Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

  
ONUNCU ŞƏKİL 
 
Redaksiya otağı. P r o f e s s o r,  Ş ə f q ə t   b a c ı s ı, 
M ə s u l   k a t i b,  S i y a s i   i c m a l ç ı,  Ş ö b ə   m ü d i r i,  
Ə d ə b i   i ş ç i,  P a n t e l e y m o n  P o l i k a r p o v i ç, 
B a ş  r e d a k t o r,  K a t i b ə. 

 
246
 Redaksiya 
işçilərindən kimi öz yerində oturub, kimi yazı masasının yanında dayanıb – bu, baxır quruluşçu 
rejissorun verəcəyi mizana. Professor dərin fəlsəfi fikirlərə dalaraq başını aşağı salıb və otağın ortasında dayanıb. 
Şəfqət bacısı onun yanındadı və Professorun bu cürə dəruni fikrə getməsi bu qadını təlaşa salıb. 
 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (Şəfqət bacısına). Şarabanu! 
Ş ə f q ə t  b a c ı s ı. Paşol! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (öz-özünə, pərt). Vot sterva! Mənin arvadı olanda da 
toçno bela idi! Ne izmenilas! Nastoyaşaya vedma bıla! Yuz şestdesyat il keçdi, no ona ne izmenilas, 
kopak kızı olsun!.. 
Ş ö b ə  m ü d i r i (pəncərəyə tərəf boylana-boylana yavaşdan). Tır? Pır-pır! Aydındır! Mən 
sizi başa düşdüm. Sabah Merkuridə görüşürük! Vladimir Iliç də olacaq?.. Çox gözəl!.. Pır-pır!.. Pır-
pır!.. 
S i y a s i  i c m a l ç ı (Professora baxır və gülümsəyərək yavaşdan). Ay axmaqlar!.. Bu cür 
adamlara da ordenlər verirlər... Mən heç onlara bunu da vermərəm! (Sağ əlinin baş barmağını o biri 
barmaqlarının arasından çıxarıb Professorgilə  tərəf göstərir.)  Bu qədər təcrübəniz var, yenə 
rolunuzu öyrənə bilmirsiz! Çünki köhnə ssenaridi! Belə şeylərlə məni aldatmaq olmaz! Elə bilirlər 
ki, mən əsl Musa peyğəmbəri tanımıram! Ay-hay!.. Yox, mənim sayıqlığımı azdıra bilməzsiz! Mən 
daha öz yolumdan dönməyəcəyəm! Mən həqiqəti bəşəriyyətə bildirib onu xilas edəcəyəm! 
Ə d ə b i  i ş ç i (kağızları əvvəlki tək sinəsinə sıxa-sıxa ayağa qalxıb Professora). Yox! Siz 
Musa peyğəmbər deyilsiz! Mən buna inanmıram! Heç Simuzər də buna inanmaz! 
Ş ə f q ə t  b a c ı s ı. Inanmaz? 
Ə d ə b i  i ş ç i. Bəli, inanmaz! 
P r o f e s s o r (həmin dərini pərişanlıqla Şəfqət bacısına). Gördünüz ki?..  
 
 Pauza. 
 
Yox, bu sirri açmaq lazım deyildi... (Kədərlə başını aşağı salır.) Gedək... 
Ş ə f q ə t  b a c ı s ı. Bir dəqiqə, Professor!.. (Ikrah hissilə redaksiya işçilərinə.)  Məzlum, 
miskin, kor zavallılar!.. Sizin küt beyninizə sığışmır ki, kiminlə bir zəmanədə yaşayırsınız! Sizinlə 
adi qoyunun nə  fərqi?  (Hirsindən qoyun kimi mələyir.)  Mə-ə-ə!.. Mə-ə-ə!.. Açın kor gözlərinizi! 
(Professoru göstərir.)  Işığa açın! Aydınlığa açın! Günəşi görün! Görün, dərk edin kimin 
hüzurundasız! Onda yaşamaq da sizinçün asan olar, ey yazıq bəndələr! Ey yazıq insanlar! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (heyranlıqla yavaşdan). No stala qramotnoy!.. Niçeqo 
ne skajeş!.. Vot kopak kızı olsun!.. 
Ş ə f q ə t  b a c ı s ı. Mə-ə-ə!.. Mə-ə-ə!.. 
Məsul katib. Düzələcək! Hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər şey düzələcək!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (qışqırır). Şarabanu!  
Supruqa moya nezabvennaya! Qara xal da yest tuman altda! Vot zdes! (Yanını göstərir.) 
Ş ə f q ə t  b a c ı s ı. Xuliqan! 
 
Əvvəlcə Baş redaktor, sonra da Katibə sürətlə səhnəyə daxil olurlar. 
 
B a ş  r e d a k t o r (əsəbi). Nə olub yenə? Mən sizə xəbardarlıq etmişdim! Mən daha heç nəyə 
dözməyəcəyəm! Bu cürə işləmək olmaz! Qurtardı! Hanı o təzədən zühur eləyən Musa peyğəmbər? 
Mən indi... 
 
Baş redaktor Professoru, Şəfqət bacısını görür və sözü ağzında yarımçıq  qalır. Professor və Şəfqət bacısı 
gözlərinə inanmayaraq Baş redaktora baxırlar.  
 
Gərgin pauza. 
 

 
247
P r o f e s s o r (sevincək qışqırır). Tapdım! Tapdım! 
Ş ə f q ə t  b a c ı s ı (sevincindən kövrələrək). Təbrik edirəm, Professor! 
P r o f e s s o r (Baş redaktora). Mənim əziz dəlim! 
 
Birdən özünə gələn Baş redaktor dəhşətli bir qorxu içində səhnə boyu qaçmağa başlayır ki, canını qurtarsın. 
Professor, sonra Şəfqət bacısı Baş redaktorun ardınca qaçırlar. 
 
P r o f e s s o r. Qaçır! Qoymayın! 
Ş ə f q ə t  b a c ı s ı. Tutun onu! 
Professor. Qaçma! Qaçma, mənim sevimli dəlim!  
Ş ə f q ə t  b a c ı s ı (təngnəfəs). Tutun onu! Oy! Oy! Tutun onu! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Çto s toboy, rodnaya moya, Şarabanu? 
M ə s u l  k a t i b. Dəli? 
Ə d ə b i  i ş ç i (kağızları sinəsinə sıxıb). Mənim əvvəldən ondan gözüm su içmirdi! 
Ş ö b ə  m ü d i r i (pəncərə tərəfə baxaraq bərkdən kosmosla danışır). Sır pır dır-dır? Aha! 
(Daha da bərkdən) Bəli, dəlidi! Dəlidi! 
K a t i b ə. Mən də!.. Mən də hiss edirdim ki, o dəlidi! Elə sözlər deyirdi ki!.. (Qollarını geniş 
açıb quş qanadı kimi, doyunca yelləməyə başlayır.) 
S i y a s i  i c m a l ç ı (tərəddüd içində). Yoxsa, bu elə doğrudan da dəli imiş?  
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Şarabanu!.. Çto s toboy?  
P r o f e s s o r. Qaçır! Qoymayın! 
Ş ə f q ə t  b a c ı s ı. Tutun onu! 
Ş ö b ə  m ü d i r i. Dəli! 
Ə d ə b i  i ş ç i. Dəli! 
 
Baş redaktor qaçıb səhnədən çıxır. 
 
P r o f e s s o r. Qoymayın! Qoymayın! Qaçır! 
Ş ə f q ə t  b a c ı s ı. Tutun onu! (Panteleymon Polikarpoviçə) Vozmi eqo! 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Çto? 
Ş ə f q ə t  b a c ı s ı. Vozmi eqo! (Professorun ardınca qaça-qaça səhnədən çıxır.) 
 
Şöbə müdiri, kağızları sinəsinə sıxmış Ədəbi işçi, Siyasi icmalçı, qollarını quş qanadı kimi yelləyən Katibə: 
 
– Dəli!.. 
– Dəli!.. 
– Dəli!.. 
– Dəli!.. 
 
– deyə qışqıraraq qaça-qaça onların ardınca səhnədən çıxırlar. 
 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç. Şarabanu!.. Kuda tı?.. 
M ə s u l  k a t i b. Dəli? Hə də, el hara, sən də ora! Deyirlər dəlidi, deməli, dəlidi! (Onların 
ardınca qaçıb səhnədən çıxır.) 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (boş otaqda qalıb qaçanların ardınca baxa-baxa 
bərkdən).  Şarabanu!  Şarabanu! Vernis, doroqaya! Man sani qara xalı opdu! Mani azizi! (Onların 
ardınca qaçıb səhnədən çıxaraq) Şarabanu! Supruqa moya nenoqlyadnaya!.. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 

 
248
ON BİRİNCİ ŞƏKİL 
 
Küçə. B a ş   r e d a k t o r,  P r o f e s s o r,  Ş ə f q ə t  
b a c ı s ı, M ə s u l  k a t i b,  Ş ö b ə  m ü d i r i,  S i y a s i 
i c m a l ç ı,  Ə d ə b i   i ş ç i,  P a n t e l e y m o n  P o l i - 
k a r p o v i ç,  K a t i b ə,  p o l i s  n ə f ə r l ə r i. 
Səhnə qaranlıqdır. Birdən-birə hay-küy düşür. 
 
P r o f e s s o r u n  s ə s i. Qaçır!.. Qoymayın!.. 
Ş ə f q ə t  b a c ı s ı n ı n  s ə s i. Tutun onu!.. Tutun!.. 
Şöbə müdirinin səsi. Dəlini saxlayın!.. 
K a t i b ə n i n  s ə s i. Dəli qaçır!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç i n   s ə s i. Şarabanu!.. 
 
Işıq səhnə boyu qaçan Baş redaktorun, onu təqib edən Professorun, Şəfqət bacısının, redaksiya işçilərinin və polis 
nəfərlərinin sifətinə düşür. Baş redaktor dəhşətli bir qorxu ilə hərdən arxaya baxa-baxa qaçır. 
 
P r o f e s s o r (təngnəfəs). Qaçma!.. Qaçma!.. Mənim əzizim!.. 
Ş ə f q ə t  b a c ı s ı (təngnəfəs). Siz özünüzü... özünüzü qoruyun, Professor!.. 
S i y a s i  i c m a l ç ı (təngnəfəs). Dəlini tutun!..  
M ə s u l  k a t i b (təngnəfəs). Deyirlər ki, dəlidi!.. Tutun onu!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç (təngnəfəs). Şarabanu! Jizn moya!.. 
Ə d ə b i  i ş ç i (təngnəfəs). Dəlidir!.. Tutun onu!.. 
Ş ö b ə  m ü d i r i (təngnəfəs). Sar-sar? Pır tar mır-mır? Oldu!.. Tutun!.. Tutun onu!.. 
 
Işıq sönür. Qaranlıqda hay-küy davam edir: 
 
– Dayan!.. 
– Qaça bilməyəcəksən!.. 
P a n t e l e y m o n  P o l i k a r p o v i ç i n  s ə s i. Şarabanu!.. Kara xalı!.. 
Ş ə f q ə t  b a c ı s ı n ı n  s ə s i. Əlini çək!.. Xuliqan!..  Polis! Dayan! 
 
Güllə səsləri eşidilir. 
 
– Tutun!.. 
– Bax, belə!.. 
– Əlini burun!.. 
– Ayaqlarını bağlayın!.. 
P r o f e s s o r u n  s ə s i. Qorxma!.. Mənim əzizim!.. Qorxma!.. Mən sənin yanındayam!.. 
Mənəm!.. Mən!.. 
 
 İ ş ı q  s ö n ü r. 
 
 
EPİLOQ 
 
Ruhi xəstəliklər xəstəxanasının palatası.  
B a ş  r e d a k t o r,  P r o f e s s o r,  Ş ə f q ə t  b a c ı s ı. 
Baş redaktoru səhnənin ortasındakı kürsüdə üzü tamaşaçıya tərəf oturdublar. Əyninə qolları uzun qalın göy 
köynək geyindiriblər və köynəyin qollarını bərk-bərk belinə sarıyıb bağlayıblar ki, əllərini tərpədə bilməsin. Sağ 
tərəfində Professor, sol tərəfində Şəfqət bacısı dayanıb. Hər ikisinin əynində həmişəki kimi ağ xalat var.  
 
P r o f e s s o r (mülayim). Dilini çıxart... 

 
249
 
Pauza. 
 
Dilini çıxart!.. (Əlində tutduğu balaca taxta çəkiclə Baş redaktorun başına vurur.) Çıxart! 
 
Baş redaktor dilini çıxarır. 
 
P r o f e s s o r (eyni mülayimliklə). Bax belə... Mənim əzizim!.. Mən səni müalicə edəcəyəm!.. 
Sən cəmiyyətin layiqli üzvü olacaqsan!.. Qorxma!.. 
Ş ə f q ə t  b a c ı s ı. Nə danışırsız, Professor? Heç sizdən də qorxmaq olar? Onun ağzı nədir 
ki, sizdən qorxsun? 
 
Onlar danışdıqca Baş redaktor dəhşət ifadə edən gözlərilə gah Professora, gah da Şəfqət bacısına baxır. 
 
P r o f e s s o r (Baş redaktora). Indi «A-a-a!» de... 
 
 Pauza. 
 
«A-a-a» de!.. (Taxta çəkiclə Baş redaktorun başına vurur.) Nə dedim?! 
B a ş  r e d a k t o r. A-a-a... 
P r o f e s s o r. Bax, belə!.. Afərin!.. Yenə!.. 
B a ş  r e d a k t o r. A-a-a... A-a-a... (Ağzını geniş açaraq get-gedə daha da yüksəkdən 
bağırmağa başlayır.) A-a-a!.. A-a-a!.. A-a-a!.. 
  
 Və get-gedə artan bu bağırtı altında işıq sönür. 
 
7 fevral 1996. 
Bakı. 
 

 
250
MƏNIM ƏRIM DƏLIDIR 
(On doqquz şəkildən ibarət komediya)
 
Ağıllı olub dərd çəkincə, 
dəli ol, qoy sənin dərdini çəksinlər. 
 
 

 
251
IŞTIRAK EDƏNLƏR 
 
K i ş i. 
A r v a d      –    
onun arvadı. 
O ğ u l  
     –     onların oğlu; hələlik kommunistdir, amma  
 
  buna 
baxmayaraq 
şəxsi maşın arzusundadır və  
 
 
 
nəhayət, öz 
arzusuna çatır. 
Q ı z  
     –     onların qızı; Suziki sevir. 
Q o n ş u      –    
bədbəxt həmişə səksəkə içindədir. 
Partiya lideri –   qoca dünyanın işlərini bilmək  
 
    
 
olmaz, 
bir 
də gördün... 
X a n ı m     –   
onun arvadı; həyatını ərinin (və özünün!)  
 
  siyasi 
mübarizəsinə həsr edib. 
D o s t        –    
indi pantürkist olub, sifətdən isə, proletariatın  
 
  dahi 
 
rəhbəri Vladimr Iliç Leninə oxşayır. 
P r o f e s s o r – 
keçmiş ateist, indi qatı dindar, sabah isə...  
   
 
bu artıq başqa bir pyesin mövzusudur. 
 
Falçı Ağabacı – Ekstrasens, SSRI-nin dağılacağını birinci dəfə o deyib; Mixail  Qorbaçovun da alnındakı xalın 
xüsusi məna daşıdığını birinci dəfə o deyib; özünü bolqarıstanlı Vanqanın varisi sanır.  
 
Birinci fəhlə. 
Ikinci fəhlə. 
Üçüncü fəhlə. 
Dördüncü fəhlə. 
Cangüdənlər. 
Bir də ki: SUZIK – bu yerdə deyiblər ki, igidin adını  eşit, üzünü görmə! Ancaq rejissor lazım bilsə, hörmətli 
tamaşaçıları intizarda qoymamaq üçün, heç olmasa, onun şəklini səhnədə göstərə bilər. 
 
Məkan – Bakı şəhəri. 
Zaman – 1997-ci il, payızın əvvəlləri. 
 
 

 
252
BİRİNCİ ŞƏKİL 
 
Kişinin evi. Səhər tezdən. K i ş i, A r v a d, O ğ u l, Qız,  D o s t,  
Q o n ş u. 
 
Səhnə boşdur. Kişi səhnəyə daxil olur və ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa barmaqlarının ucunda mənzildən 
çıxmaq istəyir. Bu vaxt yuxudan hövlnak və kal durmuş Arvad əvvəlcə səhnəyə boylanır, sonra da xalatını tələm-
tələsik əyninə geyə-geyə səhnəyə daxil olur. 
 
A r v a d (bərkdən). Hara belə? 
 
Kişi yerində donub dayanır.  
 
Gedirsən, heç sağollaşmırsan da?!  
K i ş i (yavaş-yavaş həyat yoldaşına tərəf çevrilir). Gördüm yatmısız də... 
A r v a d. Yox, əzizim...  (Kinayə ilə)  Sabahın xeyir... (Divardan asılmış saatı göstərir.)  Işə 
getməyinə hələ düz otuz beş dəqiqə qalıb!..  
 
Pauza. 
 
Özün tez durmusan ki, biz yatmışkən sivişib aradan çıxasan... (Ağlamsınır) Elə bilirsən, mən 
bilmirəm?.. Bilirəm... Bilirəm ki, sənin qayğıların çoxdur. Səhərdən axşamacan ayaq üstəsən. Ancaq 
neyləyək? Mən də özümçün istəmirəm ki, sizinçün istəyirəm də!.. Bu cür evdə yaşamaq olar? 
 
 Kişi dərindən ah çəkir. 
 
(Hirslənir.)  Ah çəkmə! Düz demirəm?  (Get-gedə  qızışır.)  Divarlar sökülür! Hamam pis 
gündə! Mətbəxdə Allahın bir deşiyi yoxdu ki, hava dəyişsin, adam xörək bişirəndə az qalır 
boğulsun! Mətbəxdə bir deşik yoxdu ki, nəfəs alaq, amma evin hər küncündə bir siçan deşiyi var! 
Vallah, o siçanlar bu evdə bizdən yaxşı yaşayırlar! Dünən tavandan bu boyda (Əli ilə göstərir.) bir 
suvaq qopub, az qaldı uşağın başına düşsün...  
K i ş i. Hansı uşağın? 
A r v a d. Necə yəni hansı uşağın? Daha öz uşaqlarını da tanımırsan?  
Pauza. 
 
Iraq olsun! 
Pauza. 
 
(Təzədən başlayır.)  Düz yeddi ildi deyirsən ki, (Yamsılayır.)  «təmir edəcəyik, təmir 
edəcəyik»... Hanı bəs? Nə vaxt? Biz ölüb gedəndən sonra? 
K i ş i (əlini yavaş-yavaş sinəsinə vura-vura öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... 
Bir az çərənniyib qurtaracaq... Sakit ol... 
A r v a d. Yenə nə deyirsən, eşitmirəm?  
  
Pauza. 
 
K i ş i (dodaqaltı, öz-özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... (Pəncərəyə tərəf baxır.) Gör 
nə gözəl gündür... Mahnı oxu... Mahnı... (Yavaşdan oxuyur.)  
 
Dünya gözəldir... 
Həyat gözəldir... 
 

 
253
(Arvada tərəf baxır.) 
 
Bir ifritə var... 
O da ki, sənsən... 
 
A r v a d. Nə deyirsən e, elə? (Tamaşaçılara) Axır vaxtlar buna söz deyirəm, dodaqaltı nəsə 
mızıldayır, heç nə başa düşmürəm...  (Yenə Kişiyə)  Evin kişisisən də! Bəs kimə deyək dərdimizi? 
Hə? Kimə? Bax! (Əli ilə tavanı göstərir.) Bu da bizim işığımız! Bir dənə lampa sallanıb orda, elə bil 
əsgər qazarmasıdı! Iraq olsun! Üç ildi söz verirsən, amma bir dənə fərli lüstür alıb gətirib vurmursan 
ora! 
K i ş i (öz-özünü sakitləşdirir). Sakit ol... Əladı hər şey... 
 
Dünya gözəldir... 
Həyat gözəldir... 
A r v a d. Nə? 
K i ş i (eləcə özü üçün oxuyur). 
 
Bir ifritə var... 
O da ki, sənsən... 
 
A r v a d. Eşitmirəm e, nə deyirsən!..  
 
Pauza. 
 
Nədi? Düz demirəm? Camaatın evinə top vursan, dağılmaz! Ode, Suzik deyirmiş ki... 
 
 Yekəpər bir cavan olan Oğul əynində mayka-trusik, gözlərini ovxalaya-ovxalaya səhnəyə daxil olur. 
 
(Oğula tərəf baxa-baxa) Uşağı da yuxudan durğuzdun. 
K i ş i (Oğula baxa-baxa). Bu uşağı? 
A r v a d. Bəs hansı uşağı? 
 
Pauza. 
 
O ğ u l. Balaca Valodyanı bu gün yuxuda görmüşəm! 
A r v a d. Xeyir olsun!.. Nə deyirdi? 
O ğ u l (doluxsunur). Deyirdi ki... Deyirdi ki, Qorbaçov beynəlxalq imperializmin şipyonudu! 
A r v a d (barmaqlarının ucuna qalxıb əli ilə Oğulun saçlarını sığallayır). Yaxşı... Sən day 
özünü üzmə... 
Kişi(özünü sakitləşdirir). Sakit ol... Əsəbiləşmə... (Bərkdən) Yaxşı! Mən getdim! 
A r v a d. Nə olaydı, işdən qayıdanda məni bəxtəvər edəydin... Bir böyük karopka gətirəydin, 
verəydin mənə, «Al, – deyəydin, – əzizim! Təzə lüstürümüzdü!» Eh... (Doluxsunur.) Allah o günü 
mənə qismət etməyəcək... Nə isə... Hərənin öz qisməti!.. Gələndə iki dənə çörək alarsan... 
K i ş i (özünü saxlaya bilməyib, Oğula tərəf qışqırır). Çörəyi bu alsın də! 
O ğ u l. Mən Siyasi Büronun iclasına tələsirəm! 
A r v a d (Kişiyə). Yaxşı də... Onsuz da gecə uşaq o cürə yuxu görüb... 
Oğul yenə başını aşağı salıb doluxsunur. 
 
(Tənə ilə Kişiyə)  Görürsən...  (Əlindəki kağızları bir-bir Kişiyə uzadır.)  Al. Dünən gəlib, 
işıqpulunu ver. 
 

 
254
Kişi, məhkum adamlar kimi, kağızı götürür. 
 
Bu, ev kirəyəsidi, vaxtı keçir. 
 
Kişi kağızı götürür. 
 
Bu da telefonpuludu, bu gün verməsən, kəsəcəklər. 
K i ş i (yenə özünü saxlaya bilməyib Oğula tərəf qışqırır). Işıqpulunu da verə bilməzsən? 
O  ğ u l (hikkə ilə).  Mənim maşınım var? Maşınım olsaydı, hamısını eləyərdim!.. Hamının 
maşını var, mənnən başqa! 
K i ş i. Bəs sən kommunist deyilsən? 
O ğ u l (ruh yüksəkliyi ilə). Əlbəttə, kommunistəm! 
K i ş i. Bəs maşını neynirsən? Kommunistlər şəxsi mülkiyyətin əleyhinə deyil? Hə? 
A r v a d. Kommunistlər elə elədilər ki, axırda pis günə qaldılar də! O boyda SSRI dağıldı!.. 
O ğ u l (ruh yüksəkliyi ilə). Bu müvəqqəti məğlubiyyətdi! Biz SSRI-ni bərpa edəcəyik! Lenin 
deyib ki... 
Q ı z (səhnə arxasından qışqıra-qışqıra). Papa!.. Papa!.. (Pijamada səhnəyə daxil olur.) Papa, 
Suzikin nənəsi xəstələnib! 
K i ş i. Nə? 
Q  ı z. Suzikin nənəsi xəstələnib! Bax, bu dərmanı almaq lazımdı!  (Əlində tutduğu resepti 
Kişiyə uzadır.) 
K i ş i (özünü sakitləşdirə-sakitləşdirə resepti Qızdan alır).  Sakit ol... Sakit ol... (Əlindəki 
kağızlara baxır, sonra bufetə yaxınlaşıb yeşiyi açır ki, pul götürsün. Pulu sayır və  Oğulla Qızı 
göstərərək Arvada) Bunlardan hansısa yenə burdan pul götürüb... 
 
Oğul bir tərəfə baxır, Qız o biri tərəfə baxır, guya ki,  
bu sözləri eşitmirlər. 
 
A r v a d. Nə bilirsən ki, bunlar götürüb, bəlkə elə mən özüm götürmüşəm? 
K i ş i. Yox, sən götürməmisən! 
A r v a d. Nə bilirsən? 
K i ş i. Çünki sən götürəndə hamısını götürürsən!  
  
Qapının zəngi çalınır. 
 
A r v a d. Səhər-səhər xeyir ola? (Oğula) Get qapını aç. 
O ğ u l. Bu görkəmdə? 
Q ı z. Sən oğlansan da, nə olar? 
O ğ u l (hiddətlə). Necə nə olar? Mən o boyda Siyasi Büronun üzvüyəm! 
A r v a d. Yaxşı, gəlin bu tərəfə, qoy papa açsın! (Gedə-gedə.) Allahın altında bir Şaxta baba 
girəydi içəri, deyəydi ki, alın, bu da sizin lüstürünüz! 
 
Arvad, Oğul və Qız səhnədən çıxırlar. Kişi gedib qapını açır. 
 
D o s t (tələsik səhnəyə daxil olur). Gün aydın! Gün aydın! Nə iyi oldu ki, səni evdə buldum! 
K i ş i. Yenə mənimlə türkcə qırıldadırsan? 
D o s t. Əvət!.. Əvət!.. Biz türk soylu insanlarız! (Sidq-ürəkdən təəccüb edir.) Başqa türlü nasıl 
olur? 
  
Pauza. 
 

 
255
K i ş i. Vallah, day sözüm yoxdu!.. (Birdən əsəbiləşir.) Ə, sən deyildin cəmi yeddi-səkkiz il 
bundan qabaq, sovet vaxtı, camaatı pantürkizmdə ittiham eləyən?!  Ə, sən deyildin o institutda 
partkom olan, hər dəfə  də partiya iclaslarında durub əməkdaşları ifşa eləyən ki, türk təsiri 
altındadılar?! 
 
Pauza. 
 
Ə, sən deyildin «Kommunist» qəzetinə məktub yazan ki, bəstəkar Emin Sabitoğlu türk təsiri 
altına düşüb, sovet pasportundakı Mahmudov famili əvəzinə, türklər kimi, «oğlu» yazdırır?! Hə?!  
 
Pauza. 
 
D o s t (əsəbi).  Nasıl olur bu?! Nasıl olur?! Biz səninlə bir sokakın cocuqları olmuşuz, 
delikanlı vaxtlarımızda səninlə yüz vaqon rakı içmişiz, şimdi kəndimə hücum edirsən! (Daha artıq 
bir həyəcanla) Yüz vaqon rakı!.. 
 
Pauza. 
 
K i ş i (ondan da bərk qışqırır). Sovet vaxtı rakı varıydı?! 
D o s t (qışqırır). Rakı olmasın, vodka olsun! 
 
Pauza. 
 
Əvət! Zatən vodka da bizim türklüyümüzə ziyan vura bilmədi! Mən yalnız  şimdi başa 
düşürəm ki, vodka da Moskvanın bizim türklüyümüzə qarşı bir təxribatı imiş!  Əvət! Millətin 
vodkaya aludəçiliyini KQB təşkil etmişdi! KQB istəyirdi ki, bizi içirdib türk yaddaşımızı 
pozdursun! Ancaq bunu bacarmadılar! Çünki biz Atilla nəsliyik! Biz Çingizik, Əmir Teymuruq! 
Fateh bizik, Şah Ismayıl bizik, Nadir bizik, Qacar bizik! Mən  şimdi sənədlər  əldə edirəm ki, 
Bethoven də türk olub! 
K i ş i. Kim? 
D o s t. Bethoven! 
K i ş i. Bəs ermənilər deyirlər Bethoven ermənidir?  
D o s t (özündən çıxır). Nasıl olur bu? Sübut edə bilməzlər!  
K i ş i. Qəzetdə yazıb sübut eləyiblər...  
D o s t. Mümkün olan iş deyil! Nasıl sübut ediblər?  
K i ş i. Yazırlar ki, Yerevanda alimlər Bethovenin sapoqlarını tapıblar! Buna görə  də 
Ermənistan Elmlər Akademiyası sübut edib ki, Bethoven ermənidi! 
D o s t. Yenə qabağa düşdülər!.. Sən görərsən kəndim nələr sübut edəcək! 
Q ı z (səhnəyə tərəf boylanaraq). Yox! Şaxta baba deyil! 
A r v a d (səhnə arxasından). Məndə o bəxt hardaydı? 
D o s t. Biz sınaqlardan çıxmışız!  Əvət, biz səninlə  hələ  dəliqanlı vaxtlarımızda KQB-nin 
vodka sınağından çıxdıq! Qoruduq kəndi türklüyümüzü! (Kövrəlmiş halda) Gəl, gəl bir səni 
qucaqlayım! (Kişini qucaqlayır.) Bu tarixi qələbə münasibətilə səni təbrik edirəm! 
K i ş i (onu özündən kənarlaşdırmağa çalışır). Çəkil! Tələsirəm! Yüz dənə işim var! 
D o s t. Elə mən də bir işdən ötrü gəlmişəm! 
K i ş i. Sən də  işdən ötrü gəlmisən?  (Öz-özünü sakitləşdirməyə başlayır.)  Sakit ol... 
Əsəbiləşmə... 
D o s t. Əvət! Kəndi içimdə bu məsələni çox incələdim, ancaq səndən başqa bu işin 
öhdəsindən heç kim gələ bilməz! Sən qələm əhlisən, bunu təşkil edə bilərsən! 
K i ş i (qaçmaq istəyir). Yox, qardaş, mən yorulmuşam! Mən daha heç bir iş görə bilmirəm! 

 
256
D o s t. Dayan! Dayan! Mənimki çox asan bir işdi! (Kişinin qolundan tutub səhnənin önünə 
çəkir.) Təşkil elə, qəzetlərdən birində məni qatı türkçü kimi ifşa eləsinlər! 
 
Pauza. 
 
K i ş i. Nə? 
D o s t. Məqalə yazıb məni türkçü kimi ifşa eləsinlər! 
K i ş i. Niyə? 
D o s t (yamsılayır).  «Niyə? Niyə?..» Ay dilbilməz!  (Qolundan tutub bir az da irəli çəkir, 
yavaşdan.) Istəyirəm Istanbulda elmi işə gedim!.. Başa düşdün? 
K i ş i. Yox! 
D o s t (hirslənir). Allah! Allah! Sən qabaqlar belə kütbeyin deyildin, şimdi nasıl oldun belə? 
(Qolundan tutub bir az da qabağa çəkir, az qalır tamaşa zalına yıxılsınlar.) Istəyirəm türk cəfakeşi 
imiciylə gedim!.. Başa düşdün, ay dilbilməz? 
 
Pauza. 
 
Əşşi, bir dənə  məqalədi, özün otur beş  dəqiqəyə yaz, döşə  mənə türkçü kimi, nə  qədər 
döşəyirsən! Altından da başqa bir ad qoy, ver qəzetə! Hə? 
 
Pauza. 
 
Özüm oturub yazardım e, məndə  çıxmır! Özüm özümü tənqid edə bilmirəm. Yazıram, tərif 
çıxır... Sənin qələmin başqadı axı! Yaxşı, yaz ver mənə, mən özüm ötürüm bir qəzetə! Noldu sənə? 
K i ş i (iki əlilə də başını tutur). Vallah, mən dəli olacam! Billah, dəli olmaq yüz dəfə bundan 
yaxşıdı! 
D o s t. Əşşi, bundan asan nə var? Demirəm ki, məni təriflə! Deyirəm ki, ifşa elə də! Şimdi 
adama qara yaxmaqdan asan nə var?! Qəzetlər ölür belə şeylərdən ötrü! 
Q o n ş u (səhnəyə daxil olur). Salam, ay qonşu! Xeyir ola, qapını açıq qoymusan? 
K i ş i (eləcə başını tutub qışqıra-qışqıra). Yox!.. Yox!.. Mən daha infarkt olmayacam! Mən 
dəli olacam! Dəli! (Qaçıb səhnədən çıxır.) 
Q o n ş u. Buna nə olub, alə? 
D o s t (onun ardınca qaçır). Ə, sən necə türksən? Hanı bəs sənin türk vicdanın? 
Q o n ş u. Boy!.. 
Q ı z (qışqıra-qışqıra səhnəyə daxil olur). Papa!.. Papa!.. Suzikin dərmanını al ha!.. 
A r v a d (səhnə arxasından qışqırır).  Telefonu denən! Denən telefon pulu yadından 
çıxmasın!.. 
Q o n ş u. Alə, hara qaçdın? Mənim sözüm var axı sənə, alə!.. (Qaça-qaça səhnədən çıxır.) Bir 
dəqiqə!.. Bir dəqiqə!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin