Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   25   26   27   28   29   30   31   32   33

 
 
SƏKKİZİNCİ ŞƏKİL
 
 
Ə l i a b b a s  k i ş i, H ə l i m ə, M ə m m ə d b a ğ ı r,  X a n ı m  a r v a d, Ş i n e l l i  k i ş i,  o r q a n  i ş ç i l ə r 
i. 
On üç il əvvəl. Əliabbas kişinin mənzili. Gecə. Eşikdə yağış yağır. 
Həlimə yorğan-döşəkdə uzanıb. Əliabbas kişi əsnəyə-əsnəyə stulda oturub. Məmmədbağır nöyüt lampasının 
işığında qəzet oxuyur. Xanım arvad  Həlimənin yatağının kənarında əyləşib. 
 
X a n ı m  a r v a d (ayağa qalxır). Yaxçı day, mən gedim. 
H ə l i m ə. Çox sağ ol, ay Xanım. Allah sənnən razı olsun. Qonşuluqdan əskik olmaginən! 
Mənim çox əziyyətimi çəkirsən sən. 
X a n ı m  a r v a d. Əziyyət yoxdu, ancaq sən də xəstələnmə. 
Həlimə. Allah sənün oğlanlaruvun altısını da xoşbəxt eləsin! 
Ə l i a b b a s  k i ş i. Illah amin! 
X a n ı m  a r v a d. Siz də yatun.  
H ə l i m ə. Çox sağ ol. 
Ə l i a b b a s  k i ş i  (oğluna). Dur, bala, dur, get, sən də yat... 
M ə m m ə d b a ğ ı r. Qəzeti oxuyub, yatıram. (Pəncərəyə tərəf baxır.) 
Ə l i a b b a s  k i ş i. Kor eliyirsən gözlərüvü, söndür işığı, get, yat. Çox oxudun, oldun Səttar 
Məsum, sonrası nə olsun?  
X a n ı m  a r v a d. Elə demə, Əliabbas. Oxumayanda bəs kim olacaq? 
Ə l i a b b a s  k i ş i. Sözdü, deyirəm də... Adamı yandırır axı... Görmədün, yazıq Mirzə 
Səttarın qəzəllərindəki güldə, bülbüldə şipyon axtarıb tapdılar? Alə, belə də müsibət olar, ay başuva 
dönüm? 
 
Məmmədbağır pəncərəyə tərəf boylanır.  
 
Sən nə tez-tez pəncərəyə boylanırsan? 

 
356
M ə m m ə d b a ğ ı r. Heç... 
X a n ı m  a r v a d. Sağ olun. (Getmək istəyir.) 
 
Qapı bərkdən döyülür. 
 
Ə l i a b b a s  k i ş i  (həyəcanla). Gecə vaxtı bu kimdi belə? 
H ə l i m ə (həyəcanla). Xeyir olsun!..  
Ə l i a b b a s  kişi. Kimdi? 
Səs.Aç, hökumət adamlarıdı. 
Ə l i a b b a s  k i ş i. Hökumət adamları? 
H ə l i m ə. Ay Allah, sənə qurban olum!.. 
Ə l i a b b a s  k i ş i. Bu saat, bir dəqiqə... Gözlə...  (Həliməyə)  Dur, dur geyin!.. Cəld ol, 
geyin... 
H ə l i m ə (ayağa qalxıb yorğana bürünür). Tez aç! Sındıracaqlar qapını.  
 
Əliabbas kişi qapını açır. Şinelli kişi ilə iki orqan işçisi içəri girir.  
 
Ş i n e l l i  k i ş i. Deməli, qapını hökumətin üzünə bağlayırsan? 
Ə l i a b b a s  k i ş i. Niyə bağlayıram? Bağlamıram... Mənim hökumətdən gizli işim yoxdu... 
Ş i n e l l i  k i ş i. A kişi, indi üzümüzə duracaqsan? Bağlı deyildi qapı? 
Ə l i a b b a s  k i ş i. Gecə qapını bağlayarlar də... 
Ş i n e l l i  k i ş i. Bəs niyə açmırdın? 
Ə l i a b b a s  kişi. Gecənin yarısı... Arvad-uşaq yorğan-döşəkdə... 
Ş i n e l l i  k i ş i. Deməli, arvad-uşağın qaydına qalırsan, amma hökumət adamlarını yağışın 
altında saxlayırsan, hə?!  (Orqan işçilərinə)  Bunun nəfəsi də düşmən nəfəsidir! Belələrini az 
görməmişik! (Xanım arvada baxır.) Bəs bu kimdi belə? 
Ə l i a b b a s  k i ş i. Qonşumuzdu... 
H ə l i m ə. Xəstəyəm, məni yoluxmağa gəlib... 
Ş i n e l l i  k i ş i  (Xanım arvada). Dayan burda! (Əliabbas kişiyə) Qızılları gətir! 
Ə l i a b b a s  k i ş i. Nəyi gətirim? 
Ş i n e l l i  k i ş i. Qızılları! 
Ə l i a b b a s  k i ş i. Hansı qızılları? 
Ş i n e l l i  k i ş i. Nikolay qızıllarını! Kasıbları, yoxsulları soyub yığdığın qızılları!.. 
Ə l i a b b a s  k i ş i. Mən hamamçıyam... Soyğunçu deyiləm... 
Ş i n e l l i  k i ş i. Deməli, soymurdun kasıbları?! 
Ə l i a b b a s  k i ş i. Özüm-özümü soymayacağam ki! Kasıb elə mən özüməm də... 
Ş i n e l l i  k i ş i  (orqan işçilərinə). Belələri o qədər acgözdü ki, qızılları özbaşına gətirib 
hökumətə verməz! Belələri qızılı özlərindən də çox istəyirlər! Proletariat əziyyət çəkir, belələri isə 
qızılın üstündə oturub onların əməyindən bəhrələnir! (Əliabbas kişiyə) Sən öz xoşunla verməyəndə, 
elə bilirsən, tapa bilməyəcəyik? (Orqan işçilərinə) Axtarın! 
 
Orqan işçiləri evi axtarırlar.  
 
Ş i n e l l i  k i ş i. Qızıl hardadır? Yorğan-döşəyi axtarın! 
Ə l i a b b a s  k i ş i. Azərbaycanlı döyülsən sən? 
Ş i n e l l i  k i ş i. Sənin kimi azərbaycanlı olub, ölkənin bu çətin vaxtında, yetim-yesirdən 
qızıl gizlətməkdənsə, qaraçı olmaq yaxşıdır! (Yorğan-döşəyə tərəf baxır.) 
H ə l i m ə. Gəlün... Gəlün... Başuvuza dönüm... Gəlün axtarın... Noolar?... Hərə öz işini görür 
də... Gəlün... Gəlün... Axtarun... Ancaq ciyəriyanmışlar kimdirsə, aldadıb sizi! Bizdə qızıl yoxdu! 
Ş i n e l l i  k i ş i. Yorğanı yoxlayın! 

 
357
 
Orqan işçiləri yorğanı Həlimənin əynindən dartırlar. Əliabbas kişi onların üstünə yerimək istəyir. Həlimə onun 
qabağını kəsir. 
 
H ə l i m ə. Nolar, yoxluyun... Işivüzdü də... Ancaq Allah haqqı, alladıblar sizi, bu yorğanda 
da heç nə yoxdu... 
Ş i n e l l i  k i ş i. Biz Allaha-zada inanmırıq, arvad! 
H  ə l i m ə. Nəyə inanırsız, ona and içim... Bu yorğanda da, bizim evdə  də  qızıl yoxdu, ay 
qərdeş... Yalan deyiblər sizə!.. 
 
Orqan işçiləri yorğanın üzünü çırır. 
 
Ş i n e l l i  k i ş i  (Məmmədbağıra). Hardadı bəs qızıllar? Səninləyəm! Hanı bəs? 
 
Pauza. 
 
Məmmədbağır gedib evin bir küncündə palazı kənara çəkir və döşəmədəki xəlvətxananın qapısını açır, əli ilə 
oranın içini göstərir. 
M ə m m ə d b a ğ ı r. Bude, burdadı... 
Ş i n e l l i  k i ş i  (Əliabbas kişiyə).  Hə, qızıl yoxdu də, deyirdin?! (Barmağı ilə onu 
hədələyir.)  Ay düşmən element! Sənin yerin Sibirdi, Sibir! Ora da göndərəcəyik səni.  (Həliməyə) 
Səni də!  (Xanım arvada) Səni də yoxlayacağıq, görək, kimsən, gecə vaxtı bu düşmənlərin evində 
neyləyirsən? (Orqan işçilərinə) Çıxardın qızılları ordan! 
 
Orqan işçisinin biri əyilib xəlvətxanadan bir boğça çıxarırlar. Şinelli kişi cəld boğçanı alıb açır. Boğçanın içindən 
kitab çıxır. 
 
Bu nədi belə? 
H ə l i m ə. Qurandı də, qurban olum sənə.  
Ş i n e l l i  k i ş i  (əsəbi). Quran? (Məmmədbağıra) Sənin verdiyin siqnalların hamısı belə zay 
çıxır! Bizi xalqın yanında biabır edirsən! Yaşadığın evdən də  xəbərin yoxdur! Hanı  bəs, deyirdin 
atam qızıl gizlədib? Hanı? 
M ə m m ə d b a ğ ı r (pərt və həyəcanlı). Elə bilirdim, orada qızıl var... 
Ş i n e l l i  k i ş i. Axmaq oğlu, axmaq! (Onu yamsılayır.)  «Elə bilirdim... Elə bilirdim...» 
Qələt eləyirdin, yaramaz oğlu, yaramaz! (Əliabbas kişiyə)  Oğlun idiotdu də!..  (Əlindəki Qurana 
baxır və onu xəlvətxanaya tərəf tullayır.)  Qurandan da əl çəkmək lazımdı! Yoxsa, doğrudan da 
göndərərik sizi Sibirə!  (Orqan işçilərinə)  Gedək.  (Yanından keçərkən barmağı ilə  Məmmədbağırı 
hədələyir.) Səninlə söhbətimiz qalsın sonraya! (Evdən çıxır.) 
 
Orqan işçiləri onun ardınca gedirlar. Onlardan biri Əliabbas kişinin yanında bir anlıq ayaq saxlayır. 
 
Orqan işçisi(pıçıltı ilə). Zəmanədi də, kişi, Allah bizi bağışlasın... (Evdən çıxır.) 
 
Pauza. 
 
Ə l i a b b a s  k i ş i  (əllərini göyə qaldırır).  Ya Allah! Ya Allah! Əgər varsansa, əgər 
görürsənsə, bunu... (Barmağı ilə Məmmədbağırı göstərir.) bax, bunu cəzasına yetir! Yetir cəzasına! 
Yetir! 
H ə l i m ə (qorxu içində qışqırır). Əliabbas!.. Əliabbas!.. 
Xanım arvad Həliməni qucaqlayır. 
 

 
358
Ə l i a b b a s  k i ş i. Yetir! Yetir cəzasına!  
H ə l i m ə. Əliabbas! Tək balamızdı!.. 
Ə l i a b b a s  k i ş i. Yetir cəzasına! (Daha da bərkdən bağırır.) Cəza ver ona!.. Cəza!.. 
H ə l i m ə. Əliabbas!.. Əliabbas!..  
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
İKİNCİ HİSSƏ
 
 
DOQQUZUNCU ŞƏKİL 
 
B a l a k ə r i m, X a n ı m  a r v a d, M i l i s  n ə f ə r i. 
Küçə. Axşam. 
Işıq yalnız Balakərimin üzərinə düşüb. 
 
B a l a k ə r i m. Yolçu elə bil, yüz illərin susuzluq yanğısı ilə fikirləşirdi ki, min cür bəlalar 
çəkdim, amma bu da varmış yolumda...  
 
 Bayquş mənəm, bayquş mən,  
 Hamı quşdan sayquş mən...  
 Nə bəlalı quş oldum,  
 Allah,  
 Sızıldaram yay-qış mən...  
 
Səhnə işıqlanır. Şinelli kişi əvvəlki şəkilin davamı olaraq zəndlə Xanım arvada baxır və binanın qapısından içəri 
girir. 
 
M i l i s  n ə f ə r i. Ay arvad, vallah, sən məni xataya salacaqsan. Bir söz deyən kimi də, dava 
eləyirsən. Borcum var sənə? Get, get, evinə, xoş gəldin. 
X a n ı m  a r v a d. Sən öz işinlə məşğul ol. 
M i l i s  n ə f ə r i. Burada durmaqdan nə çıxacaq? Niyə getmirsən? 
X a n ı m  a r v a d. Sənin işin deyil! 
M i l i s  n ə f ə r i. Gör səninlə bir evdə yaşayanlar nə çəkirlər də!.. Ay arvad, get evinə, bir 
savadlı adam tap, səninçün ərizə yazsın, göndər bura. Baxarlar ərizənə, çağırarlar səni. 
X a n ı m  a r v a d. Sənə borcu qalmayıb. 
 
Pauza. 
 
M i l i s  n ə f ə r i. Ay tərs müsəlman, bir stəkan çay gətirim? 
X a n ı m  a r v a d. Yox. 
M i l i s  n ə f ə r i. Burada dayanmaq olmaz! Quran haqqı, sənin üstündə  məni işdən 
çıxaracaqlar. Bir dənə də vıqovor! 
X a n ı m  a r v a d. Çox böyük vəzifən var. Heyf! 
M i l i s  n ə f ə r i. Nə təhər adamsan sən? Belə də arvad olar? Dilin zəhrimardı vallah. Rəis 
olmayacaq bu gün. 
X a n ı m  a r v a d. Dünən də, srağagün də məni aldatdın. 
M i l i s  n ə f ə r i. Get, ay arvad. Vallah, bunun xatası mənim başımda çatlayacaq. Ay arvad, 
get, rəis iki gün iclasda olacaq. Sən mənim sözümə inanmırsan? 
X a n ı m  a r v a d. Birdən gəldi? 

 
359
M i l i s  n ə f ə r i. Birdən hər şey ola bilər. Birdən mən burada yıxılıb ölə bilərəm, nə olsun? 
Al, bir tikə çörək ye, ay tərs arvad, səhərdən acsan. 
X a n ı m  a r v a d. Çox sağ ol! Özün ye! Get çörəyini ye, nuş olsun! Səndən çox razıyam. 
Yaxçı adamsan sən. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ONUNCU ŞƏKİL 
 
M ü ə l l i f,  X a n ı m  a r v a d, Sinelli kişi, M i l i s  n ə f ə r i. 
Küçə. Səhər. 
Işıq yalnız Müəllifin üzərinə düşüb. 
 
M ü ə l l i f. Arvadlar ya həyətdə bir yerə  yığışanda, ya bizim evdə söhbət edəndə tez-tez 
məhəlləmizin keçmişindən söz salırdılar və mən bilirdim ki, Xanım xalanın Abuzər adlı bir qardaşı 
olub və  həmin Abuzər Fatma xalaya aşiq olub. Amma Fatma xala, Ədilənin anası, Abuzəri 
bəyənməyib, papaqçı  Əbülfətə, yəni,  Ədilənin atasına  ərə gedib. Əbülfət  əminin  Ədilədən başqa, 
dörd qızı var idi. Ədilə isə  ən kiçiyi idi. Xanım xala özü arvadların yanında olanda, arvadlar 
doyunca qeybət eləyə bilmirdilər və qeybət vaxtı hərdənbir qapıya baxırdılar ki, birdən Xanım xala 
içəri girər. Mən məhəlləmizdəki arvadların hamısının gülməyini də çox görmüşdüm, ağlamağını da. 
Amma Xanım xalanın ürəkdən gülməyini də xatırlamıram, haçansa ağlamağını da. Təkcə bir dəfə 
onun gözündə yaş gördüm. Mən Xanım xalanın qardaşının, Abuzərin yalnız şəklini görmüşdüm. Və 
əvvəlcə elə bilmişdim ki, Qocanın  şəklidir. Xanım xaladan soruşmuşdum: «Qocadır?» və Xanım 
xalanın gözlərindən süzülən o iki gilə göz yaşını onda gördüm.  
 
Pauza. 
 
Bütün məhəllə Əbdüləlinin yolunu gözləyirdi. Xanım arvad dördüncü gün yenə də həmin idarənin qabağına 
getdi.  
Bütün səhnə işıqlanır. Xanım arvad binanın qarşısında gəzişir.  
Milis nəfəri köşkün içində termosdan özünə çay tökür. 
 
M i l i s  n ə f ə r i. Gəl sən də bir stəkan isti çay iç, qızış bir az. 
X a n ı m  a r v a d. Çox sağ ol, sən özün içginən. 
M i l i s  n ə f ə r i. Mən necə içim? Boğazımdan keçmir axı. Görürəm ki, sən orda səhərdən 
axşamacan soyuqda ayaq üstə dayanmısan. Necə içim? 
X a n ı m  a r v a d. Iç, qardaş, iç. Nuş olsun. Mənə baxma. Ancaq bircə dənə xahişim var 
sənnən. Buranın böyüyünü göstər mənə. 
M i l i s  n ə f ə r i. Görürəm ki, yaman arvadsan, əl çəkən deyilsən. O şinelli kişi var a, 
maşından düşüb işə  gəlir, buranın böyüyü odur. Iki aydı  rəis qoyublar. Yaman adamdı! Sən 
Ətağanın cəddi, arvad, ancaq xatanı məndən uzaq elə. Mən sənə heç nə deməmişəm. Hə? 
X a n ı m  a r v a d. Sən nə dedin ki, məndən soruşursan?  
 
Maşın səsi gəlir. Qapı açılıb örtülür. Şinelli kişi gəlir. Milis nəfəri tələsik köşkdən çıxıb mil dayanır. Xanım arvad 
tələsik ona yaxınlaşır. 
 
Dayan bir!..  
Ş i n e l l i  k i ş i.  (təəccüblə). Nədir? Nə istəyirsən, ay arvad? 
 
Milis nəfəri həyəcanla Xanım arvada qaş-göz eləyir, yəni ki, sus. 

 
360
 
X a n ı m  a r v a d. Sənə sözüm var. 
Ş i n e l l i  k i ş i. Nə söz? 
X a n ı m  a r v a d. Şikayətim var. 
Ş i n e l l i  k i ş i. Kimdəndir şikayətin? (Milis nəfərinə) Bu nə biabırçılıqdır belə? 
X a n ı m  a r v a d. O neynəsin? Mən ondan icazə-zad alıram bəgəm? Səndəndür şikayətim.  
Ş i n e l l i  k i ş i. Nə? 
X a n ı m  a r v a d. Səndəndür şikayətim! Bir də sənün işçiləründən. 
Ş i n e l l i  k i ş i. Nə danışırsan, arvad? Özün bilirsən, nə danışırsan? 
X a n ı m  a r v a d. Lap yaxçı bilirəm! Dedim ki, səndəndür şikayətim! Adam döyülsən sən 
bəgəm? Insan döyülsən? Dünyanın ucunu elə o maşınınla tutub gedəcəksən? Bir qulaq as, gör, nə 
deyirlər sənə də! 
 
Kiçik pauza. 
 
Ş i n e l l i  k i ş i  (milis nəfərinə). Deyəsən, dünən də bu arvad burda durmuşdu. 
 
Milis nəfəri çiyinlərini çəkir. 
 
Burax bunu içəri! 
M i l i s  n ə f ə r i. Oldu! 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ON  BİRİNCİ  ŞƏKİL 
 
M u x t a r, X a n ı m  a r v a d, Ə l ə k b ə r, həmişəki məhəllə əhli. 
Məhəllə. Səhər. 
Məhəllə əhli hərə öz işi ilə məşğuldu. Kişilər nərd oynayırlar. Meyranqulu nəsə düzəldir. Əliabbas kişi kətildə 
oturub təsbeh çevirir. Arvadlar zivədən paltar asırlar, həyətdəki krandan su götürürlər.  
Maşın səsi gəlir. Sonra tələsik səhnəyə gələn Muxtar barmağının işarəsilə Ələkbəri çağırır.  
M u x t a r. Sən burada olursan də? 
Ə l ə k b ə r. Həri. 
M u x t a r. Həri yox, bəli. 
Ə l ə k b ə r. Bəli. 
M u x t a r. Get, o arvadı çağır bura. 
Ə l ə k b ə r. Hansı arvadı? 
M u x t a r. Necə hansı arvad? O arvadı də! 
 
Məhəllə əhlinin bütün diqqəti Muxtardadır. Xanım arvad əlində bir boğça, evdən çıxıb pilləkənlə aşağı düşür. 
 
X a n ı m  arvad. Nə istəyirsən? 
M u x t a r. Mənə əmr eləyiblər ki, səndən üzr istəyim. 
X a n ı m  arvad. Indi mən neyniyim? 
M u x t a r. Mən üzr istəməliyəm. 
X a n ı m  a r v a d. Istə də. 
M u x t a r. Üzr istəyirəm. 
X a n ı m  a r v a d. Xoş gəldün! 
 
Muxtar gedir.  

 
361
 
(Boğçadan iki qutab çıxarır.) Ələkbər, al bu qutabları özün ye. Bunları da Əbdüləliynən apar. 
Maşını qıraqda saxlayacaq, sənə göstərəcək ki, bunları kimə vermək lazımdır. Paydır!  
 
İ ş ı q  s ö n ü r.  
 
 
ON İKİNCİ  ŞƏKİL
 
 
M ü ə l l i f, Ə l ə k b ə r, M i l i s  n ə f ə r i, S o n a, A ğ a k ə r i m. 
Küçə. Sonra Ələkbərgilin evi. Səhər. 
 
M ü ə l l i f. Əbdüləlini buraxmışdılar və Əbdüləli yenə öz «polutorka»sını sürürdü. Həmin 
gün mən, əlimdə Xanım xalanın verdiyi boğça, Əbdüləlinin o gözəl «polutorka»sına minib getdim. 
Əbdüləli maşını böyük bir binanın yanında saxladı və o binanın qabağında gəzişən bir milis nəfərini 
mənə nişan verdi. Mən, Xanım xalanın boğçası da qucağımda, həmin milis nəfərinə yanaşdım. 
Ə l ə k b ə r (boğçanı ona uzadır). Alın, paydır, Xanım xala göndərib. 
M i l i s  n ə f ə r i. Xanım xala kimdi, a bala? 
Ə l ə k b ə r (təəccüblə). Xanım xalanı tanımırsan? Xanım xaladır də... 
 
Kiçik pauza. 
 
M i l i s  n ə f ə r i. Mənə bax, həmin arvaddı? Hə, yüz faiz odu! O arvad başqa arvaddı! Mən o 
cürə heç kişi görməmişəm!.. 
 
Işıq yenə yalnız Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Həmin gün məhəlləyə belə bir xəbər də yayıldı ki, Muxtarın vəzifəsini aşağı 
salıblar. Çünki evə maşınsız gəldi. Amma, günlərin bir günü, qara «emaddin» yenə  məhəllədə 
göründü və bu dəfə də xəbər yayıldı ki, güya Muxtar yaxşı işçidir, buna görə də vəzifəsini təzədən 
böyüdüblər. Sonra da, günlərin bir günü... 
 
Işıq Ələkbərgilin evində yanır. Sona mizin arxasında ağlaya-ağlaya düyü arıtlayır. Ələkbər qaça-qaça içəri girir. 
 
Ə l ə k b ə r. Atam gəldi! Atam gəldi! 
A ğ a k ə r i m (içəri girir). Salam-əleyküm!.. 
S o n a (tez ayağa qalxır). Xoş gəldün! Xoş gəldün! 
A ğ a k ə r i m (diqqətlə ona baxır). Nə olub? 
S o n a. Heç... Gəl soyun... 
A ğ a k ə r i m. Hə? 
S o n a. Yazıq Kübra, Muxtarın arvadı, dünən rəhmətə getdi... 
 
Kiçik pauza. 
 
A ğ a k ə r i m. Bivəfa dünyadı də... Süleymana qalmayan dünya, kimə qalacaq? Allah rəhmət 
eləsin... 
 
İ ş ı q  s ö n ü r.  
 
 
ON  ÜÇÜNCÜ  ŞƏKİL 

 
362
 
B a l a k ə r i m, Ə l ə k b ə r, G ü l a ğ a, S u ğ r a, X a n ı m   
a r v a d, S o n a, Ə l i a b b a s  k i ş i, Q o c a, M e y r a n q u l u. 
Məhəllə. Günorta. 
Balakərimlə Ələkbər həyətin bir küncündə oturub. Meyranqulu taxta mizi təmir edir. Qoca ona kömək edir. 
Gülağa ilə Suğra əl-ələ tutub bir-biri ilə nəsə danışa-danışa səhnədən keçirlər.  
 
B a l a k ə r i m. Lap qədim vaxtlarda, Süleyman peyğəmbər var idi, Ələkbər. Bu Süleyman 
peyğəmbərin bir arvadı var idi. Adı Bilqeyis idi. Çox da sədaqətli arvad idi. Bir də bir dəvəquşusu 
var idi. 
Ə l ə k b ə r. Onun adı nə idi? 
B a l a k ə r i m. O quşun adı Bubbu idi. 
Ə l ə k b ə r. Bubbu? 
B a l a k ə r i m. Həri, Bubbu. Bu Bubbu quşu Süleyman peyğəmbərlə Bilqeyisin sirlərini bir-
birlərinə çatdırırdı. Bizim bu Gülağa ki, var a, Ələkbər, bax, həmin Süleymandır. Suğra da 
Bilqeyisdir. O ki, qaldı Bubbu quşuna, o da, elə Gülağa ilə Suğranın özüdür... Bilirsən, nöşün? 
Çünki onların bir-birindən sirri yoxdu... 
X a n ı m  a r v a d (pəncərədən boylanır). Ələkbər, bir dəyqə qalx yuxarı... 
 
Ələkbər Balakərimin yanından durub pilləkənlə yuxarı qalxır.  
Xanım arvad əlində kiçik bir qazan eşiyə çıxır. 
 
X a n ı m  a r v a d. Ələkbər, başuva dönüm, bunu apar ver Əliabbas kişiyə... Soruş, görək 
necədi?... 
 
Ələkbər qazançanı alıb aşağı düşür. Əliabbas kişinin evi işıqlanır. Ələkbər içəri girir. Qazançanı mizin üstünə 
qoyur. Ələkbər kişi çarpayının üstündə oturub. 
 
Ə l ə k b ə r. Bunu Xanım xala göndərib. Özü də soruşur ki, necəsən? 
Ə l i a b b a s  k i ş i  (öskürə-öskürə). Balam, Iranda adama salam-zad vermirlər? 
Ə l ə k b ə r. Bilmirəm. 
Ə l i a b b a s  k i ş i. Niyə, balam? Sən iranlı deyilsən? 
Ə l ə k b ə r. Yox. 
Ə l i a b b a s  k i ş i. Bəs haralısan? 
Ə l ə k b ə r. Bizim mələli... 
Ə l i a b b a s  k i ş i. Onda, ay bizim mələli, onda əvvəlcə bir Allahın salamını ver, sonra 
sözüvü de də... 
Ə l ə k b ə r. Salam-əleyküm. 
Ə l i a b b a s  k i ş i. Ay baban rəhmətlik! Allah atava da can sağlığı versin. Iranlı olanda nə 
olar, yaxçı kişidir. Əleykümə salam, kişi qırığı! (Öskürür.) Necəyəm? Hər işim qaydasındadı. Bircə 
Bəzmi-Süleymanım çatışmır. Bilirsən də,  Ələkbər, sənin adaşın Mirzə  Ələkbər  əhli-qələm olub. 
Sabir! Eşitmisən? 
Ə l ə k b ə r. Yox. 

 
363
Ə l i a b b a s  k i ş i. Məktəbə gedəndə biləcəksən. O kişi deyib ki, qoca-müstəğniyi-sərvət də 
olsa, qolunda bir cocuqca qüvvət olmaz! Başa düşdün? Allah Mirzə Ələkbərə rəhmət eləsün, bilib 
ki, nə deyir! Allah Mirzə  Səttara da rəhmət eləsün, Sabirin dəlisi idi, şerləri dilindən düşmürdü... 
Çünki elə özü də, Sabir kimi, xalqını sevən adam idi... Ələkbər, indi ki, gəlmisən, qoy sənə bir sirr 
açım. Bilirsən də, indi XX əsrin birinci yarısıdı. Əsr bilirsən nə deməkdi? O bədbəxt oğlu, bədbəxt 
Balakərim başa salmayıb sənə,  əsr nə deməkdi?  Əsr, yəni yüz il deməkdi. Sən XXI əsrdə 
yaşayacaqsan, onda indiki məndən cavan olacaqsan. Bir də gördün ki, Ələkbər, onda Dəccəl zühur 
elədi, dedi ki, mən Mehdiyəm. Onda, sən, Ələkbər, bil ki, yalan deyir. O köpəyoğlu Dəccəl Mehdi 
döyül. Mehdi Sahibi-Əzzaman sonra zühur eliyəcək. Yaxçı,  Ələkbər? Allah qoysa, XXI əsrdə 
mənim bu sözlərimi yaduva salarsan. Onda bəlkə məni də yaduva saldun. Yaxçı, Ələkbər?  
Ə l ə k b ə r. Yaxçı. (Evdən çıxır.) 
X a n ı m  a r v a d (pəncərədən boylanır). Nə oldu, Ələkbər, necədi kişi? 
Ə l ə k b ə r (həyətdən). Yaxçıdı, ancaq öskürür. 
X a n ı m  a r v a d. Qoca, ay Qoca, gəl bir az keçi piyi götür, get, kişinin belinə sürt, qoy 
soyuqdəyməsini çəkib canından çıxartsın.  
 
Qoca pilləkənlə yuxarı qalxır. 
 
X a n ı m  a r v a d (deyinir). Yazıq Həlimə öləndən sonra bu qaragün kişinin işi Allaha qalıb!..  
 
Işıq yalnız Ələkbərgilin evinə düşür. 
 
Ə l ə k b ə r. Ana, Məmmədbağır kim olub? 
S o n a. Heç kim, yat! 
Ə l ə k b ə r. Bilirəm, Əlabbas kişinin oğlu olub. 
S o n a. Uşaqsan, uşaq işinnən məşğul olginən də... Demirəm sənə ki, yatginən. 
 
 
Işıq sönür.  
 
 
 
ON  DÖRDÜNCÜ  ŞƏKİL 
 
M ü ə l l i f, Ə l ə k b ə r, Ə l i a b b a s  k i ş i, B a l a k ə r i m,  
I b a d u l l a, S o n a, Ə d i l ə, M e y r a n q u l u, M o l l a  Ə s ə d u l l a. 
Məhəllə. Səhər. Yağış yağır.  
Işıq Müəllifin üzərinə düşüb. 
 
M ü ə l l i f. O gecə axtarışından sonra, Məmmədbağır bir də heç vaxt evlərində qalmadı. Qısa 
ömründə, bir də heç vaxt Əliabbas kişinin gözlərinə görünmədi. Həmin o yağışlı payız gecəsi baş 
götürüb evdən gedən oldu. Xəbər gəldi ki, nəşəxorlara, qumarbazlara qoşulub, pul uduzub, vermir, 
qaçıb haralardasa gizlənir və o axtarışdan iki il sonra, 1929-cu ilin bir qış  səhərində  məhəllə 
adamları tut ağacının dibində Məmmədbağırın meyitini tapdılar. Hardasa içib, döyülüb, gecə bu tut 
ağacının altına gəlmişdi və burada ölmüşdü... Mən, əlbəttə, o gecə axtarışını da görməmişdim, 1929-
cu ilin o qış səhərini də görməmişdim. Amma qəribədi, mənə elə gəlirdi, elə bil, bütün bunların, yəni 
eşitdiyim bu hadisələrin hamısını öz gözlərimlə görmüşəm... 
 
Səhnə işıqlanır. Məhəllə camaatı Məmmədbağırın meyitinin ətrafına yığışıb. Əliabbas kişi yaxınlaşır. Hamı 
aralanır. Əliabbas kişi oğlunun meyitinə baxa-baxa bir müddət susur. 
 
 Pauza.  

 
364
Ə l i a b b a s  k i ş i  (əllərini yuxarı qaldırır). Ilahi, şükür kərəminə!.. Şükür kərəminə! Iki il 
idi bu günü gözləyirdim!.. Şükür!  
 
Işıq yenə yalnız Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Məmmədbağırı məhəllə adamları basdırdı. Əliabbas kişi təziyə saxlamadı və heç 
kimdən başsağlığı  qəbul eləmədi. Həlimə xala elə günə düşmüşdü ki, söz də deyə bilmirdi
sinəsindən ancaq boğuq bir xırıltı çıxırdı... Illər keçdi... Məmmədbağırın dərdi Həlimə xalanı apardı. 
Əliabbas kişi tək qaldı. Müharibə başlayandan sonra da, günlərin bir günü, Əliabbas kişinin 
Maştağada yaşayan qızı Nisə xala əri ilə gəlib onu kəndə, öz evlərinə apardılar. Ondan sonra, biz bir 
daha Əliabbas kişini görmədik.  
 
Baxın prelüdləri eşidilir. 
 
Baxın prelüdləri həmişəlikdi. Həmişə insanlarla olacaq. O prelüdləri yüz il bundan əvvəl də 
çalıblar, yüz il bundan sonra da çalacaqlar. Amma Balakərimin tütəkdə çaldığı havaları bir də heç 
kim eşitməyəcək. Bax nəhəng idi. Amma Balakərim heç kim idi. Heç kimlərin mahnısı əbədi susur. 
Bu çox ağırdı... 
 
Pauza. 
 
Mən heç cürə yadıma sala bilmirəm ki, müharibənin başlanmağını birinci dəfə  nə vaxt 
eşitdim? Bunu eşidəndə mən nə edirdim? Bəzən mənə elə gəlir ki, bu xəbəri, birinci dəfə, anamdan 
eşitdim. Bəzən də, mənə elə  gəlir ki, Balakərimdən eşitdim və o zaman Balakərimin həmişə yol 
çəkən gözlərinə dərin bir kədər çökmüşdü. Balakərim danışırdı və o danışdıqca da mən Ağ Dəvənin 
yanında olurdum. Mən yenə də onunla birgə Ağ Dəvənin yanında, o sehrli Ağ Dəvə aləmində idim. 
 
Işıq səhnənin bir küncündə oturmuş Balakərimi işıqlandırır.  
Ələkbər onun yanında oturub. 
 
B a l a k ə r i m. Yolçu fikirləşdi ki, bir vaxtlar ki, hələ Məhəmməd Rəsulüllaha inanmayan 
adamlar var idi və o adamları da Allah xəlq etmişdi, bəs nə üçün o adamlar Məhəmmədi daşa basıb 
dişini sındırdı, dodağını parçaladı? O adamlar Məhəmmədə inanmırdı, amma Allah ki, Məhəmmədi 
tanıyırdı, Allahın ki, elçisi idi Məhəmməd və bir halda ki, belə idi, nə üçün o adamlar əllərini 
qaldırıb Məhəmmədə daş atırdı? Niyə əlləri qurumurdu? Və ümumiyyətlə, necə olurdu ki, belə bir 
bəd əməl onların ağlına gəlirdi?  
 
Işıq Molla Əsədullanın üzərinə düşür. 
 
M o l l a  Ə s ə d u l l a. Alə, Allaha and olsun, bu Balakərim küfr şeylər danışır!.. Alə, buna 
qulaq asmaq olmaz e!.. Bu köpəyoğlu, deyəsən, əstəğfürullah, Allahı danır... (Gedir.) 
B a l a k ə r i m. Nə üçün o saat peyğəmbərə inanmırdılar, axı, Allah peyğəmbərin taleyini 
əvvəlcədən təyin etmişdi və bəyəm Şeyx Ibrahim Əlimuxtar Qəzvini  –  Allah ona rəhmət eləsin  –  
demir ki, dünyanın ən böyük və ən müdrik kəlamı budur: «Allah bilən məsləhətdi?..». 
 
Işıq  Ibadullanın üzərinə düşür. 
 

 
365
I b a d u l l a. Alə, Balakərim, bu nə nağıldı danışırsan uşağa, alə? Sən dəvə ətinin qutabından 
danış e, dəvə ətinin qutabından! Tavada cız-cıznan qızara o üz-bu üz, üstünə də sumax töküb ağzın 
yana-yana yiyəsən dəvə ətinin qutabını. Özü də sənün Ağ Dəvəvün ətindən! Yanında da yüz qram 
ceyran südü. Sonra bir dənə də yüz. 
Ə l ə k b ə r (ayağa durub qaçaraq Ibadullanın üstünə tüpürür). Sən əclafsan! 
I b a d u l l a. Alə, nə dedün mənə?  
 
Ələkbər evə qaçır. Işıq yenə yalnız Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Neçə aydı ki, müharibə başlamışdı. Oğullar bir-bir məhəlləmizdən gedirdilər. 
Məhəlləmiz də, həyətimiz də boşalırdı. Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıl, Ağarəhim də getdi. 
Sonra Suğranın  əri Gülağa da, o biri cavanlar da, sonra mənim atam da getdi və qayıtmadı. 
Məhəlləmizin birinci qaragünlüsü Meyranqulu əmigil oldu. Meyranqulu əmi ağlayıb təkcə bunu 
deyirdi: « – Mənim  şair oğlum!» Meyranqulu əminin oğlu Ibrahim haçansa şair kimi iki misra 
yazmışdı  və  mən bu iki misranı gülə-gülə arvadlara deyən  Şövkətdən eşitmişdim. Mənasını başa 
düşməsəm də, o iki misra bizim məhəlləyə oxşamayan hansısa başqa bir aləmdən xəbər verirdi və 
ilişib həmişəlik mənim hafizəmdə qalmışdı: 
 
Göy yaxasın açanda, ay göründü... 
Sən yaxanı açanda, günəş göründü... 
 
Səhnə işıqlaşır. Məhəllədə yasdır. Bir tərəfdə kişilər oturub. O biri tərəfdə arvadlar ağlaya-ağlaya 
Meyranqulugilin evinə girib-çıxırlar.  
 
M e y r a n q u l u. Mənim şair oğlum!.. Şair oğlum!.. 
M o l l a  Ə s ə d u l l a. Kəfənsiz gedən növcavan!.. 
K i ş i l ə r: 
– Allah rəhmət eləsin!.. 
– Allah sənə səbr versin, Meyranqulu!.. 
– Allah rəhmət eləsin!.. 
M o l l a  Ə s ə d u l l a. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Allah baisin cəzasını versin! 
Allah sizin cavanlarınızın hamısını hifz eliyib güllədən saxlasın! Allah heç bir evi kişisiz qoymasın! 
Uşaqlar yetim qalmasın! Allah Hitler oğraşın divanını eləsin! Qənimi Əzrayıl olsun! Qəbri od tutub 
yansın və dili ağzında kömürə dönsün! Allah əziz atamız Stalinin də ömrünü uzun eləsin! 
K i ş i l ə r: 
– Illah-amin!.. 
– Elə də olacaq!.. 
– Əl-əlbət!.. 
M o l l a  Ə s ə d u l l a. Meyranqulu oğlu Ibrahim çox yaxçı oğlan idi. Bu cəhətdən Ibrahim 
peyğəmbərə də bənzəyişi var idi. Babilin padşahı Nəmrud Ibrahimi oda atdırdı, amma od Ibrahim 
Xəlili götürmədi. Nöşün? Çünki o qədər təmiz idi! Və o yerdə ki, od yanırdı, həmin od qalağı çiçəkli 
bir bağa döndü. 
 
Işıq yenə Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Məhəlləyə ikinci dəfə qara xəbər Firuzə xalagilə gəldi və bu dəfə çadır onların 
evinin qabağında quruldu. Sonra o çadır tez-tez qurulmağa başladı. Bu çadır çöndü oldu Ağ Dəvə, 
qapıların ağzında qurulub dünyanın dərdli işlərindən xəbər verdi. Həmin çadır bizim məhəllədə 
ancaq bircə  dəfə qurulmadı. Suğranın  əri saatsaz Gülağanın qara xəbəri gələndə. Suğra qoymadı. 
Suğra inanmadı Gülağanın ölməyinə. Mən bir dəfə Balakərimdən soruşdum. 

 
366
 
Işıq Balakərimlə Ələkbərin üzərinə düşür. 
 
Ə l ə k b ə r. Balakərim, o Ağ Dəvə niyə Hitlerin qapısında yatmır? 
B a l a k ə r i m. Yatacaq, Ələkbər, yatacaq! Farslar bilirsən də, nə deyib, Ələkbər? Farslar 
deyib ki: «Hər suxən caiz, hər nöqtə məqam darəd». 
 
Işıq yenə yalnız Müəllifi göstərir. 
 
M ü ə l l i f. Günlərin bir günü də, xəbər çıxdı ki, Amerikadan bir nəfər Ziba xalagilə gəlib. 
Özü də o bir nəfər Ziba xalanın oğludur, Amerikada yaşayır. Arvadlar deyirdi ki, Qavril – Ziba 
xalanın həmin oğlu – gəlib ki, Ziba xalanı Amerikaya aparsın. Deyirdilər ki, Qavrilin Amerikada on 
otağı var, özü də 21-ci mərtəbədə.  
 
İ ş ı q  s ö n ü r. 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin