SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə12/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
4 muh psix mag

«R e a l m ə n». İnsan indiki anda özünü nece təsəvvür edir? Özünün qabiliyyətlərini, rollarını, statusunu necə qavrayır? 0, əslində necə adamdır? «Real mən»in mezmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözüylə baxır. O, özünün «real-mən»i ilə fəxr edə bilər; insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda isə «real mən» ətrafdakı adamların insana verdikləri qiymətlərə uyğun gəlmir.
«İ d e a l m ə n». Hər bir insanın «real mən»indən başqa həm də «ideal mən»i vardır. İnsan özünü necə görmək istəyir? Hansı keyfıyyətlərə yiyələnməyə çalışır? «İdeal mən»in məzmununu bu suallara əsasən səciyyələndirnıək olar. Adından göründüyü kimi, «ideal mən» insanın özü haqqında idealları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası da, birinci növbədə, bundan ibarətdir: insan öz «ideal mən»ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün «ideal mən»indən çıxış edir.
İnsanın şəxsi keyfıyyətləri çoxdur. Görəsən, bunların hamısi onun «ideal mən»ində əks olunurmu? Yox. Hər bir insanın yüksək qiymətləndirdiyi müəyyən keyfiyyətler vardır. «İdeal mən»də məhz bu keyfiyyətlər əks olunur. Təsadüfi deyildir ki, insan özünütərbiyə ilə məşğul olarkən də özündə hər hansı bir keyfıyyəti deyil, məhz yüksək qiymətləndirdikləri keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirir.
«S o s i a l m ə n». İnsan həmişə özünə başqalarının gözüylə baxır. Başqa adamlar onu necə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir? Necə hərəkət etsə, başqa adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, çilingər, həkim və s.) kimi tanıyarlar? Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyətə malikdir. Axı, bizim hər birimiz insanların içərisində yaşayırıq və istər-istəməz özümüzə onların gözüylə baxmalıyıq. Insanların qarşılıqlı sosial tesiri prosesində «sosial mən»in əhəmiyyəti də məhz bundadır.
İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün «sosial mən»indən çıxış edir: o, həmişə özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, özünün «pis əməllərini» belə müxtəlif ydlarla pərdələyir; psixoloji «maskalardan» da bu məqsədlə istifadə edirlər.
«Mən - obraz»ın formalaşması dialektik prosesdir. O, müxtəlif amillərlə şərtlənir. İnsanda özü haqqında təsəvvürlərin formalaşmasında hərəkət və görmə duyğuları mühüm rol oynayır. İnsanın özünü qavramasının təsirli vasitəsi kimi güzgünün əhəmiyyətini qeyd etməmək olmaz. Lakin «Mən - obraz»ın formalaşmasının əsas mənbəyini başqa adamlar - yaşlılar, həmyaşıd oğlan və qızlar təşkil edirlər.
İnsan başqa adamlar vasitəsilə kişilik, qadınlıq, mənəvi gözəllik və s. haqqındakı etalon və stereotiplərə yiyələnir, başqa adamları və özünü qiymətləndirməyi öyrənir.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin