Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

ONUNCU ŞƏKİL 
 
Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. Katibə, D i r e k t o r, Baş rejissor,  D a y ı. 
Katibə öz mizinin arxasında oturub, telefonla danışır. Baş rejissor öz kabinetində «Hamlet»lə məşğuldu. Direktor 
öz kabinetində televizora baxır. Dayı qəbul otağına girir. 
 
D a y ı. Salam... 
K a t i b ə (bir əli telefon dəstəyində, o biri əli ilə hər iki kabinetə işarə edir). Olmaz! 
D a y ı. Niyə? 
K a t i b ə. Işləyirlər! 
D a y ı. Ikisi də? 
K a t i b ə. Bəli! 

 
200
D a y ı. Ay maşallah! (Qəflətən cəld hərəkətlə Direktorun qapısını açıb kabinetə girir.) 
K a t i b ə. Olmaz! (Telefon dəstəyini mizin üstünə qoyub ayağa qalxır.) Olmaz! 
Baş rejissor. Eh!.. 
 
Kral, prins Hamlet öz anasının 
Yataq otağına getdi indicə... 
Budur konflikt! Budur! 
D a y ı. Icazə olar? 
D i r e k t o r (cəld televizorun qabağından çəkilir). Nə istəyirsiz? 
K a t i b ə. Mən ona icazə verməmişəm. 
Direktor.Necə? Mən demokratiyanın tərəfdarıyam, ancaq bu dərəcədə yox də! Icazəsiz mənim 
kabinetimə girmək?! 
D a y ı (məhəl qoymadan əlindəki qalın dəftəri vərəqləyərək oxuyur). «Azərbaycan milli teatr 
sənətini inkişaf etdirməkdən ötrü biz dramaturqlardan, teatr xadimlərindən alovlu bolşevik Sergey 
Mironoviç Kirovun parlaq bədii obrazını yaratmağı tələb etməliyik, yoldaşlar!..» 
D i r e k t o r. Bu nə səfeh sözlərdi belə? 
D a y ı (məhəl qoymadan oxuyur). «Azərbaycan teatrı üçün bağışlanmaz nöqsanlı cəhətlərdən 
biri də budur ki, indiyə qədər səhnəmizdə Ümumittifaq ağsaqqalı Mixail Ivanoviç Kalininin ürəkləri 
fəth eləyən unudulmaz obrazı yaranmamışdır, yoldaşlar!..» 
Direktor  (Katibəyə).  Bu hardan gəlib çıxıb belə?  (Acıqla Dayıya)  Biz milli varlığımızı  dərk 
eləyib xalqımızın azadlıq ideallarını səhnədə təcəssüm etdirməliyik. Milli teatr sənəti hara, Kalinin 
kimi keçisaqqal hara? 
Dayı  (məhəl qoymadan oxuyur). «Əziz Nikita Sergeyeviç Xruşşov qarğıdalı  mədəniyyətinin 
inkişafı ilə bağlı yorulmadan mübarizə apardığı bir zamanda biz Azərbaycan xalqı üçün taleyüklü 
əhəmiyyət kəsb edən qarğıdalı təsərrüfatını hələ səhnəmizə çıxarmağı bacarmamışıq və buna görə 
teatrın rəhbərliyi ciddi cəzalandırılmalıdır!..» 
Direktor (əsəbi). Siz özünüzü harada hiss edirsiniz?! Bu nə əbləh sözlərdi belə? 
D a y ı. Bunlar hamısı sizin sözlərinizdi... 
D i r e k t o r. Nə?  
D a y ı. Bunlar hamısı sizin sözlərinizdi... Azərbaycan incəsənət işçilərinin müşavirəsi, 1958-
ci il, 13 may, sizin məruzəniz. 1960-cı il, 20 oktyabr, Teatr xadimlərinin müşavirəsi, sizin çıxışınız, 
«Kommunist» qəzeti... 
K a t i b ə (pıqqıldayıb gülür). A-a-a... 
D i r e k t o r (hirslə Katibəyə). Sən niyə içəri girmisən? 
K a t i b ə. Padumayeş!  (Qəbul otağına çıxıb telefon dəstəyinə)  Bir dəqiqə gözlə!  (Gəlib 
əyilərək qapının açar deşiyindən baxır.) 
D i r e k t o r. Siz kimsiz? 
D a y ı. Dayı. 
D i r e k t o r. Necə yəni dayı? 
D a y ı. Dayı də, Dayı. Siz soruşursunuz, kimsən, mən də deyirəm ki, Dayı! 
D i r e k t o r. Adınız Dayıdı? 
D a y ı. Adım da Dayıdı, özüm də dayıyam. 
D i r e k t o r. Heç nə başa düşmürəm... 
D a y ı. Bu saat sizi başa salaram. (Oxuyur.)  «Əziz-Leonid Iliç Brejnevin atalıq qayğısına 
cavab olaraq biz Azərbaycan teatr sənətində «Malaya zemlya»ya əbədi bir abidə ucaltmaq kimi 
şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməliyik! Bu, Azərbaycan teatr xadimlərinin şərəfli borcudur!» 
Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin plenumundakı çıxışınız... 
K a t i b ə. Va-a-ay!.. 
Direktor. Bir dəqiqə! Bir dəqiqə! Yavaş olun!.. 

 
201
B a ş  r e j i s s o r. 
Nə gözəl fürsətdir! O dua edir
Bir qılınc zərbəsi kifayətdir ki, 
O, yeri tərk edib göyə ucalsın... 
 
Eh!.. (Əlini mizin üstünə vurub dolabı açır, arağı, qədəhi çıxarıb diqqətlə baxır, sonra yavaş-
yavaş süzür.) 
D i r e k t o r. Siz kimin dayısısız? 
Dayı. Bizim o uşağın... 
 
Pauza. 
 
D i r e k t o r. Silvanın? 
D a y ı. Yox. 
Direktor. Bəs... bəs kimin? 
D a y ı. Əhmədin. 
D i r e k t o r. Hə... O dayı sizsiz? 
D a y ı. Bəli. 
D i r e k t o r. Bəs mənnən nə istəyirsiniz? 
D a y ı. Sizdən? (Oxuyur.) «Anastas Ivanoviç Mikoyan...» 
K a t i b ə. Vay, dədə!.. 
Direktor (tələsik). Yaxşı, yaxşı!.. Axı... Axı, onu mən ixtisar eləməmişəm. Kollektiv... 
D a y ı (onun sözünü kəsərək oxumağa başlayır). «Anastas Ivanoviç Mikoyan...» 
Direktor (həyəcanlı). Yavaş olun!.. 
Baş rejissor. «Moskovski»dən yaxşısı yoxdu! (Qədəhi başına çəkir.) 
Direktor. Əhməd çox istedadlıdı! Mənim ona böyük rəğbətim var idi... 
B a ş  r e j i s s o r. Nə? Bu nədi belə?  (Araq  şüşəsini iyləyir.)  Kim bura su doldurub? 
(Qışqırır.) Kim mənim arağımı içib, yerinə su doldurub?! 
D i r e k t o r. Mən çox istərdim ki, Əhməd qayıtsın, ancaq... 
D a y ı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...» 
D i r e k t o r. Yavaş olun!.. Eşidərlər!.. 
B a ş  r e j i s s o r. Kim? (Qalxıb qəbul otağının qapısını açır və arxası ona əyilib açar 
deşiyindən baxan Katibəni görür.) Kim bura su doldurub?! Yenə düymən düşüb? 
K a t i b ə. Bəli... 
B a ş  r e j i s s o r. Sən elə birdəfəlik düyməsiz geyin ki, canımız qurtarsın! 
K a t i b ə. Bu nə sözdü deyirsiz? Mənim nişanlım var!.. Eşitsə ki, mənə belə sözlər deyirsiz... 
 
B a ş  r e j i s s o r  əlini yelləyib səhnədən çıxır. 
 
K a t i b ə (telefon dəstəyini götürərək). Oy!!. Çto tvoritsya!.. 
Direktor. Mən Əhmədin xətrini çox istəyirəm! Istəyirəm ki, o səhnəyə qayıtsın, bizim müstəqil 
respublikamızın azad sənətkarı olsun, ancaq... 
Dayı (oxuyur). «Anastas Ivanoviç Mikoyan...» 
D i r e k t o r. Yavaş, yavaş!.. Eşidən olar!.. Vallah... tək məndən asılı deyil... 
D a y ı (oxuyur). «Anastas...» 
Direktor. Yaxşı! Yaxşı!.. Əhmədi qaytararıq, bəs... bəs kimi ixtisara salaq? 
D a y ı (oxuyur). «Anas...» 
D i r e k t o r. Oldu! Oldu! Hə?! Bir daş altda, bir daş üstə! Danışdıq! (Yavaşdan) Belə dünya, 
səni görüm... lap!.. Lap e, lap!.. 
 

 
202
İ ş ı q  s ö n ü r. 
 
ON BİRİNCİ ŞƏKİL 
 
    Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri.  
K a t i b ə, D i r e k t o r, B a ş   r e j i s s o r, M ü əl l i f, D a y ı. 
   Katibə öz yerində telefonla danışır. Müəllif onun qarşısındakı kürsüdə oturub intizarla Baş rejissorun qapısına 
baxa-baxa qəbul gözləyir. Direktor öz kabinetində oturub, əli ilə başını tutaraq dərin fikrə dalıb. Baş rejissor 
cibindən bir dəstə açar çıxarır və iki-üç ayrı-ayrı açarla mizin dolabının təzə kilidlərini açaraq araq, qədəh, bir-iki 
gözəl nemət çıxarır, arağı diqqətlə iyləyir, o gözəl nemətləri səliqə ilə mizin üstünə düzür. 
 
K a t i b ə (telefon dəstəyinə). Oy!.. Ne mojet bıt?! 
D a y ı (qəbul otağına daxil olur). Salam!.. 
K a t i b ə. Vay!.. yenə gəldi! (Telefon dəstəyinə) Yox, xortdan deyil, onnan beşbətərdi!.. 
D a y ı (Baş rejissorun kabinetinə işarə ilə). Icazə olar? 
K a t i b ə. Xeyr! Olmaz! (Müəllifi göstərir.)  Bu da onu gözləyir!.. Qoyun kişi «Hamlet»i 
qurtarsın də! 
 
Baş rejissor qədəhi başına çəkir. 
 
Direktor. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!.. 
Baş rejissor. Araqdı! 
D a y ı (Müəllifə). Siz də teatrda işləyirsiz? 
Katibə. Bircə elə o qalmışdı!.. (Telefon dəstəyinə) Sənnən deyiləm! 
M ü ə l l i f. Xeyr! 
D a y ı. Deməli sizin teatra dəxliniz yoxdu... 
M ü ə l l i f. Necə yəni mənim teatra dəxlim yoxdu? Bu nə sözdü? Mən müəllifəm! 
D a y ı. Nəyin müəllifi? 
M ü ə l l i f. Dramanın! 
D a y ı. Bizim zəmanənin dramasıdı? 
M ü ə l l i f. Bəli! Dəvəçiliyin inkişafına həsr olunub. Siyasi münaqişələr də var. 
D a y ı. Adı nədi? 
K a t i b ə. «Zəhləmgetmişin taleyi»! (Gülür, telefon dəstəyinə) Yox, sənnən deyiləm... 
M ü ə l l i f. «Mələklər röyada süzür...» 
D a y ı. Eşitməmişəm... 
Müəllif (coşur). Eybi yox! Eşidəcəksiz! Hamı eşidəcək! Hamı! Mən bu ağır günlərdə xalqın 
dərdini onunla birlikdə bölüşürəm! Mənim  əsərlərim xalqın göz yaşından su içib! Dramım burda 
tamaşaya qoyulacaq! 
Katibə. Ay-hay!.. (Telefon dəstəyinə.)  Yox  əşşi!.. Bizim təzə  Şekspirdi də,  əlində portfel, 
oturub burda!.. Nə? Necə yəni Şekspir ölüb? Bilirəm də ölüb... Ancaq bu təzəsidi!.. 
Müəllif. Mütləq! Mən bu xalqın dərdini-sərini, sevincini-qürurunu şerlə deməliyəm! Səhnədə 
göstərməliyəm! Kitablarda yazmalıyam! 
K a t i b ə. Gözlə!.. 
M ü ə l l i f. Bəs siz neyləyirsiz burda? 
D a y ı. Rol oynayıram. 
M ü ə l l i f. Nə? Kimin rolunu? 
D a y ı. Siz kimin rolunu oynayırsız? (Katibəni göstərir) O kimin rolunu oynayır? Özünüz də 
sənətkarsız! Bilmirsiz ki, bu dünyada hamı rol oynayır? (Qəflətən Baş rejissorun qapısını açıb içəri 
girir.) 
K a t i b ə (yerindən sıçrayıb onun ardınca). Dayan «Hamlet»i işləyir. 

 
203
M ü ə l l i f (qışqırır). Birinci mən gəlmişdim. (Katibəyə) Deyəsən, bunun başı xarabdı... 
Katibə (yerində oturaraq). Öz başından xəbəri yoxdu... 
Direktor. Heç xoşuma gəlmir!.. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!.. 
Qorbaçovu Baş katib seçəndə də dalağım belə sancmışdı!.. 
 
Baş rejissor mizə düzdüyü o gözəl nemətlərin  
üstünə tələsik qəzet salır. 
 
Baş rejissor (acıqlı).  Burda işləmək olar?! Belə yerdə  Şekspiri qoymaq olar?! Kim istəyir, 
özünü dürtür içəri!  Şekspiri gərək Prezident aparatında tamaşaya hazırlayasan ki, qapıda polis 
dayansın! Siz kimsiz? 
D a y ı (qoyun kimi mələyir). Mə-ə-ə!.. 
Baş rejissor. Nə? 
D a y ı. Mə-ə-ə!.. Mə-ə-ə!.. 
Baş rejissor (hirslə). Bu nədi belə? 
D a y ı. Mə-ə-ə!.. 
Baş rejissor. Siz özünüzü harda hiss edirsiniz? 
D a y ı. Mə-ə-ə!.. 
B a ş  r e j i s s o r. Bura teatrdı, tövlə deyil! 
D a y ı. Mə-ə-ə!.. Qoyun! 
Baş rejissor. Nə? 
D a y ı. Qoyun! O dramaturqfason Qurbanəlizadə var e, poçt müdiri, onun sizin evə 
göndərdiyi qoyun! Mə-ə-ə!.. Rəhmətlik sizin xolodelnikə girməmişdən əvvəl belə mələyirdi: Mə-ə-
ə!.. Qurbanəlizadə  də istəyirdi ki, pyesi teatrda müzakirə olunsun. Indi teatrdakıların hamısının 
dədəsinin goruna söyür! Mə-ə-ə!.. 
B a ş  r e j i s s o r (hücuma keçmək istəyir). Bilirsiz nə var? Mən siz deyən... 
D a y ı  (onun sözünü kəsib birdən-birə  əllərini, ayaqlarını  tərpədə-tərpədə yerində caz 
oynayır). Bam-bam-bam!.. Ba-ba-bam-ba!.. Vu-vi-vi!.. Ba-bam-bam!.. 
Baş rejissor. Siz... Siz nə edirsiz?! Dəlisiz-nəsiz?! 
D a y ı. Maqnitafondu də!.. (Yerində oynaya-oynaya.) Ba-ba-bam!.. Ba-bab-bab-bab!.. Vi-vu-
vi!.. 
Müəllif. Mən ondan tez gəlmişdim qəbula! 
K a t i b ə. Əşşi, sən Allah əl çək məndən! (Telefon dəstəyinə.) Da tı çto, sənnən deyiləm?.. 
Burda biri var, adamı işləməyə də qoymur... 
Dayı (oynaya-oynaya). Şair Qulam Babanın sizin evə hədiyyə göndərdiyi maqnitafon! Yazıq 
hələ də gözləyir ki, poemasını haçan səhnələşdirəcəksiz!.. Ba-ba-bam!.. Vu-vi-vu!.. 
 
Pauza. 
 
Direktor. Heç xoşuma gəlmir, heç!.. 
D a y ı  (birdən-birə o tərəf-bu tərəfə  aşmağa başlayır, guya ki, sərxoşdu).  Myam-nyam!.. 
Bunu da... bunu da içirəm... liçna sənün sağlığuva!.. 
B a ş  r e j i s s o r. Alə, bu dəlidi-nədi? 
D a y ı. Niyə? Vururuq də!.. Rejissor assistenti Məlik Məmmədlinin sizin evə göndərdiyi o bir 
çəllək çaxır varıydı e, onu vururuq!.. Yazıq, istəyirdi ki, ikinci rejissor olsun... (Yenə  də guya ki, 
sərxoşdu.) Sənün sağlığuva!.. 
 
Kiçik pauza. 
Baş rejissor (güc-bəla ilə özünə gələrək). A kişi, bir dəqiqə əyləş görüm!.. Kimsən? Nəçisən? 
Kim göndərib səni? Bilirəm! (Direktorun otağına tərəf işarə edir.) O partokrat göndərib səni. 

 
204
D a y ı (kürsüdə oturub başını bulayır, yəni ki yox). I-ı-ı!.. 
Baş rejissor. Silvana? 
D a y ı (yenə başını bulayır). I-ı-ı!.. 
B a ş   r e j i s s o r. Bəs kim? 
D a y ı. Özüm. 
B a ş   r e j i s s o r. Mənnən nə istəyirsən? 
D a y ı. Ixtisar... 
Baş rejissor. Nə? 
D a y ı. Ixtisar məsələsi... 
Baş rejissor. Ixtisar məsələsi? Nə ixtisar məsələsi? Kimin ixtisarı? 
D a y ı. Bizim o uşağın... 
B a ş   r e j i s s o r. Uşağın? Hansı uşağın? 
D a y ı. Onun də... 
Baş rejissor. Yoxsa... yoxsa Əhmədi deyirsiz? 
Dayı (başını tərpədib təsdiq edir). Hı-ı-ı!.. 
Baş rejissor. Dayı, dayı deyirdi, o sizsiz? 
D a y ı (başını tərpədib təsdiq edir). Hı-ı-ı!.. 
Baş rejissor. A kişi, belə de də!.. Yoxsa ki, bu yaşda adamsan, başlamısan ki (Dayının caz 
oynamağını, yamsılayır.) vi-vu-vu, bam-bom-bam, day nə bilim, nə!.. Vallah hamısı bunun işləridi! 
Bu partokratın!  (Direktorun otağına tərəf işarə edir.) Bunun! Bu ixtisar eləyib, mənnik bir iş 
yoxdur! (Dayı ilə üzbəüz oturur.) Əhməd istedadlı cavandı! Mən nə qədər müdafiə elədim, olmadı! 
D a y ı (yerindən qalxıb guya ki, maşın sürür). Vır-r-r!.. Bap! Bap!.. Ba-bap!.. 
Baş rejissor. Yenə bu nədi belə? 
D a y ı. Maşındı  də!..  (Mizin arxasında, Baş rejissorun yerində  əyləşir.)  Sizin maşın! 
Korbürator! Gəncədən artist Rza Balazadənin alıb sizə göndərdiyi korbürator. (Mizin üstündəki o 
gözəl nemətləri örtən qəzeti götürüb səliqə ilə kənara qoyur.) Yazıq hələ də oturub gözləyir ki, onu 
nə vaxt Bakıya, teatra dəvət edəcəksiz... Bap!.. Bap!.. Vır-r-r!.. 
Baş rejissor (get-gedə artan bir təlaşla).  A kişi, vallah, bu, o partokratın işidi! Inanmırsız 
mənə? 
 
Dayı mizin dolabından arağı, qədəhi çıxarır, işıqda diqqətlə arağa baxır, sonra yavaş-yavaş qədəhə süzür. 
 
Elə bilirsiz burda asandı baş rejissor olmaq? Mən ona... Mən ona Hamleti vermək istəyirdim! 
D a y ı (qədəhi qaldırır). 
 
Yox, Horatsio, səndə mərdlik vardırsa, 
Qədəhi mənə ver!.. Mənə ver onu!.. 
 
(Qədəhi başına çəkir, sonra mizin üstündəki nemətlərdən bir-iki tikə götürür.) 
 
Ax, bu sirləri heç kəs bilməsə, 
Gələcək nəsillər arasında, ah, 
Qara şərəfsizlik qaplayar məni... 
 
(Yenidən qədəhə araq süzür.) 
Direktor. Sancır!..  Sancır dalağım, sancır! Gözüm heç su içmir!.. Içmir!.. 
D a y ı (arağı içir). 
 
Lakin dostumsansa, sən öz ömrünü 
Səadətlə yaşa, nadan dünyada 
Qəlbin ağrısa da... 

 
205
 
(Yenidən qədəhə araq süzür.) 
M ü ə l l i f. Mən birinci gəlmişdim! (Katibəyə) Mən sizdən şikayət eləyəcəyəm! 
K a t i b ə.  Əşi,  əl çək məndən də! Istəyirsən nişanlıma deyim?! (Telefon dəstəyinə)  Yox, 
sənnən deyiləm!.. Necə yəni hansı nişanlım?.. 
Dayı(qədəhi qaldırır).  
 
...Mənim ömrümün 
 
Dərdini hamıya, hamıya anlat!.. 
 
(Qədəhi başına çəkir.) 
B a ş  r e j i s s o r. Yaxşı, yaxşı! Əhmədi bu teatra qaytarmaq mənə borc olsun! Söz verirəm! 
(Danışa-danışa ayağa qalxıb mizin üstündəki arağı götürür.) Söz verirəm ki, onun məsələsini çox 
ciddi qoyacağam!  Əhməd, teatra qayıtmalıdır!  (Get-gedə  qızışır.)  Gənc istedadlarla belə  rəftar 
eləmək olmaz! Biz istedadların qədrini bilməliyik! Mən söz verirəm! Nə vaxtsa mən də bu teatrda 
öz sözümü deməliydim! Indi deyəcəyəm! 
D a y ı (ayağa qalxır). Deməsəz yazacam! 
B a ş  r e j i s s o r. Nə? Siz də pyes yazırsız? 
D a y ı  (barmağı ilə Baş rejissorun əlindəki arağı göstərir).  Prezidentin müşavirinə sizdən 
şikayət yazacağam! (Iti addımlarla qəbul otağına çıxır.) 
Müəllif  (yerindən qalxaraq). Mən sizdən  əvvəl gəlmişdim! Insan hüququ toxunulmazdı! 
(Əlində portfel özünü Baş rejissorun kabinetinə dürtür.) 
K a t i b ə. Olmaz! Məşğuldu! «Hamlet»i işləyir! 
D a y ı. Yazıq Şekspir! (Səhnədən çıxır.) 
Baş rejissor (Müəllifi görərək əsəbi). Tank! 
M ü ə l l i f. Nə? 
B a ş  r e j i s s o r (qışqırır). Tank! Tank! 
M ü ə l l i f. Nə tank? 
D i r e k t o r. Sancır! Sancır dalağım! 
Baş rejissor. Ayıb deyil?! Ölkədə müharibə gedir! Erməni kəndlərimizi yandırır! Qarabağ 
əldən gedir! Sən də başlamısan ki, dəvə belə gəldi, buzov belə getdi, mən nə bilim, qoyun nə oldu?! 
Ayıbdır! Tank olmalıdır! Güləndam da... 
Müəllif (dərhal coşaraq onun sözünü kəsir). Xeyr! Gülzar! Mən öz əqidəmdən dönmərəm! 
Baş rejissor. Hə, yaxşı, Gülzar! Gülzar da qadın batalyonunun komandiri! 
Müəllif (həyəcanla). Bəs Yadigar? 
B a ş  r e j i s s o r. Nə Yadigar? 
M ü ə l l i f (qışqırır). Gülzarın sevgilisi! 
B a ş  r e j i s s o r. Yadigar da tankçıdır! Vəssalam! Orduda gərək nizam-intizam olsun! Bu, 
teatrdır! Başa düşdün. Teatr! Teatr! 
 
Xorun üzvləri səhnəyə səpələnirlər. 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
Məsxərədir, məsxərə!.. 
Faciədir, faciə!.. 
Tamaşadır, tamaşa!.. 
Yaşa, teatr, yaşa!.. 
Min yaşa, min bir yaşa!.. 
 
- Aman ovçu oxundan, 

 
206
Aman topçu gopundan!.. 
- Oğul deyərəm sənə, 
Bir şey anlasan əgər 
Artistlərin gapından! 
- Hər ağzıyla quş tutan 
Cəngavər deyil hələ!.. 
Yaxanı vermir ələ! 
- Dünənki baş bişirən 
Bu gün bir başqa zatdır!.. 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
-O-o-o!.. Budur, gəlir Skapen, 
Etika professoru! 
- Fiqaro filosofdur!.. 
- Balaş olub kələkbaz!.. 
- Paho!.. Hamlet - başı daz! 
- Qoçu Əsgər tamada!.. 
- Qalxa bilmir Kral Lir, 
Yıxılıbdı dalanda!.. 
Emiliya tum satır!.. 
- Bax, Sezar minib qatır! 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
İ ş ı q  s ö n ü r 
 
 
ON İKİNCİ ŞƏKİL 
 
Təbiətin gözəl bir guşəsi S i l v a n a, D a y ı. Ikisi də o gözəl guşədə gəzişir, hərdən ayaq saxlayır, hiss-həyəcan 
lap kəllə-çarxa vurur, sonra yenə gəzişirlər. 
 
S i l v a n a (həyəcanlı).  Mən sizə deməliyəm... Bəli, deməliyəm... Mənim... Mənim yaşım 
qırxı keçib... 
D a y ı. Mənim üçün bunun heç bir mənası yoxdu!.. Sizin yaşınız səksəni də keçə bilər... 
S i l v a n a. Nə? 
D a y ı. Bəli! Doxsan da, yüz də ola bilər! Amma sevən bir qəlb üçün bunun fərqi varmı? 
Silvana. Ah!.. Onda mən sizə  həqiqəti deməliyəm! Onsuz da siz bunu biləcəksiniz! Kəbinə 
gedəndə pasportlarımızı göstərməliyik! Ah, totalitar rejim!.. Pasport sosializmin qoyub getdiyi ən 
iyrənc bir yadigardır! Dünyanın heç bir mədəni ölkəsində belə şey yoxdu! Bu biabırçılıqdı! 
D a y ı. Əsəbiləşməyin. 
S i l v a n a. Yox, mən deməliyəm!.. Mən həqiqəti sizə deməliyəm... Mənim yaşım... mənim 
yaşım əllini keçib... 
D a y ı. Mən söz verirəm ki, heç vaxt sizin pasportunuza baxmayacağam! 
S i l v a n a. Ah!.. Siz əsl rıtsarsınız!.. Ancaq... Ancaq mənim bir oğlum var... Tale məni 
aldatmışdı... Mənim məsum gəncliyim bir aferistin qurbanı oldu... Kommunist idi! O faciəli 
aldanışdan mənə bir oğul qaldı... 
D a y ı. Mən də onun atası! 
S i l v a n a. O-o-o!... Siz insan deyilsiniz, siz müqəddəssiz!.. Ancaq... mənim nəvəm də var... 
Siz yəqin daha məni sevməyəcəksiniz!.. 
D a y ı. Necə? Nəvəniz var? 

 
207
S i l v a n a (təlaşla). Bəli... Ah! Deməli ayrılıq məqamı gəlib çatdı? 
D a y ı. Nəvə! 
S i l v a n a. Ah, mənim kor taleyim!.. 
D a y ı. Mən bütün həyatım boyu nəvə həsrətində olmuşam! Nə böyük xoşbəxtlik! Çox sağ 
olun! Siz mənə nəvə bəxş etdiniz! 
S i l v a n a. O-o-o!.. Siz necə nəcib insansınız, Ilahi?! Deməli siz hələ də məni sevirsiz? 
D a y ı. Siz məni bir anın içində xoşbəxt etdiniz! Sizi necə sevməmək olar?! Siz ilahi bir 
insansınız! Heç özünüz də bunu bilmirsiz! Indi mənim  ən böyük istəyim o balaca nəvəmizi 
qucağıma alıb oynatmaqdı! 
S i l v a n a (pərt). Axı... Axı... 
D a y ı. Mən heç nə eşitmək istəmirəm! O mənim qucağımda böyüyəcək! 
S i l v a n a. Axı... 
D a y ı. Nə axı? 
Silvana. Axı... o... böyükdü... 
D a y ı. Böyükdü? Yəni nə boydadı? 
S i l v a n a (ağlamsınır). Iyirmi yaşı var... Məni bu amansız həyatda çox tez aldadıblar... 
D a y ı. Iyirmi? 
S i l v a n a. Bəli... Yox, siz daha məni sevə bilməzsiniz!.. 
Dayı. Siz nə danışırsınız?! Toy! Deməli biz toya hazırlaşacağıq! Biz o gözəl qız nəvəmizi ərə 
verəcəyik! 
Silvana. O qız deyil, oğlandı... 
D a y ı  (ruh yüksəkliyi ilə).  Deməli biz ona gözəl bir qız alacağıq! Ah! Biz onun toyunu 
edəcəyik! Sonra nəticələrimizi qucağımıza alıb oynadacağıq! 
S i l v a n a. Hə. Ancaq deməyək ki, nəticələrimizdi... 
D a y ı. Mənim heç ağlıma gələrdi ki, toy eləyəcəyəm, nəvəm ailə quracaq?! Çox sağ olun?! 
Çox sağ olun ki, məni bu cürə xoşbəxt edirsiz! 
 
Pauza.  
 
Silvana teatr binasının damı görünən səmtə baxır. 
 
D a y ı. O tərəfə baxmayın... 
S i l v a n a (həyəcanlı). Yox, baxacağam! (Qışqırır.) Direktor!.. Ancaq direktor! 
D a y ı. Nə? 
S i l v a n a. Direktor! Tolko direktor! Tolko! 
D a y ı. Nə direktor? 
S i l v a n a. Əhməd direktor olmalıdır! Bəli!  Əhməd bizim teatrın direktoru olmalıdır! O 
rəhbərliyə layiqdir! Direktor! Mütləq! Mütləq!  (Qışqıra-qışqıra iti addımlarla səhnədən çıxır.) 
Direktor!. 
 
Işıq sönur. 
 
 
 
ON ÜÇÜNCÜ ŞƏKİL 
 
Qəbul otağı, Direktor və Baş rejissorun kabinetləri.  Direktor, Baş rejissor, Silvana, Artist, Gənc aktrisa, Müəllif, 
Əhməd, Katibə və digər əhli-teatr. 

 
208
Teatrın bizə tanış olan bütün yaradıcı heyəti qəbul otağına doluşub, qışqır-bağır saldıqlarından ağız deyəni qulaq 
eşitmir. Direktor həyəcan içində qapı ağzında dayanıb tez-tez qulağını qapıya dirəyir və qulaq asır. Baş rejissor 
öz kabinetində var-gəl edir. Katibə mizin arxasında əyləşib telefonla danışır, səs-küy içində nə danışdığı 
eşidilmir, amma hiss olunur ki, baş verən hadisələrin dəstəyə birbaşa reportajını verir. 
 
Silvana (qışqırır). Is-te-fa!.. Is-te-fa!..  
 
Əhli-teatr bir ağızdan qışqırır: 
 
- Is-te-fa!.. 
- Is-te-fa!.. 
- Is-te-fa!.. 
S i l v a n a (qışqırır). Əhməd bəy bizim teatrın direktoru olmalıdır! 
Gənc aktrisa (qışqırır). O əsl sənət adamıdır! 
Direktor. Sancırdı! Mənim dalağım barometr kimi şeydi, sancırdı! 
A r t i s t (qışqırır). Bəli, Əhməd – direktor!  
Baş rejissor (əsəbi).  Yenə  şans məndən qaçır! Yəni mən heç vaxt bu teatrın direktoru 
olmayacağam?! 
S i l v a n a (yumruğunu Direktorun kabinetinə  tərəf qaldırıb hədələyir).  Sənətin qarşısını 
kəsən partokratlara ar olsun! 
Direktor. Ay ləçər! 
 
Əhli-teatr bir ağızdan qışqırır: 
 
- Ar olsun!.. 
- Ar olsun!.. 
- Ar olsun!.. 
 
Katibə  (həyəcanla dəstəyə).  Oy, çto tvoritsya!.. Ali Sovetin qabağındakı mitinqlər bunun 
yanında yalandı!.. 
S i l v a n a (barmağı ilə Direktorun qapısını göstərə-göstərə qışqırır). Bu adam administrator 
vəzifəsinə keçməlidir! Əhməd isə direktor!.. 
Direktor  (iki  əlilə  də öz başına qapaz vuraraq sarsılmış).  Gör kim idin, indi kim olursan!? 
Administrator! Qorbaçovu görüm lənətə gəlsin! Cəhənnəmin odunda yansın! 
S i l v a n a (qışqırır).  Sənətdə istedadlara yol açmaq lazımdı! Xanımlar və  bəylər! Bu il 
Azərbaycanın dövlət quruculuğu ilidir! Əhməd bəy bizim direktorumuz olmalıdır! 
 
Əhli-teatr bir ağızdan qışqırır: 
 
– Əh-məd di-rek-tor!.. 
– Əh-məd di-rek-tor!.. 
– Əh-məd di-rek-tor!.. 
 
D i r e k t o r. Yox! Mən daha dözə bilmirəm! (Gözü ilə kabinetin künc-bucağını axtarır...) 
Mənim də şəxsiyyətim var! Mənimlə Qorbaçov kimi rəftar eləmək olmaz!.. 
K a t i b ə (telefon dəstəyinə). Yox, birinci qışqıran Silvadı! O birisi də qışqırır. Hərdən çaşıb 
Mehdiqulu deyir!.. 
Direktor  (kabinetdə istədiyini tapmayıb tələsik  şalvarının qayışını belindən açıb çıxarır). 
Baxarsız!..  (Qayışı  həlqə eləyib boğazına keçirir və özünü asmaqdan ötrü kabinetdə yer axtarır.) 
Mən daha dözə bilmirəm!.. 

 
209
Baş rejissor. Getdi!.. Bu dəfə  də getdi!. Kommunistlərin vaxtında elə, indi də belə! Ey 
talesiz!.. Zəmanə heç vaxt sənin zəmanən olmur!.. (Alnına bir şapalaq ilişdirir, sonra cəld 
addımlarla mizə yaxınlaşıb dolabdan araq şüşəsini çıxarır, həyəcandan titrəyən  əliylə  qədəhə 
süzür.) 
S i l v a n a. Əhməd bəy direktor olmalıdır! 
Direktor. Yelsindir e, Yelsin, yubka geyib?.. 
S i l v a n a. Öldü var, döndü yoxdu!.. 
Gənc aktrisa. Əhməd istedaddı!.. 
A r t i s t. Bəli! Istedadın qarşısına sənət projektoruyla gur işıq saçaq! 
 
Əhli-teatr bir ağızdan qışqırır: 
 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
 
Direktor (kabinetdə özünü asmağa bir yer tapmayıb qayışın ucunu mizin üstünə qoyur və əlinə 
keçənləri qayışın üstünə yığır). Ey gidi dünya!.. Gör axırın nə oldu?! Kimin ağlına gələrdi ki, teatrda 
özünü öldürəcəksən? Qorbaçovu görüm... (Söz tapmır.) Qorbaçovu görüm... qan qussun!.. 
S i l v a n a (Baş rejissorun qapısına işarə ilə). Bəs bu niyə çıxmır? 
K a t i b ə (bir anlıq dəstəkdən ayrılaraq). O «Hamlet»i hazırlayır! 
S i l v a n a. Nə? Bu gün Azərbaycan dövlətçiliyi təhlükə altındadır! Nə «Hamlet»?! (hirslə 
Baş rejissorun kabinetinin qapısını açır.) 
Baş rejissor (indicə içdiyi araq boğazında qaldığı üçün, çeçiyə-çeçiyə). Mən... Dərman içirəm! 
Mən... Ürəyim... 
Silvana  (burnunu tutur). Püf-f-f!.. Otuz ildi dərman içirsiz, niyə düzəlmir ürəyiniz? Niyə 
kollektivin istefa tələbinə qoşulmursunuz? Bilmirsiz ki, indi respublikamızda prezident dövlət 
quruculuğu ili elan edib? 
Baş rejissor. Mən... Mən... 
Artist (başını içəri soxub gizli bir hədə ilə). Dayı gələcək indi! 
Baş rejissor (udqunaraq qışqırır). Is-te-fa!.. Is-te-fa!.. (Cəld addımlarla qəbul otağına çıxır.) 
Katibə (telefon dəstəyinə). Oy!.. Qamlet toje vışel!.. 
 
Əhli-teatr bir ağızdan qışqırır: 
 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
 
M ü ə l l i f (əlində portfel qəbul otağına daxil olaraq əvvəlcə bu həngaməni görüb çaşbaş 
qalır, sonra Katibəyə). Bu nə əhvalatdı belə? 
Katibə (çımxırır). Əşi, bircə elə sən çatışmırdın?! 
Müəllif. Siz mənim insan hüquqlarımı tapdalaya bilməzsiz! 
Silvana (qışqırır). Biz imkan vermərik ki, demokratiya boğulsun!.. 
Baş rejissor (qışqırır). Keçmiş partokratlara ar olsun!.. 
Artist (qışqırır). O ancaq administrator ola bilər. 
Gənc aktrisa (qışqırır). Əhməd də, onunda sənətə qiymət verməyi bacarır!.. 
 
Direktor dizləri üstə yerə çöküb sərt hərəkətlə boğazını dartır. Qayışın üstünə yığdığı bir qalaq qovluq, kağız-
kuğüz, konselyar ləvazimatı, telefon yerə dağılır, özü isə döşəməyə yıxılıb boğazındakı həlqəni tələsik 
boşaltmağa çalışır. 

 
210
 
S i l v a n a. Xanımlar və bəylər! Bəsdi daha! 
Baş rejissor. Bu adam qorxusundan xalqın qarşısına çıxmır! 
Gənc aktrisa. Bizim də səbrimizin sonu var!.. 
S i l v a n a (əlini Direktorun kabinetinə tərəf uzadaraq). Irəli!.. (Zərblə direktorun qapısını 
açıb kabinetə daxil olur.) Is-te-fa!.. 
 
Əhli-teatr da Silvananın arxasınca 
 Direktorun kabinetinə doluşur: 
 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
– Is-te-fa!.. 
 
Direktor  (ayağa qalxır və  nəhayət ki, qayışı boğazından açıb tələsik).  Mən razıyam!.. 
Adminstrator olmağa razıyam!.. 
K a t i b ə (ayağa qalxıb kabinetin açıq qapısından içəri boylana-boylana telefon dəstəyinə). 
Oy!.. yazıq qorxur ki, birdən heç administrator da saxlamazlar!.. 
M ü ə l l i f (portfelindən bir dəftərçə çıxarıb kabinetə boylana-boylana tələsik qeydlər edir), 
Aha! deməli belə!.. Kulminasiya nöqtəsi burda başlayır... 
Direktor. Ancaq... 
S i l v a n a. Nə ancaq? 
Direktor. Ancaq heç olmasa idarə maşınım özümdə qalsın! 
S i l v a n a. Mən qəti etiraz edirəm! 
Baş rejissor. O necə olur ki, direktor başqası olur, amma direktor maşını sizin? 
A r t i s t. Mən də qəti etiraz edirəm! 
Gənc aktrisa.Amerikada teatr direktoru heç belə söz deyər? 
A s s i s t e n t. Biabırçılıqdı!.. 
Birinci a r t i s t. Ar olsun!.. 
Ikinci artist. Özü də deyir ki, mən demokratam!.. 
Birinci aktrisa. Yalandı!.. 
S i l v a n a. Maşın Əhmədi gəzdirməlidi! Axı,.. Axı, bəlkə hərdən dayısına da lazım oldu!.. 
A r t i s t. Doğrudur! 
Gənc aktrisa. Maşın davası edir!.. Yaxşı ki, Mehdiqulu bəy burda yoxdu, yoxsa adam bilməzdi 
ki, xəcalətindən nə eləsin?! 
K a t i b ə. Oy-oy-oy!.. 
Ikinci aktrisa. Əhməd istedaddı! 
D i r e k t o r. Hardaydı bəs onun istedadı indiyəcən? Niyə ixtisar elədiz onu? 
S i l v a n a. Deməli deyirsiz ki, onun istedadı yoxdu, hə? 
D i r e k t o r. Mən... mən deyirəm ki... 
Baş rejissor (onun sözünü kəsir). Dayının xəbəri var sizin bu fikirlərinizdən?! 
D i r e k t o r. Hə? Yox... Siz məni düzgün başa düşmədiz... Mən demokratam... Mən... 
demokratik cəmiyyət qurmaq yolunda canımı  əsirgəməmişəm... Yeni həyata qədəm qoyuruq... 
Mən.. Siz deyirsiz ki, administrator, yaxşı də... Mən nə deyirəm ki... Mən... (Birdən özünü saxlaya 
bilməyib qışqırır.)  Mən maşın istəyirəm! Mən personal maşınım olmasa ölərəm! Mən qırx il 
hökumət maşınında gəzmişəm!.. 
S i l v a n a. Xanımlar və  bəylər! Biz gərək humanist olaq! Totalitar rejim bu adamı  şikəst 
etmişdir! 
Direktor. Bəli... Bəli... 
M ü ə l l i f (eyni ehtirasla dəftərçəsinə qeydlər yaza-yaza). Bu, mənfi qəhrəman olmalıdır! 

 
211
Silvana. O stalinizmin qurbanıdı! 
Direktor. Bəli... Bəli... 
S i l v a n a. Xruşşov valyuntarizminin qurbanıdı! 
Direktor. Bəli... Bəli... 
S i l v a n a. Brejnevizmin qurbanıdı! Qorbaçovşinanın qurbanıdı! 
Direktor. Bəli... Bəli... 
S i l v a n a. Dünyada nə pis şey var, hamısının qurbanıdı! 
D i r e k t o r. Bəli... Bəli... 
Silvana. Lakin biz humanist olmalıyıq! 
Direktor. Bəli... Bəli... Olun! 
S i l v a n a. Biz istəmirik ki, o ölsün! Bu bizim prinsiplərimizlə bir araya gəlməz! Elə deyilmi, 
xanımlar və bəylər? 
Direktor. Elədir! 
Artist. Əlbəttə, ölməsin! 
Gənc aktrisa. Yox, ölməsin! Dünyanın mədəniyyət xadimləri bizə nə deyər? 
Baş rejissor. Əşşi, özü bilər! Biz onun şəxsi həyatına müdaxilə etməyək! 
S i l v a n a (Baş rejissorun sözlərinə fikir vermədən).  Xanımlar və  bəylər!  (Direktoru 
göstərərək)  Bu adam adi insanlar kimi yaşaya bilmir! Bu onun təqsiri deyil! Totalitar rejimin 
təqsiridir! 
Direktor. Bəli... Bəli... 
S i l v a n a. Əgər biz istəmiriksə o ölsün, ona personal maşın vermək lazımdı! 
Direktor  (kövrəlmiş).  Çox sağ olun! Mən ömrüm boyu sizin bu yaxşılığınızı unutmaram! 
Partiya biletimə... e-e-e... vicdanıma and içirəm! 
Silvana. Yadınıza salın! O, Mərkəzi Komitədə  işləyəndə bizim teatra təntənəli surətdə 
«Xalqlar Dostluğu» ordeni təqdim etdi! 
Artist (yavaşdan). Amma mənə on beş il fəxri ad vermədi... 
Baş rejissor (yavaşdan). Mənə də beş dənə yağlı töhmət verdi... 
S i l v a n a. Biz özümüzü yox, teatrı düşünməliyik! Insan müvəqqəti, sənət daimidir! 
Xanımlar və bəylər! Mən təklif edirəm ki, bufetin sosiska maşınını buna verək! 
Direktor. Nə? 
Silvana.Sosiska daşıyan maşını! Qoy bunun personal maşını olsun! 
Direktor. Hə?.. Yaxşı... Mən razıyam!.. Razıyam!.. Qoy... qoy... (Kövrəlir.)  sosiska maşını 
olsun, razıyam!.. 
K a t i b ə (açıq qapıdan kabinetə tərəf boylana-boylana əlindəki dəstəyə). Sosiska maşınına 
da razı oldu. Yazıq qorxur ki, o da əldən çıxar! (Onu sıxışdırıb içəri boylanan Müəllifə çımxırır.) 
Çəkil də!.. Görmürsən, baxıram?! 
M ü ə l l i f (həyəcanlı). Neçə çəkil? Necə çəkil? Siz mənim müəllif hüquqlarımı əlimdən ala 
bilməzsiz! Mən bədii material yığıram! Mən zəmanəmizin faciəsini yazaçağam!.. 
K a t i b ə (əlini yelləyir). Ay-hay!.. 
S i l v a n a. Xanımlar və bəylər! Deməli, kollektivin fikri belədir: Əhməd teatrda işə bərpa 
olunur. 
A r t i s t. Bəli! 
Gənc aktrisa. O istedaddır! 
S i l v a n a. Və direktor vəzifəsinə  təsdiq edilir! Bu adam isə  (Direktoru göstərir.) 
administrator vəzifəsinə keçirilir. 
Direktor. Bufetin sosiska maşını da mənə təhkim edilir. 
S i l v a n a. Bəli. 
Direktor. Səsə qoyun! Indi demokratiyadı, səsə qoyun ki, sonra bunun da bir əmması 
çıxmasın. 

 
212
S i l v a n a. Bu adam olanda, nə olar, düz deyir. Xanımlar və  bəylər! Kim bu təkliflərlə 
razıdır... 
Direktor. Yox. Təklifləri bir-bir səsə qoyun! Sosiska maşınını da ayrıca! 
Artist. Əşşi, biz inanırıq ki, sən demokratsan, ancaq day bu boyda da yox də!.. 
S i l v a n a. Məsələni tez həll etməliyik. Vaxt itirmək lazım deyil. Xanımlar və bəylər! Həmin 
təklifləri səsə qoyuram. Kim bu təkliflərin hamısı ilə razıdır, əlini qaldırsın. 
 
Hamı əlini qaldırır. Müəllif tələsik özünü içəri  
dürtüb səsləri bir-bir saymağa başlayır. 
 
M ü ə l l i f. Bir, iki, üç, dörd, beş, altı... 
Direktor. Əleyhinə olanları da sayın, sonra sosiska maşınının əmması çıxmasın... 
S i l v a n a. Xanımlar və bəylər! (Gizli bir hədə-qorxu ilə.) Kim əleyhinədir? 
M ü ə l l i f. Lehinə on doqquz oldu! (Dəftərə qeydlər yazır.) 
S i l v a n a. Əleyhinə yoxdu. Kim bitərəfdir? 
Müəllif. Yoxdur. (Dəftərə yazır.) Mənim gələcək faciəmdə hər şey gərək dəqiq olsun! 
Direktor (Müəllifə). Maşını da qeyd elə ora, sonra əlimizdə dokument olsun. 
M ü ə l l i f. Xeyr! Mən daha maşınlardan, inəklərdən, qoyunlardan yox, insanlardan 
yazacağam! 
S i l v a n a. Xanımlar və bəylər! Beləliklə, bizim doğma kollektivimiz istədiyinə nail oldu! 
Xalqın səsini boğmaq, demokratiyanın qarşısını almaq mümkün olmadı! Sənət daimidir, həyat 
müvəqqəti! Biz sənət uğrunda mübarizə aparırıq! 
Direktor. Bir xahişim də var! 
Baş rejissor. Dedim ki, buna üz vermək olmaz də! 
Direktor. Bir xahişim var. Bufetçiyə tapşırın ki, sosiska maşınının üstündə  mənimlə 
höcətləşməsin. 
Silvana. Onu təzə direktorumuz tapşırar! Bəli, xanımlar və bəylər! Əhməd bəy öz doğma sənət 
ocağına qayıdır! 
 
Dayı qəbul otağına daxil olur. 
 
K a t i b ə. O-o-o!.. (Telefon dəstəyinə)  Prişol samıy qlavnıy! Yox, Baş nazir, yox, Dayı! 
(Dayıya) Sizi təbrik edirəm! 
D a y ı. Məni? Nə münasibətlə? 
K a t i b ə. Əhməd müəllim teatra qayıtdı! O bizim Direktordu! Çox sağ olun! 
D a y ı. Mən niyə? Siz sağ olun! 
 
Kabinetdəki əhli-teatr açıq qapıdan Dayını görür və hərə bir tövr ilə öz xüsusi hörmətini izhar etmək istəyir və 
Dayı bu səs-küy içində Direktorun kabinetinə daxil olur. 
 
A r t i s t (Dayıya). Mən sizə nə söz vermişdim? 
B a ş  r e j i s s o r. Mən Əhməd müəllimi bu əllərimlə bəsləmişəm, necə qoya bilərdim ki, o 
kənarda qalsın? 
A s s i s t e n t. Mən sizə dediklərimin hamısını (sabiq Direktoru göstərir), bu adama dedim! 
Birinci aktrisa. Mən dedim ki, haqsızlığa imkan vermərəm! 
Ikinci artist. Mən sizə dediyimi etdim! 
S i l v a n a. Artıq söz lazım deyil! (Dayını göstərir.) Bu adamın iti gözlərindən heç nə 
yayınmır! 
Müəllif (diqqətlə Dayıya baxaraq). Bilmirəm də bu müsbət qəhrəmandı, ya mənfi? 
Silvana. Heç nə, heç nə yayınmır! (Işvə ilə.) O bilir ki, kim kimdir... 

 
213
Gənc aktrisa. Mehdiqulu bəy yenə də zəng etmişdi? 
D a y ı. Kim? 
Gənc aktrisa. Mehdiqulu bəy! 
D a y ı. Mehdiqulu bəy kimdi? 
Gənc aktrisa. «Mehdiqulu portiş kompaninin» prezidenti də!.. 
Katibə  (telefon dəstəyinə).  Vsyo! Ya reşilas!  (Dəstəyi telefonun üstünə atır və qeyri-adi bir 
həyəcanla Dayının üstünə cumur.) Siz... Sizdən... Sizdən xahişim var! Mənim xahişimi rədd 
etməyin! 
D a y ı. Nə xahiş? 
Katibə. Siz mənim də... mənim də dayım olun! Xahiş edirəm sizdən! Mənim də dayım olun! 
D a y ı. Axı, sizin nəyə ehtiyacınız var? Siz nə istəyirsiniz? 
K a t i b ə. Mən... Mən Dezdemonanı oynamaq istəyirəm! 
 
Pauza. 
 
Nişanlım da icazə verib! Bu mənim  əbədi arzumdu! Mənim dayım olun! Qoyun mən də öz 
əbədi arzuma qovuşum!.. 
M ü ə l l i f. Aha! (Dəftərə yazır.) 
Artist. Necə dözülməzdir, ağırdır bu an. Elə bil başlanıb müdhiş bir tufan!.. 
S i l v a n a. Bu lap ağ oldu!.. Tez eləyin! Əhmədə zəng eləyin, çağırın gəlsin! 
D a y ı. Yox, ehtiyac yoxdu... 
S i l v a n a. Necə yox? Qoy gəlsin, bu sənət məbədində vəzifəsinin icrasına başlasın! 
D a y ı. Burdadı, narahat olmayın... 
S i l v a n a. Burdadı? (Katibəyə) Tez get onu çağır. (Istehza ilə) Dezdemona!.. 
D a y ı. Yox, canım... Çağırmağa ehtiyac yoxdu... 
Və Dayı tələsmədən parikini, bığını, qaşlarını çıxarmağa, dəsmal ilə qrimini silməyə başlayır və bütün bu müddət 
ərzində də hamı hipnoz olubmuş kimi ona baxır. Nəhayət, Dayının əvəzinə Əhməd peyda olur. 
 
Pauza. 
Əhməd. Salam! 
 
Pauza. 
 
(Silvanaya) Axır ki, sizinlə tərəf-müqabil olduq! 
S i l v a n a. Oy!.. (Özündən gedir.) 
A r t i s t (Silvananı qucağına alır). 
 
 
 
        Dəyişib həyat. 
Ayın təsirindəi baş verib bu iş... 
 
K a t i b ə (öz telefonuna tərəf qaçıb tələsik nömrəni yığır). Alo!.. Alo!.. 
Gənc aktrisa. Bəs, Mehdiqulu bəy? 
 
Pauza. 
 
Bütün əhli-teatr hələ də özünə gələ bilməyib və lal bir sükut içində donaraq Əhmədə baxır. 
 
M ü ə l l i f (qəflətən bu ölü sükutu pozaraq). Mən öz ana mövzumu tapdım! Mən əsl teatr 
yazacağam! Teatr!.. (Qışqıra-qışqıra yeni abidar əsərini yazmağa qaçır.) Teatr!.. Teatr!.. 
 
Yenə də xorun üzvləri bir göz qırpımında səhnəyə doluşur. 

 
214
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
- Teatr 
Pərdəni açıb 
Gülür özünə!.. 
- Bir gözü güləndə 
Qor tökülür, 
Duz tökülür 
O biri gözünə!.. 
Danışanda susur, 
Susanda deyir!.. 
- Səhər Kobayam mən, 
Axşam Bezuxov Pyer!.. 
- Cənab!.. 
- Müsyö!. 
- Tovariş!.. 
- Ser!.. 
- Həm lotuyam, 
Həm avam! 
- Gah cəlladam, 
Gah qurban! 
- Can, ay can!.. 
- Bu gün gəmim 
Üzür yenə!.. 
- Sabahsa batır... 
- Sonra yenə 
Çıxır üzə! 
- Sabah yenə, 
Yenə batır! 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
Xorun sözləri söyləndikcə səhnə fırlanır və yenə də başlanğıcdakı «Otello» tamaşasında olduğu kimi, iki yerə 
bölünüb: yarısı teatr səhnəsidir, sol tərəfdə qalan yarısı isə səhnə arxasıdır. Pərdə salınır. Görünməyən 
tamaşaçıların alqışını eşidirik. 
 
S i l v a n a. Qaldırın pərdəni! Qaldırın! 
Gənc aktrisa. Ay aman... Belə biabırçılıqdan sonra yenə özünü qabağa verir!.. 
S i l v a n a. Mənim əlimdən tutun! 
Direktor. Mən? Yox day, mən qurtardım! Mənim də prinsiplərim var! 
S i l v a n a. Qaldırın pərdəni! 
 
Tamaşanın iştirakçıları bir-bir, iki-bir səhnəyə çıxıb görünməyən tamaşaçılara baş əyir və bütün bu müddət 
ərzində də xorun üzvləri eləcə öz mətnlərini söyləyirlər. 
 
 - Həyat - səhnə, 
Səhnə - həyat!.. 
- Teatr yerə 
Əlcək atır!.. 
- Özünə gülür! 
- Sənə! 
- Mənə 
- Ona gülür! 
- Dünya, sənə, 

 
215
Sənə, gülür! 
 
Nəqərat. 
Tamaşadır, tamaşa!.. 
Yaşa, teatr, yaşa!.. 
Min yaşa, min bir yaşa!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
1993. 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin