Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 ALTINCI ŞƏKİL 
 
P r o f e s s o r,  Ş ə f q ə t   b a c ı s ı. 
Səhnə qaranlıqdır. Professorun və Şəfqət bacısının həyəcanlı səsləri eşidilir və hərdən onların səsinə maşın 
siqnalı, tormoz səsi, camaatın hənirtisi qarışır. 
 
P r o f e s s o r u n  s ə s i. Tapılmır! Yoxdu! Mənim bütün həyatım məhv olur! 
Ş ə f q ə t  b a c ı s ı n ı n  s ə s i. Aman Allah! Siz nə danışırsınız?! Xahiş edirəm sizdən! 
Xahiş edirəm belə sözlər deməyəsiniz! Sizdən belə sözlər eşidəndə az qalıram mən özüm dəli 
olum!.. 
P r o f e s s o r u n  s ə s i. Axı, mən daha dözə bilmirəm! O yoxdur! O qeyb olub! 
 
Professor və ardınca da Şəfqət bacısı tələsik səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür. 
Ş ə f q ə t  b a c ı s ı. Ümidsizliyə qapılmaq olmaz! Biz onu tapmalıyıq! 
P r o f e s s o r. Bəli, tapmalıyıq! Öz kamerasına... e-e-e... öz palatasına qaytarmalıyıq! Mən 
onun üzərindəki təcrübələrimi davam etdirməliyəm! Müalicəmi sona çatdırmalıyam! Onu heç 
olmasa tam sağalda bilməsəm də, təhlükəsizliyini təmin etməliyəm! Etməliydim!.. Bəli, belədir, 
etməliydim!.. Yox, o tapılmır! Tapılmır! Off, ürəyim!.. 
Ş ə f q ə t  b a c ı s ı. Vay!.. Sakit olun! Yalvarıram, diz çökürəm qarşınızda, əsəbiləşməyin! 
(Iki ayağıyla da Professorun qarşısında diz çökür.)  

 
237
P r o f e s s o r. Qalxın! Qalxın! 
Ş ə f q ə t  b a c ı s ı. Yox! Axı, sizə əsəbiləşmək olmaz!  
P r o f e s s o r. Qalxın! 
Ş ə f q ə t  b a c ı s ı. Yox! Siz mənə söz verin ki, bir daha əsəbiləşməyəcəksiniz! 
P r o f e s s o r. Qalxın! 
Ş  ə f q ə t  b a c ı s ı. Söz verin! Söz verin öz yazıq bəndənizə!  (Birdən çantasından həb 
çıxarıb ayağa sıçrayır.) Atın bunu! Atın!  
 
Professor həbi atmaq istəmir, Şəfqət bacısının əlindən  
çıxıb qaçmaq istəyir. 
 
Yox! Mütləq atmalısız!  (Həbi zorla Professorun ağzına basır.) Biz sizi bəşəriyyətçin 
qorumalıyıq! 
P r o f e s s o r (boğazındakı  həbi udmağa çalışaraq).  Mən də  bəşəriyyəti düşünürəm! 
Bəşəriyyət üçün çalışıram! 
Ş ə f q ə t  b a c ı s ı. Elədir! Mən bunu bilirəm! 
P r o f e s s o r. Lakin o tapılmır!  
Ş ə f q ə t  b a c ı s ı. O tapılacaq! 
P r o f e s s o r. Bəs nə zaman? Harada? 
Şəfqət bacısı  (iki  əlini də göyə qaldıraraq).  Ilahi, sən nə üçün bu müqəddəs varlığa  (Əli ilə 
Professoru göstərir.) bu qədər iztirablar verirsən?! Bu müqəddəs varlığı bu qədər sınamaq olarmı?! 
Məgər bu qədər illər boyu o sənin sınağından çıxmayıb? Bir dəli nədir ki, onu gizlədirsən? Onu bu 
müqəddəs, bu cəfakeş varlıqdan  əsirgəyirsən? Yox! (Barmağı ilə göyü hədələyir.)  Biz 
sınmayacağıq! Biz bütün əzab-əziyyətə sinə  gərib onu axtaracağıq! Mən heç vaxt imkan verə 
bilmərəm ki, bu müqəddəs varlıq  (Yenə  də  əli ilə Professoru göstərir.)  bu qədər iztirab çəksin! 
(Əlini göyə qaldırıb barmağı ilə göyü hədələyir.)  Yox, mən buna imkan verə bilmərəm! 
(Professora) Biz onu tapacağıq! Mən sizə söz verirəm, Professor! Inanın mənə! Gedək! 
P r o f e s s o r. Daha hara gedək? 
Ş ə f q ə t  b a c ı s ı. Hələ nə qədər yer qalıb! Mədəniyyət Nazirliyi, teatrlar, redaksiyalar, 
Nazirlər Kabineti!.. Gedək, Professor! (Birdən nəsə tapıbmış kimi) Yazıçılar Birliyi! Hələ Yazıçılar 
Birliyi qalıb! 
P r o f e s s o r. Bəli, bəli! Yazıçılar Birliyi! Nə yaxşı ki, siz varsınız! Məndə yenə bir ümid 
yaratdınız! (Ruh yüksəkliyi ilə) Gedək!.. 
 
Sürətlə səhnədən çıxırlar. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
 YEDDİNCİ ŞƏKİL 
 
Gecə. Baş redaktorun kabineti. B a ş  r e d a k t o r. 
Səhnə qaranlıqdır. Işıq Baş redaktorun üzərinə düşür və  
o səhnədə var-gəl etdikcə, işıq da səhnə boyu onunladır.  
Baş redaktorun əynində idman forması var. 
 

 
238
B a ş  r e d a k t o r (səhnə boyu var-gəl edə-edə). Vallah, adam yatmağa da qorxur... Qorxur 
ki, gedib divanın üstündə uzanıb yuxuya getsin... Dünən gecə yuxuda görürəm ki, adamla dolu 
stadiondu, yüngül atletika üzrə yarış gedir, mən də hündürlüyə tullananam... Qaçıb, qaçıb atlanıram 
hündürə... Camaat qalxır ayağa... Mən hündürə qalxıram, amma daha yerə düşmürəm... Elə qalxıram 
göyə, qalxıram... Məni gözləyən camaat qalır aşağıda, görünməz olur, stadion görünməz olur, Bakı 
görünməz olur, axırda yer kürəsi balaca bir top kimi qalır uzaqda... Mən də elə hey qalxıram göyə, 
özüm də bir daha insanların arasına qayıtmaq istəmirəm, yer kürəsinə dönmək istəmirəm... 
Ürəyimdə  də bir qəm, bir qüssə var, incimişəm insanlardan, yer kürəsindən, yorulmuşam... 
Oyanandan sonra yarım saat özümə gələ bilmədim... Yuxarı qayıtmaq istəyirdim, ora! (Əli ilə tavanı 
göstərir.)  Geriyə dönmək istəmirdim... Yenidən bizim bu başıbəlalı yer kürəmizə qayıtmaq 
istəmirdim. Çünki, həqiqətən, ürəyimdə bir qəm-qüssə var, həqiqətən, yorulmuşam, bax, buracan 
(Əli ilə çənəsinin altını göstərir.) doymuşam, day mümkün deyil... Çox çətindi... Mən çətinliklərdən 
qorxan adam deyiləm, bütün ömrüm çətinliklər içində keçib, əzab-əziyyət içində keçib, bəzən də lap 
məşəqqət içində yaşamışam, amma, vallah, day dözə bilmirəm... Mənim özümə nə lazımdı? Heç nə! 
Bir həsirəm, bir Məmmədnəsir! Ailə yox, uşaq yox... Heç bir daxmam da yoxdu... Bude, iş 
kabinetindəki bu divanımdı  (Əli ilə göstərir.)  mənim evim! Bu qədər  əziyyət çəkdim... Milli 
Məclisin qəbul elədiyi bütün o təzə qanunların hamısını öyrəndim. Min bir əzab-əziyyətlə, ağzını 
axıracan açmış ac akulalar kimi rüşvət sədlərini aşa-aşa dövlətdən kredit götürdüm, yer icarə elədim, 
bu qəzeti təsis elədim, Mətbuat və Informasiya Nazirliyində qeydiyyatdan keçirdim, min bir əzab-
əziyyətlə Latviyadan kağız gətirtdim, mətbəəylə müqavilə bağladım, imzalarını tanıdığım adamları 
bir-bir özüm tapıb işə götürdüm... Nə üçün? Ona görə ki, mən də bu respublika üçün əlimdən gələni 
əsirgəməyim, nəsə eləyim... Fikirlərim var, millətə çatdırım... Arzularım var, bildirim... Ancaq kağız 
kağızdı, bəli, güc-bəla ilə tapmaq olur, mətbəə  də  mətbəədi, axırı ki, çap edir qəzeti... Bəs bu 
insanlar?.. Bu adamlar?.. Ətrafa baxıram, az qalır ürəyim partlasın!.. Nə olub bunlara? Elm, texnika 
inkişaf etdikcə, elə bil ki, insan da ağlının yarısını verib elektron aparatlara, kompüterlərə, özü qalıb 
yarımçıq... Elə bizim bu redaksiyadakıları götür... Belə baxırsan, əməlli-başlı adamlardı... Amma elə 
ki, bir az yaxından təmasda olursan, paho-o-o!.. Deyiləsi deyil!.. Gərək o şairfason demişkən, əlinə 
saz alasan!.. Bunları  işdən çıxaracaqsan, acından öləcəklər... Bu maaşla, heç olmasa, birtəhər 
dolanırlar... Onda bəs nə edəsən? Bəs qəzeti necə  çıxarasan? Daha təkbaşına çıxara bilmirəm, 
yorulub  əldən düşmüşəm, gücüm çatmır... O qədər material oxuyuram, redaktə edirəm ki, gecə 
gözümü yumanda da hərflər az qalır bəbəyimi deşsin... Bəs qəzet çıxmayandan sonra, özü də 
maraqlı çıxmayandan sonra, camaat onu almayandan sonra, mən o kreditləri necə ödəyəcəyəm? Bir 
də ki, axı, iş tək bu redaksiyadakılarda deyil... Birini qəbul edirsən, o birinin ərizəsini oxuyursan, o 
brisiylə də telefonla danışırsan, görürsən... belə... birtəhərdir... Birtəhərdir, amma vallah, heç özüm 
də bilmirəm, nə təhərdir... Görmürsən, deyir ki, Klinton Sovet Ittifaqı Qəhrəmanıdı?! O biri deyir ki, 
sar-sar dilində kosmosla danışıram, özümüz də arvad-uşaqla birlikdə uçuruq Veneraya, tez-tez də 
Leninlə görüşürəm! Bədbəxt millət! Bu yetmiş ildə Lenini o qədər yeridiblər beyninə ki, imperiya 
dağıldı, ancaq o hələ ondan əl çəkə bilmir! Elə bil, insanların  şüurunun altında mürgüləyən bir 
xərçəng xəstəliyi var, indi münbit zəmin yaranıb, xəstəlik oyanıb!.. Bu cürə  gəl qəzet burax də!.. 
Vallah, hərdən adam özündən şübhələnir... Deyirsən, bəlkə elə bunlar normal adamlardı, sən özün 
birtəhərsən? Hə? Bəlkə elə doğrudan da Veneraya uçur? Bax də... Gör nə danışırsan?.. Belə getsə, 
deyəsən sən hələ çox şeylər danışacaqsan... Yox, bu bədbəxt qız doğrudan qız deyil, insan deyil, 
qırqovuldu!.. O birisinin də qaynanası kişi çıxıb, amma məlum deyil qızını necə doğub!..  (Başını 
bulaya-bulaya yazı masasına yaxınlaşır və masanın siyirtməsini çəkib güzgünü götürür, dilini 
çıxarıb diqqətlə özünə baxır.) A-a-a!.. A-a-a!... 
  
 İ ş ı q  s ö n ü r. 
 
 

 
239
 SƏKKİZİNCİ ŞƏKİL  
 
B a ş  r e d a k t o r,  P a n t e l e y m o n 
P o l i k a r p o v i ç,  K a t i b ə. 
Baş redaktorun kabineti. Baş redaktor yazı masasının arxasında əyləşib. Ponteleymon Polikarpoviç onun 
qarşısında ayaq üstə dayanıb. 
 
B a ş  r e d a k t o r (əsəbi halda əlindəki kağızı silkələyə-silkələyə).  Mən sizi nə üçün işə 
götürdüm? Bax, burada, bu otaqda sizinlə oturub nə barədə söhbət etdik, Panteleymon Polikarpoviç, 
yadınıza gəlir? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Kak je? Albatta! Oçen xoroşo yadındadır! 
B a ş  r e d a k t o r. Siz bizim qocaman, hörmətli rus jurnalistlərimizdən birisiniz. Sizinlə də 
belə şərtləşmişdik ki, həftədə bir dəfə rus dilində respublikadakı mədəni, ictimai-siyasi həyatımızın 
icmalını yazasınız! Rusdilli oxucular üçün! Onlar da oxuyub görsünlər ki, bu başıbəlalı ölkədə nələr 
baş verir! Belədir? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! 
B a ş  r e d a k t o r. Bəs siz neyləmisiz? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Man neynadi? 
B a ş  r e d a k t o r (əlində tutduğu kağızı oxuyur). 
 
Ana vətən, ana vətən, 
Səni çoxlu sevirəm mən! 
Azərbaycan! 
Can, vətən, can! 
Təbrizim mənim! 
Əzizim mənim! 
 
Bu nədi belə? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Şer! 
B a ş  r e d a k t o r (əsəbi). Sluşay! Bəyəm bizim azərbaycanlı şer bülbüllərimiz azıydı ki, siz 
də bir tərəfdən başlamısız? Bir dənə «Simuzər» poemasının öhdəsindən gələ bilmirik! Bilmirik ki
canımızı necə qurtaraq? Indi də siz başlamısız?  
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (başını aşağı salaraq). Bali! 
B a ş  r e d a k t o r. Siz Azərbaycan dilini bilməyə-bilməyə bu dildə necə şer yazacaqsız? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (ehtirasla). Axı, bu dil manin ana dili! 
 
 Pauza. 
 
B a ş  r e d a k t o r. Nə? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (eyni ehtirasla). Manin ana dili! Rodnoy Azirbeyjan 
dili! 
B a ş  r e d a k t o r. Necə yəni Azərbaycan dili sizin ana dilinizdi? Panteleymon Polikarpoviç, 
siz, bəyəm, rus deyilsiz? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali, indi rusam... 
 
 Pauza. 
 
B a ş  r e d a k t o r. Necə yəni «indi rusam»? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (ruh yüksəkliyi ilə).  Axı, man avvalki xayatda 
azirbeyjanes bıl! 
B a ş  r e d a k t o r. Nə? 

 
240
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (daha artıq bir ruh yüksəkliyi ilə). Da! Da! Man 
(Əlini döşünə vurur.) avvalki xayatda azirbeyjanlı! 
 
 Pauza. 
 
B a ş  r e d a k t o r. Sluşay, siz qırx il bundan qabaq Leninqradda universitetin jurnalistika 
fakültəsini bitirməmisiz? Sonra da Bakıya gəlməmisiz? Axı, şəxsi işinizdə belə yazılıb! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! 
B a ş  r e d a k t o r. Bəs necə yəni «əvvəlki həyatda»? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! Bu indi, v etom qodu mana malum oldu! Bali! 
Bali! Kones vosemnadsotoqo, naçalo devyatnadsotoqo veka!.. On sakkız asr konesinda, on doqquz 
asr avvalinda man Tavrizda yaşadı!.. 
B a ş  r e d a k t o r. Əstəğfürullah!.. On səkkizinci  əsrin sonunda, on doqquzuncu əsrin 
əvvəlində siz Təbrizdə yaşayırdız? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! Molla Quseyn Kuli maxallada! 
B a ş  r e d a k t o r. Lənət şeytana!.. Özü də azərbaycanlı idiniz? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (qürurla). Bali! 
B a ş  r e d a k t o r. Bəs... bəs adınız nə idi? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (böyük məmnuniyyətlə). Xazrat Kuli bek! 
 
 Pauza. 
 
B a ş  r e d a k t o r. Nə? Nə? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Xazrat Kuli bek! Ozu da seid bıl! Seid Xazrat Kuli 
bek! 
 
 Pauza. 
 
B a ş  r e d a k t o r (iki əli ilə də başını tutur). Vallah, billah, mən day bir söz tapa bilmirəm!.. 
Bəlkə, doğrudan da, mənim başım xarab olub? Bəlkə mən, həqiqətən, dəliyəm? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Ne-e-et! Siz yaxçı çelovek! Siz oçen xoroşiy adam! I 
bolşoy master! Man sizi da tanıdı! 
B a ş  r e d a k t o r. Məni də tanıdız? (Ayağa qalxır.) 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Koneçno, tanıdı! Vı oçen bolşoy master! Siz Dallak 
Imamverdi! Man srazu tanıdı sizi! Bali, doroqoy Dallak Imamverdi... 
B a ş  r e d a k t o r. Mən a? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! Siz kones vosemnadsotoqo asrda dallak idiz. 
Dallak Imamverdi! Onda man uşak... Otes qatirdi biza sizi... Onda man uşak... (Birdən-birə utanır.) 
Ayıpdı... 
B a ş  r e d a k t o r. Ayıbdı? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali... 
B a ş  r e d a k t o r. Nə ayıbdı? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (utana-utana). Siz mani... Siz mani sunnat etdi!.. 
B a ş  r e d a k t o r. Nə? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! 
B a ş  r e d a k t o r. Mən sizi sünnət eləmişəm? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Bali! 
 
 Pauza. 
 

 
241
B a ş  r e d a k t o r (qışqırır). Yox! Yox! Daha dözmək mümkün deyil! (Yenə də əlləri ilə 
başını tutub taqətsiz halda yerində oturur.) Ya mən özüm, həqiqətən, dəliyəm, ya da bunların hamısı 
ucdantutma dəli olub! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (incimiş). Nu, poçemu dali? 
B a ş  r e d a k t o r. Daha qəti mümkün deyil! Qəti! Mən daha qəti dözə bilmirəm! Qəti! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (eyni incikliklə). Nu, Dallak Imamverdi, doroqoy, 
zaçem vı tak?.. 
B a ş  r e d a k t o r (qışqırır). Yox!.. Mən Dəllək Imamverdi deyiləm!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Nu, poçemu danmak? Eto ne xoroşo, ya vam skaju, 
oçen daje ne xoroşo!.. 
K a t i b ə (tələsik içəri girir, ürkmüş halda). Oy!.. Oy!.. Bu nə səsdi?  
B a ş  r e d a k t o r (Katibəyə fikir vermədən). Dəhşət! Dəhşət! Bu cür işləmək qəti mümkün 
deyil! Bu cürə yaşamaq da mümkün deyil! 
K a t i b ə (eyni ürkəkliklə). Nə olub? 
 
Panteleymon Polikarpoviç əli ilə Baş redaktoru göstərib təəccüblə çiyinlərini çəkir, sonra barmağını gicgahına 
aparıb o tərəf-bu tərəfə tərpədir, yəni ki, deyəsən, Baş redaktorun başına hava gəlib. Katibə diqqətlə Baş 
redaktora baxır, sonra qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır. 
 
Oy, mən qorxuram!.. 
B a ş  r e d a k t o r (qışqıra-qışqıra Katibəyə). Bəsdi! Qurtarın!  
K a t i b ə (ağlamsınaraq). Qorxuram... Ay mama!.. 
B a ş  r e d a k t o r (eyni əsəbiliklə). Yenə başladız?! Axı, siz dediz ki, başa düşmüsüz! Başa 
düşmüsüz ki, qırqovul deyilsiz! Insansız! Insan! 
K a t i b ə. Bəli! Mən başa düşmüşəm! Mən bilirəm ki, qırqovul deyiləm! 
B a ş  r e d a k t o r (qışqırır). Onda bəs niyə qorxursuz? 
K a t i b ə. Axı, başqaları bunu bilmir! Başqaları bilmir ki, mən qırqovul deyiləm! Axı, onları 
heç kim başa salmayıb! 
  
Pauza. 
 
Oy, mən qorxuram... 
P a n 
t  
e l e y m o n  P o l i k a r p o v i ç (birdən əllərini qaldırıb barmaqlarını tüfəng kimi 
Katibəyə tuşlayır və guya, atmağa başlayır). Part! Part! Part! 
K a t i b ə (qorxudan çığırır). Vay!.. 
B a ş  r e d a k t o r (qışqırır). Çıxın! Çıxın burdan! Çıxın! Mən sizi görməyim! 
 
Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə otaqdan qaçır. Panteleymon Polikarpoviç də barmaqları ilə 
tüfəng kimi ata-ata Katibənin ardınca otaqdan çıxır. 
 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (qaça-qaça). Part! Part! Part! 
 
 İ ş ı q  s ö n ü r. 
 DOQQUZUNCU ŞƏKİL
 
 
Redaksiya. M ə s u l  k a t i b,  Ş ö b ə  m ü d i r i,  S i y a s i   
i c m a l ç ı,  Ə d ə b i  i ş ç i,  P a n t e l e y m o n  P o l i k a r p o v i ç,   
P r o f e s s o r,  Ş ə f q ə t  b a c ı s ı,  K a t i b ə. 
 
Məsul katib, Şöbə müdiri, Siyasi icmalçı, Ədəbi  
işçi, Panteleymon Polikarpoviç – hərə öz masasının arxasında əyləşib kağız-kuğuzla məşğuldu. 

 
242
 
Ə d ə b i  i ş ç i (yavaşdan, ancaq hərarətlə). 
 
Simuzərin ülvi xislətini qoyub bir yana
Məhəbbətimizə qəsd edir, mənfur qaynana!.. 
 
M ə s u l  k a t i b (öz-özünə). Bəh-bəh-bəh!.. Xoş eşitməyənin halına!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (kağız-kuğuzdan başını qaldırıb diqqətlə Siyasi 
icmalçıya baxır və yerindən qalxıb onunla üzbəüz dayanır). Klyanus! Siz Qasan Kuli murdaşira çok 
okşadı! Pomoymu vı i yest pokoynıy Qasan Kuli murdaşir! Yey boqu, eto vı! Tavrizda Kassab Abış 
maxallası jili! Çok dost manimla! Koqda man umer, mani meçitda Qasan Kuli murdaşir yudu! 
Neujeli vı ne pomnite? Ne pomnite kak vı mani yudu meçitda? Tısyaça vosemsot devyatom qodu! 
Bu ilda man öldu. (Daha artıq bir diqqətlə Siyasi icmalçıya baxır.)  Da, ozudur! Qasan Kuli, 
doroqoy!.. (Siyasi icmalçını qucaqlayıb öpmək istəyir.) Moy rodnoy! Nakones mı vstretilis! 
S i y a s i  i c m a l ç ı (onu özündən kənar etməyə çalışaraq). Çəkil! Məni belə oyunlara qata 
bilməzsiz! Mən sizin strategiyanı da yaxşı bilirəm, taktikanı da! Ostavte menya v pokoye! A to ya za 
sebya ne otveçayu! Armud sozrel!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Qasan Kuli! Doroqoy moy murdaşir! Priçem tut 
armud? Vot priçudlivıy çelovek!.. Priçem tut strateqiya, taktika? Reç ved ne o voyne idet!.. Reç idet 
o veçnoy drujbe, milıy moyemu serdsu çelovek! V proşloy jizni mı bıli druzyami! Vot v çem delo! 
A tı strateqiya bela qaldi, taktika ela qetdi... Ved bıli, bıli xoroşiye vremena!.. Doroqoy moyemu 
serdsu Qasan Kuli murdaşir, neujeli san mani tanımadı? Tısyaça semsot devyanosto devyatı qodda 
novıy qod olanda biz saninla xalvatta tut vodkası içdık, tı eto toje ne pomniş? Zakusili xolodnoy 
çolpa! Nu, opyat ne pomniş? 
S i y a s i  i c m a l ç ı. Net! Murdaşir eto tvoya iqra! Keçməz! Məni yolumdan azdırmaq 
olmaz! Mən yaxşı bimlirəm ki, sizi kim göndərib! Sizin özünüzü də yaxşı tanıyıram! (Istehza ilə) 
Panteleymon Polikarpoviç... Yalançının atası gorbagor olsun!..  
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (sevincək). Vot! Vot! Qorbaqor! Ya je qovoryu san 
murdaşir! 
Ə d ə b i  i ş ç i (böyük yaradıcılıq şövqüylə). 
 
Simuzərsiz həyat tam əfsanədir! 
Onunsa anası bir ifritədir!.. 
 
M  ə s u l  k a t i b. Əfsanə – ifritə... Vallah, heç mənfur sovet dövründə  də belə qafiyə 
olmurdu! 
Ə d ə b i  i ş ç i. Nə? 
M ə s u l  k a t i b. Heç, oğlum, qafiyəni deyirəm... Əfsanə – ifritə... Deyirsən yəni bu yaxşı 
qafiyədi?.. 
Ə d ə b i  i ş ç i (xoruzlanır). Xahiş edirəm siz mənim yaradıcılıq laboratoriyama müdaxilə 
etməyəsiniz! Ora... ora müqəddəsdir! 
Ş ö b ə  m ü d i r i (pəncərəyə  tərəf boylana-boylana öz-özünə).  Bəli!.. Oldu!.. Nəzərə 
alaram!.. (Diqqətlə nəyəsə qulaq asır və gülümsəyir.) Aha!.. Aydındır!.. Sar mır sır dır-dır? Dıram! 
Dır xıra pır tır!.. 
 
Professor, ardıyca da Şəfqət bacısı sürətlə səhnəyə daxil olurlar.  
 
P r o f e s s o r (təngnəfəs). Of-f-f!.. Bəlkə burda tale üzümüzə güldü... 
Ş ə f q ə t  b a c ı s ı. Siz həyəcanlanmayın, Professor, xahiş edirəm!.. Nəfəsinizi dərin!.. 
P r o f e s s o r. Yox! Nəfəs dərməyə mənim vaxtım yoxdu!.. 

 
243
 
Professor və onun arxasından da Şəfqət bacısı boylanaraq bir-bir redaksiya işçilərinə yaxınlaşıb diqqətlə onların 
sifətlərinə baxırlar.  
 
P r o f e s s o r. Yox... Deyəsən, tale bu dəfə də üzünü məndən çevirir... 
Ş ə f q ə t  b a c ı s ı. Yalvarıram sizə, Professor!.. Siz özünüzü qorumalısınız!.. Heç olmasa, 
bizim üçün, professor, bizim üçün qorumalısız!.. 
P r o f e s s o r. Axı... 
 
Şəfqət bacısı tələsik çantasından həb çıxarır və Professor həbi görən kimi, yenə də qaçmaq istəyir, amma Şəfqət 
bacısı ona macal vermir və həbi zorla Professorun ağzına basır. 
 
M ə s u l  k a t i b (Şəfqət bacısına). Siz nə edirsiz? Insan haqlarını pozmaq olmaz! Indi daha 
mənfur sovet dövrü deyil! Indi demokratiyadır! 
 
Amma Professor artıq həbi udub və yenə də ən sevimli dəlisini tapmaq həsrətindədi, buna görə də diqqətlə Ədəbi 
işçiyə baxır. 
Ə d ə b i  i ş ç i. Bu nədi belə? Siz kimsiz? 
 
Professor barmağı ilə onun çənəsini yuxarı qaldırır və daha artıq bir zəndlə baxır. Şəfqət bacısı da  Professorun 
baxışlarını, hərəkətlərini təkrar edir. 
 
Ə d ə b i  i ş ç i. Nə üçün mənə belə baxırsız? 
P r o f e s s o r. Çünki o sifətini dəyişə bilər! O-o-o!.. Ondan nə desən gözləmək olar! O 
sənətkardır! Çox böyük sənətkardır! 
Ş ə f q ə t  b a c ı s ı. Bəli! Elədir, Professor!.. 
Siyasi icmalçı(öz-özünə).  Məsələ tamam aydındır!.. Axmaqlar, elə bilirlər mən bunlara 
inanacağam... Guya ki, mən bilmirəm bunları kim göndərib bura?! (Tamaşaçılara)  Axı, bunları 
xüsusi məndən ötrü bura göndəriblər! Bu ağ xalat, nə bilim, Professor, Şəfqət bacısı, hamısı 
masqaraddı! Masqarad!.. 
Ə d ə b i  i ş ç i. Aha!.. Tapmışam! Tapmışam! Sizi mənim qaynanam bura göndərib! Hə? 
(Masanın üstündəki kağızları qamarlayıb sinəsinə sıxır.) Siz mənim məhəbbət dastanımı oğurlamaq 
istəyirsiniz! Hə? 
Ş ə f q ə t  b a c ı s ı. Xeyr!.. Xeyr!.. Nə qaynana? Nə məhəbbət dastanı? Siz heç bilirsiz ki, 
kimlə danışırsız?  
M  ə s u l  k a t i b. O-o-o!.. Professor!.. Əlbəttə, biz onu tanıyırıq!.. Tibb elmimizin fəxri! 
Dünyaca şöhrətli alimimiz!.. Nyu-York Akademiyasının həqiqi üzvü!.. Şanxay üniversitetinin fəxri 
doktoru!.. Mozambikdə onun şəklini təqvimdə çap eləyiblər! Necə ki?! Tanıyırıq!.. Tanıyırıq!.. 
Xeyir ola, Professor? 
P r o f e s s o r. Mənim ən ağıllı dəlim klinikadan qaçıb! Biz üç aydır onu axtarırıq! Ancaq 
tapa bilmirik! 
Ş ə f q ə t  b a c ı s ı (tələsik). Ancaq tapacağıq! 
S i y a s i  i c m a l ç ı (öz-özünə). Gözlə!.. O saat inandıq! (Gülümsəyir.) Köhnə ssenaridi!.. 
Ancaq biz daha susmayacağıq! Armud yetişib! 
P r o f e s s o r. Of-f-f!.. Məndə daha taqət qalmayıb! 
Ş ə f q ə t  b a c ı s ı. Professor! Professor, yalvarıram sizə!..  
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (diqqətlə  Şəfqət bacısına baxır).  Bu manim 
pokoynaya Şarabanu xanum çok okşadı... Manin arvadı bıvşi xayatda, Tavrizda... Neujeli eto ona? 
(Bərkdən Şəfqət bacısını çağırır.) Şarabanu!.. 
Ş ə f q ə t  b a c ı s ı. Çto? 

 
244
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (tərəddüd içində). Net.. Vse je eto ne ona... 
Ş ö b ə  m ü d i r i (pəncərəyə  tərəf boylanaraq öz-özünə).  Sizi eşidirəm! Aha! Aydındır! 
(Cidd-cəhdlə nəsə yazır.) Tır-pır flinqo fom-fom!.. Sar! Sar! 
P r o f e s s o r. Yoxdu!.. Mənim dəlim burda da yoxdu!.. 
Ə d ə b i  i ş ç i (kağızları hələ də sinəsinə sıxıb). Siz nə haqla burada, bizim redaksiyada dəli 
axtarırsız? Bura bəyəm dəlixanadı? 
Ş ö b ə  m ü d i r i (yaza-yaza).  Tır qır sır-sır? For!.. For!.. (Bir anlıq başını qaldıraraq 
barmağı ilə Professoru hədələyir.) Qoy... Bu saat... Bu saat başım açılsın... Işimi qurtarım... Mən 
sizi məhkəməyə verəcəyəm! 
Ş ə f q ə t  b a c ı s ı (sarsılmış). Nə?.. Məhkəməyə verəcəksiz? 
Ş ö b ə  m ü d i r i. Bəli! 
Ş ə f q ə t  b a c ı s ı (Professora tərəf işarə edir). Onu? 
Ş ö b ə  m ü d i r i. Bəli! (Redaksiya işçilərini göstərir.)  Bunları bilmirəm, fəqət mən belə 
təhqirə dözə bilmərəm! 
Ə d ə b i  i ş ç i. Mən də! Ilahi, sənə  təşəkkür edirəm! Yaxşı ki, Simuzər bunları görmür! 
(Sinəsinə daha da bərk sıxdığı kağızları öpür.) 
Ş ö b ə  m ü d i r i. Sizə kim ixtiyar verib ki, burada dəli axtarasız? 
Ş ə f q ə t  b a c ı s ı (tamam sarsılmış halda). Ixtiyar? 
Ş ö b ə  m ü d i r i. Bəli, ixtiyar! 
Ş ə f q ə t  b a c ı s ı (dəhşət içində). Ona kim ixtiyar verib? 
Ş ö b ə  m ü d i r i. Bəli, ona! 
Ş ə f q ə t  b a c ı s ı. Axı, siz... siz onu tanımırsız! 
Siyasi icmalçı (tamaşaçılara).  Mən bir şeyə  məəttələm ki, bunların üsulu dəyişmir ki, 
dəyişmir! Gərək nə qədər kütbeyin olasan ki, bircə dənə də təzə şey tapmayasan!  
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (Şəfqət bacısına baxa-baxa). A mojet ona? Tumanı 
içinda bir xal var idi... (Yanını göstərir.) Vot zdes!. Kak uznat? 
M ə s u l  k a t i b. Axı, niyə, ay qızım, lap yaxşı tanıyırıq onu! Fəxrimizdi! Keçən il Fransa 
Akademiyasının mükafatını almadı? Aldı! Filippində onun adına küçə qoymayıblar? Qoyublar! 
Ş ə f q ə t  b a c ı s ı (bu miskin adamların əhatəsində daha özünü saxlaya bilmir). Xeyr! Siz 
onu tanımırsız! Siz heç nə bilmirsiz! Sizin böyük həqiqətdən xəbəriniz yoxdu!  
S i y a s i  i c m a l ç ı (tamaşaçılara). Aha! Görək indi hansı valı işə salıblar! 
Ş ə f q ə t  b a c ı s ı. Siz yalançı bir aləmdə yaşayırsız! Yazıqlar! Miskinlər! Özünüzün isə 
bundan xəbəriniz yoxdu! Siz bilmirsiz ki, kimlərlə bir yerdə yaşayırsız! Bax, bu havanı kimlərlə bir 
yerdə udursuz! Suyu kimlərlə bir yerdə içirsiz! Heç nə görməyən gözləriniz kimlərə baxır! Ah, sizin 
kor gözləriniz! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Vse je ona mani arvadı Şarabanu xanuma oçen 
oxşadı!.. Oçen!.. 
Ş ə f q ə t  b a c ı s ı. Siz burada öz qınınıza girib, burnunuzun ucundan uzağı görmürsüz! 
Ə d ə b i  i ş ç i. Bu nə danışır belə? 
P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm, kifayətdi... 
Şəfqət bacısı (çılğın).  Yox, Professor! Mən artıq dözə bilmirəm! Bu yazıqlar, bu məzlum 
insanlar həqiqətdən xəbərsizdirlər! Gör rəzalət, nadanlıq, cəhalət hansı mərtəbəyə qalxıb ki, bunlar 
sizi məhkəməyə vermək istəyirlər! Bunlar sizi tanımırlar! 
M  ə s u l  k a t i b. Ay mənim qızım, yenə deyirsən tanımırıq onu? Tanıyırıq! Onu bütün 
vətəndaşlarımız tanıyır! Keçən il Venesuelada Beynəlxalq Psixiatrlar Cəmiyyətinin vitse-prezidenti 
seçilmədi? Seçildi axı!.. 
Ş ə f q ə t  b a c ı s ı (son dərəcə həyəcanlı). Yox! Siz onu tanımırsız! 
P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm... Lazım deyil...  

 
245
Ş ə f q ə t  b a c ı s ı. Yox! Mən sizə qarşı belə bir hörmətsizliyə daha dözə bilmərəm! Qoy bu 
yazıqlar, bu misgin insanlar bilsinlər ki, siz kimsiz! 
P r o f e s s o r. Deməyin... Rica edirəm sizdən... 
K a t i b ə (hövlnak içəri girərək). Oy, nə olub burda? Bunlar kimdi? 
Ş ə f q ə t  b a c ı s ı (təbii ki, indi ona heç bir söz təsir edə bilməz). Yox! Qoy bilsinlər! O... 
(Barmağını uzadıb başını aşağı salaraq məyus dayanmış Professoru göstərir.) O... 
 
 Pauza. 
 
Musa peyğəmbərdi! 
Ə d ə b i  i ş ç i. Nə? (Şübhə ilə bayaqdan sinəsinə sıxdığı kağızlara baxır.) 
Ş ə f q ə t  b a c ı s ı (təntənə ilə). Bəli! Musa peyğəmbər! 
P r o f e s s o r (dəruni bir kədərlə Şəfqət bacısına). Siz gərək bu sirri açmayaydız... 
Ş ə f q ə t  b a c ı s ı. Mən günah elədim! Bəli! Mən sizin sözünüzdən çıxdım! Ancaq qoy 
bilsinlər! Qoy bilsinlər ki, siz əslində kimsiniz! 
P r o f e s s o r (pərişanlığını gizlədə bilmir). Hər halda, bu sirr gərək açılmayaydı... 
K a t i b ə. Oy, Musa peyğəmbər!.. Katibəsi də yanında! Baş redaktora demək lazımdı! 
(Tələsik səhnədən çıxır.) 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (Professora baxaraq). Moisey?.. Ne pomnyu... (Daha 
artıq diqqətlə baxır.) Vallax, ubey, ne pomnyu!.. 
S i y a s i  i c m a l ç ı (gülümsəyərək, öz-özünə). Eh, KQB, KQB!.. Sənin metodların dəyişmir 
ki, dəyişmir... 
M  ə s u l  k a t i b (yavaşdan).  Deyəsən, ayılmaq təhlükəsi var... (Maraqla bərkdən)  Onda 
bunun neçə yaşı var? 
Ş  ə f q ə t  b a c ı s ı. Onun yaşı yoxdu! Onun varlığı sizin yaşadığınız bu misgin aləmin 
meyarlarına sığmır! Onun yaşı... 
P r o f e s s o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil... Onsuz da bu adamlar bunu dərk 
edə bilməyəcəklər!.. 
 
 Pauza. 
 
Ş  ə f q ə t  b a c ı s ı  (dəruni bir pərişanlıqla).  Elədir... Həmişəki kimi, siz yenə  də düz 
buyurursuz,  Professor!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (Şəfqət bacısına baxır). Da!.. Da!.. Ona Şarabanu! 
Moya Şarabanu! (Qışqırır.) Şarabanu! 
Ş ə f q ə t  b a c ı s ı. Çto? 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Tı moya Şarabanu! Jena moya nezabvennaya! 
Tuman altda xal da var! Vot zdes! (Öz yanını göstərir.) 
Ş ə f q ə t  b a c ı s ı (iki əlilə də Panteleymon Polikarpoviçin başına kül eləyir). Ala!..  
 
 İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin