SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə15/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
4 muh psix mag

Böyük qruplar bütövlükdə cəmiyyet (ölkə) miqyasında mövcud olan adamların məcmusudur: siniflər, sosial təbəqələr, peşə qrupları, etnik birliklər (millət, xalq, qəbilə), yaş qrupları (gənclər, təqaüdçülər və s.) böyük qruplara rnisal ola bilər. Fərdlərin böyük qruplara mənsubiyyəti müəyyən obyektiv əlamətlər əsasında təyin olunur.
Eyni bir müəssisə işçilərini, istehsal birliklərini və ərazi birliklərini (bir kəndin, bir şəhərin, rayonun əhalisini) sosiologiyada orta və ya lokal qruplar adlandırırlar. Lakin özünün strukturuna görə orta qrupların böyük qruplara əsasən uyğun gəldiyini nəzərə alaraq, sosial psixologiyada onları xüsusi olaraq ayırd etmirlər.
Böyük orta qruplar kiçik qruplardan yalnız üzvlərinin sayma görə deyil, həm də münasibətlər şəbəkəsinin xarakterinə görə fərqlənirlər. Kiçik qrupların üzvləri nəinki bir-birilə müxtəlif formalarda giindəlik ünsiyyət və rabitəyə girir, bir-biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onların arasında müəyyən qeyri-rəsmi münasibətlər formalaşır. Başqa sözlə, onlar kontakt (təmasda olan) qruplar kimi təşəkkül tapıb inkişaf edirlər. Bu xüsusiyyətlərdən heç biri böyük qruplar üçün səciyyəvi deyildir.
Böyük və orta qruplar səviyyəsində bütün məsələləri qrup üzvlərinin hər biri ilə bilavasitə rabitə yaratmaq yolu ilə həll etmək və onların davranışına şəxsi münasibətlər əsasında nəzarət etmək əslində mümkün deyildir. Böyük qruplarda üzvlərin miqdarınm həddən artıq artması ilə əlaqədar olaraq onların arasmda qarşılıqlı anlaşma kütləvi informasiya və təbliğat vasitələrinin (mətbuat, radio, televizor), sirkulyar məktubların, direktiv sənədlərin, böyük iclasların və s. köməyi ilə yaranır. Münasibətlər daha çox vasitəli və formal xarakter kəsb edir. Böyük və orta qrupların rəhbərləri onun bütün üzvləri ilə bilavasitə rabitəyə girmək imkanına malik olmur, bu zəmində də onunla qrupun üzvləri arasında subordinasiya prinsiplərini zəruri surətdə ehtiva edən müxtəlif mərhələ, vəsilə və sədlər yaranrr.
Böyük və orta sosial qruplarda insanların münasibətləri rəsmi ictimai münasibətlərlə tənzim olunur.
Kiçik qruplar olduqca müxtəlifdir: ailə, fəhlə briqadası, pambıqçı qızlar manqası, tələbə qrupu, bir sinfin şagirdləri və s. kiçik qruplara misal ola bilər.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin