Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   25   26   27   28   29   30   31   32   33

ÜÇÜNCÜ ŞƏKİL  
 
M o l l a  Ə s ə d u l l a, Ə l ə k b ə r, B a l a k ə r i m, Q o c a,  
X a n ı m  a r v a d, S ə f u r ə  x a l a, F i r u z ə  x a l a,  
M ə ş ə d i x a n ı m, S o n a  və  başqaları. 
Məhəllə. Günorta. 
Balakərim tütək çalır. Ələkbər topla oynayır, top birdən  
məhəllədən keçən Molla Əsədullaya dəyir. 
 
M o l l a  Ə s ə d u l l a. Ay tüllab! Gözün yoxdu sənün, mən boyda adamı görmürsən? 
(Həyətdəkilərə) Axşamıvuz xeyir... 
H ə y ə t d ə k i l ə r: 
– Axşamıvuz xeyir, Molla əmi... 
– Axşamun xeyir, Əsədulla... 
– Axşamun xeyir... 
M o l l a  Ə s ə d u l l a (gülə-gülə). Alə, buna bax e, nəlbəki boyda boyu var, məni vurur! 
(Gedir.) 
 
Ələkbər Balakərimə yanaşır. 
Ə l ə k b ə r. Balakərim, sən bilirsən tüllab nə deməkdir? 
B a l a k ə r i m. Nöş bilmirəm? 
Ə l ə k b ə r. Nədi? 
B a l a k ə r i m. Tüllab ərəb dilində «tələbə» deməkdi. 
Q o c a (onlara yaxınlaşaraq).  Yəni ki, Ələkbər, məktəbi qurtarandan sonra, sən də  mənim 
kimi tələbə olacaqsan! 

 
347
Ə l ə k b ə r. Axı, mən  şofer olmaq istəyirəm! «Polutorka» sürmək istəyirəm. Mənim də 
maşınım dalanımızın qabağında dayansın, Cəfərin maşını kimi, Əbdüləlinin, Adilin, Cəbrayılın, 
Ağarəhimin maşınları kimi... 
Q o c a. Yox, Ələkbər, mən bilirəm sən böyüyəndə kim olacaqsan... 
Ə l ə k b ə r. Kim? 
Q o c a. Sən yazıçı olacaqsan, kitab yazacaqsan. 
Ə l ə k b ə r. Mən? 
Q o c a. Hə. Qoy bizim mələdən də bir kitabyazan olsun də!.. 
 
Ədilə evdən çıxıb həyətdəki zivədən paltar yığır. Qoca ona baxır. Ələkbər də həm Qocaya, həm də Ədiləyə baxır. 
Balakərim tütək çalır. 
 
X a n ı m  x a l a n ı n  s ə s i. Ələkbər, gəl, iynəni sapla! Yenə bu şoğəribi saplaya bilmirəm! 
Q o c a. Ələkbər, axşam səni sirkə aparacağam. 
 
Xanım arvad pilləkənin artırmasına çıxır. Qoca ilə  Ədiləni görür.  Ədilə tez evə gedir. 
 
Q o c a. Sirkə getmək istəyirsən?.. Biz sənnən dostuq də, hə? 
Ə l ə k b ə r. Hə!  
 
Xanım arvad evə keçir. 
 
Q o c a. Dilimiz bir, sirrimiz bir! Hə? 
Ə l ə k b ə r. Hə! 
 
 Bayaqdan səhnənin bir kənarında oturub tum çırtlaya-çırtlaya  
söhbət edən arvadlar Ədilənin ardınca baxır. 
 
S ə f u r ə  x a l a. Allaha and olsun ki, mən Səfurə, bu çağacan Ədilə gözəlliyində, onu görüm 
yanmasın, qız xeylağı görməmişəm!.. Ağıl deyirsən, bunda! Həya deyirsən, bunda! Xanımın bu 
doxtur oğluynan da ki, Leyli-Məcnundular! 
F i r u z ə  x a l a. Ağəz, bilmirsüz bəyəm ki, Xanım arvadda dəvə kini var?! Qoyar bəyəm ki, 
oğlu gedib Fatmanın qızını  gəlin gətirsin evə? Yaduvuzda döyül, rəhmətlik Abuzər, Xanımın 
qərdeşi, bir vaxtlar Ədilənin anası Fatmaya aşiq idi. Fatma da Abuzəri bəyənmədi! Papaqçı Əbülfətə 
ərə getdi. 
S ə f u r ə  x a l a. Qaragün Fatma, güya ki, bir ağ günə çıxıb, Abuzəri bəyənməyib, papaqçı 
Əbülfətə ərə gedib!  
F i r u z ə  x a l a. Əbülfət qaragün də neyləsin?! Gecə-gündüz papaq tikib o qaragün qızları 
dolandırır də... 
M ə ş ə d i x a n ı m. Dedilər ki, ay Məcnun, ay başuva dönək sənün, bu Leyli qapqara kifirin 
biridi, nə görmüsən bunda ki, aşıq olmusan buna? Məcnun bilirsüz nə cavab verdi, ağəz?! Məcnun 
dedi ki, siz Leyliyə  mənim gözümnən baxun... Abuzər boylu-buxunluydu. Allah Qocanın canını 
salamat eləsin, elə Qoca kimi şəkil bir oğlan idi. Ancaq Fatma qaragünün gözü Əbülfəti seçdi, 
Abuzəri seçmədi də... Çünki, bu qaragün başıküllü Fatma Əbülfətə baxdı  Məcnunun gözüynən... 
Olan oldu, keçən keçdi də, ağəz, Xanım nə istəyir day bu biçarə uşaqdan?! Bax, mən ölü, siz diri, 
görərsüz, Xanımın oğlanlarına kim gəlsə, vay halına! Ağəz, Xanımda cəllad ürəyi var... 
S ə f u r ə  x a l a. Vallah, Xanımdan ürəyi yumşaq adam yoxdu... Tanımırsuz siz onu... 
 
Səhnə qaranlıqlaşır. Işıq yalnız Ələkbərgilin evinə düşür.  
 

 
348
Ə l ə k b ə r. Xanım xalanın evində, divardan şəkil asılıb e, o Qocanın şəkli deyil... 
S o n a. Hə, Qocanın şəkli deyil, dayısının, Abuzər nakamın şəklidir. 
Ə l ə k b ə r. Bəs, Abuzərə nə oldu? 
S o n a. Yazıq vərəmlədi öldü... Allah rəhmət eləsin... Torpağı sanı yaşasın, Qoca çox oxşayır 
ona... Ələkbər. 
Ə l ə k b ə r. Hə. 
S o n a. Ələkbər, mən istəyirəm ki, sən də Qoca kimi oxuyan olasan... Bizim mələdə oxuyan 
bir Qocadı... Istəyirəm, Ələkbər, sən də elənçinə olasan, Ələkbər... 
 
Səhnə qaranlıqlaşır və işıq yalnız Balakərimin üzərinə düşür. 
 
B a l a k ə r i m. Bu, Romeo-Culyet əhvalatıdır. Onları da ataları, anaları qoymadı ki, bir-
birinə qismət olsunlar, ikisi də öldü. Sonra ataları da, anaları da peşman oldu əməllərindən... Nöşün 
ki, çox böyük səhv etmişdilər, amma, Ələkbər, sonrakı peşmançılıq fayda verməz... 
 
İ ş ı q  s ö n ü r. 
 
 
DÖRDÜNCÜ ŞƏKİL 
 
Ə l ə k b ə r, B a l a k ə r i m, S o n a, Ə d i l ə, M ü ə l l i f,  
Q o c a, X a n ı m  a r v a d. 
Məhəllə. Küçə. Axşam. 
 
Ə l ə k b ə r. Balakərim, ağ dəvədən danış. 
B a l a k ə r i m. Harda qaldıq? 
Ə l ə k b ə r. Yolçu yola çıxmışdı... 
B a l a k ə r i m. Deyirlər, qarğa üç yüz il yaşayır və qara qarğanın gözlərindəki kədər də 
həmin o üç yüz ilin kədəri idi. Yolçu əgər ağ dəvənin belindən düşüb öz gözlərinə baxa bilsəydi, 
həmin qara gözlərdə də o qara qarğanın gözlərinin dibinə çökmüş o kədəri görərdi. Amma belə bir iş 
yolçunun ağlına gəlmirdi. Son vaxtlar yolçu uzaq yola tək çıxmağı xoşlayırdı. Yolçuya elə gəlirdi ki, 
indiyə qədər ömrünü  –  uzun ömrünü o özü üçün yox, başqaları üçün yaşayıb. Yolçu fikirləşdi ki, 
Adəm öz Tanrısını  eşitmədi, yoldan azdı  və buna görə  də Adəmi cənnətdən qovdular, Sərəndibə 
gəldi və Adəmin ayağının izi indiyə qədər Sərəndibdə qalır. Sərəndib bir cənnət-məkan yerdi, amma 
Adəmi cənnətdən ora qovdular. Adəm ataya cəza veridilər, yəni ki, Sərəndib bizim üçün, biz adi 
bəndələr üçün cənnətdir, amma əsl cənnətin yanında ora bir cəza yeridi. Dünyada gözə görünən və 
görünməyən hər şey də belənçinədir. Bu vaxt Yolçunun beynindən bir misra keçdi: 
 
Məni həsrət yaratdı... 
 
Işıq yavaş-yavaş sönür və o bir misranın əks-sədası eşidilir.  
 
Məni həsrət yaratdı... 
 
Işıq tamam sönür və birdən qaranlıqda Ələkbərin qışqırığı eşidilir. 
 
Ə l ə k b ə r. Ağ Dəvə keçir mələmizdən!  
 
Işıq yanır. 
 
Ağ Dəvə! Ağ Dəvə!  
 

 
349
Sona hövlnak evdən çıxıb Ələkbəri qucaqlayır.  
 
S o n a. Vallah, Balakərim bu uşağın başını xarab edəcək... 
 
Işıq yalnız Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Qədim bir filosof dünyanın  ən müdrik və  ən qəmgin sözlərindən birini deyib: 
«Hər şey keçib gedir... Biz həmin axşam Qocayla sirkə getdik. Mən ömrümdə bu boyda binada, bu 
qədər adamların arasında olmamışdım. Mən burda olmağımla fəxr edirdim, mən Qocayla fəxr 
edirdim. Qoca bizim məhəlləmizdə birinci adam idi ki, institutda oxuyurdu, həkim olacaqdı. 
Analarımız bizə öyüd, nəsihət verəndə, Qocanı misal gətirirdilər. Hətta Muxtar da məhəllədə ancaq 
Qocaya salam verirdi. Sirkdə tamaşanın başlanmasına az qalmış, mən  Ədiləni bir qızla gördüm. 
Oturmamışdan  əvvəl,  Ədilənin gözləri yuxarı  sıraları axtardı  və bizi gördü. Qocanı görən kimi 
gözlərini çəkdi və onlar yerlərində əyləşdilər. Tez Ədiləni Qocaya göstərmək istədim, amma ehtiyac 
yox idi, Qoca da Ədiləni görmüşdü. Mən birdən-birə  pərt oldum və başa düşdüm ki, Qoca mənə 
görə yox, Ədiləyə görə sirkə gə lib. Bayaqkı sevincdən, fərəhdən heç nə qalmadı. Tamaşa başlandı. 
Sonra fasilə oldu. Qoca mənə bir üçkünc məktub verdi ki, Ədiləyə aparım. Mən məktubu Ədiləyə 
verdim. 
 
Səhnə işıqlanır.  
 
Ə d i l ə (çantasından kiçik bir bağlama çıxarır). Ala, Ələkbər, sənin üçündür bunlar, götür, 
Ələkbər. Qoy ağzın şirin olsun. Heç olmasa, sənin ürəyin şad olsun, Ələkbər. (Çantadan bir məktub 
çıxarıb ürkə-ürkə ona uzadır.) Bunu da ona ver, Ələkbər. (Məktubu ona verir.) 
 
Işıq yenə yalnız Müəllifin üzərinə düşür. 
 
M ü ə l l i f. Onda 1941-ci ilin yazı idi. Mən hələ payızda məktəbə gedəcəkdim. Amma özüm 
hərfləri çoxdan öyrənmişdim. Oxuya bilirdim. Qoca kağızın bir üzünü oxuyub, o biri üzünü çevirdi, 
mən də bütün diqqətimi toplayıb gözlərimin qabağında olan hissəni ürəyimdə höccələyə-höccələyə 
oxumağa başladım. «Sevimli məktub! Sənə göydə qanad çalan azad quşlardan da artıq bir 
xoşbəxtlik arzulayıram, əzizim. Bu arzudan sonra ürəyimin ən dərin guşəsində bəslədiyim, qızılgül 
ətirli salamımı sənə təqdim edirəm. 
 
 Məktub, səni ad eylərəm, 
 Poçta əmanət eylərəm. 
 Gedib Qocaya çatmasan, 
 Bil ki, qiyamət eylərəm...»  
 
Əlbəttə, mən çox istəyirdim ki, oradakı poçt sözünün əvəzində  mənim adım olaydı. Çünki, 
Ədilə bu məktubu poçta yox, mənə əmanət eləmişdi. Bundan sonrasını oxumağa macal tapmadım, 
Qoca məktubu ehtiyatla qatlayıb döş cibinə qoydu. Sonra tamaşa qurtardı. 
 
 Işıq səhnənin sol tərəfini işıqlandırır. Qoca, Ələkbər, bir az kənarda  da Ədilə ilə rəfiqəsi dayanıb. 
 
Q o c a. Hə, necə idi? Xoşuna gəldi sirk? 
Ə l ə k b ə r. Hə. 
Q o c a. Səni tez-tez sirkə gətirəcəyəm. Biz səninlə dostuq, dilimiz bir, sirrimiz birdi də, hə? 
Ə l ə k b ə r (ruh yüksəkliyi ilə). Hə.  
 
Işıq səhnənin sağ küncündən sürətlə onlara tərəf gələn  

 
350
Xanım arvadın üzərinə düşür.  
 
X a n ı m  a r v a d (qızların qarşısında dayanaraq Ədiləyə). Ay qız, indi də uşağı tovlayıb 
sirkə gətirirsən? Elə bilirsən, xəbər tutmayacaqdım mən?! Nə ifritəsən, ağəz, sən?! Hə də, əlbəttə, 
anası gəzən ağacları balası budaq-budaq gəzər də!.. Həyasız!..  
 
Ədilə ağlaya-ağlaya qaçıb səhnədən çıxır. 
 
X a n ı m  a r v a d (Qocaya). Gəl, gəl, düş qabağıma!  
 
Xanım arvadla başını aşağı sallamış Qoca irəlidə, Ələkbər də onların ardınca uzaqlaşırlar.  
 
Işıq yalnız Müəllifin üzərinə düşür.  
 
M ü ə l l i f. Həmin axşam, kimsəsiz, yad bir küçədə Qocayla Xanım xalanın ardınca 
addımlayırdım. Heç nə fikirləşmirdim. Elə bil, mənim üçün hər  şey yox olmuşdu... Qoca özünü 
saxlaya bilməyib mənə  tərəf baxdı. Mən isə ona baxmadım. Mən,  əslində, Xanım xaladan yox, 
Qocadan incimişdim...  
 
Pauza. 
 
O ki, qaldı sirkə, Qoca ilə mən bir də heç vaxt sirkə getmədik...  
 
İ ş ı q  s ö n ü r. 
 
 
 BEŞİNCİ  ŞƏKİL 
 
M ü ə l l i f, S ə f u r ə  x a l a, M ə ş ə d i x a n ı m, F i r u z ə  x a l a, S o n a, X a n ı m  a r v a d, Ş ö v k ə t. 
Ələkbərgilin evi. Günorta.  
Işıq, əvvəlki şəkildə olduğu kimi, yalnız Müəllifin üzərinə düşüb.  
 
M ü ə l l i f. Müharibə başlamazdan əvvəl, məhəllənin arvadları, hərə öz ununu, yağını, başqa 
azuqəsini götürüb, tez-tez bizim evə yığışardı. Ona görə bizim evə yığışardılar ki, atam çox zaman 
səfərdə olardı, məhəllə arvadları da bizdə rahat əyləşib düşbərə, qutab, xüsusən Novruz bayramı 
qabağı şəkərbura, paxlava, qoğal bişirə-bişirə söhbət edərdilər. 
Səhnə işıqlanır. 
 
S ə f u r ə  x a l a. Eh, elə yerlər var dünyada ki, oralarda elə dağlar var ki, nə deyim... Eynulla 
deyir ki, o dağlarda buz kimi bulaqlar var, ağəz, bir parç götürüb içirsən, adamın bütün dərdini-
sərini aparır. 
M ə ş ə d i x a n ı m. Mənə lazımdı o bir parç su, çəkim başıma, bəlkə mən də, bir gün görüm. 
Var elə yerlər, əlbəttə var, nöşün yoxdu?.. 
F i r u z ə  x a l a. Hafiz deyir, Moskvada indi elə evlər tikirlər ki, day pilləkənləri piyada 
çıxmırsan. Minirsən maşına, qaldırır səni yuxarı, özü də, pulsuz e, ağəz... 
M ə ş ə d i x a n ı m. Eh, hər şey asılıdı onnan ki, harda səninçün yaxşı keçir. Harda yaxşı 
keçir səninçün, ora da yaxçı yerdi... 
S o n a. Eh... Ağakərim Rusetin şəhərlərinnən, kəndlərinnən elə şeylər danışır ki, vallah, mən 
lap məəttəl qalıram! Deyir ki... 
X a n ı m  a r v a d. Ayıb döyül sizə? Nöş naşükürlük edirsüz? Nöş şaddığıvuza şıllaq atursuz? 
Nöş deyinirsüz, ağəz? Bura nöş bələnçinə pis olub sizinçün? Böyütmürsüz uşaqlarıvuzu? Yeməyə 
çörək tapmursuz, ağəz? Day nöş pis oldu buralar? Hə?.. 

 
351
 
Pauza. 
 
S  ə f u r ə  x a l a. Allah yoldaş Stalinin canını sağ eləsin! Qurban olaq ona! Allah bizim 
ömrümüzdən kəsib, onun ömrünə calasun!.. 
 
Kiçik pauza. 
 
X a n ı m  a r v a d. Ağəz, mən Muxtaram səninçün?  
S ə f u r ə  x a l a. Allah eləməsin!.. 
X a n ı m  a r v a d. Onda bəs nöş belə sözlər deyirsən? Mən bəgəm bunu deyirəm? 
S ə f u r ə  x a l a. Allah eləməsin... 
X a n ı m  a r v a d. Bəs bu nə sözlərdi deyirsən? 
S ə f u r ə  x a l a (çiyinlərini çəkir). Mən nə bilim...  
M ə ş ə d i x a n ı m (hiss olunur ki, araya söz qatır). Vallah, Muxtar yaxçı adamdı, kim nə 
deyir, desin... Kubra qısırdı... Özü də o cürə  xəstə, amma Muxtar atmır onu... Vallah Muxtarın 
yerinə kim olsa... Gedib özünə başqa bir arvad alar, oğul-uşaq sahibi olar... Nolar qulaqları balaca 
olanda?.. 
X a n ı m  a r v a d (çımxırır). Yaxçıdı, pisdi, özü bilər, bizə nə? Sizün Muxtarın qulaqlarında 
nə işivüz var, ağəz?  
 
Pauza. 
 
M  ə  ş  ə d i x a n ı m. Elə ki, başa düşdün ki ya, boynunda uşaq var, gərək o saat gözüvü 
yumasan.  Əgər oğlan istəyirsənsə, gərək gözləyəsən ay çıxsın, gözüvü açıb, birinci gərək aya 
baxasan, yox əgər ki, qız istəyirsən, onda gərək birinci günə baxasan. 
X a n ı m  a r v a d. Bəlkə, qışdı, bəlkə gün heç bir həftə çıxmıyıcek, onda bəs necə olsun? 
Yaya qədər gözünü açmasın? 
M ə ş ə d i x a n ı m. Həri! 
X a n ı m  a r v a d. Ağəz, vallah, sən get, ağluva dua yazdır. Yekə arvadsan, bu cür avam 
sözlər danışıb, nöş camaatın başını doldurursan?! 
F i r u z ə  x a l a. Ələkbər, bala, bir stəkan su gətir içim. 
 
Ələkbər çaydandan stəkana su tökmək istəyir. 
 
S o n a (hövlnak). Tökmə çaynikdən, tökmə isti suyu yerə! Tökülər cinin üstünə, xataya 
düşərik. 
X a n ı m  a r v a d. Ay aman, bunnar nöş bu günə düşüblər?.. Gör, necə sözlər danışır, uşağı 
da qorxudur... 
S o n a. Mən neyniyim, ay Xanım xala, camaat belə deyir də... 
X a n ı m  a r v a d. Camaat bəlkə başını divara vuracaq, sən də gərək vurasan başuvu divara?!  
 
Pauza. 
 
Yaxçı, mən getdim. (Ayağa qalxır.) Uşaqlar indi qeyidiceklər çörək yeməyə. (Evdən çıxır.) 
M ə ş ə d i x a n ı m. Of-f-f!.. Ağəz, bu arvad döyül e, bir at arabası qurğuşundu! Ağəz, belə də 
ağır adam olar? Vallah, bilmirsən, bunun yanında nə danışasan?.. 

 
352
F i r u z ə  x a l a. Ağəz, sən bilmirsən ki, neçə gündü Muxtar Əbdüləlini tutdurub ki, nə var, 
nə var, nöş sənün maşunun mənim maşınımı keçdi. Hər gün də deyirlər ki, buraxaceyik Əbdüləlini, 
ancaq gör neçə gündü, buraxmırlar. Ağəz, bunun üstündə adam tutdurarlar? Yaxçı eləyib keçib 
sənün kimi oğraşın maşınını! 
M ə ş ə d i x a n ı m. Hə də... 
S  ə f u r ə    x  a  l  a  (onu yamsılayır).  «Hə  də...» Bəs indicə Xanım arvadın yanında 
tərifləmürdün o oğraşı? 
M ə ş ə d i x a n ı m. A-a-a... Yadımdan çıxmışdı... Vallah, bu Xanım arvadın elə bir zəhmi var 
ki, onun yanında hər şey yadımdan çıxır... Mən də gərək bu Şövkət kimi, onun yanında ağzıma su 
alıb oturum. 
Ş ö v k ə t (yanında oturmuş  Ələkbərə göz vurub diqqətlə onun saçlarına baxır).  A-a-a... 
Bunun başında ağ tük var ki!.. Bəxtəvər, böyüyəndə xoşbəxt olacaq. 
S o n a. Allah ağzundan eşitsin. 
Ş ö v k ə t. A-a-a!.. Özü də üç dənədi ağ tük! Üç dəfə arvad alacaq e, bu!.. 
S ə f u r ə  x a l a. Bəsdi... Uşağın yanında gül ağzuvu açmaginə. 
Ş ö v k ə t (bərkdən gülür). Ağəz, ay Sona, bu day adamı gözüylə yeyir. Bunu day biziynən 
hamama aparma.  
S o n a. Xanım xala yoxdu, başladun yenə? 
Ş ö v k ə t. Mən neyniyim?.. Mən başıbatmış şapalaqnan üz qızardıram də. Gərək elə burnumu 
sallıyım? Öz günümə  ağlayım səhərdən axşamacan? Onda yaxşı olaram sizünçün mən? Hə? 
Belənçinədi?  
 
Maşın səsi eşidilir. Ələkbər o saat yerindən atılıb evdən çıxır. 
 
Ə l ə k b ə r. «Poluturkalar» gəldi!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
ALTINCI ŞƏKİL
 
 
X a n ı m  a r v a d, M u x t a r, Ə l i a b b a s  k i ş i, B a l a k ə r i m, M e y r a n q u l u, Ə z i z a ğ a  ə m i, A ğ a 
h ü s e y n  ə m i, A d i l, C ə b r a y ı l, Ə l ə k b ə r. 
Məhəllə. Günorta. 
Balakərim bir küncdə oturub köynəyinin yaxasından çıxartdığı tütəyin o tərəf-bu tərəfinə baxır. Xanım arvadla 
Muxtar pilləkənin yuxarısındakı artırmadadırlar. 
X a n ı m  a r v a d (Muxtarın yaxasından yapışıb dartır). Düş aşağı, düş, düş deyirəm sənə!  
M u x t a r. Ay arvad, əlini çək! Burax! (Böyründəki qoburdan tapança çıxardır.)  Burax, 
arvad! 
X a n ı m  a r v a d. Arvad sənsən! 
M u x t a r. Əlini çək, dedim! 
 
Xanım arvad əlini çəkib onunla üzbəüz dayanır. Balakərim tütək çalmağa başlayır. 
 
Ə l i a b b a s  k i ş i. Balakərim! 
B a l a k ə r i m. Bəli, dayday. 
Əliabbas k i ş i. Necəsən, Balakərim? 
B a l a k ə r i m. Yaxşıyam, dayday. 
Ə l i a b b a s  k i ş i. Çalma, Balakərim, yeri döyül. 
B a l a k ə r i m. Oldu. (Tütəyi köynəyinin yaxasına soxur.) 

 
353
 
Adillə Cəbrayıl artırmaya çıxırlar. Cəbrayıl irəli getmək istəyir. Adil onun əlindən tutub saxlayır. 
 
M u x t a r. Sən sovet hökumətinə əl qaldırırsan?! 
 
X a n ı m  a r v a d. Sənsən sovet hökuməti? Ala e!.. (Iki əli ilə Muxtarın başına kül ələyir.) 
Sən öləsən! 
M u x t a r (barmağı ilə hədələyir). Baxarsan! (Yuxarıdan aşağı) Siz də gördüz də! Bu arvad 
sovet hökumətinə əl qaldırdı! Gördüz ki? 
 
Pauza. 
 
Hə? 
Ə l i a b b a s  k i ş i. Muxtar naçalnik... Vallah... 
M u x t a r (qəzəblə). Nə vallah? Görmədiz? 
Ə l i a b b a s  k i ş i. Vallah, Muxtar naçalnik, biz indiyəcən elə bilirdik ki, sovet hökuməti 
əziz atamız, yoldaş Stalindi! Indi belə çıxır ki... Nə bilim, vallah... 
M u x t a r (dəhşətlə). Nə? 
Ə z i z a ğ a  ə m i. Hə də... 
M e y r a n q u l u. Ancaq indi belə çıxır ki... (Aşağıdan yuxarı baxır.) Vallah, adamın dili də 
gəlmir deməyə... Belə çıxır ki, bu deyir ki, mən yoldaş Stalindən böyüyəm? 
A  ğ a h ü s e y n  ə m i. Həri də, belə  çıxır... Pay atonan! (Əlini yuxarı qaldırıb Muxtarı 
göstərir.) Bu nə danışır, alə?! 
Ə z i z a ğ a  ə m i. Vallah, adam heç qulaqlarına inanmaq istəmir... 
M u x t a r (tamam şaşırmış). Siz... siz... provakasiya... 
X a n ı m  a r v a d. Sən də kişisən?! Tfu! 
 
Kiçik pauza. 
 
Sən öləsən,  əgər bu gün uşağı buraxdurmasan a, gedib sənün böyüklərün var e, onları 
tapaceyəm. Gedib girəceyəm onların yanına. Sənün başuva bir turp əkdirəceyəm ki, anondan 
əmdiyün süd burnundan gəlsin. Yoxsa, elə bilirsən yalvaraciyəm sənə mən? Ay sən öləsən! 
M u x t a r (aşağı). Baxarsız! (Xanım arvada) Görərsən! 
X a n ı m  a r v a d. Sən də görərsən! (Oğlanlarına) Əgər süz də buna bir söz desöz, buna əl 
vursoz, kişi döyülsüz. Mən ölməmişəm hələ. Sən də çal, Balakərim!  
 
Səhnə qaranlıqlaşır və yalnız tütək çala-çala danışan Balakərim  
görünür. Onun yanında oturmuş Ələkbər də diqqətlə qulaq asır. 
 
B a l a k ə r i m. Məni həsrət yaratdı... Bu bir misra yolçunun yorulub əldən düşmüş beyninə 
kiçik bir yüngüllük gətirməyə başladı... Yolçu özü bilmirdi ki, yatır, ya oyaqdır. Yolçu gözlərini 
açanda, o ağ buludlar adda-budda göyün üzünə dağılmışdı. Yolçu dodaqaltı duasını  pıçıldayıb 
salavat çevirdi. Və ayağa qalxdı. Ətrafa baxdı və yerində donub qaldı. Ağ Dəvə yox idi. Ağ Dəvəni 
oğurlamışdılar. Ağ Dəvə özü qalxıb getmişdi. Yolçu o anda bilirsən nə fikirləşdi, Ələkbər? 
Ə l ə k b ə r. Nə? 
B a l a k ə r i m. Yolçu fikirləşdi ki, kaş  mən də o Ağ  Dəvə ilə bir yerdə bu dünyadan 
itəydim... 
 
Işıq sönür. 
 

 
354
 
 
 
YEDDİNCİ ŞƏKİL 
 
X a n ı m  a r v a d, M i l i s  n ə f ə r i, Ş i n e l l i  k i ş i. 
Bakı küçələrindən biri. Səhər tezdən. 
Böyük bir binanın qarşısında milis postu. Milis nəfəri soyuqdan üşüyə-üşüyə köşkün qarşısında gəzişir. Xanım 
arvad ora-bura baxa-baxa gəlib köşkün yanında dayanır.  
 
X a n ı m  a r v a d. Salam-əleyküm. 
M i l i s  n ə f ə r i. Əleykümə-salam. 
 
Kiçik pauza. 
 
Nə istəyirsən, bacı? 
X a n ı m  a r v a d. Böyüyüvüz lazımdı mənə. 
M i l i s  n ə f ə r i. Kim lazımdır? 
X a n ı m  a r v a d. Böyüyüvüz. 
M i l i s  n ə f ə r i. Sən bilirsən bura haradı? 
X a n ı m  a r v a d. Bilməsəm, gəlmərəm. 
M i l i s  n ə f ə r i. Burada hamı mənim üçün böyükdür də. Burada ən kiçik mənəm. Bildin? 
X a n ı m  a r v a d. Bildim. 
M i l i s  n ə f ə r i. Indi de görüm sənə nə lazımdır? 
X a n ı m  a r v a d. Bu binadakıların hamısının böyüyü. 
M i l i s  n ə f ə r i. Çağırıb səni? 
X a n ı m  a r v a d. Yox. 
M i l i s  n ə f ə r i. Qohumunuzdu? 
X a n ı m  a r v a d. Yox. 
M i l i s  n ə f ə r i. Tanıyır səni? 
X a n ı m  a r v a d. Yox. 
M i l i s  n ə f ə r i. Sən tanıyırsan onu? 
X a n ı m  a r v a d. Yox. 
M i l i s  n ə f ə r i. Onda bəs nə istəyirsən? 
X a n ı m  a r v a d. Başa düşmədün nə istəyirəm? Bu binadakıların böyüyünü istəyirəm! 
M i l i s  n ə f ə r i. Get, ay arvad, get. Bura sənin yerin deyil... Yazığın gəlsin özünə... 
Sətəlcəm olarsan... Get, işinlə məşğul ol! 
X a n ı m  a r v a d. Sənə dəxli yoxdu. Sən get öz işünlə məşğul ol. Onun-bunun qabağında 
qapı aç! 
M i l i s  n ə f ə r i. Nə pis arvadsan sən?! 
X a n ı m  a r v a d. Özüm bilərəm! Mən pisəm, sən yaxçı ol! 
 
Pauza.  
 
M i l i s  n ə f ə r i. Sən nə interesni arvadsan? 
X a n ı m  a r v a d. Buraxacaqsan məni içəri, ya yox? 
M i l i s  n ə f ə r i. Propuskun var? 
X a n ı m  a r v a d. Nə? 
M i l i s  n ə f ə r i. Kağızın var, deyirəm... icazən? 
X a n ı m  a r v a d. Yox. 

 
355
M i l i s  n ə f ə r i. Bəs onda nə istəyirsən? 
X a n ı m  a r v a d. Buranın böyüyüynən işim var! 
M i l i s  n ə f ə r i. Şipyon tutmusan? 
X a n ı m  a r v a d. Nə? 
M i l i s  n ə f ə r i. Heç nə. Doğrudan işin var sənin? 
X a n ı m  a r v a d. Necə yəni doğrudan?! Oyun oynayıram burda səhərdən? 
M i l i s  n ə f ə r i. Lap vacib işdi? 
X a n ı m  a r v a d. Hə! 
M i l i s  n ə f ə r i. Qoy gedim bir dejurnuya zəng edim... 
X a n ı m  a r v a d. O kimdi elə? 
M i l i s  n ə f ə r i. Dejurnudu də... 
X a n ı m  a r v a d. Buranın böyüyüdü? 
M i l i s  n ə f ə r i. Yox, ay bacı... Buranın böyüyünə  mən zəng eləyə bilərəm? Dejurnu, 
dejurnudu də... 
X a n ı m  a r v a d. Mənə buranın böyüyü lazımdı, ay kişi, başa düşmədin sən?  
 
Maşın səsi gəlir, sonra qapı açılıb-örtülür, sonra qaranlıq içindən şinelli bir kişi çıxıb onlara tərəf gəlir. Milis 
nəfəri dik dayanır. Şinelli kişi Xanım arvada baxıb binanın qapısına tərəf gedir və bir də geri çevrilib diqqətlə 
Xanım arvada baxır.  
 
İ ş ı q  s ö n ü r. 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin