Seçilmiş əsərləri



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix31.01.2017
ölçüsü2,34 Mb.
#7080
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

DÖRDÜNCÜ ŞƏKİL 
 
 
Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri. Katibə, Direktor, Baş rejissor, Gənc aktrisa, Dayı. 
 Direktor 
kabinetindəki televizorun qabağında oturub futbola baxır. Baş rejissor kabinetindəki yazı mizinin 
üstündə özü üçün səliqə ilə süfrə açır. Katibə də öz mizinin arxasında əyləşib telefonla danışır. 
 
Katibə. Ne mojet bıt?! Qaçıb şifonerə girib?
 
Direktor (yerindən sıçrayır). Vur! Vur! Ay səni!.. (Ürəyini tutub yerində əyləşir.) 
Gənc aktrisa (əlində tutduğu dəftərdən oxuya-oxuya qəbul otağına girir).  Əls zrays-centl 
Kassi!.. May advəkeyşn iz not nau in tyun... (Direktorun kabinetinə tərəf gedir.) 
Katibə. Məşğuldu! (Telefon dəstəyinə.) Sənnən deyiləm... 
Gənc aktrisa (oxuya-oxuya Direktorun qapısını açmaq istəyir). May lord iz not may lord... 
Katibə. Dedim ki, məşğuldu! Əsər oxuyur! 
Gənc aktrisa. Burda dayanıb axıracan gözləyəcəm! 
Katibə  (acıqla). Gözlə! (Telefon dəstəyinə.) Sənnən deyiləm. Neyniyim, adamı bir dəqiqə 
vacib söhbətini eləməyə də qoymurlar! Teatrdı də, bura, teatr!.. 
Gənc aktrisa (əzbərləməyə çalışır). May lord iz not may lord!. 
Katibə  (telefon dəstəyinə). Heç əşşi... (Yavaşdan) Biri var burda, ingiliscə Dezdemonanın 
rolunu əzbərləyir ki, guya, haçansa xaricdə oynayacaq (Gülür.) Day demə!.. 
Direktor (yerindən sıçrayır). Alə, vur də! Nəyi gözləyirsən?! Vur! (Ürəyini tutub oturur.) Əfəl 
oğlu, əfəl!.. 
Gənc aktrisa. No-o-o şuld ay nou him... 

 
181
 
Baş rejissor asta addımlarla qəbul otağının qapısı ağzına gəlib qulağını qapıya dirəyir və diqqətlə qulaq asır, 
sonra yazı mizinə yaxınlaşıb dolabdan araq çıxarır, qapıya tərəf baxa-baxa qədəhə süzür. 
 
Direktor. Vur!.. 
 
Dayı qəbul otağına daxil olur, maraqla o tərəf-bu tərəfə baxır. 
 
Dayı. Salam! 
Katibə. Bu kimdi belə? (Telefon dəstəyinə) Heç... Biri gəlib... Köhnə bolşeviklərə oxşayır... 
 
Dayı Direktorun qapısına tərəf gedir. 
 
Katibə. Olmaz! Əsər oxuyur! 
Gənc aktrisa. May lord iz not may lord... 
D a y ı (Gənc aktrisaya). Nə? 
Gənc aktrisa (fərqinə varmadan). No-o şuld, ay nou him... 
Katibə  (telefon dəstəyinə).
 
Oy!.. 
(
Bərkdən gülür və Dayının Baş rejissorun kabinetinə 
getdiyini görüb bərkdən.
)  
Ora da olmaz! 
D a y ı. Niyə? 
K a t i b ə. Işləyir! 
D a y ı. Nə işləyir? 
K a t i b ə. «Hamlet»i! Nə sorğu-suala tutmusuz belə? Siz kimsiz? 
D a y ı. Mən? 
K a t i b ə. Bəli, siz. 
D a y ı. Dayı. 
K a t i b ə. Necə yəni dayı? 
D a y ı. Dayı də, dayı! 
K a t i b ə (dərindən köks ötürür). Ay Allah, belələri hardan gəlib tapır buranı?! Elə bil ki, 
özümüzünkülər azdı! 
 
Baş rejissor qədəhi başına çəkir. 
 
D a y ı (əvvəlcə diqqətlə Gənc aktrisaya baxır, sonra cibindən çıxartdığı qədim saata baxır). 
Qocalıb daha. Xarab olub. 
K a t i b ə. Saatı xarab olub, guya ki, özü düz-əməllidi!..  (Telefon dəstəyinə.)  Sənnən 
deyiləm... 
Direktor (yerindən sıçrayaraq). Vur də, ay eşşək, vur! Vur! 
D a y ı (Gənc aktrisaya). Saat neçədir, gözəl qız? 
G ə n c   a k t r i s a (fərqinə varmadan). Vuse in feyvə... əs in hyumə oltəd... 
D a y ı. Nə? 
Gənc aktrisa (fərqinə varmadan). Əs in hyu-mə oltəd... 
K a t i b ə  (telefon dəstəyinə).  Ne mojet bıt?! Özü də trusikdə? Vay-vay-vay!... (Bərkdən 
gülür.) 
Gənc aktrisa (əzbərdən). May lord iz not may lord... 
D a y ı (katibəyə). Mən saatı soruşuram, bu nə deyir belə? 
Katibə  (Gənc aktrisaya tərəf işarə edərək öz başını göstərir, yəni ki, onun başı çatışmır. 
Dayı da öz başını göstərir). 
D a y ı. Hə? 

 
182
Katibə. Hə!..  (Gənc aktrisanın ona baxdığını görüb tələsik öz saatına baxır.)  Saat dördə 
işləyib. 
Gənc aktrisa (hirslə). Gecəyəcən burdan getməyəcəyəm! So helpmi evri... spirit... sənqtifayd... 
Direktor(yerindən sıçrayır). Alə, tut! Tut! Vay!.. (Əlilə ürəyini tutub oturur.) Buraxdı... Elə bil 
Qorbaçovdu... 
Dayı. O-o-o!.. Dördə  işləyib? Gecikdim mən! Day gözləyə bilməyəcəyəm! Qalsın sabaha! 
Saat üçdə Mehdiqulu bəy ABŞ-dan zəng eləməliydi!.. (Tələsik getmək istəyir.) 
Gənc aktrisa. So help mi evri... (Birdən diksinir.) Haradan? 
Dayı (ayaq saxlayır). Amerikadan də, Los-Ancelesdən. 
G ə n ç  a k t r i s a (elə bil ki, qulağına inanmır). Los-Ancelesdən!.. 
D a y ı. Hə də. Mehdiqulu bəy. 
Gənc aktrisa. Mehdiqulu bəy kimdi? 
 
Baş rejissor yenə də qəbul otağının qapısına yaxınlaşıb qulaq asır və əmin-amanlıq olduğu üçun, təzədən qayıdıb 
yazı mizinin dolabından araq şüşəsini çıxarır, qədəhinə süzür. 
 
Katibə  (istehza ilə).  Amerika Birləşmiş  Ştatlarının prezidenti! (Telefon dəstəyinə)  Sənnən 
deyiləm! 
D a y ı. Bu nə danışır belə? Mehdiqulu bəy Amerikanın prezidenti haçan oldu, mənim xəbərim 
olmadı? (Tərəddüdlə) Yox canım, Amerikanın prezidenti olsaydı, mənə xəbər eləyərdi... Heç olmasa 
bir teleqram vurardı!.. Uzaq başı «Vətən» cəmiyyətinə bir teleqram göndərərdi, Elçin müəllimə!.. 
Yox, bu səhv eləyir... 
Gənc aktrisa. Siz ona fikir verməyin! Bəs kimdi? 
Katibə  (hirslə telefon dəstəyinə).  Bura teatrdı e, teatr!.. Burda ala qarğa baş  çıxarmaz, ağəz, 
sözünü de!.. Hə, trusikdə qaçıb deyirsən?.. 
Direktor. Vay!.. (Iki əliylə də öz başına qapaz vurur.) 
G ə n c  a k t r i s a (səbrsiz). Kimdi Mehdiqulu bəy? 
D a y ı. Hollivudda «Mehdiqulu portinş kompani»nin prezidenti. (Katibəyə  işarə edir.) Bu 
səhv salır, ABŞ-ın prezidenti deyil... 
Gənc aktrisa (az qalır bayılsın). Oy!.. Oy!.. Nə? Harada? Hollivudda?.. May lord iz not may 
lord. Hollivudda... 
 
Baş rejissor qədəhi başına çəkir. 
 
Dayı. Hə, Hollivudda!.. Dünyanın işləridi də. Mənnən bir yerdə Stalinqradda vuruşurdu 
faşistlərnən. Plen düşdü... Qabaq bura məktub yazırdı ki, partizan olmuşam... Amma indi deyir ki, 
yox, Vlasovçu olmuşam, legionda vuruşmuşam... Bakının fəxri vətəndaşı olmaq istəyir!.. Görüm 
neynirəm də?! Bakının icra hakimiyyəti başçısına məktub yazmışam bu barədə. (Getmək istəyir.) 
Gənc aktrisa. Bir dəqiqə!.. Bir dəqiqə!.. O sizin dostunuzdu? 
D a y ı. Əlbəttə! Birinci sinifdən bir yerdə oxumuşuq! Özü də səhər-səhər idman eləyir, yaxşı 
qalıb! 
G ə n c  a k t r i s a. Oy!.. 
K a t i b ə. Bax e, Mehdiquluya ərə getmək istəyir!.. 
G ə n c  a k t r i s a. Ənd stud vizin ze blank of his displeja... Amerikada yaşayır? 
D a y ı. Hə də... 
G ə n c  a k t r i s a. Hollivudda? 
D a y ı. Hə... 
G ə n c  a k t r i s a. Özü də Vlasovçu? 
D a y ı. Hə!.. (Gülə-gulə başını yelləyir.) Ay səni, Mehdiqulu!.. 

 
183
G ə n c  a k t r i s a. Bəs... Bəs siz kimsiniz? 
D a y ı. Mən? Mən dayıyam... 
G ə n c  a k t r i s a. Kimin dayısı? 
D a y ı. Bizim o uşağın... 
G ə n c  a k t r i s a (diqqətlə Dayıya baxır). Əhmədin!.. 
Direktor (yerindən sıçrayır). Vur! Vur! Köpək oğlu, köpək!.. It oğlu, it!.. Eşşək oğlu, eşşək!.. 
D a y ı. Hə də...  
G ə n c  a k t r i s a. O-o-o!.. Əhməd mənim ən sevimli aktyorumdu! Özündən soruşsaz, deyər 
sizə!.. Mən həmişə demişəm, Əhməd bu teatrın ümid yeridi!.. 
K a t i b ə. Vay.. (Heyrətlə.) Gör necə rola girdi birdən-birə! 
G ə n c  a k t r i s a. Mən çox çalışdım ki, o bizim teatrdan getməsin, ancaq mümkün olmadı. 
Katibə.Dezdemona nədi, zad nədi?! Kakoye kovarstvo! Kakaya loj! (Telefon dəstəyinə) Yox, 
sənnən deyiləm. Kimnənəm? Teatrnan!.. Teatrnan!.. 
G  ə n c  a k t r i s a. (bir uşaq məsumluğu ilə).  Mənim  ən böyük arzum onunla bir yerdə 
«Otello»da oynamaq olub!.. O teatra qayıtmalıdı! Mən mitinq eləyəcəyəm! Aclıq elan edəcəyəm!.. 
O-o ABŞ!.. Hollivud! Əziz Mehdiqulu bəy! Sevimli insan! Fo may fri spitç! O-o-o!.. Əls zraye-centl 
Kassio! May advə keyşn iz not nau in tyun!.. Milli Məclisə yazacağam!.. Spikerin qəbuluna 
gedəcəyəm! Bizdə istedadı boğurlar!.. Əhməd istedaddı! O-o-o! Hollivud!.. (Dayının qoluna girir.) 
Gedək! Mən sizə öz həyatımın tarixçəsini danışacağam! Qoy Mehdiqulu bəy hər şeyi bilsin! Gəlin! 
Mən sizə hər şeyi danışacağam! Mən sizdən heç nəyi gizlətməyəcəyəm! Əhməd teatra qayıtmalıdı! 
Ancaq siz də mənim sözlərimi Mehdiqulu bəyə çatdırmalısız! (Qol-qola səhnədən çıxırlar.) 
Direktor  (yerindən sıçrayır). Davay! Davay! Oy! (Iki  əlilə  də başına qapaz vurub yerində 
oturur.) 
 
Baş rejissor bir yazı mizinin dolabına, bir də qapıya tərəf baxır, böyük tərəddüdlərdən sonra yenə araq çıxarır. 
 
Katibə (telefon dəstəyinə). Yox, yox, sənnən deyiləm!.. (Gənc aktrisanı yamsılayır.) May lord 
iz not may lord... Ala e, ala! (Telefon dəstəyini çiyni ilə qulağına sıxıb iki əliylə də Gənc aktrisanın 
qarasına kül eləyir.) 
 
İ ş ı q  s ö n ü r. 
 
 
 
BEŞİNCİ ŞƏKİL 
 
Artistin qrim otağı. Artist, Dayı, Silvana. 
Artist Otellonun qrimində və qiyafəsində güzgü qarşısında oturub qriminin ora-burasını düzəldə-düzəldə rolunu 
təkrar edir. 
 
Artist.   Emiliyadır, yəqin, gətirib xəbər... 
Demək Kassionu məhv eləyiblər - 
Bu saat, bu saat, hə, öldü daha... 
 
D a y ı (qapını açıb başını içəri salır). Icazə olar? 
A r t i s t. Yox! yox! 
Artıq qımıldanmır... tərpəndi, aha... 
Yox, yox, yatıb qalıb, xəyanətsizdir... 
Məzar tək sakitdir, hərəkətsizdir... 
 

 
184
D a y ı. Bircə dəqiqə! 
A r t i s t. Yox! Dedim ki, məşğulam! 
 
Emilyanı evə buraxım, ya yox? 
Hansı yaxşı olar? Bağırır nə çox... 
Mənə elə gəlir, yenə tərpəndi... 
 
Dayı içəri girir. 
 
Eşitmədiz məni? 
 
Dayı ardıyca qapını bağlayır. 
 
(Diqqətlə baxır.) Yoxsa o Dayıdı-nədi, sizsiz? Teatrda yaman söz-söhbət gəzir... Hə? 
Dayı (barmaqını dodağına qaldırır). S-s-s... 
A r t i s t. Nə? 
D a y ı (barmağı dodağında). S-s-s... 
A r t i s t. Aha!.. Deyəsən öyrənmisiz teatrda hamıya bir-bir «xox!» deməyə?! Mən «xox!»dan 
qorxanlardan deyiləm! Mən heç o boyda Sovet hökumətindən qorxmadım! Mən rus ordusundan 
qorxmadım! (Amiranə) Çıxın bayıra! 
 
Yox, yox, tərpənmədi, nə edim indi? 
Emiliya içəri elə girəntək, 
Şübhəsiz, zövcəmə xitab edəcək... 
 
Demədim, çıxın?!
 
 
Zövcəm? Hanı zövcəm? Yadam bu ada, 
Artıq mənim zövcəm yoxdu dünyada!.. 
 
(Daha da bərkdən qışqırır.) Çıxın! Mən sizinçin partokrat-zad deyiləm, qorxuya düşüm! Mən 
bu xalqın yolunda mitinqlərdə can qoymuşam! Gedin, məndən Prezidentə  şikayət  ərizəsi yazın! 
(Ayağa qalxır.) Deyin ki, Otello məni qovdu! 
Zövcəm? Hanı zövcəm? Yadam bu ada, 
Artıq mənim zövcəm yoxdu dünyada!.. 
 
Dayı (sakit). «Faraonı lyubyat oxotitsya!» 
 
Pauza. 
 
(Halını pozmadan eyni gərgin sakitliklə) «Faraonı lyubyat oxotitsya!» 
 
Pauza. 
 
A r t i s t (tamam özünü itirmiş). Mən... Siz... Mən... (Oturur.) 
D a y ı (amiranə). Qalxın! 
A r t i s t (yerindən dik atılaraq əlini qulağının üstünə aparıb hərbi rəsmi təzim edir). Yest, 
tovariş... 
D a y ı (onun sözünü kəsərək). Ostavit!.. 
A r t i s t. Baş üstə! 
D a y ı. Oturun! 
 

 
185
Artist dərhal yerində oturur. 
(Otaqda gəzişə-gəzişə, barmağını  hərdən güzgünün qabağındakı qrimlərə toxundurub baxa-
baxa.) Təkrar edim? 
A r t i s t (nigaran nəzərlərlə qapıya tərəf baxaraq tələsik). Yox... 
 
Dayı otaqda gəzişir. 
 
Siz kimsiz? 
D a y ı. Dayı. 
A r t i s t. Onu bildim... Başqa kimsiz? 
D a y ı. Başqa da Dayı. 
A r t i s t. Bəs... Bəs parolu hardan bilirsiz? (Tamam gərgin) A-a-a... Ordan gəlmisiz? 
D a y ı. Yox. 
Artist. Bəs hardan? 
D a y ı. O biri tərəfdən. 
Artist (həyəcanla). Hardan? Türkiyədən? 
D a y ı. Sualları mən verirəm! 
A r t i s t. Baş üstə! 
D a y ı (barmağını Artistin burnuna toxundurub qrimə baxır). Bunu hardan tapmısan? 
A r t i s t. Almışam. 
D a y ı. Hə? 
A r t i s t. Vallah, Moskvadan göndərməyiblər! Əldən almışam. 
D a y ı. Harda satırlar? 
A r t i s t. Kubinkada. 
 
Dayı diqqətlə barmağındakı qrimə baxır, iyləyir. 
 
Vallah, Moskvadan göndərməyiblər! Yaman xəsisdirlər! Bax, bunu göndəriblər mənə! 
(Fırçanı göstərir.) Vəssalam! (Qrimləri göstərir.) Bunları özüm almışam. 
D a y ı. Iki məsələni həll etməliyik. 
A r t i s t. Baş üstə! 
D a y ı. Birinci, bizim o bacı oğlunu... 
Artist  (cidd-cəhdlə Dayının sözünü kəsir).  Əhmədi deyirsiz. O mənim qardaşımdı! Onu nə 
qədər müdafiə elədim, olmadı! Bu partokrat onu ixtisara saldı! 
Dayı barmağını bu dəfə də Artistin qulağına vurub  
diqqətlə baxır. 
 
Vallah, Moskvadan deyil! 
D a y ı. Əhməd teatra qayıtmalıdı! 
A r t i s t. Baş üstə! Qaytarmasalar, mətbuat konfransı çağıracağam! 
D a y ı. Ikincisi... (Cibindən kağız çıxarıb ona verir.) Yaz! 
A r t i s t. Baş üstə! 
Dayı (imtina edərək). «Faraonı bolşe ne lyubyat oxotitsya!» 
A r t i s t. Bəs... Bəs məni axı, birtəhər eləyərlər!.. 
D a y ı. Əvvəldən fikirləşəydin. 
A r t i s t. Neynəyim?.. Dedilər ki, Otellonu oynayacaqsan... Şirnikləndirdilər, verbovat 
elədilər... Mən... mən... 
D a y ı. Yaz! 
A r t i s t. Mən... Mən... 
 

 
186
Dayı barmağını Artistin yanağına toxundurub diqqətlə baxır.  
(Tələsik) 
Yazıram!.. 
D a y ı. Faraonı... 
A r t i s t. Rusca yazım? 
D a y ı. Əlbəttə! 
A r t i s t. Baş üstə. 
D a y ı. Faraonı... 
A r t i s t (yaza-yaza). Fa... raonı... 
D a y ı. ...bolşe ne lyubyat... 
A r t i s t. Bolşe... Səni görüm lənətə gələsən, KQB!.. bol.. şe... Səni görüm... ne... lyubyat... 
D a y ı. ...oxotitsya! 
A r t i s t. ... o... xo... titsya... sya!..» Yazdım. 
D a y ı. Ver bura! 
A r t i s t. Baş üstə! (Kağızı Dayıya verir.) 
A r t i s t. Heç kim bilməyəcək ki? Hə? Bilməyəcək?.. 
D a y ı. Bəs deyirdiz ki, Prezidentə yaz?! 
Artist. Kimə yazırsız, yazın, amma teatrda heç kim bilməsin! Teatrda!.. Teatrda!.. Teatr!.. 
Teatr!.. 
 
Xorun üzvləri bir göz qırpımında səhnəyə səpələnir. 
Nəqərat. 
Məsxərədir! Məsxərə!.. 
Tamaşadır!.. Tamaşa!.. 
Yaşa, teatr, yaşa!.. 
Min yaşa, min bir yaşa!.. 
 
- Teatr - sandığı açır! 
- Teatrda yoxdu sirr!.. 
 
- Ha bəzə, bəzə, bəzə, 
Kim nə deyəcək bizə?! 
- Sözün düzün deyərik! 
- Hər nə gəldi geyərik!.. 
- Səhnədə plov, kabab, 
Evdə sosis yeyərik!.. 
- O da heyhat, olanda!.. 
- Sosiska da olanda? 
- Sosiska da olanda! 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
- Bu selbə kimi tuta, 
Bu paya kimə dəyə?! 
- Dar dalanın tinində, 
Qır qazanı tinindən 
Çıxıb qoçaq Otello. 
Rüşvət verir birinə, 
Fəxri ad alsın deyə!.. 
- Faciədir!.. Faciə!.. 
- Məsxərədir!.. Məsxərə!.. 
- Yatanlar çoxdan yatıb, 
Ayıqlar qaçsın hara? 
- Qaçan özündən qaçır, 
Qovan... ölüyə çatır!.. 

 
187
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
Birdən-birə işıq yalnız Silvananın və onunla üz-üzə gələn  
Dayının üzərinə düşür. 
 
D a y ı (şaşqın). Aman!.. Bu doğrudanmı sizsiniz?! 
S i l v a n a (təəccüblə). Nə? 
D a y ı. Mənim həyatımın mənası!.. Sizin bundan xəbəriniz yoxdu... 
S i l v a n a. Siz nə danışırsınız? 
D a y ı. Əlbəttə, sizin xəbəriniz yoxdu! Siz hardan biləsiniz? Siz hardan biləsiniz ki, mən, sadə 
bir insan, bütün həyatım boyu sizin... sizin eşqinizlə yaşamışam?! 
S i l v a n a. Nə? 
D a y ı. Bəli! Bəli! Yüz dəfə bəli! Min dəfə bəli! Biz haçansa rastlaşmalıydıq! Mən haçansa bu 
sözləri sizə deməliydim! Bu etiraf olmalıydı! 
S i l v a n a (yavaş-yavaş nazlanaraq). Axı, mən sizi tanımıram... 
D a y ı.  Əlbəttə... Amma sizi Azərbaycanda tanımayan yoxdu! Siz Azərbaycanın Sara 
Bernarısınız! 
S i l v a n a (yavaş-yavaş həvəslənərək). O-o-o... Siz Sara Bernarı da tanıyırsınız?.. 
D a y ı. Illərdən bəri sizin xəyalınızla nəfəs alıb teatrdan bixəbər qalmaq bəyəm mümkündür? 
Yox, mümkün deyil! Əyər siz də Sara kimi Fransada yaşasaydınız, təkcə Azərbaycan yox, bütün 
dünya sizə heyran qalardı. Sizin Dezdemona!.. Sizin səsiniz!... (Dezdemonanın səsiylə) 
 
Mən Mavrı sevdim ki, çəkib dərd, bəla, 
Hər zaman, hər yerdə qalım onunla... 
Bütün aləm bilir artıq bu işi, 
Məni oda atıb bəxtin gərdişi... 
Onun mərdliyinə məftun olmuşam... 
Otellonun - 
eşqi ilə çırpınan quşam... 
 
Ah!.. Bu sözləri sizdən başqa kim belə deyə bilər? Kim? (Qışqırır.) Kim? 
S i l v a n a (xoş bir həyəcanla). Sakit olun... 
D a y ı. Heç kim! Heç kim! 
 
Mənim əziz atam... 
Sən mənə vermisən həyat, tərbiyə, 
Mən sənə borcluyam qızınam deyə, 
Fəqət... 
 
Pauza. 
 
Ərim vardır... 
 
Heç kim! Heç kim! Siz! Yalnız siz! 
S i l v a n a. Doğrusu... Mən birinci dəfədi sizin kimi pərəstişkar görürəm... 
D a y ı. Yox... Mən sizin yalnız pərəstişkarınız deyiləm? Mən, mən... Mən aşiqəm! Sizi beləcə 
üz-üzə görən kimi hər şeyi unutdum... Əhməd də yadımdan çıxdı getdi!.. 
S i l v a n a. A-a-a!.. Əhmədin o dayısı sizsiniz, hə? 
 
Dayı başını tərpədir, yəni ki, bəli, mənəm. 

 
188
 
(Müştəri gözü ilə diqqətlə  təpədən-dırnağacan Dayını süzərək.)  Hə....  Əhməd...  Əhməd 
istedadsız adam deyil... Ondan sənətkar yetişdirmək mümkündü... 
D a y ı (ehtirasla). Mənim sizə deyəcək sözlərim çoxdu!.. Əhməd heç!.. 
Silvana. Yox, niyə? Əhmədin yaradıcılıq imkanları az deyil... 
Dayı. Siz!.. Yalnız siz!.. Təbiətin bir gözəl guşəsində  mən öz urəyimi sizə boşaltmaq 
istəyirəm!.. Imtina etməyin! Xahiş edirəm sizdən! Bu mənim həyatımın  ən ali bir məqamıdı!.. 
Imtina etməyin!.. 
 
Işıq sönür. 
 
 
 
ALTINCI ŞƏKİL 
 
Qəbul otağı. Direktorun və Baş rejissorun kabinetləri.  
Katibə, B a ş r e j i s s o r, M ü ə l l i f,  D i r e k t o r. 
Katibə həmişəki kimi, öz mizinin arxasında oturub telefonla danışır. Direktor öz kabinetində var-gəl edir. Baş 
rejisssor dostumuz da öz mizinin arxasında oturub. 
 
Direktor. Kimin ağlına gələrdi?! Kimin ağlına gələrdi ki, o boyda Sovet hökuməti bir göz 
qırpımında tar-mar olacaq?! Gorun çatdasın, Stalin! 
K a t i b ə. Lap əməlli-başlı öpüşürdülər?  
 
Baş rejissor mizin dolabını açır və barmaqlarını mizin üstündə oynada-oynada diqqətlə dolabın içinə baxır. 
Müəllif əlində portfel qəbul otağına daxil olur. 
 
Katibə. Olmaz! 
 
Müəllif tələsik  Baş rejissorun qapısını açıb başını içəri soxur. 
 
Dedim ki, olmaz! (Telefon dəstəyinə) Sənnən deyiləm. 
Baş rejissor (gözünü dolabdan çəkərək narazı). Yenə sənsən? 
M ü ə l l i f. Hə də... Özünüz demişdiz! 
K a t i b ə. Olmaz! 
Baş rejissor. Nə demişdim? 
M ü ə l l i f. Demişdiz ki, sabah gəl, əsər barədə yaradıcılıq söhbəti eləyək! 
B a ş  r e j i s s o r. Mən? Harda demişdim? 
M ü ə l l i f. Dünən də... Restoranda... 
B a ş  r e j i s s o r. Hə? Yaxşı... Keç içəri... 
Müəllif (kabinetə keçərək katibəyə). Icazə verdi! 
K a t i b ə. Psix! (Telefon dəstəyinə) Heç, burda biri var... E, nə bilim nədi adı? Birdi bəyəm? 
Beşdi? Ondu? Sizdə? Yox canım, sizdə çox ola bilməz!.. Zato bizdə direktor demokratdı! 
Baş rejissor. Əyləş də... 
 
Müəllif əyləşir. 
 
Belədi... yaradıcılıq söhbəti deyəndə ki... Belədi, qoyunlar var e, orda.. 
M ü ə l l i f. Bəli! 
Baş rejissor. Onları dəyişmək lazımdı... Qoyun olmasın... 

 
189
M ü ə l l i f. Necə? Axı, pyes qoyunçuluğa həsr olunub! Gülzar quzuları qucağına alır, onları 
əzizləyir... 
Baş rejissor. Gülzar kimdi? 
M ü ə l l i f. Yadigarın sevgilisi! 
Baş rejissor. Kimin? 
M ü ə l l i f. Yadigarın! 
B a ş  r e j i s s o r. O kimdi? 
M ü ə l l i f. Yadigar? Bəs sizin o cürə xoşunuza gəlmişdi! O cürə tərifləyirdiz!.. 
Baş rejissor. Mən? Harda? 
M ü ə l l i f. Keçən həftə... Restoranda... 
Baş rejissor. Hə... Yadigar... Yadigar... 
M ü ə l l i f. Bəli! Qabaqcıl çoban! Hər quzudan iki bala alır!.. 
Baş rejissor. Nolar? Inəkdən bala almaq olmaz?! Indi bizdə maldarlığı inkişaf etdirmək 
lazımdı! Inək qalmayıb, camış qalmayıb, qaçaq mal keçirirlər Irana!.. Süd tapılmır, qatıq yox!.. 
Qatıqsız Allahın yarpaq dolmasını da yemək olmur, belə müsibət olar?! Hə? Soruşuram da sənnən, 
özü də dramaturq olmaq istəyirsən!.. Istəyirsən ki, bizim teatrda əsərin oynanılsın!.. hə? 
M ü ə l l i f. Bəs... 
Direktor  (var-gəl edərək).  Kül olsun başına KQB-nin!.. Elə adı varıymış!.. Amerikanın 
şipyonu gəldi oldu Sekanın Baş katibi, sonra da satdı partiyanı bir keçi qiymətinə!.. 
M ü ə l l i f. Bəs... 
Baş rejissor. Nə bəs? Inəyin əti də çox olur! 
Müəllif. Bəs Gülzar o boyda buzovları neçə qucağına alsın? 
Baş rejissor. Əşşi!.. Gülzarın qucağı bəyəm vağzal bufetidi? Elə gərək nəsə alsın qucağına?! 
Dinc otura bilmir Gülzar? Qoy sağıcı olsun! Süd tapılmır indi, qoy süd sağsın! Sənin heç 
vətəndaşlığın yoxdu e!.. 
M ü ə l l i f. Mənim istedadım... 
Baş rejissor (onun sözünü kəsərək).  Nə  mənim istedadım?! Millətin bu ac vaxtında sənin 
istedadın ətin, südün əleyhinədi? 
M ü ə l l i f (tələsik). Xeyr! Xeyr! 
Baş rejissor. Bəs onda nə deyirsən? 
K a t i b ə. O-o-oy!.. O da trusikdə?! 
M ü ə l l i f. Axı əvvəlcə sağıcı idi!.. 
Baş rejissor. Kim? 
M ü ə l l i f. Gülzar! Siz dediz ki, sağıcı day moddan düşüb!.. 
Baş rejissor. Mən? 
M ü ə l l i f. Hə. Dediz ki, totalitar rejimdən miras qalıb, sosializm-realizmindən... 
Baş rejissor. Nə vaxt dedim, a kişi? 
Müəllif. Keçən həftə!.. Restoranda... Dediz ki, mən gərək yenilik gətirim səhnəyə!.. Mən də 
gətirdim də!.. 
Baş rejissor (acıqlı).  Yaxşı! Yaxşı!.. Nə deyirik, elə  də, elə!.. Biz sənətin yolunda can 
qoymuşuq!.. Teatrdı e, bu, teatr! (Ayağa qalxır.) Başa düşdün?! (Qışqırır.) Teatr! 
 
Xorun üzvləri yenə də bir göz qırpımında səhnəyə səpələnir. 
 
Nəqərat. 
Teatr!.. Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
- Rus, fransız, yaponam!.. 
- Başdan papaq qapanam!.. 
- Gah gözələm, gah kifir!.. 

 
190
- Hambal Dadaş gül vurub, 
Gedib olubdu səfir! 
- Robin Qudun qılıncı 
Paslanıb, qında yatır!.. 
- Qırat - axsaq bir qatır! 
 
Nəqərat. Teatr!.. 
Teatr!.. 
Teatr!.. Teatr!.. 
 
Işıq yalnız Müəllifin üzərinə düşüb. 
 
Müəllif. Ay-hay!.. Sən öləsən, day restoran yoxdu! Qurtardı! Qələt eləyərəm mən bir də səni 
restorana apararam! Restoranda vurub əsəri tərifləyir deyir ki, gərək səhnədə romantika olsun, qoy 
Gülzar quzuları qucağına alsın, camaat bezib day gərginlikdən! Ayılanda da başlayır ki, qoyunu inək 
elə, day nə bilim, nə? Təqsir səndə deyil, mənim kor taleyimdədir! Kor taleyim də ki, mənim 
istedadımı, mənim yuxusuz gecələrimi gətirib sənin ayaqlarının altına atır!.. Mənim yaradıcılıq 
əzablarım bəs deyilmi?! Yazmaq məşəqqəti mənimçün kifayət deyilmi?! Üstəlik nə üçün tale məni 
sənət yolunda bu cürə antipodlara ürcah eləyir?! Nə üçün?! Amma mən ruhdan düşməyəcəyəm! 
Mən qəhrəman xalqımın sevimli sənətkarı olacağam! Öz əsərim uğrunda mübarizə aparacağam! 
Mən yeni əsərlər yazacağam! Nəyin bahasına olursa-olsun. Mənim ilhamım çağlayan bir bulaqdır! 
Coşğun  şəlalədir! Büllur göz yaşıdır! Mən öz istedadıma xəyanət edə bilmərəm!..  Əyər etsəm, 
mənim qəhrəman xalqım öz sənətkarını bağışlamaz! (Portfelini yerə qoyub iki əlini də göyə 
qaldırır.) Ey ulu Tanrı! Sən özün mənim ilham pərimi hifz elə! Qoru, qoru sənətkar oğlunu, qoru!.. 
 
İ ş ı q  s ö n ü r. 
 
 
Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin