SəCİYYƏSİ /2 saat/ plan: Psixologiyanın predmeti və elmlər sistemində yeri Psixologiyanın strukturu və psixi hadisələr



Yüklə 141,93 Kb.
səhifə11/23
tarix09.04.2023
ölçüsü141,93 Kb.
#95265
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
4 muh psix mag

3. Mənlik şüuru
Termin iki sözdən - «mənlik» və «şüur» sözlərindən ibarətdir. Bu termin daxilində «şüur» sözünün evristik mənası vardır: bu ondan ibarətdir ki, «mənlik şüuru» şüurun strukturuna daxildir, şüurun mühüm xarak-teristikalarından birini təşkil cdir. Lakin şüurun digər struktur xüsu-siyyətlərindən fərqli olaraq onun özünəməxsus cəhətləri də vardır. Bu cəhətlər «mənlik» sözündə ifadə olunmuşdur. «Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Bu o demekdir ki, mənlik şüuru biomodal xarakter daşıyır: onda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) mənsub olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, anasının və yaxud başqalarının əlini dişlədikdə isə ağrı hiss etmir. O, öz əli ilə başqalarının əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kirni tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini «qeyri-mən»dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.
1. «Mən obraz» - insanm özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).
2. Özünüqiyməlləndirmə - insanın özünün özü haqqındakı tə-səvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davramş reaksiyaları - insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
«Mən»in kəşf olunması
Menlik şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun mənbəyi, qaynaqları əvvəlki yaş dövrlərinə təsadüf edir.
Müasir psixologiyada mənlik şüurunun formalaşması prosesinin köklərini araşdırarkən, birinci növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Müəyyon olunmuşdur ki, uşaqlar özlərini güzgüdə ilk dəfə 18 aylıq olanda tanıyırlar. Özünü güzgüdə tanımaq 20 aylıq uşaqlar üçün artıq adi işdir.
Uşaqlarda idrak prosesləri inkişaf etdikcə, onlann özləri haqqındakı təsəvvürləri də mürəkkəbləşir. Nitqin rolunu bu baxımdan xüsusi qeyd etmək lazımdır. Uşağın öz «mən»ini ifadə etməsi nitqin inkişafi ilə bilavasitə bağlıdır.
2 yaşında uşaq təxminən 200 - 300 söz bilir. 3 yaşında onun fəal lüğət ehtiyatı bir il ərzində təxminən 5 dəfə artır: 1200 - 1500 sözə çatır. Uşağın nitqinde «Mən» şəxs əvəzliyi daha geniş və qrammatik cəhətdən tamamilə düzgiin işlənməyə başlayır.
Əgər, məsələn, 2 yaşına qədər uşaq xarici aləm haqqındakı tə-əssüratını öz yaşı üçün tipik olan əyani-əməli təfəkkürün məntiqinə müvafıq olaraq «Lalə qaçdı», «Lalə yıxıldı» kimi ifadə edirdisə, 3 yaşın əvvəllərindən etibarən «Mən qaçdım», «Mən yıxıldım» -deyir.
Adın «Mən» şəxs əvəzliyi ilə substantivləşməsi uşaqlarda mənlik şüurunun formalaşması, xüsusilə onların şüurunda əmələ gələn keyfiyyət dəyişikliklərinin (özünü başqalarından fərqlandirməsi, başqaları ilə müqayisə etməsi və s.) tədricən öz əksini nitqində tapması baxımından son dərəcə maraqlıdır. Bu əsasda da uşağın yaşlılarla qarşılıqlı münasibəti tədricən mürəkkəbləşir, onun davranışında şəxsiyyət amili mühüm əhəmiyyət kəsb etməyə başlayır. Balaca oğlan və qıza elə gəlir ki, o, hər şeyi bilə bilər. Bu yaş dövründə «Mən özüm» uşağın ən mühüm və başlıca tələbinə çevrilir. Lakin yaşlılar uşağın bu tələbinə əhəmiyyət vermədikdə, o, şıltaqlıq və tərslik etməyə başlayır ki, bu da «3 yaş krizi» və ya böhranının psixoloji mənzerəsində əsas yer tutur.
Yaş artdıqca, yaşlılann köməyilə onlarda «həya zonaları» (bədənin başqalarından gizlədilən zonalrı) haqqında müəyyən təsəvvürlər əmələ gəlir. Sözlərə seçici münasibət formalaşmağa başlayır, onlar yaşlıların reaksiyası nəticəsində «eyib» sözlərlə «eyib olmayan» sözləri nisbətən asanlıqla fərqləndirirlər. Balaca oğlan ve qızlarda öz cinsləri haqqında təsəvvürlər formalaşmağa başlayır.
Böyük məktəbəqədər yaşlı uşaqlar artıq oğlan və qız anlayışlarından nəinki geniş istifadə edir, həm də «Sən oğlansan, ya qızsan?» - sualına daha deqiq cavab verirlər. Uşaqların, demək olar ki, hamısında cinsin geyim və bəzək xüsusiyyətləri, bir qismində isə hətta fıziki əlamətləri haqqında nisbətən dəqiq təsəvvürlər əmələ gəlir.
6 yaşında özünü göstərən mühüm xüsusiyyətlərdən biri uşaqlarda «bədənin sxemi» haqqında təsəvvürlərin formalaşması ilə əlaqədardır. Müəyyən edilmişdir ki, 6 yaşından sonra cərrahiyyə yolu ilə barmağı, əli, ayağı və s. kəsilmiş pasientlərin, demək olar ki, hamısı bədənin müəyyən bir hissəsinin çatmadığını duyurlar. Halbuki 6 yaşına qədər barmağı və ya əli kəsilmiş uşaqlarda, eləcə də anadan barmaqsız, əlsiz və ya ayaqsız doğulmuş adamlarda belə bir duyğu raüşahidə olunmur. Beləliklə də fantom duyğular 6 yaşından sonra, yəni bədənin sxemi haqqında təsəvvürlər formalaşandan sonra əmələ gəlir.
Bədənin sxemi haqqında tosəvvürlər formalaşdıqca uşaq özünü tədricən ətraf mühitdən ayırmağa və özünü sanki kənardan görməyə, özünü perseptual (başqaları tərəfindən qavranılan) obyekt kimi fərqləndirməyə başlayır.
Bu zəmində uşağın davranışı nəzərə çarpacaq dərəcədə dəyişir və mürəkkəbləşir. Onun fəallığı artır. Balaca oğlan və qız intuitiv surətde olsa da, başa düşür ki, o, özünü necə müşahidə edirsə, başqa adamlar da onu elə müşahidə edirlər. 5-6 yaşından başlayaraq uşaqlarda həya hissinin daha aydın şəkildə təzahür etməsi də, birinci növbədə, onların özlərini perseptual obyekt kimi fərqləndirməsi ilə əlaqədardır.
Uşağın özünü məhz perseptual obyekt kimi fərqləndirməsi və bədənin sxeminin formalaşması onda həya zonaları haqqında təsəvvürlərin formalaşması üçün əlverişli şəraiq yaradır. «Yaxşı nədir, pis nədir?» mövzusunda uşaqlarla aparılan söhbətlər onların müvafiq təsəvvürlərini daha da dəqiqləşdirir. Valideyn «Paltarını gey, eyibdir!», «Ora getmə, oğlanlar çimir!» kimi qısa, aydın, lakin emosional boyalarla zəngin irad və tövsiyələrlə uşaqlarda yeni əmələ gələn həya hissinə istiqamət verir. Bu zaman yaşlılar uşaqların diqqətini daha çox davranış və rəftann mənəvi tərəflərinə cəlb edirlər. «Paltarını gey, eyibdir!» əmrinin əxlaqi mənası da məhz bundan ibarətdir.
Uşaqlar öz hərəkətlerinin mənəvi tərəfini dərk etdikcə, onların yaşlılarla və yoldaşları ilə qarşılıqlı münasibətləri daha da mürəkkəbləşir. Onlann ünsiyyət və rəftarı necə deyərlər, «mənəvi meyarlarla» müəyyən olunmağa başlayır. Bu baxımdan kiçik məktəbli yaşı dövründə mühüm dəyişikliklər baş verir.
Kiçik məktəblilərdə əmələ gələn yeni xüsusiyyətlərdən biri refleksiya ilə bağlıdır. Onlar özlərinin fıkir və əməllərinə bir növ kənardan baxmağa, öz hərəkət və əməllərini başqalarının gözü ilə qiymətləndirməyə başlayırlar. Bu əsasda da kiçik məktəblilərdə refleksiya formalaşır.
Yeniyetməlik yaşında isə qızların oğlanlardan, oğlanlann isə qızlardan utanması adi haldır. Bəs, bunu nə ilə izah etmək olar?
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik yaşı dövründe formalaşır. Lakin o, birdən-birə əmələ gəlmir. Əvvəlki yaş dövrlərində körpə uşağın özünü güzgüdə tanıması, «bədəninin sxeminin» təşəkkülü, refleksiyanın əmələ gəlməsi - bunların hamısı mənlik şüurunun yeniyetməlik yaşı dövründə keyfıyyətcə daha yüksək inkişaf mərhələsinə daxil olmasını şərtləndirir.
Kiçik məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqca, özünüqiymətləndirmə tələbatı, özünü başqaları ilə müqayisə etmək meyli xüsusi məna kəsb edir. Bunun da nəticəsində yeniyetmə özü üçün öz «Mən»ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakılara münasibətinə, yaşlılar, yoldaşları və mənsub olduğu kollektivin üzvləri ilə qarşılıqlı münasibətlərinə öz təsirini göstərir.
Yeniyetmədə mənlik şüurunun formalaşması onun öz davranışını, özünün mənəvi keyfiyyətlərini, xarakter və qabiliyyətlərini dərk etməsi ilə başlayır.
İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamların — yaşlıların (müəllim, valideynlər və qonşuların), kollektiv üzvlərinin, yoldaşlarının onun haqqındakı mülahizələri təşkil edir. Yaş artdıqca yeniyetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır. Bu baxımdan yeniyetmənin başqalarının və özünün qiymətləndirmə meyarlarına, əxlaq normalarına yiyələnməsi onda mənlik şüurunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Yeniyetmənin mənlik şüurunun xüsusiyyətlərini aydınlaşdırarkən bir cəhəti ayrıca qeyd etmek lazımdır. Yeniyetməlik yaşı dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də, onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdır. Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların - yaşlıların və yoldaşların ona münasibəti arasında ziddiyyətdən yaranan münaqişələr meydana çıxır.
Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbatı yaranır ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqı etalon müstəsna rol oynayır.
Mən - obrazın əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heç de adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən — obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
Mən — obraz mürəkkəb hadisədir. İnsanda eyni vaxtda üç «Mən — obraz» «real mən», «ideal mən» və «sosial mən» mövcuddur.

Yüklə 141,93 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin