səbrsiz).  Yaxşı, bildim, qəlbüvə. Sənün qəlbüvə  mən e-e e... Indi de görüm 
noldu? 
E y n ş t e y n (belini tamam düzəldir və birdən-birə böyük ruh yüksəkliyi ilə). Getdim! Xeyli 
adam var idi priyomunda! 
Ə s ə d u l l a. Camaat neynəsin?! Heç kim bilmir ki, başına haranın daşını salsın də! 
Eynşteyn(ehtiyatla o tərəf-bu tərəfə baxıb yavaşdan).  Ministirlər də varıydı orda. Biri gün 
eynəyi taxmışdı, o biri dəsmalı sifətinə basmışdı ki, guya, dişi ağrıyır. Bir nəfər də Dövlət müşaviri 
varıydı, özünə yalandan uzun bığ qoymuşdu. Ancaq mən hamısını tanıdım. 
Ə s ə d u l l a. Adlarını yazaydun də, birdən lazım oldu. 
Eynşteyn. Əlbəttə! 
Ə s ə d u l l a. Malades! Hə? 
Eynşteyn. Məni qəbul elədi. Oturdum kampyüterin qabağında, dillərini basa-basa yazıb 
soruşdum ki... 
Ə s ə d u l l a (onun sözünü kəsir). Mənim adımı çəkmədün ki? Öz adundan soruşdun də? 
E y n ş t e y n. Əlbəttə! 
Ə s ə d u l l a. Malades! Hə? 
E y n ş t e y n. Soruşdum ki, kto budet?.. 
Ə s ə d u l l a (onun sözünü kəsir). Necə yəni «kto budet?» 
E y n ş t e y n. Kompyüter cavabı rusca verir, ona görə də gərək rusca soruşasan. 
Ə s ə d u l l a. Alə, bəs bu mühəndis Irannan gəlmiyib? 
E y n ş t e y n. Hə, Irandan gəlib. Amma kompyüteri rusca danışır. 
Ə s ə d u l l a. Ay maşallah! Fətəbərəkallah!.. Yaxşı, nə cavab verdi kam... kampyüter? 

 
130
E y n ş t e y n. Kampyüter cavab verdi ki, ili, ili! 
Ə s ə d u l l a. Bu nə deməkdi, alə? 
 
Eynşteyn yenə də ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa  
Əsədullanın qulağına nəsə pıçıldayır. 
 
Ə s ə d u l l a. O-o-o!.. (Sonra Firəngiz xanımın qulağına nəsə pıçıldayır.) 
F i r ə n g i z  x a n ı m. A-a-a!.. 
Ə s ə d u l l a (barmağını dodaqlarına aparıb gözlərini Firəngiz xanıma bərəldir).  S-s-s!.. 
(Mat-mat Eynşteynə baxır və bu dəfə  də cibindən pul çıxarıb Eynşteynin cibinə basır. Kövrəlmiş 
halda) Vallah, bu yaxşı oğlandı! Başı da var! (Birdən özünə gəlib kənara) Amerikada külqabıdı!.. 
E y n ş t e y n (əli ilə cibindəki pulu yoxlayıb utana-utana əzilir). Bu nə xəcalətdi, Əsədulla 
məllim... 
Ə s ə d u l l a. Yaxşı! yaxşı! (Otaqda var-gəl edə-edə bərkdən) Aha! Deməli, belə!.. Ili on, ili 
on?.. Tak! Tak! Tak! Ili, ili! (Birdən ayaq saxlayır.) Indikinin adını çəkmədi? 
E y n ş t e y n. Xeyr. 
Ə s ə d u l l a (var-gəl edə-edə). Tak! Tak! Tak! Ili on! Ili on! (Yenə ayaq saxlayır.) Alə, adun 
nədi sənün,  şey, bəs...  (Eynşteynin qulağına nəsə  pıçıldayır.)  Adını soruşmadun kam... 
kampyüterdən? 
Eynşteyn. Soruşdum. 
Ə s ə d u l l a. Nə dedi? 
Eynşteyn. Yandı. 
Ə s ə d u l l a. Nə? 
Eynşteyn.Onun adını soruşan kimi, kampyüter yandı!.. 
F i r ə n g i z  x a n ı m. Vay... yazıq iranlı!.. 
Ə s ə d u l l a (otaqda var-gəl edir). Znaçit, ili, ili! Ili, ili! Tak! Tak! O biri – pojar! Bəlkə heç 
bunnar olmayacaq? Görmürsən o kam... kampyüter rusca danışır?.. Amma indikindən mənim də 
gözüm çoxdan su içmir, bunnan bir şey çıxmayacaq! Ili, ili! Druqoy pojar!.. Bəlkə Kişi təzədən 
qayıdacaq iş başına, hə?! Qayıdan kimi əlüstü satdıq onu, vallah, qayıtsa, vay halımıza! Dərimizə 
saman təpsə  də azdı! Znaçit ili, ili! Bəlkə ruslar təzədən gəlib alaçaqlar buranı? Hə? Bəs onda?! 
Yox, vallah, billah, baş açmaq mümkün döyül! Mümkün döyül! (Qışqırır.) Fransa! Fransa! Fransa! 
 
Pauza. 
 
(Eynşteynə) Sən öləsən, o Əhməd bəylə dost olub, götürüb bizə gəlməsən, bax bu Bəbirzadəni qəbrə 
qoyasan, öldürəcəm səni! Boğacam! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
DÖRDÜNCÜ ŞƏKİL 
 
Polyaniçkoların evi. Ivan Ivanoviç,  
Vera Nikolayevna. 
 
Ivan Ivanoviç qaz plitəsində kartof qızardır. Ivan Ivanoviç tez-tez pəncərədən həyətə boylanır. 
 
Ivan Ivanoviç. Neyləyək biz? Qızımız yox ki, verək ona!.. Görmüsən onu? 
Vera Nikolayevna. Hə. Dünən həyətdə gördüm... 
Ivan Ivanoviç.Görürsən də necə yaraşıqlı  oğlandı? Aristokrat! Elə bil Stanislavskinin 
cavanlığıdı! 

 
131
V e r a   N i k o l a y e v n a (tavadakı kartofu çevirə-çevirə çiyinlərini çəkir). Eh!.. Mənə nə? 
I v a n  I v a n o v i ç. Görünür, elə bizim bəxtimizə yazılıb ki, Sovet Ittifaqında yaşayaq, qalıb 
çürüyək burda! 
Vera Nikolayevna. Oy! Day demə!.. Ode, o Marqarita!.. Mən Krupskayanı oynayanda, o 
qabağıma çay gətirən qulluqçunu oynayırdı. Nə oldu? Solomonu da götürdü, getdilər Izrailə!.. Mən 
o Ritanı yaxşı tanıyıram!.. Solomon axmağı atacaq Izraildə, boşanacaq ondan, çıxıb gedəcək 
Amerikaya!.. 
I v a n  I v a n o v i ç.  Bu dünyada Allahın yəhudisi də olmadıq!.. 
Vera Nikolayevna. Eh!.. Sovet Ittifaqında yəhudidən xoşbəxt adam yoxdu!.. Kefi istəyəndə, 
deyir ki, gedirəm!.. Çıxır gedir!.. Perestroykadı də!.. 
I v a n  I v a n o v i ç. Mən bir dənə «Moskovski»ni yüz dənə belə perestroykaya dəyişmərəm! 
V e r a   N i k o l a y e v n a (gülür). Oy, Vanya!.. (Istehza ilə) Bu nə sözlərdi? Sən ki, səhnədə 
Vladimir Iliç idin!.. Pionerlərlə görüş keçirirdin!.. Komsomolçuları  əsl Volodya kimi olmağa 
çağırırdın!.. 
I v a n  I v a n o v i ç. Nə olsun? Sən də  səhnədə Nadejda Konstantinovna idin!.. Həmişə 
rejissorlarla dava edirdin ki, sənə on səkkiz yaşlı  qızların rollarını versinlər. Amma Nadejda 
Konstantinovnaya o saat razı oldun! Nə isə... Pis olardı bir dənə «Moskovski»? 
Vera Nikolayevna. Yox, pis olmazdı. Ancaq, ay yazıq, sən indi hardan tapacaqsan 
«Moskovski»ni? Pulun var sənin? (Tavada qızaran kartofu çevirə-çevirə) Hə, olsaydı, mən də yüz 
qram vurardım bu kartofla! 
Ivan Ivanoviç (əli ilə burnunun pərələrini qapayır). Mən day qızarmış kartof yeyə bilmirəm! 
Kartof görəndə ürəyim bulanır! (Qışqırır.) Istəmirəm day kartof qızartması! Istəmirəm day semiçka 
yağı!.. 
Vera Nikolayevna. Istəsən də, istəməsən də, oturub yeyəcəksən! Özü də «Moskovski»siz! 
Ivan Ivanoviç (qışqırır). Yo-o-ox!.. (Birdən pəncərədən həyətə boylanır.) Ode, gəldi! 
Vera Nikolayevna. Kim? 
I v a n  I v a n o v i ç. Əhməd bəy! Aristokrat! Stanislavskinin gəncliyi! (Diqqətlə baxır.) Onu 
kinoya çəkəsən, Dzerjinski roluna! Bilirsən neçə çıxar?! 
V e r a  N i k o l a y e v n a. Indi elə Dzerjinskimiz çatışmır! 
I v a n  I v a n o v i ç. Eh, kiminsə bəxti gətirəcək! Kimsə qızını verəcək ona! Sonra qızla 
bərabər özləri də köçüb gedəcəklər Fransaya! Milyonçudu! Xoşbəxtlər! Xoşbəxtlər!  (Birdən yenə 
burnunun pərlərini qapayıb qışqırır.)  Istəmirəm day kartof qızartması!.. Istəmirəm day semiçka 
yağı!.. 
Vera Nikolayevna.Bağırma! Əlimi yandırdım!.. 
I v a n  I v a n o v i ç. Yaxşı oldu yandı! Qoy yansın! 
Vera Nikolayevna. Heyvərənin biri, heyvərə! 
Ivan I v a n o v i ç. Özünsən! 
V e r a  Nikolayevna. Pyaniskə! 
I v a n  I v a n o v i ç. Idiotka! 
V e r a   N i k o l a y e v n a. Kretin! 
Ivan I v a n o v i ç. Özünsən! (Daha da bərkdən qışqırır.) Istəmirəm day kartof qızartması! 
Istəmirəm day semiçka yağı! Istəmirəm! Fransaya!.. Fransaya getmək istəyirəm!.. 
V e r a  N i k o l a y e v n a. Buna bax bir!.. Sən, sən e, sən Fransaya getsən, onda, bəs, Fransa 
hara getsin?! Toje mne, Vladimir Iliç! 
I v a n  I v a n o v i ç (birdən-birə ağlına nəsə bir fikir gəlir və çox mehriban). Veroçka!.. 
 
Vera Nikolayevna hirslə tavadakı kartofu çevirə-çevirə cavab vermir. 
 

 
132
I v a n  I v a n o v i ç. Veroçka!.. (Vera Nikolayevnaya yaxınlaşır və tamam məftun nəzərlərlə 
onu aşağıdan yuxarıya süzür.) Veroçka!.. 
 
V e r a   N i k o l a y e v n a cavab vermir. 
 
Mənim əzizim!.. 
 
V e r a   N i k o l a y e v n a cavab vermir. 
Mənim gözəlim!.. Sənin ayaqların  əvvəlkindən də gözəldi!.. Belinə bax e!.. Elə bil 
azərbaycanlıların armudu stəkanıdı!.. Hansı qızda belə incə bel var?!. Döşlərinə bax!.. 
V e r a   N i k o l a y e v n a (birdən-birə kövrəlib ağlamsınır). Yoxsa, elə bilirsən mənim 
xoşum gəlir hər gün qızarmış kartof yeməkdən? Hə? Mənim xoşum gəlir semiçka yağının iyindən? 
(Zırhazır ağlamağa başlayır.) 
I v a n  I v a n o v i ç. Veroçka! (Əli ilə öz başına qapaz vurur.) Mən axmağa bax də!.. Özüm 
də narodnı artistəm!.. Niyə indiyəcən ağlıma gəlməyib? Veroçka! Əzizim! Tapmışam! 
V e r a   N i k o l a y e v n a (ağlaya-ağlaya). Nə? Ət tapmısan? 
I v a n  I v a n o v i ç. Ət nədi,  əzizim?! Səni tapmışam, səni!  (Vera Nikolayevnanı 
qucaqlayır.) Səni! Səni!.. 
Vera Nikolayevna. Yavaş, Vanya!.. Vaxtı deyil!.. Oy! Əlim yandı!.. (Tavanı plitənin üstündən 
götürüb Ivan Ivanoviçin qolları arasında fırlanır.) Burax... 
I v a n  I v a n o v i ç. Səni! Səni! Səni verəcəyəm Əhməd bəyə! 
Vera Nikolayevna. Nə? (Tavanı əlindən salır və kartof qızartması döşəməyə dağılır.) Ay!.. 
I v a n  I v a n o v i ç. Lap yaxşı oldu! Gəl bura! Gəl bura, əzizim! (Vera Nikolayevnanı çəkib 
divanda özü ilə yanaşı oturdur.) Qulaq as! Bundan gözəl fürsət ola bilməz! Səninlə yalandan 
boşanaq! Sən də yalandan ona ərə get! 
Vera Nikolayevna. Sən... Sən nə... 
Ivan Ivanoviç (onun sözünü kəsir). Qulaq as! Qulaq as! Bu bir şansdı düşüb bizim əlimizə! 
Gərək ağıllı olaq! Tədbirli olaq! Emosiyaya qapılmayaq!  (Əli ilə  həyət tərəfi göstərir.)  Bunlardan 
seçilək gərək!.. Bunların tayı olmayaq gərək!.. Belə şans bir də heç vaxt ələ düşməyəcək! Bu bizim 
həyatımızın  ən vacib nöqtəsidi, Veroçka! Bu azərbaycanlı cavanları da, özün yaxşı bilirsən, 
aldatmaq asan işdi! Özü də  sənin kimi bir gözəl! Veroçka! O qızarmış kartofla, o semiçka yağı... 
vay... (Ürəyi bulanır və əli ilə ağzını qapayıb udquna-udquna birtəhər özünə gəlir.) mənim... mənim 
gözümü elə kor eləyib ki, sənin kimi canı  təzədən görməmişəm! Biz yalandan boşanırıq!  Əhməd 
bəyi aşiq eləyirsən özünə!.. Sən bacaracaqsan bunu, Veroçka! Həmişə başqalarının  əsərlərində 
oynamışıq, indi də öz əsərimizdə oynamalıyıq, Veroçka! Şah  əsərimizdə!.. Mənim  əzizim!.. Məni 
necə aşiq eləmişdin özünə, onu da elə dəli-divanə eləyəcəksən! 
Vera Nikolayevna. Sən o zaman Lenini oynayırdın... 
I v a n  I v a n o v i ç. Hə. Ancaq indi Lenin girən kol deyil! Gərək Nadejda Konstantinovna 
girişsin bu işə, Veroçka, Nadejda Konstantinovna!.. Yalandan ərə gedəcəksən ona! Sonra bir yerdə 
gedəcəksiz Fransaya! Sonra da mənə dəvət göndərəcəksən, keçmiş ərin kimi. Fransada belə şeylərə 
pis baxmırlar. Fransada hamı keçmiş  əriylə, keçmiş arvadıyla dostluq eləyir! Mən gəlirəm Parijə! 
(Əli ilə sinəsinə vurur.) Parij e, Ivan, Parij! Möhkəm ol, Ivan! Belə şans bir də heç vaxt ələ düşməz! 
Vera Nikolayevna. Bəs onda səndən  əvvəlki  ərlərim necə olsun? Nikolay Petroviç, Viktor 
Aleksandroviç, Pyotr Matveyeviç.. Onları da Fransaya çağırmalıyam?  
Ivan Ivanoviç(hirsli). Yox! Əlbəttə, yox! Onları neynirsən? Muzey düzəldəcəksən? Parij... 
(Mülayimləşir.)  Qulaq as, Veroçka! Mənim  əzizim! Mənim toyuğum! Mən gəlirəm Parijə! Burda 
evimi satıram, nə lazımdı eləyirəm, gəlirəm. Özüm də deyirəm ki, qaçqınam! Azərbaycandan 
qaçmışam! Sən də boşanırsan Əhməd bəydən! Veroçka! Milyonçudu o! Milyonlarının da yarısı qalır 
bizə! Məhkəmə avtomatiçeski qərar qəbul edəcək ki, yarısı sənindi! 

 
133
Vera Nikolayevna. Fantastika! Elə bil aydan, ulduzdan danışırsan... 
I v a n  I v a n o v i ç. Xeyr! Fantastika deyil! Fransada demokratiyadı, bizim kimi deyil! Orda 
insan hüquqlarını qoruyurlar! Orda insanın qiyməti var! Orda insanın ləyaqətinə toxunmurlar! Orda 
ərlə arvad eynidi, pulları da eynidi! Biz təzədən evlənərik!..  (Ayağa sıçrayır.)  Kəbinimizi bu dəfə 
Notr-Dam kilsəsində kəsdirərik!.. 
V e r a   N i k o l a y e v n a (get-gedə xəyala dalaraq). Mən hələ indiyə qədər heç vaxt kilsədə 
kəbin kəsdirməmişəm... 
I v a n  I v a n o v i ç. Veroçka! Mənim əzizim! Mənim toyuğum!.. Sən bacaracaqsan bunu! 
Mən səni tanıyıram, Veroçka!.. Sənin istedadını qiymətləndirməyi indiyə  qədər heç bir rejissor 
bacarmayıb!.. 
V e r a  N i k o l a y e v n a (ayağa qalxıb pəncərədən həyətə boylanaraq romantik tərzdə). 
Özü də gözəl oğlandı!.. 
 
Pauza. 
 
I v a n  I v a n o v i ç. Vera! Mən səninçün Solomon deyiləm, ha!.. 
Vera Nikolayevna. Yaxşı! Yaxşı! Solomon deyil... Sən burda oturub gündə kartoşka yeyirsən, 
Solomon isə ode, gözəl Izraildə apelsin soku içir!.. 
I v a n  I v a n o v i ç. Yox, Vera! Mənə söz ver! 
Vera Nikolayevna. Nə söz? 
I v a n  I v a n o v i ç. Söz ver ki, mən Parijə  gələnə kimi, onunla sənin aranda heç nə 
olmayacaq! Söz ver, Vera! 
Vera Nikolayevna. Necə söz verim? Özün demirsən ki, ona ərə get? 
I v a n  I v a n o v i ç. Fiktivni! Sən ona fiktivni ərə gedəcəksən, Vera! Indi Moskvada 
yalandan ərə gedib ev almırlar? Sən də o cürə gedəcəksən, yalandan! Hər gün onu aldadacaqsan! O 
daha da qızışacaq! Tanıyıram mən bu azərbaycanlı cavanları, Fransada olanda nə olar?! Day da çox 
aşiq olacaq sənə! Nə desən edəcək! Söz ver, Vera! Söz ver! Yox... Gərək müqavilə bağlayaq 
səninlə! Cibimdə  rəsmi sənəd olsun! Yoxsa, sənə  nə var? Bir də gördün, getdin, heç məni də 
çağırmadın! 
Vera Nikolayevna. Yaxşı, yaxşı!.. (Gözü döşəməyə dağılmış kartofa sataşır.) Gördün neylədin 
kartoşkanı? 
I v a n  I v a n o v i ç. Mən neylədim? Özün saldın də əlindən! 
V e r a   N i k o l a y e v n a (yavaş-yavaş səsini qaldırır). Əlim şikəstdi bəyəm mənim? Sən 
atdın özünü üstümə! Elə bil ayısan! 
Ivan Ivanoviç (hirsli). Ayı özünsən! 
V e r a   N i k o l a y e v n a (qışqırır). Heyvərə! 
Ivan Ivanoviç (qışqırır). Özünsən! 
V e r a   N i k o l a y e v n a (qışqırır). Pyaniskə! 
Ivan Ivanoviç (qışqırır). Ifritə! 
 
İ ş ı q  s ö n ü r. 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin