SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr


IV MÖVZU: ŞƏXSİYYƏTİN FƏRDİ – PSİXOLOJİ



Yüklə 141,93 Kb.
səhifə18/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   15   16   17   18   19   20   21   22   23
4 muh psix mag

IV MÖVZU: ŞƏXSİYYƏTİN FƏRDİ – PSİXOLOJİ
XÜSUSİYYƏTLƏRİ
PLAN:


1.Temperament haqqında məlumat.

2.Şəxsiyyətin xarakter əlamətləri.


3.Qabiliyyət anlayışı.




Ə D Ə B İ Y Y A T
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.

2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.


3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Öakı,1998.

Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. «Psixi fəaliyyət» anlayışı məlumdur. «Dinamik xarakteristika» ifadəsinə isə ilk dəfə temperament bölməsində rast gəlirik. Temperamentin mahiyyətini başa düşmək üçün əvvəlcə bu ifadəni aydınlaşdırmalıyıq.


Diferensial psixofıziologiyada insanın psixikası iki aspektdə -
m ə z m u n baxımından və f o r m a -d i n a m i k (və ya psixo-dinamik) istiqamətdə öyrənilir. Şəxsiyyətin istiqamətini, münasibətlərini, əxlaqi görüşlərini, motivlərini və s. təhlil edərkən biz psixikanı məzmun baxımından nəzərdən keçiririk. İnsanın sosial cəhətdən şərtlənən mühüm xassələri ilə yanaşı dinamik xassələri də vardır. Psixikanın formal-dinamik aspektdə təhlili məhz bu xassələrin öyrənilmesini nəzərdə tutur.Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərecəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikalarına görə bir-birlərindən fərqlənirlər.
Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar yalnız temperamentlə deyil, həm də fəaliyyəlin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir. Məsələn, bir astagəl tələbə təsəvvür edin. Adi şəraitdə o, bir işi görənə qədər gün batır. İndi gəlin həmin tələbəni imtahan situasiyasında təsəvvür edək. Tutaq ki, qrup yoldaşları ona şparqalka ötürürlər: bu zaman
onun hərəkətləri sürətlənir, şparqalkam bir göz qırpımında yoldaşmdan alıb gizlədir. Görəsən, bunu nə ilə izah etmək olar? Tələbənin motivləri ilə. Bu o deməkdir ki, fəaliyyətin motivlərindən asılı olaraq psixi fəaliyyətin dinamikası dəyişilə bilər.Əgər psixi fəaliyyətin dinamik xüsusiyyətləri temperamentlə müəyyən olunursa, onlar insanın davranış və rəftarında d a v a m l ı, sabit xüsusiyyətlər kimi özlərini göstərirlər. Bunu nə ilə izah etmək olar? Fəaliyyətin motivləri və ya şəraitin tələbləri ilə bağlı olan dinamik xüsusiyyətlər müvəqqəti xarakter daşıdığı halda, temperamenti ifadə edən dinamik xüsusiyyətlərlərin davamlı, sabit olması nə ilə əlaqədardır?
Temperament nəzəriyyəsi qədim tarixə malikdir. Onun mahiyyəti haqqında ilk təlim hələ e. ə. V əsrdə əmələ gəlmişdir. Temperament haqqında təlimlərin tarixi nə qədər zəngin olsa da, müxtəlif dövrlərdə insan orqanizminin aşağıdakı bioloji sistemləri temperamentin əsası kimi irəli sürülmüşdür:



Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin