Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 

 
216
DƏLIXANADAN DƏLI  
QAÇIB  VƏ YAXUD 
 MƏNIM SEVIMLI DƏLIM 
(Proloq, epiloq və on bir şəkildən ibarət komediya)
 
 
 
 
 

 
217
İŞTİRAK EDƏNLƏR 
 
P r o f e s s o r. 
Ş ə f q ə t  b a c ı s ı. 
B a ş  r e d a k t o r. 
M ə s u l  k a t i b    
– müdrik alkoqolik. 
S i y a s i  i c m a l ç ı  
– Fidel Kastronun və Bill  
 
    
 
 
Klintonun 
əslində kim olduğunu 
   
 
 
   yalnız o bilir. 
Ş ö b ə  m ü d i r i    
– tez-tez kosmosa gedib-gəlir, kosmosla  
 
    
 
 
daimi 
telepatiya 
əlaqəsi saxlayır və bu  
 
   
 
 
   yaxınlarda Merkuridə çağırılan forumun  
   
 
 
   işində iştirak edəcək. 
P a n t e l e y m o n.  
P o l i k a r p o v i ç  
– indi rusdur, jurnalistdir,  
   
 
 
   əvvəlki həyatında, XVIII əsrin sonlarında,  
 
    
 
 
XIX 
əsrin əvvəllərində Təbrizdə yaşayanda  
   
 
 
    isə çox koloritli bir azərbaycanlı olub. 
Ə d ə b i  i ş ç i  
 
– qurtarmaq bilməyən məşhur  
   
 
 
   «Simuzər» poemasının müəllifi,  
   
 
 
   gələcək qayınanası ilə ədavətdə olan  
   
 
 
   bir şəxs, yaşını və yaraşığını müəyyən  
   
 
 
   etmək isə hörmətli quruluşçu  
 
    
 
 
rejissorun 
öhdəsinə düşür. 
K a t i b ə   
 
– bəzən qırqovul olur. 
Xəstəxana işçiləri. 
Polis nəfərləri. 
 
 
 
 
 
Məkan – Bakı şəhəri. 
Zaman – 1995-ci il.
 
 
 
 
 
 

 
218
PROLOQ 
 
 Ruhi 
xəstəliklər xəstəxanası.  
P r o f e s s o r,  Ş ə f q ə t  b a c ı s ı,  x ə s t ə x a n a  i ş ç i l ə r i. 
Səhnə qaranlıq və sükut içindədir. Birdən-birə həyəcan zəngi  
çalınır, hay-küy qopur, xəstəxana işçiləri qaranlıq içində ora-bura qaçışır. 
 
Xəstəxana 
işçiləri: 
– Yoxdu!.. 
– Qaçıb!.. 
– Qaçıb!.. 
– Burada da yoxdu!.. 
– Qapıları bağlayın!.. 
– Yoxdu!.. 
– Darvazanı bağlayın! Darvazanı!.. 
– Ora bax!.. 
– Yoxdu!.. Heç harda yoxdu!.. 
– Pilləkənin altına baxın!.. Pilləkənin!.. 
– Yoxdu!.. 
– Qaçıb!.. 
– Tualetə baxın!.. Tualetə!.. 
– Yoxdu!.. 
– Qaçıb!.. 
– Qaçıb!.. 
 
Işıq ağ xalatlı Professorun və onun ardınca qaçan  
Şəfqət bacısının üzərinə düşür. 
 
P r o f e s s o r (təngnəfəs və həyəcanlı). Qaçdı!.. Qaçdı!.. 
Ş ə f q ə t  b a c ı s ı (təngnəfəs və həyəcanlı). Siz.. oy... siz özünüzü qoruyun, Professor!.. 
P r o f e s s o r. Qaçdı!.. 
Ş ə f q ə t  b a c ı s ı. Sizə belə həyəcanlanmaq olmaz!.. 
P r o f e s s o r. Mənim ən ağıllı dəlim qaçdı!.. 
Ş ə f q ə t  b a c ı s ı. Əyləşin!.. Əyləşin!.. 
P r o f e s s o r. Yox! Azərbaycan elminə ağır itki üz verdi! Mənim xəstəm, mənim ən ağıllı 
dəlim qaçdı! O respublikamızın ən görkəmli dəlisi idi! 
Ş ə f q ə t  b a c ı s ı. Siz özünüzdən... özünüzdən muğayat olun!.. Axı, belə olmaz!..  
P r o f e s s o r. Yox! Onsuz da, daha mənim həyatımın mənası yoxdu! Mən buna tab gətirə 
bilmərəm! Mənim müalicəm yarımçıq qaldı! Təbabətin tarixində hələ onun kimi qiymətli, onun kimi 
parlaq dəli olmamışdı! Bəli, o nəinki bizim respublikamızın, bütün keçmiş SSRI-nin ən görkəmli 
dəlisi idi! 
Ş ə f q ə t  b a c ı s ı. Sakit olun! Xahiş edirəm sizdən, Professor! 
 
Şəfqət bacısı tələsik çantasından həb çıxarır. Professor 
 həbi görən kimi, qaçmaq istəyir. Şəfqət bacısı onu buraxmır və  
həbi güclə Professorun ağzına basır. 
 

 
219
P r o f e s s o r (boğazında qalmış  həbi udmağa çalışaraq).  O qayıtmalıdı!.. Mütləq 
qayıtmalıdı!.. O... o xəstəxanada öz kamerasında... e-e-e... öz palatasında olmalıdı! Nə olur-olsun, 
biz onu tapmalıyıq! Yer də dağılsa, göy də dağılsa, biz onu tapmalıyıq! Bu xalqın qarşısında, 
dövlətin, hökumətin qarşısında bizim borcumuzdu!.. Bəşəriyyətin, bəli, bəli, bəşəriyyətin qarşısında 
bizim borcumuzdu!.. O mənim ən ağıllı dəlim idi, ancaq müalicəsi yarımçıq qaldı... Indi o cəmiyyət 
üçün çox təhlükəlidi!.. O-o-o!.. Indi o insanlığın başına nə oyunlar aça bilər! Bunu bir mən bilirəm, 
yaxşı bilirəm!.. O-o-o!..  
Ş ə f q ə t  b a c ı s ı. Darıxmayın, Professor! Özünüzü üzməyin! O mütləq tapılacaq! Iynə 
deyil ki, yerə düşüb itsin?! Dəlidi! Mütləq tapılacaq! 
P r o f e s s o r. Çətin olacaq! Çox çətin olacaq! O çox bicdir! 
Ş ə f q ə t  b a c ı s ı. Polisə xəbər vermişik! 
P r o f e s s o r. Aldadacaq! Onun üçün polisi aldatmağa nə var ki!? Onun üçün saxta pasport 
düzəltmək, yarım stəkan su içmək kimi bir şeydi! O indi çox təhlükəlidi! Çox! Çox hiyləgərdi! Çox! 
O, hətta, müxalifəti də aldada bilər!  
Ş ə f q ə t  b a c ı s ı. Televiziya ilə elan verərik. 
P r o f e s s o r. Bu da kömək etməyəcək! Sifətini dəyişmək onun əlində heç nədi! Mən ancaq 
özümüzə inanıram! Mən bilirəm o haralara gedə bilər! Biz özümüz, biz özümüz axtarıb onu 
tapmalıyıq! 
Ş ə f q ə t  b a c ı s ı. Əlbəttə! Lap yaxşı! Nə deyirsiniz, edək! Ancaq siz sakit olun! Xahiş 
edirəm! 
P r o f e s s o r. Siz mənə söz verirsinizmi?  
Ş ə f q ə t  b a c ı s ı. Əlbəttə, Professor! 
P r o f e s s o r. Biz onu bir yerdə axtaracağıq!  
Ş ə f q ə t  b a c ı s ı. Əlbəttə! 
P r o f e s s o r. Söz verirsiniz? 
Ş ə f q ə t  b a c ı s ı. Söz verirəm, Professor! Söz verirəm! Mən həmişə sizinlə olacağam!  
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
 BİRİNCİ ŞƏKİL 
 
Redaksiya otağı. Baş redaktor, Məsul katib, 
Siyasi icmalçı, Şöbə müdiri, Panteleymon  
P o l i k a r p o v i ç, Ə d ə b i  i ş ç i, K a t i b ə. 
 
Qaranlıqda çaxnaşma, səs-küy: 
 
– Qoymayın!.. 
– Şalvarının balağından yapış! 
– Oy!.. 
– Burax şalvarımı!.. 
– Vay!.. 
– Əlvida!.. Əlvida, gözəl insanlar!.. 
 
Işıq yanır. Ədəbi işçi mizin üstünə qoyduğu kürsüyə qalxıb,  
boğazını çilçıraqdan sallanmış kəndirin halqasina keçirərək  
özünü asmaq istəyir. Redaksiya işçiləri onu əhatəyə alıb. 
 

 
220
Ə d ə b i  i ş ç i (boğazı halqada). Əlvida, dostlar!.. Məni bağışlayın!.. Bəlkə kiməsə bir 
pisliyim dəyib... Bağışlayın məni!.. 
K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Mən bağışlayıram.. 
Ə d ə b i  i ş ç i. Siz, ey gözəl insanlar, salamat qalın, mən gedər oldum!.. 
S i y a s i  i c m a l ç ı  (tamaşaçılara).  Yoxsa ki, mən bilmirəm bu komediyanı kim təşkil 
edib?!. Yaxşı bilirəm!.. Lap yaxşı bilirəm!.. 
Ş ö b ə  m ü d i r i (pəncərə tərəfə baxa-baxa öz-özünə). Az qalıb!.. Gələcəklər... Uçurlar!.. 
(Pıçıltı ilə.) Brın dır qar... Ar-ar!.. 
Ə d ə b i  i ş ç i. Of!.. Mənim sinəmdə  hələ  nə  qədər ülvi arzular var idi!.. Mən doğma 
Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizəni sizə tapşırıb gedirəm!.. 
K a t i b ə (zırıldaya-zırıldaya). Getmə!.. 
S i y a s i  i c m a l ç ı. Ay-hay!.. (Rişxəndlə öz-özünə) Gedir... (Ehtiyatla o tərəf-bu tərəfə 
baxa-baxa yenə də öz-özünə) Məni aldatmaq olmaz!.. 
Ə d ə b i  i ş ç i. Qoruyun Azərbaycanımızı!.. Qoruyun müstəqilliyimizi!.. Vətən şirin şeydir!.. 
(Ağlamsınır.)  
M ə s u l  k a t i b. Düzələcək!.. Qorxmayın, hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər 
şey düzələcək!.. 
Ş ö b ə  m ü d i r i. Püf!.. Zalım oğlu elə iy verir, elə bil obşi vaqondu! Bu qədər içmək olar?! 
Məsul katib. Bəs neyləyim, oğlum, Şöbə müdiri, mən də gedim özümü asım? 
Ş ö b ə  m ü d i r i. Eh... (Əlini yelləyərək yavaşdan) Onsuz da az qalıb! Gəlirlər!.. (Pəncərəyə 
tərəf baxa-baxa pıçıldayır.) Ar-ar!.. Brın tır par mır qır-qır!.. 
Məsul katib. Nə? 
Ş ö b ə  m ü d i r i. Heç!.. Siz başa düşən şey deyil!.. (Öz-özünə yavaşdan) Bundan necə də 
mənfi şüalar gəlir... 
Ə d ə b i  i ş ç i. Mən bütün insanları sevə-sevə gedirəm! Sizi də sevərək gedirəm! Mən arzu 
edirəm ki, siz millət vəkili olasız! 
M ə s u l  k a t i b (tamaşaçılara). Əlbəttə, bunun yerinə ordan yağlı bir erkək qoyun asılsaydı, 
daha yaxşı olardı! Bu şərtlə ki, mənə də yarım kilo müftə ət verəydilər! 
Ə d ə b i  i ş ç i. Əlvida!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Ya eto uje videl! Raxmatlik moy sosed, Allax raxmat 
versin, Mirza Mamed Kuli xan Tabrizi ozun bela pakonçil... Asdı ozun! (Əli ilə boğazını göstərir.) 
Xırt! I net çeloveka! 
K a t i b ə (qışqırır). Kömək edin! Öldürür özünü! Baş redaktoru çağırın! (Ədəbi işçiyə) Bir 
dəqiqə, bir dəqiqə gözlə, xahiş edirəm, gedim tez Baş redaktoru çağırım! 
Ə d ə b i  i ş ç i. Yox! Həyatda məni daha heç nə saxlaya bilməz! 
K a t i b ə (daha da bərkdən qışqırır). Vay!.. Kömək edin!.. 
B a ş  r e d a k t o r (hövlnak səhnəyə daxil olaraq). Nə olub belə? Yenə nə baş verib? Bu nə 
hay-küydü? 
K a t i b ə. Özünü öldürür! Görmürsüz, asır özünü! 
B a ş  r e d a k t o r. Niyə? 
Ə d ə b i  i ş ç i. Mən öz məhəbbətimə qovuşa bilmirəm! 
B a ş  r e d a k t o r. Nə? 
S i y a s i  i c m a l ç ı (yavaşdan Baş redaktora). Hm... Mən bütün bu əhvalatlar barədə sizinlə 
xüsusi söhbət edəcəyəm! 
Ə d ə b i  i ş ç i. Mənim üçün Sərvinazsız həyat yoxdu! 
B a ş  r e d a k t o r. Sərvinaz kimdi? 
Ə d ə b i  i ş ç i. Mənim məhəbbətim! 
B a ş  r e d a k t o r (dərindən ah çəkir). Vallah, billah, bunların işi Allaha qalıb! (Redaksiya 
işçilərinə) Bəs, siz görmürdünüz ki, bu çıxıb ordan kəndir asır? 

 
221
K a t i b ə. Biz fasiləyə çıxmışdıq. Təkcə Məsul katib otaqda idi. 
B a ş  r e d a k t o r (Məsul katibə). Bəs, siz niyə buna imkan verirdiz? 
M ə s u l  k a t i b. Mən elə bildim dırmaşıb orda şer yazır! 
 
Pauza. 
 
B a ş  r e d a k t o r. Orda şer yazarlar? 
 
Məsul katib çiyinlərini çəkir. 
 
S i y a s i  i c m a l ç ı  (istehza ilə). Belə  çıxır ki, yazarlar də...  (Az qala pıçıltı ilə Baş 
redaktora) Mənim sizinlə bütün bu əhvalatlar barədə xüsusi söhbətim olacaq!.. 
Ə d ə b i  i ş ç i.  
 
 
 
 
O mənim günəşim, 
 
 
 
ayım, 
işığım! 
Əqidəm, vicdanım, 
gül yaraşığım!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (yavaşdan öz-özünə). Net, eto ne poeziya! Ya sam, 
sam doljen pisat! Man! Man ozu yazdı var!.. Man bunlara ozu qostardi var, nastoyaşi poeziya na!..  
K a t i b ə (bərkdən zırıldaya-zırıldaya). Ah, yazıq!.. Yenə «Sərvinaz» poemasından oxuyur... 
Məhəbbətin gücünə bax!.. Son nəfəsdə də dilində sevgilisinin adıdı! Təkcə bizə qismət olmaz! Ah, 
mənim kor bəxtim!.. (Daha da bərkdən zırıldayır.) 
Ş ö b ə  m ü d i r i (pəncərə  tərəfə baxa-baxa öz-özünə).  Az qalıb!.. Gəlirlər!..  (Daha da 
yavaşdan)  Nə? Nə soruşursuz? Bu saat məlumat verirəm.  (Pıçıltı ilə)  Dar qaz baz-baz... Az dar-
dar!.. Maz fır-fır qır... 
Ə d ə b i  i ş ç i. Əlvida, əziz dostlar!.. (Ayağının altındakı kürsünü yıxmaq istəyir.) 
B a ş  r e d a k t o r. Bir dəqiqə!.. 
K a t i b ə. O əsl məhəbbət aşiqidi! (Bərkdən hönkürür.) Acı taleyim mənim!.. 
B a ş  r e d a k t o r. Bir dəqiqə! Axı, kimdi sizə mane olan? 
Ə d ə b i  i ş ç i. Ürəksiz, şövqsüz, buz qəlbli valideynlər! 
B a ş  r e d a k t o r. Valideynlər? 
Ə d ə b i  i ş ç i. Bəli! O amansız insanlar! 
Panteleymon Polikarpoviç(diqqətlə  Ədəbi işçiyə baxaraq öz-özünə).  On oçen paxoj na 
pakoynoqo, Allax ona raxmat versin, dallak Usta Ibraqima Ardabili, kotorıy sorok let bril moyu 
qolovu... Tayno pil silno, ruka treslas u neqo, kak rıba, vınutaya iz vodı. Svoloç, Allax raxmat 
versin, odnajdı manin başını da kasdi, vot zdes. (Öz gicgahının üstünü tamaşaçılara göstərir.) Qan 
axdı seloye vedro... Neujeli eto on? 
B a ş  r e d a k t o r. Axı, niyə? Valideynlər niyə belə edir? 
S i y a s i  i c m a l ç ı (istehza ilə tamaşaçılara). Hm... Doğrudan da, görəsən niyə? 
Ə d ə b i  i ş ç i. Əlvida!.. (Ayağının altındakı kürsünü kənara itələmək istəyir.) 
K a t i b ə. Pojarnını çağırın! (Qışqırır.) Pojarnı!.. 
M ə s u l  k a t i b. Oğlum, şair, bir dəqiqə dayan. Hörmətli Baş redaktorumuza səbəbini söylə, 
qoy məsələdən agah olsun, sonra get də! Vallah, o mənfur sovet hökumətinin vaxtında baş redaktora 
belə hörmətsizlik etməzdilər! Nə olub axı? Onsuz da, hər şey düzələcək, çətini ölənəcəndi!.. 
Ə d ə b i  i ş ç i. Yox, mən bunun səbəbini deyə bilmərəm! 
S i y a s i  i c m a l ç ı (tamaşaçılara). Əlbəttə, əsl səbəbi deyə bilməz!.. (Ədəbi işçiyə baxaraq 
öz-özünə.) Kimdi sənə bu icazəni verən?.. 
B a ş  r e d a k t o r. Niyə deyə bilmirsiz? 

 
222
Ə d ə b i  i ş ç i. Çünki bu yerdə söz acizdi! Mən bu dərdi sözlə deyə bilmərəm, gərək sazla 
deyəm, sazla! 
B a ş  r e d a k t o r. Mən indi bu iki daşın arasında sazı hardan tapım verim sizə? (Öz-özünə, 
əsəbi)  Vallah, elə  mənim də  işim qalıb Allah ümidinə! Heç olmasa, bunu normal bir adam hesab 
edirdim, bu da belə.. Bu cür necə işləmək olar? Bunlar necə insanlardı? Nə olub bunlara, ay Allah? 
Niyə bu günə düşüb bunlar? 
Panteleymon Polikarpoviç (bir anlıq romantik xatirələrə dalaraq öz-özünə).  Eh... Manda 
proşlı jiznda uşaq vaxtı qozal tar çalmaq vardı... (Cibindən çıxartdığı dəsmalla gözlərinin yaşını silir 
və bərkdən burnunu təmizləyir.) 
Ş ö b ə  m ü d i r i (əli ilə Panteleymon Polikarpoviçi göstərərək, yavaşdan öz-özünə). Ən çox 
mənfi şüalar, bax, bu adamdan gəlir!.. 
Ə d ə b i  i ş ç i. Əlvida!.. 
K a t i b ə (qışqırır). Pojarnı!.. 
M ə s u l  k a t i b. Dayan, oğlum, şair!.. (Baş redaktora işarə ilə) Bu kişi təkbaşına, minbir 
əzab-əziyyətlə, qısa bir vaxtda bu redaksiyanı təsis etdi, bu çətin vaxtda bizə çörək verdi!.. Bütün 
fikri-zikri xalqa xidmət etməkdi! Həyatı da, bu iki ayda bizim gözümüzün qabağındadı!.. Aydan arı, 
sudan durudu!.. Mən otuz doqquz Baş redaktor görmüşəm, amma bu qədər təmənnasız işləyən, 
millətə xeyir vermək istəyən, əlindən gələni əsirgəməyən... 
B a ş  r e d a k t o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil... 
M ə s u l  k a t i b (sözünə davam edərək). ... əsirgəməyən, savadlı, dünyadan xəbərdar olan 
Baş redaktor görməmişəm! 
B a ş  r e d a k t o r (çox ciddi). Sizdən çox xahiş edirəm! Belə sözlərə ehtiyac yoxdu! 
M ə s u l  k a t i b. Ay oğlum, Baş redaktor, mən dəvəsi ölmüş ərəbəm, hay-hayım gedib, vay-
vayım qalıb, bəs mənim nə ehtiyacım var bu sözlərə? Mənfur sovet vaxtı deyil ki, yalandan 
tərifləyim, ya da yalandan adamın üzünə durum... Indi demokratiyadı... Olanını deyirəm də!.. 
Ş ö b ə  m ü d i r i (pəncərə  tərəfə baxa-baxa öz-özünə).  Deyəsən, başqa tərəfə döndülər... 
(Pıçıltı ilə) Qud! Qud! Dır bir mır qor-qor? Aha!.. Aydındır!.. Deməli, hələlik planlar dəyişir. Əla!.. 
(Pıçıltı ilə) Fi qı tır!..  
Ə d ə b i  i ş ç i. Əlvida!.. 
K a t i b ə (bərkdən hönkürə-hönkürə). Qoymayın!.. Pojarnı!.. 
M ə s u l  k a t i b (əsəbi halda ədəbi işçiyə). Heç olmasa, bu son məqamda mərifətin olsun! 
Dayan, qoy mən danışım, sonra xoş getdin! (Baş redaktora) Bu, səhərdən axşamacan «Simuzər» 
poemasını bərkdən oxuyur, düzdü, poema hələ yarımçıqdı, amma oradan belə məlum olur ki... 
B a ş  r e d a k t o r (onun sözünü kəsərək). Necə? Mən bundan əvvəlki ədəbi işçini güc-bəla 
ilə işdən azad elədim ki, iş görmək əvəzinə boş-boş şerlər yazır. Indi bir həftədi bunu götürmüşəm 
işə. Hörmətli ziyalılara müraciət etdim, bunu məsləhət gördülər, operativ jurnalistdi dedilər, indi bu 
da şair çıxıb? 
K a t i b ə (daha da bərkdən zırıldayır). Bəs, siz məhəbbəti nə bilirsiz?! 
Panteleymon Polikarpoviç. Net, on ne şair! Nastoyaşi şer man qorsadar siza! 
B a ş  r e d a k t o r (Panteleymon Polikarpoviçə). Çto? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Sami uvidete!.. 
Ə d ə b i  i ş ç i. Əlvida! 
M  ə s u l  k a t i b (qışqırır).  Dayan!  (Tələsik Baş redaktora) Deməli, belədi.  (Barmağı ilə 
Ədəbi işçini göstərir.) Bunun atası mənfur sovet vaxtı partokrat idi, sonra dönüb cəbhəçi olub. Qızın 
atası, yəni Simuzərin atası  əvvəlcə  cəbhəçi olub, sonra keçib kommunistlərin tərəfinə. Indi bir-
birlərilə düşməndilər... Xüsusən də  gələcək qaynanası!  (Ədəbi işçiyə)  Hə, xudahafiz, day gedə 
bilərsən!.. 
Ə d ə b i  i ş ç i. Əlvida! Məni şəklimə baxıb xatırlamayın, xatırlayıb şəklimə baxın!.. 
 

 
223
Ürəyimdən axır qanlı sular 
Getdim,Simuzər, əlvida, ey yar!.. 
 
(Ayağının altındakı kürsünü kənara itələmək istəyir.) 
K a t i b ə. Ah, xoşbəxt Simuzər!.. 
B a ş  r e d a k t o r. Bir dəqiqə! 
Ə d ə b i  i ş ç i. Yox, məni fikrimdən döndərmək mümkün deyil! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (diqqətlə Ədəbi işçiyə baxaraq öz-özünə). Da, bu 
toçno dallak Usta Ibraqim Ardabili, moy parixmaxer! Svoloç, başımı bark kasdi... Qan mnoqo 
axdı... Ostalsya takim je upryamım oslom! Allax raxmat versin!.. 
B a ş  r e d a k t o r. Bir dəqiqə! 
Ə d ə b i  i ş ç i. Qəti mümkün deyil!  
S i y a s i  i c m a l ç ı (istehza ilə öz-özünə). Guya ki, öz fikrilə oturub-durur... 
Ə d ə b i  i ş ç i. Əlvida, sevimli günəşim mənim, ayım mənim, sayrışan ulduzlarım mənim, 
dənizim mənim! Əlvida, əziz Bakım mənim! Şair könlüm sizi də Simuzərlə bərabər sevirdi!  
B a ş  r e d a k t o r. Deməli, siz əsl şair deyilsiniz! 
 
Pauza. 
 
Ə d ə b i  i ş ç i. Nə? Nə dediniz? 
K a t i b ə. Vay!.. 
Ə d ə b i  i ş ç i. Mən əsl şair deyiləm? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Koneçno...  
Ə d ə b i  i ş ç i. Hə? 
B a ş  r e d a k t o r. Bəli! Siz əsl  şair deyilsiniz! Əgər siz əsl  şair olsaydınız, «Simuzər» 
poemasını yarımçıq qoyub özünüzü asmazdınız! 
 
Gərgin pauza.  
 
Ə d ə b i  i ş ç i (qəfil bir ehtirasla, şövqlə).  Mən onu bitirəcəyəm!..  (Kəndiri çılçıraqdan 
açmağa başlayır.)  Mən «Simuzər»i yarımçıq qoymayacağam!  (Kəndiri tamam açıb çıxarır, həlqə 
boynunda hoppanıb yerə düşür və  dərhal da yaradıcılıq fəaliyyətinə başlayır.)  Sən mənim... Sən 
mənim... 
 
Sən mənim canım, qanım, 
Sevimli, pak nigarım!.. 
 
K a t i b ə. Ah!.. Məhəbbət aşiqi!.. 
Ş ö b ə  m ü d i r i (pəncərə tərəfə baxa-baxa pıçıltıyla). Dar bar? Zar-zar!.. Zar-zar!.. 
B a ş  r e d a k t o r (əsəbi). Bəsdi! Qurtardı daha bu komediya oyunları! Hərə öz işi ilə məşğul 
olsun! Mən sizə, hamınıza çox ciddi xəbərdarlıq edirəm! Xalqın, millətin bu günündə biz burda 
oturub boş-boş  işlərlə  məşğul ola bilmərik. Buna bizim mənəvi haqqımız yoxdu! Kim şer yazır, 
işdən sonra gedib yazsın! Kim sevmək istəyir, işdən sonra gedib kimi istəyir, nəyi istəyir, sevsin! 
Kim özünü öldürmək istəyir, zəhmət çəkib işdən sonra özünü öldürsün. Eşitdiz də? 
 
        Hərə öz yerində oturub kağız-kuğuzla məşğul olmağa başlayır. Kəndir eləcə Ədəbi işçinin boğazındadı və o 
hələ «Simuzər»namə aləminin sehrindən çıxmayıb, pıçıltıyla barmaqhesabı hecaları sayır. Yalnız Məsul katib 
Baş redaktoru ötürür və işıq ancaq onların  
üzərinə düşür. 
 
M ə s u l  k a t i b. Darıxmayın... Düzələcək, hər şey düzələcək.. 
B a ş  r e d a k t o r (bir ürək yanğısı ilə). Bəs, axı, nə vaxt düzələcək? 

 
224
M ə s u l  k a t i b. Öləndən sonra! 
B a ş  r e d a k t o r (ayaq saxlayır). Nə? Öləndən sonra? 
M ə s u l  k a t i b. Bəli... 
B a ş  r e d a k t o r. Öləndən sonra nə düzələ bilər? 
M ə s u l  k a t i b. Hər şey! Oğlum, Baş redaktor, çətini ölənəcəndi, sonra hər şey düzələcək... 
(Yavaşdan) Sizdən nə gizlədim... Elə mən də özümü öldürəcəyəm... 
B a ş  r e d a k t o r (təəccüblə). Siz özünüzü öldürəcəksiz? 
M ə s u l  k a t i b. Bəli. (Ədəbi işçiyə işarəylə) Amma belə yox e-e-e... 
B a ş  r e d a k t o r. Siz niyə özünüzü öldürürsiz? 
M ə s u l  k a t i b. Əşşi, ay oğlum, Baş redaktor, belə həyat olar, belə yaşamaq olar? Allahın 
şirin çaxırını da day nisyə vermirlər! Pul yox, para yox, dolanmaq mümkün deyil... Evə gedib zəngi 
basırsan, arvad-uşaq qapını açıb əvvəlcə əlivə baxırlar, sonra üzüvə... Yaşamağın mənası yoxdu... 
B a ş  r e d a k t o r (təsirlənmiş və narahat). Eybi yox... Siz dünyagörmüş adamsız... Həmişə 
belə davam etməyəcək ki... Səbr edin!.. 
M  ə s u l  k a t i b. Vallah, day səbr edə bilmirəm!.. Yetmiş ildi səbr edə-edə  gəlirəm... 
Mümkün deyil daha!.. Əhmədə borcluyam, Məmmədə borcluyam, Həsənə borcluyam!.. Daha dözə 
bilmirəm! (Dərindən ah çəkir.) Öldürəcəyəm özümü! 
B a ş  r e d a k t o r (ciblərini qurdalayıb bir şey tapmayaraq son dərəcə  təsirlənmiş  və 
pərişan). Eybi yox, Allah kərimdi!.. 
M ə s u l  k a t i b. Dərd burasındadı ki, Kərimə də borcluyam!.. 
 
Baş redaktor matı-qutu qurumuş halda ona baxır. 
 
Bəli! Kərimə də borcluyam! 
 
Bu vaxt işıq Katibənin üzərinə düşür və Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə Baş redaktorla Məsul 
katibin qarşısından keçib səhnədən çıxır. 
 
B a ş  r e d a k t o r. Bu niyə belə edir? 
M ə s u l  k a t i b. Allah bilir... 
B a ş  r e d a k t o r (özünü saxlaya bilməyib qışqıra-qışqıra). Boje moy!.. Boje moy!.. (Sürətli 
addımlarla səhnədən çıxır.) 
  
 İ ş ı q  s ö n ü r. 
 
 
İKİNCİ ŞƏKİL 
 
P r o f e s s o r,  Ş ə f q ə t  b a c ı s ı. 
Səhnə qaranlıqdır. Və qaranlıqda səslər. 
 
P r o f e s s o r u n  s ə s i. Yoxdur! Heç harada yoxdur!.. 
Ş ə f q ə t  b a c ı s ı n ı n  s ə s i. Darıxmayın, Professor! Darıxmayın!.. 
 
Irəlidə Professor və ardınca da Şəfqət bacısı sürətlə  
səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür. 
 
P r o f e s s o r (təngnəfəs). Yox! Biz onu tapa bilməyəcəyik!..  
Ş ə f q ə t  b a c ı s ı (cidd-cəhdlə onu sakitləşdirmək istəyir). Taparıq!.. Taparıq!.. 

 
225
P r o f e s s o r. Yox! Mən bilirəm! Mən onu yaxşı tanıyıram! O elə gizlənib, elə maskalanıb 
ki, biz onu tapa bilməyəcəyik! Biclikdə o, şeytana papış tikər!.. 
Ş ə f q ə t  b a c ı s ı. Taparıq, Professor! Əsəbiləşməyin! Sizə əsəbiləşmək olmaz! 
P r o f e s s o r. Aman Allah! Mənim həyatım birdən-birə necə də mənasız oldu! 
Ş ə f q ə t  b a c ı s ı. Yox! Mən qoymaram ki, siz ruhdan düşəsiz! Bədbinliyə qapılasız! Əgər 
siz belə olsaz, onda biz adi bəndələrin axırı necə olar?!  
 
Çantasından axtarıb həb çıxarır və Professor həbi görən kimi qaçmaq istəyir, amma Şəfqət bacısı həbi zorla onun 
ağzına basır. 
 
Biz onu tapacağıq! 
P r o f e s s o r (həbi uda-uda). Siz buna inanırsız? 
Ş ə f q ə t  b a c ı s ı. Əlbəttə, inanıram! 
P r o f e s s o r. Onda gedək! 
Ş ə f q ə t  b a c ı s ı (ruh yüksəkliyi ilə). Gedək, Professor, gedək!.. 
P r o f e s s o r (ruh yüksəkliyi ilə). Gedək yenə axtaraq! Hardasan, mənim əziz dəlim! 
Ş  ə f q ə t  b a c ı s ı. Bəli, Professor! Gedək yenə axtaraq! Biz yorulmayacağıq! Gedək 
gələcəyə doğru! 
 
Sürətlə səhnədən çıxırlar. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin