İYİRMİNCI ŞƏKİL
327
D a n ı ş a n, I s r a i l, B a y a n d u r I x t i y a r, Yaqub
Ə b ü l f ə z, B i r i n c i k i ş i, I k i n c i k i ş i, Ü ç ü n c ü k i ş i, F ə r ə c u l l a h, A z ə r, Aysulu, Ş ö v k ə t
I ş b i l ə n və
b a ş q a l a r ı.
Dağın döşündə bir kənd.
D a n ı ş a n. Həmin kənd dünyanın ən gözəl kəndlərindən biri idi. Bütün dünya susuzluqdan
yanıb cadar-cadar çatlayanda, bu kəndin ətrafında hər addımbaşı pıqqıldayan bulaqlar adamın
ürəyinə sərinlik gətirirdi, bütün dünya yeməyə çörək tapmayanda, bu kəndin sapsarı buğdası
dəyirmanda üyüdülürdü, çuvallar çuval üstə yığılırdı, kəndin camaatı hündürboylu, qolu güclü,
arvadlarının döşü südlü camaat idi, işləyən camaat idi, əkirdi, becərirdi, halallıqla da yeyirdi. Bu
yerlərdən gəlib-keçən Gözəl Xasiyyətli təxəllüslü ərəb şairi və səyyahı Yəmənli Əbülqasım Talıb əl-
Həsən Cəmaləddin Qiyas ibn Ziyad Məhəmməd Kəmaləddin Həmidəxasil öz adından da uzun bir
qəsidə yazıb bu kəndi bu dünyanın o dünyadakı cənnətdən da artıq bir cənnəti kimi dillər əzbəri
etmişdi. O vaxtlar Azər təzə evlənmişdi və cavan arvadı Aysulu ilə bir yerdə Gözəl Xasiyyətlinin
cənnətdən də artıq vəsf elədiyi həmin kənddə yaşayırdı. Azərin bütün gününün əkib-becərmək
yorğunluğu Aysulunun təmiz və sağlam yatağında çıxırdı. Aysulunun balıq kimi sürüşən və hamar
bədəninin istisi dünyada yaşamağın gözəlliyindən deyirdi. Azərlə Aysulunun birinci oğlu olanda,
Azər ilkinə imam Əlinin adını qoydu, «– Adını mən verdim, yaşını Allah versin!» – dedi və həmin
gün kəndin bütün camaatı ocaq qaladı, heyvan kəsdi, səhərə kimi çaldı, oxudu. Azərlə Aysulunun
ikinci oğlu olanda, Azər bu ikinci oğluna da imam Həsənin adını qoydu, sonra Imam Hüseyn,
Zeynalabdin, Məhəmməd Bağır, Cəfər Sadıq, Musayi Kazım oldu. Azər oğlanlarına bir-bir
imamların adını qoyurdu. Oğlanlar da, beləcə sağlam, gözəl, ağıllı, mehriban böyüdükcə, yavaş-
yavaş kəndin camaatına elə gəlirdi ki, elə bil bu oğlanlar imamdırlar, təzədən dünyaya gəliblər,
camaatın bu oğlanları sevməsində, oxşamasında bir möcüzə hissi də baş qaldırmağa başladı. Azərlə
Aysulunun 8-ci oğlunun adı Imam Rza qoyuldu, sonrakı uşağa Məhəmməd Təqi adı verdilər...
Başqa ad verə bilməzdilər, çünki camaat biri-birinə pıçıldayırdı ki, Məhəmməd Təqi də gəldi...
Kəndin camaatı Azərin evinə axışdı. Kəndin camaatı heç vaxt Havalı Ibrahimin dediklərinə fikir
vermirdi, amma iş elə gətirdi ki, günlərin bir günündə kənd Havalı Ibrahimə inandı... Elə bil bu
kəndin camaatı bu xəbəri neçə vaxt idi ki, gözləyirdi.
Camaat Azərin evinin qarşısına yığışır.
Yaqub. Ay camaat, sübh tezdən Havalı Ibrahimin gözünün qabağında şimşək çaxıb və
qeybdən eşitdiyi səs Havalı Ibrahimə deyib ki, Mehdi Sahibi-Əzzaman sizin kənddə Azərin evində
zühur edəcək!
Israil. Indiyədək heç zaman Havalı Ibrahimin gözünün qabağında şimşək çaxmazdı, indiyədək
heç vaxt Havalı Ibrahim qeybdən gələn səsi bu cür gur, bu cür aydın eşitməmişdi.
Havalı Ibrahim gəlir və hamı sual dolu nəzərlərlə ona baxır.
Havalı Ibrahim (qışqırır). Hə!.. Hə!.. Hə!.. (Onu qıc vurur və yerə yıxılıb çapalayır).
D a n ı ş a n. Kəndin bütün camaatı Azərin evinin qarşısına yığışırdı. Onlar Əlinin, Həsənin,
Hüseynin, Zeynalabdinin, Məhəmməd Bağırın, Cəfər Sadığın, Musayi Kazımın, Rzanın, hələ qırx
günü çıxmamış Məhəmməd Təqiqin əlindən, ətəyindən öpməyə başladı...
Danışan bunları söylədikcə, biz də bütün bunları səhnədə görürük.
Və həmin gündən də o kəndin camaatı Mehdi Sahibi-Əzzamanı gözləməyə başladı...
328
Bayandur Ixtiyar (camaatdan ayrılaraq əllərini göyə qaldırır). Tanrı, bizə qəzəbin tutmuş?..
(Həyəcanla) Sən ucalardan ucasan, Tanrı! Kimsə bilməz necəsən, görklü Tanrı! Sən anadan
doğmadın, sən atadan doğmadın, kimsə rizqin yemədin, kimsəyə güc etmədin, qamu yerdə əhədsən!
Allah, səmədsən! Adəmə Sən tac urdun, şeytana lənət qıldın! Qoru bizi! Qəzəbin tutmasın bizə!
D a n ı ş a n. Yenə gün keçdi, ay dolandı, Azərin 10-cu oğlu oldu, ona da imam Əli Ənnəqinin
adını qoydular. Bundan sonra kəndin bütün camaatı, işini-gücünü buraxıb, On Ikinci Imam Mehdi
Sahibi-Əzzamanın yolunu gözləməyə başladı...
Yaqub. Yaxşı yadıma düşdü, altı il bundan əvvəl inəyim meşədən qayıtmadı, yadınızdadır,
gecə gedib gördük ki, canavar inəyi dağıdıb. Bu zülm deyildi, bəs nə idi?
Israil. Inişil qırt toyuqlarımın çıxartdığı on səkkiz cücədən cəmi yeddisi salamat qaldı... Bu
zülm deyil, bəs nədi?..
Əbülfəz. Ələkbərin oğlunun toyunda...
Fərəcullah. Dayan, sənin yekə qızın mənim kiçik oğluma daş atmışdı... Uşağın başı yarılmışdı,
nə var, nə var, mənim oğlum sənin bostanına daş atmışdı... (Camaata) Belə bir müsibətə dözmək
olar?..
Birinci kiş i. Bu müsibət deyildi ki, Mərdan öz qızını Isgəndərə verməmişdi, amma Əlibala
kimi qara pıspısanın birinə vermişdi?..
Ikinci ki ş i. Bəs buna necə dözmək olar ki, Əlövsətin qapısında dörd sağlam inək saxlanır,
amma yeddi uşaq atası Kərimin həyətində cəmi bircə inək var!..
Üçüncü ki ş i (bərkdən qışqırır). Mehdi Sahibi-Əzzaman gələndən sonra bütün bu haqsızlığa
son qoyulacaq!
Hamı bir-birinə qarışır və ağız deyəni qulaq eşitmir.
Bayandur Ixtiyar. Camaat, dəli olmusunuz? Ağlınızı başınıza yığın! Özünüz özünüzü tilsimə
salmayın, çıxın tilsimdən!
Kəndin sakinləri onu daşa basır, böyük də, kiçik də,
arvad da, uşaq da, daşqalaq edərək onu qovur.
D a n ı ş a n. Azərlə Aysulunun on birinci uşağı oldu... Naəlac qalıb bu uşağa da on birinci
imam Həsən Əsgərin adını qoyurlar... Daha başqa cür mümkün deyildi... Bundan sonra əkinlər
əkilmədi, torpaq becərilmədi, o, bunun dalınca dedi, bu, onun dalınca danışdı, ortaya ədavət düşdü,
onunla bu qanlı oldu, qonşu qonşunun xeyrinə yaramadı, dayıoğlu, bibioğluya fırıldaq gəldi, qız
atanın üzünə ağ oldu, ana çörəyi oğlundan əsirgədi... Bir gecə hardasa yıxılıb ölmüş Havalı
Ibrahimin qəbri pir oldu, hamı işini-gücünü bir tərəfə atıb Ibrahim pirindən təvəqqe umdu... Hamı
Mehdi Sahibi-Əzzamanın yolunu gözlədi... Kəndə aclıq düşdü, çörək yox idi, camaat gicitkəni
soyutma edib yeyirdi... Təkcə Azər işləyib balalarını yedirdirdi və Aysulu bişirdiyi xörəkdən kəndin
də ac uşaqlarına verirdi. Kəndin atları, eşşəkləri ac qalıb meşələrdə baxımsız idilər, canavarlar
camaatın əfəlləşdiyini görüb tövlələrə soxulurdu, qoyun-keçini tələf edirdi. Kəndin camaatı bir-biri
ilə didişirdi. Bu ondan bir ovuc noxud oğurlayırdı, o biri armud üstündə vurub bu birisinin başını
yarırdı... Camaat yeməyə şey tapmırdı, amma hər şeyə dözmək olardı, çünki Aysulu yenə boylu idi
və Mehdi Sahibi-Əzzamanın zühuruna az qalmışdı!.. Sonra hər şey əla olacaqdı!..
Aysulu (qorxu içində). Qaçaq burdan, Azər, qaçaq...
Azər (həyəcanla). Hara qaçaq? On bir uşağı götürüb hara qaçaq? On ikincini gözləyə-gözləyə
hara qaçaq?.. Ev-eşiyi atıb, torpağı başsız qoyub hara qaçaq?.. Hara pənah aparaq?.. Axı, nə üçün
qaçmalıyıq? Kimə pislik etmişik? Kimə nə boyun olmuşuq?
Aysulu. Mən qorxuram... Qorxuram!.. Qorxuram!..
D a n ı ş a n. Həmin gün Azər çöldə işdə idi və birdən-birə o kənddə kiminsə qışqırtısı
eşidildi...
329
Səs. Ay, camaat! Gözünüz aydın olsun! Aysulunun ağrısı başlayıb! Şövkət Işbilən getdi ki,
uşağı tutsun.
Kəndin sakinləri:
– Allahımıza qurban olaq!..
– Lailahəilləllah!..
– Sahibi-Əzzaman gəlir!..
– Mehdi gəlir!..
– Allahımıza qurban olaq!..
– Sahibi-Əzzaman gəlir!..
Kəndin sakinləri Azərgilin həyətinə yığılıb həyəcanla gözləyir. Azərin uşaqları da həyətdədir. Çağa səsi eşidilir.
Kəndin sakinləri:
– Gəldi!..
– Gəldi!..
– Gəldi!..
– Mehdi!..
– Mehdi!..
– Mehdi!..
Şövkət Işbilən qucağında uşaq içəridən çıxır.
Kəndin sakinləri:
– Mehdi!..
– Mehdi!..
– Mehdi!..
Ş ö v k ə t Işbilən (dəhşət içində). Qızdır! (Uşağı yuxarı qaldırır.) Qızdır!..
Pauza.
Iblisdir! Şeytandır! (Uşağı bir ət parçası kimi camaatın üstünə atır!)
Camaat heyvani bir vahimə içindədir. Azərin uşaqları qorxudan divara qısılıb.
Bayandur Ixtiyarın səsi. Axmaq camaat, Havalı Ibrahimin sözünə inanan camaat! Ibrahim
tənazülünə dolanan insanlar!.. Indi Havalı Ibrahim o dünyadan tamaşa edib gülür!..
Qəhqəhə səsi, külək səsi, camaatın, körpənin qışqırığı,
Azərin uşaqlarının fəryadı bir-birinə qarışır.
Kəndin sakinləri (Azərin uşaqlarını bir-birinə göstərərək):
– Iblisdirlər!..
– Iblisdirlər!..
– Iblisdirlər!..
Kənd sakinləri vəhşi bir uğultuyla körpənin və o biri uşaqların üstünə atılırlar, didib parçalamağa başlayırlar.
Aysulu qana bulaşmış ağ gecə köynəyində eşiyə atılır, yerdən dəryazı götürüb ulaya-ulaya ayaqlarının arasından
salıb sinəsinə qədər qaldırır, qan onu bürüyür...
Pauza.
330
Kənd sakinləri yerə sərilmiş Aysuluya baxa-baxa, elə bil, yuxudan oyanırlar. Azər onların arasından çıxıb
səhnənin ortasına gəlir. Saçları ağappaq ağarıb.
Bayandur Ixtiyarın s ə s i. Qarşı yatan qara dağlar qarıyıbdı, köşək verməz... Qanlı-qanlı
irmaqlar quruyubdu, suyu gəlməz... Şahbaz-şahbaz atlar qarıyıbdı, qulun verməz... Qızıl-qızıl
dəvələr qarıyıbdı, köşək verməz...
İ ş ı q s ö n ü r.
İYİRMİ BİRİNCİ ŞƏKİL
M a h m u d, D a n ı ş a n, Q ı r m ı z ı t u m a n k i ş i,
A y a ğ ı y a l ı n k i ş i, B ı ğ l ı k i ş i, M u x t a r
B ə d h e y b ə t, H e y b ə q a d ı n, M ə l ə k P ı r p ı z a q, P a l a n Ö m ə r, A x s a q q a r ı, Q u l M ə h ə
m m ə d,
S a r ı ş ı n o ğ l a n və b a ş q a l a r ı.
Çöl. Günorta.
Bir dəstə səfil insan öz taleyinə doğru gedir. Mahmud da artıq səfil bir qiyafədə onların ardınca addımlayır.
Qırmızıtuman kişi səfillərdən birinin əlindən çörək qapıb geri qaçır və Mahmudla üz-üzə gəlir.
M a h m u d. Nə üçün çörəyi o kişinin əlindən aldın? Sən görmürsən ki, dərd onu nə günə
salıb?.. Sən bilirsən dərd nədir?
Qırmızıtuman kişi ona baxıb gülümsəyir və gedir.
D a n ı ş a n. O baxışlar Mahmudu sarsıtdı... O baxışlar nə deyirdi? O baxışlarda ağrı vardı... O
baxışlardakı gülüş başqa... tamam başqa idi... və əlbəttə, Mahmud o Qırmızıtuman kişinin həmin
baxışlarının mənasını başa düşə bilməzdi, çünki Mahmudun, dağların qoynundakı o kənddən xəbəri
yox idi... Mahmud nə biləydi ki, o kişinin həmin qırmızı tumanının rəngi arsızlığın rəngi deyildi,
insan qanının rəngi idi...
Pauza.
O Qırmızıtuman kişi Azər idi... Həmin kənd də dünyanın ən gözəl kəndlərindən biri idi...
Pauza.
O bir dəstə səfil insan eləcə yol gedərək səhnədən çıxır.
Mahmud hara getdiyini bilmirdi, bu çölləri, dağları, təpələri tək dolaşırdı, əslində, Mahmud
heç kimi görmək istəmirdi, beləcə tək-tənha olmaq istəyir, amma bu istəkdən, bu hissdən qaçırdı,
çünki sövq-təbii duyurdu ki, özünü həmin hissin ixtiyarına versə, onun üçün həyatda hər şey dəyişər,
başqalaşar, Mahmud özü də, başqa bir adam olar və o zaman, əlbəttə, yer üzündə Məryəmin daha
heç kimi olmaz...
Pauza.
Mahmud kolların dibində yeməli pencər axtarır. Iki nəfər o tərəf-bu tərəfə boylana-boylana ona yaxınlaşır.
Ayağıyalın kişi. Bizimkilər hara getdi?..
M a h m u d. Yazıq Sofi... Öz həyatını mənim yolumda qurban verdi... Bu səfərin ağırlığına
dözə bilmədi... Çaydamı boğuldu, qayadanmı atdı özünü, qurdlara, quşlaramı yem oldu?..
331
Bığlı ki ş i. Bunun başı xarabdı!.. Özünün də bir şeyi yoxdu ki, götürək... Gedək.
Ayağıyalın ki ş i. Yox, bu acından sayıqlıyır... (Mahmuda) Gəl, gəl, qoşul bizə...
Bayaqkı səfil insanlar ordan-burdan səhnəyə
doluşaraq onları dövrəyə alır.
Qoşul bizə... Bizə...
M u x t a r B ə d h e y b ə t (diqqətlə Mahmuda baxır). Kimdi bu? (atdanıb-düşməyə
başlayır.) Kimdi bu?.. Kimdi bu?.. Kimdi bu?..
Səfillər də atılıb-düşməyə başlayır.
S ə f i l l ə r:
– Kimdi bu?..
– Kimdi bu?..
– Kimdi bu?..
M a h m u d. Gecə-gündüz oda yandım, alışdım, tutdu, yolum-yolum yoldu dərd məni!.. Fələk
mənimlə də inad elədi, ağalar!
S ə f i l l ə r (gülürlər):
– Ağalar?
– Bu bizə «ağalar» dedi?
– Ağalar?
M a h m u d (elə bil, onları eşitməyərək davam edir). Qəm ilə hicrandı töhvən, söylədi fələk,
ağalar!.. Iti qılıncıyla bağrım teylədi, bölük-bölük etdi, böldü dərd məni, ağalar!..
S ə f i l l ə r (qəhqəhə içində onun ətrafında atılıb düşə-düşə):
– Ağalar?..
– Hə, ağalar!..
– Ağalar!..
– Ağalar!..
Cırılmış-yamanmış əbaya bürünmüş Sarışın
oğlan Mahmuda yaxınlaşır.
S a r ı ş ı n o ğ l a n (kəkələyə-kəkələyə yavaşdan). Bə... Bədbəxt in... insan, ə... əcəl dartıb
çə... çəkdi səni bu... bura?
M a h m u d. Gecə-gündüz kəsməz ürəyimin göz yaşı, ağalar!.. Sizin kimi, məni də çöldən-
çölə saldı dərd, ağalar!.. Məni də, sizin tək, yuvasındakı quş kimi tutdu, dəlik-dəlik etdi, dəldi dərd,
ağalar!..
Səfillər:
– Dəlidi bu!
– Dəlidi!
– Dəlidi!
M a h m u d. Aman fələk, kömək elə bu gündə! Qarı fələk, bəsdi daş yağdırdın bu insanların
başına! Rəhmin gəlsin bu insanlara! Qadir mövla, bu insanların qışını yaz et! Dəli könülləri eşq
oduna qala!..
M u x t a r B ə d h e y b ə t. Ali-əbaya and olsun ki, dəlidi bu!..
S ə f i l l ə r:
– Dəlidi bu!..
– Dəlidi bu!..
Axsaq qarı. Yox, a!.. Yox!.. (Diqqətlə Mahmuda baxır, axsaya-axsaya başına dolanır.)
Ovçudu bu, gözlərindən qan tökülür!..
S ə f i l l ə r:
332
– Bundan qan iyi gəlir!..
– Div başı kəsib bu!..
M a h m u d. Insanlar!.. Ağalar!..
Heybə qadın. Iki şahı verdik danışdırdıq, üç şahı veririk kəsməz!
Mələk Pırpızaq. Yox!.. Yox!.. Ovçudu bu, maral gəzir!.. (Qışqıra-qışqıra) Günlərin bir günü,
gün tutuldu, gündüz qaranlıq oldu. Məlik Cabbar padşahla, Məlik Səttar padşah əndamları yanmış
arvadlarıynan dənizin qırağına çıxdılar ki, görsünlər bu necə işdi? Birdən dəryadan bir balıq çıxdı,
bunların dördünü də uddu! Uşaqları qaldı yetim! Biri qız idi. Bilirsiz nə elədi? (Mahmuda) Sənin
kimisinin birini gördü. Yapışdı burasından! (Qəfildən əlini atıb Mahmudun ayaqlarının arasından
tutur.) Dedi, ovçu ovdan danışmasan, buraxmaram! Sıxacağam!
S ə f i l l ə r:
– Sıx!..
– Sıx!..
S a r ı ş ı n o ğ l a n (yavaşdan). Bə... bədbəxt oğlu, bə... bədbəxt!..
– Danışsın!..
– Ovdan danışsın!..
M a h m u d. Ova çıxdım bir gün, qabağımdan bir dovşan qaçdı, ayaqları yox idi!..
S ə f i l l ə r:
– Hə!..
– Hə!..
M a h m u d. Yay götürmüşdüm, ox götürməmişdim. Oxu atdım, dovşanı yerə sərdim!
S ə f i l l ə r:
– Hə!..
– Hə!..
M a h m u d. Tiyəsi yox bıçağım vardı, cibimdən çıxartdım, dovşanı soydum!..
M u x t a r B ə d h e y b ə t (az qalır gülməkdən qəşş etsin). Canım, ay dovşan!..
M a h m u d. Altı yox bir qazan tapdım, dovşanın ətini ora töküb qovurdum!.. Yeddi min yeddi
yüz yetmiş yeddi ovçu dostum vardı, hamısını çağırdım, gəldilər! Hamımız yedik, hələ artıq da,
qaldı!..
S ə f i l l ə r:
– Yeddi min...
– Yeddi yüz...
– Yetmiş yeddi!..
Axsaq qarı. Sonra nə oldu?
M a h m u d. Artığını bağladıq qurşağımıza, bir xoruz əmələ gəldi! Bu xoruza mindik, yola
düzəldik...
S ə f i l l ə r:
– Xoruza mindilər!..
– Xoruza!..
– Xoruza mindilər!..
Axsaq qarı (Mələk Pırpızağa). Sıx onu! Sıx, qoy dalını danışsın! Bəs sonra nə oldu? Sonra nə
oldu?..
M a h m u d. Qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan...
Palan Ömər (vahimə içində iki əli ilə çiynində gəzdirdiyi palanı tutur) Yox!.. Yox!.. Yox!..
Q u l M ə h ə m m ə d. Hə! Hə! Palan! Palan!
Palan Ömər(vahimə içində). Yox! Yox!
S ə f i l l ə r:
– Palan!..
333
– Palan!..
– Palan!..
Axsaq qarı (Mələk Pırpızağa). Sıx onu! Qoy, desin, palan nə oldu?
Mələk Pırpızaq. Sıxıram! Bax, belə!..
M a h m u d (qışqıra-qışqıra). Palanı sökdük! Içindən...
Palan Ömər. Yox, palanı sökməyin! Palanı sökməyin!.. Sökməyin!..
Qul Məhəmməd Palan Öməri boğub öldürür.
Q u l M ə h ə m m ə d. Inni dariballahu qatilün!
S ə f i l l ə r (Mahmudu göstərərək):
– Allah yox, bu!..
– Bu!..
– Bu!..
Səfillər Mahmudun üstünə yeriyir.
M a h m u d (qışqırır). Məryəm!.. Məryəm!.. Məryəm!..
S a r ı ş ı n o ğ l a n (əbasının altından qılınc çıxarır). Çəkilin!..
Səfillər dayanır.
Do... doğrayaram! Çə... çəkilin!..
Q u l M ə h ə m m ə d (dəhşət içində). Süleyman paşa!
M u x t a r B ə d h e y b ə t (dəhşət içində). Dəli Süleyman paşa!
Pauza.
Səfillər qorxu içində geri çəkilir.
(Mələk Pırpızağa) Bu... burax onu!..
Mələk Pırpızaq əlini Mahmudun ayaqlarının arasından çəkir.
(Mahmuda) Ge... gedək mə... mənimlə!..
İ ş ı q s ö n ü r.
İYİRMİ İKİNCİ ŞƏKİL
D a n ı ş a n, M a h m u d, S ü l e y m a n paşa,
Ərzurum. Saray. Gecədir.
Mahmud təkdir.
D a n ı ş a n. Ərzurum hakimi Süleyman paşa cavan, sağlam, güclü və güclü olduğu qədər də
qəddar bir adam idi. Xalq arasında ayaması «Dəli» idi, Dəli Süleyman paşa! Bu adam təğyiri-libas
olub gəzməyi, həyatın dibindəki insanların arasında olmağı xoşlayırdı və buna görə də yerə-göyə
sığışmayan Osmanlı imperatorluğunun içinə də, çölünə də ən bələd adamlardan biri idi.
Pauza.
334
Mahmud fikirləşirdi ki...
Mahmudun səsi. Görəsən, Gəncədə nə var, nə yox?.. Mən heç bilməzdim, nə əzizmiş mənə
Gəncə... Xan atam nə edir?.. Anam nə edir?.. Bəs Mirzə Salman?.. Nə amansız səfər oldu, bu səfər?
Bəs... bəs, bu səfərin bir mənası vardı?
Pauza.
D a n ı ş a n. Mahmud fikirləşirdi ki, bu dünyanın içində ki, belə bir səfillər dünyası da var,
onun, yəni Mahmudun, öz xoşbəxtliyi arxasına düşməyinin bir mənası vardımı?..
Sarışın oğlan – Süleyman paşa gəlir və yerə döşənmiş döşəkçələrin üstündə Mahmudla üzbəüz əyləşir.
Sarışın oğlan. Nə fi... fikirləşirsən, dostum? Bi... birinci dəfə idi, gö... görürdün o in...
insanları, hə?
Mahmud başı ilə təsdiq edir.
Dü... dünyanın yarısı bi... bizimdi, ancaq bu aclıq, bu sə... sə... səfalət də bi... bizimlədi... Mi...
millət bu cür ə... ə... əzab içindədi... Bi... biz nə edirik? I... iki böyük türk dövləti bi... birləşmək
əvəzinə, bir-birini məhv edir!.. Ba... başlarına on iki imam ça... çalması ba... bağlamaqdansa,
özlərini qızılbaş a... adlandırmaqdansa, öz xa... xalqlarının qeyrə-ə-ətlərini çəksinlər. Zü...
zülqədərlər bir tə... tərəfə ayrılıb, ə... ə... əfşarlar bir tərəfə ayrılıb, qa-a-acarlar ayrı, ru-u-umlar
ayrı!.. Ustaclılar şa... şamlıları bə... bə... bəyənmir, şahsevənlər pa... padadarları! Bu a... aclığı, bu
sə... səfaləti aradan ancaq o gö... götürər ki, bütün yer ü... üzünün tü... türkləri bir yu... yumruq kimi
birləşsin!.. So-o-onra ge... gec olacaq!
Pauza.
Gö... görürəm, oxumuş a-a-adamsan... Xa... Xacə Nəsrəddin Tusi «Əxlaqi-Nəsirdə» ya... ya...
yazır ki, birlik nə qədər yaxın olsa da o qə... qə... qədər kamildir!
M a h m u d. Tusi bütün insanları birliyə çağırır, amma sən təkcə türklərin birliyini
arzulayırsan...
Sarışın oğlan. Mə... mənim üçün mi... mi... millətin fövqündə insanlıq yoxdur!.. Mənimçün
türklər insa-a-anın fövqündədir! Bi... bildin? Bü... bütün heyvanlar eyni deyil, şirlərlə, pə... pə...
pələnglərlə bərabər, soxulcanlar da var!.. Insanlar da e-e-elədir! Bü... bütün yer üzünün tü... tü...
türkləri sifətlərinin quruluşundan, a... adətlərindən asılı olmayaraq birləşməlidi!.. Bəs biz nə edirik?
U...uzun Həsən osmanlıların ə... ə... əleyhinə yunanlarla ittifaq bağladı! Qa... Qaraqoyunlu ilə
Ağqoyunlu bir-birini qı... qı... qırdı! Indi Soltan Səlim nə edir?.. Taxta çıxan kimi tə... tə...
təbəliyində olan qırx min qı... qızılbaşı asdırdı! Kimdi qı... qı... qızılbaşlar? Özümüzünkü! Şah
Ismayıl nə edir?.. Şi... şi... şiyə qeyrəti çəkir... Türk qeyrəti çəkmək əvəzinə!
M a h m u d. Nə qorxulu şeylər söyləyirsən!?
Pauza.
Bəs başqa xalqların acları, səfilləri?
335
Sarışın oğlan (əsəbi). Başqa xalqlar!.. Ba... başqa xalqlar bizə qu... qu... qul olmalıdır! Biz hələ
öz də... dərdimizi çəkə bilmirik, sən başqalarından danışırsan? Mən.. Mən onları qu... qu... qul
edəcəyəm! (Hirslə ayağa qalxır.) Çindən tu... tutmuş Aralıq də... dənizinəcən, Sibirdən tutmuş
Yəmənəcən bir ərazi bi... bizimdir! Mən bü... bütün türkləri bi... birləşdirəcəyəm! Mə... mə... mənim
ömrüm çatmasa, bunu mə... mənim oğlum etməlidi! Onun ömrü ça... çatmasa, onun oğlu etməlidi!
Sonra o bi... birisi! Mü... mü... mütləq! Sonra ge... gec olacaq! Bi... bi... biz özümüz qul o... o...
olacağıq! Məhv etmək la... la.... lazımdı millətin fövqündəki bə... bəşərilik fəlsəfəsini! Bütün ki...
ki... kitabları yandırmaq lazımdı!.. Tusinin də ki... ki... kitablarını! (Hirslə otaqdan çıxır.)
D a n ı ş a n. Mahmud tək qaldı...
Mahmud ayağa qalxıb pəncərənin qabağına gəlir.
Mahmud ulduzlara baxırdı, aya baxırdı. Bütün bu qışqırtılardan, qəhqəhələrdən, hiss-
həyəcanlardan sonra həmin qaranlıq gecəni ölü bir sakitlik bürümüşdü...
Mahmud üzüqoylu yerə sərilir.
İ ş ı q s ö n ü r.
İYİRMİ ÜÇÜNCÜ ŞƏKİL
D a n ı ş a n. Süleyman paşa Mahmudla Məryəmin toyunu sabaha təyin eləmişdi. Süleyman
paşa dünyanın elə bir dəli adamı idi ki, nə ağlına gəlirdi onu da edirdi, ağına-bozuna baxmırdı, özü
də tülkü kimi hiyləgər idi, ayıq adam idi, hətta başqasının fikirlərini üzündən oxuyurdu. Baba keşiş
ömründə Müqəddəs Evi görməmişdi, amma o gümbəz qaraltısını görən kimi Müqəddəs Evi tanıdı
və bu dəm birdən-birə bu kol-koslu, daşlı-çınqıllı dağ yolunda bir pasğa ətri hiss etdi...
K e ş i ş. Az qalıb... lap az qalıb... Bax, Müqəddəs Evin gümbəzi göründü, Məryəm xilas
olacaq, Məryəm qurtulacaq, az qalıb, lap az qalıb. Allahın Müqəddəs Evində mömin bəndələri üçün
hər bir dərdə əlac var, Müqəddəs qoca öz məsləhətləri ilə mənə kömək edəcək, çünki Allah nəyə
görəsə məndən üz döndərsə də, Məryəmdən üz döndərməz, Müqəddəs Ev, Məryəmi dinsizlər
əlindən xilas edəcək... deməli birigün toydu, yox Məryəmi də götürüb Hələbə qaçaram.
Səs Mən səndən ayrılmalıyam... mən səndən ayrılmalıyam.
(Birdən arxadan bir qapı cırıldayaraq açıldı, oradan zəif işıq düşdü, qırmızı rəngdə və
Müqəddəs Qoca göründü.)
Müqəddəs Q o c a. Hə...
K e ş i ş. Nə demək istəyirsən, qoca?
Q o c a. Görürsən, o darvaza sənin üzünə açılır, amma gərək açılmayaydı.
K e ş i ş. Nə üçün ata?
Q o c a. Sən iki haqq işini bir-birindən ayırırsan... Elə bilirsən o açılan darvazalar kiməsə
xoşbəxtlik gətirib?
K e ş i ş. Mən xoşbəxtlik axtarıram ata, mən təmizlik istəyirəm...
Q o c a. Təmizlik, paklık istəyirsən, axı, sən korsan, sən təmizliyi, paklığı necə görə bilərsən...
K e ş i ş. Mən səni görürəm ata.
Q o c a. Yazıq insan, miskin insan, ömrünü hədər keçirmiş axmaq bir qocanın simasında
təmizlik görürsən. Bu meşələri və günəşi görmürsən... Zavallı insan... təbiət sənə iki göz verib,
amma sən kor yaşayırsan və kor da öləcəksən... öləcəksən??? Sən bəyəm ölü deyilsən... ölüsən...
ölüsən... ölüsən... Təmizlik axtaran axmaq kor insan, axmaq insan.. ölüsən.. ölüsən. (Qaçıb gedir).
K e ş i ş. ...Bu nədi belə... Iblisdir bu, Müqəddəs Qocanın qiyafəsinə girib... Iblisdir... Iblisdir...
(Baba keşiş evə daxil olur, sonra oradan bir əlində paltarla çıxır, işıqlar sönür.)
|