Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər


a) hərbi hissə əhalinin məskunlaşdığı yerdən kənarda yerləşməli; b)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix30.11.2016
ölçüsü5,01 Kb.
#488
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   15

a)
hərbi hissə əhalinin məskunlaşdığı yerdən kənarda yerləşməli;
b) hərbi hissədən ən yaxın seçki məntəqəsinə getmək üçün bir saatdan çox
vaxt tələb olunmalı;
c)
hərbi hissədə səsvermək hüququ olan həbçilərin sayı 50 nəfərdən yuxarı
olmalıdır. Məhkəmə müəyyən edib ki, yalnız bu üç hal olduqda xüsusi
seçki məntəqəsi yaradıla bilər.
Məhkəmə qeyd edib ki, hazırkı işdə yalnız bir hal hərbi hissələrdə olan hər-
çilərin sayının 50 nəfərdən yuxarı olması halı mövcud idi. Bu isə 35.5-ci mad-
dəsində nəzərdə tutulmuş istisnanın tətbiq olunmasına rəvac vermirdi.
Məhkəmə həmçinin qeyd edib ki, bu seçki məntəqələrindənin nəticələri
seçkinn ümumi nəticələrinə təsir etdiyini nəzərə alınmalıdır. Məhkəmə ölkə-
daxili məhkəmələrin şikayətçinin  seçki  qanunvericiliyinin tətbiqi  haqqında
şikayətlərinin əsassız olaraq rədd etdiyi nəticəsinə gəlib. Bənzər əsassız rədd
etmə təcrübəsi  üçün  Namət Əliyev işinə  istinad  edib  (Namət Əliyev Azər-
baycana qarşı, paraqraf 90).
Məhkəmə nəticə etibarilə iş üzrə azad seçki hüququnun pozulduğunu mü-
75

əyyən edib.
12. Tahirov v. Azerbaijan, Application No. 31953/11, 11 June 2015
13
Şikayətçi 2010-cu il parlament seçkilərində iştirak etmək üçün DSK-ya mü-
raciət edib və qanunvericilklə nəzərdə tutulmuş sayda imzaları təqdim edib.
DSK şikayətçinin müraciətini rədd edib və qərarını onunla əsaslandırıb ki, na-
mizədliyinin təsdiqi üçün təqdim edilmiş imzaların DSK yanında yaradılmış iş-
çi qrupu tərəfindən bir hissəsi təhrif edildiyi müəyyən edilib və qalan imzalar
qanunvericilikdə nəzərdə tutulmuş yetərli miqdardan aşağıdır. Şikayətçi bu qə-
rardan MSK-ya şikayət verib. MSK həmin şikayəti rədd edib. Şikayətçi həmin
qərardan Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya Məhkəməsi şi-
kayəti rədd edib. Şikayətçi həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkə-
mə tərəfindən şikayət rədd edilib.
Şikayətçi  ölkədaxili müdafiə  vasitələrini  tükədərək İHAM-a  şikayət
verib və 1 saylı Protokolun 3-cü maddəsi  ilə təminat verilən seçki hüququ-
nun pozulduğunu iddia edib.
Məhkəmə müəyyən edib ki, bu iş  üzrə  əsas müəyyən edilməli məsələ
təqdim edilən imzaların  yoxlanılması prosedurunun dövlət  orqanlarının öz-
başnalığına qarşı lazımi təminatlar  verib-vermədiyini müəyyən etməkdən
ibarətdir. Məhkəmə  bu məsələdə ATƏT-in  seçki  üzrə  hesabatlarını  nəzərə
aldığını qeyd edib. ATƏT müşahidələrində müəyyən edib ki, müxalif və
müstəqil namizədlərin hardasa yarısından çoxunun namizəd kimi qeydiyyat-
dan  keçirilməsindən  imtina  olunub  (baxmayaraq  ki,  hakim  YAP-nın nami-
zədlərinin hamısı qeydiyyatdan keçirilib).   Seçki Məcəlləsinin müddəaları
ədalətsiz şəkildə məhdud tətbiq olunub. Bundan əlavə, DSK-nın qərarların-
dan verilmiş şikayətlərin mühüm hissəsi MSK tərəfindən əsassız olması adı
altında lazımi araşdırma aparılmadan rədd edilib.
Məhkəmə qeyd edib ki, onun suallarına baxmayaraq, hökumət imzaların
doğruluğunu yoxlamalı olan ekspertlərin keyfiyyəti barədə sualını cavablan-
dırmayıb.  Hökümət yalnız  qeyd  edib  ki,  onlar  müvafiq  dövlət  orqanlarının
işçiləridir. Lakin hökumət onların imzaların yoxlanılması sahəsində peşə-
karlığa malik olmasını  dəqiqləşdirməyib. Nəticə etibarilə  Məhkəmə müəy-
yən edib ki, ekspertiza işçiləri lazımi keyfiyyətə malik olan şəxslər olmayıb.
Bundan əlavə, Məhkəmə qeyd edib ki, işçi qrupları tərəfindən imzaların
doğru olmaması barədə nəticələr özbaşına xarakter daşıyıb.  Bununla bağlı
lazımi araşdırma aparılmayıb. Həmçinin  şikayətçi özünü  bu  özbaşnalığa
qarşı qoruması üçün müvafiq prosedur təminatlara və vasitələrə malik olma-
yıb. MSK-da da aparılan icraat lazımi keyfiyyətdə olmayıb.
13
Tahirov v Azerbaijan,
http://bit.ly/1Eb8Ouo
76

Ölkədaxili məhkəmələr  də şikayətçinin  şikayətlərini müvafiq  olaraq
araşdırmayıb. Baxmayaraq ki, həmin şikayətlər kifayət qədər əsaslı idi. Bu-
nunla da  şikayətçi məhkəmə qurumları qarşısında  da  özünü  müdafiə etmək
üçün müdafiə vasitələrindən məhrum olunub. Məhkəmə qeyd edib ki, məh-
kəmə instansiyaları qarşısında bənzər pozuntular Namət Əliyev işi və Həsən
Kərimov  işlərində  olmuşdu.  Bu  hal  hüququn  aliliyi  və  seçkinin  bütövlüyü-
nün qorunması ilə ziddiyət təşkil edirdi.
Məhkəmə qeyd  edib ki,  1  saylı Protokolun  3-cü maddəsinin  pozuntusu
baş verib.
1 SAYLI PROTOKOLUN 3-CÜ MADDƏSİNİN POZUNTUSU
İLƏ BAĞLI AZƏRBAYCAN İŞLƏRİNİN ÜMUMİLƏŞDİRİLMİŞ
XÜLASƏSİ:
(Həm AHİM qərarlarının, həm də Avropa Şurası Nazirlər Komitəsinin
Qərarlarının nəzərdə keçirilməsini ehtiva edir)
Avropa İnsan Hüquqları  Məhkəməsi  (AHİM)  Azərbaycan Respublikası-
na qarşı Avropa İnsan  Hüquqları və əsas azadlıqlarının qorunmasına dair
Konvensiyaya (AİHK)
Əlavə 1 saylı Protokolun 3-cü maddəsinin (azad
seçki hüququ) pozuntusu ilə bağlı mahiyyəti üzrə 12 qərar qəbul  edib. Bu
pozuntular müxalif və müstəqil namizədlərin seçki dövründə azad seçki hü-
ququnun seçki komissiyaları, habelə, məhkəmələr tərəfindən əsassız və  öz-
başına şəkildə seçki qanunvericiliyində nəzərdə tutulmuş proseduralara ria-
yət edilməməsi ilə bağlı müxtəlif xarakterli pozuntulardan ibarət olub.
Bu q
ərarlar aşağıdakı kimi təsnif oluna bilər:
1)      Namizədlərin qeydiyyata alınmaması ilə bağlı pozuntular –
Seyidzadə işi, Tahirov işi;
2)
Namizədlərin qeydiyyatının ləğvi ilə bağlı pozuntular – Oru-
cov işi, Xanhüseyn Əliyev işi, Əbil işi, Atakişi işi;
3)
Seçki nəticələrinin əsassız olaraq ləğvi ilə bağlı pozuntular –
Kərimova işi, Məmmədov No 2 işi, Arif Hacılı işi;
4)
Seçki dövrü seçki qanunvericiliyinin pozulması və başqa qa-
nunsuzluqlarla müşayiət edilən pozuntular və  bu  pozuntular  haqqın-
da şikayətlərin səmərəli  qaydada baxılmaması ilə bağlı pozuntular –
Namət Əliyev işi, Həsən Kərimov işi;
5)      Seçki nəticəsində əldə edilmiş deputat mandatının seçki qa-
nunvericiliyində nəzərdə tutulmuş prosedurlara riayət edilmədən
77

Konstitusiya Məhkəməsi tərəfindən əsassız olaraq ləğv edilməsi ilə
bağlı pozuntular – Kərimli və Əlibəyli işi.
Qeyd etm
ək lazımdır ki, Məhkəmə bu işlərdə aşağıdakı göstərilən po-
zuntuları aşkar edib:
A) “Seyidzadə Azərbaycana qarşı” işində Məhkəmə qanunun
keyfiyyəti məsələsinə toxunub və  qeyd edib ki, qanunvericilik və
müvafiq məhkəmə  praktikası “din xadimi” və “peşəkar  dini fəaliy-
yət” terminlərinə aydınlıq gətirmir. Bu halda şikayətçinin namizədli-
yinin qeydə alınmaması (baxmayaraq ki, o, bütün vəzifələrdən istefa
vermişdi), öncədən görünərlik prinsipinə cavab vermir;
B) Azərbaycanla  bağlı  bütün  digər  qərarlarda  Məhkəmə  əsas
olaraq iki faktor əsasında pozuntu tapıb: birincisi, qərarlar əsaslandı-
rılmayıb və ikincisi, prosesual təminatlar tətbiq olunmayıb.
Azərbaycan Respublikası ilə bağlı yuxarıda qəbul edilən qərarlardan yal-
nız  biri,  “Tahirov  Azərbaycana  qarşı”  işi  2010-cu  il  parlament  seçkiləri ilə
bağlı olub. Qalan bütün işlər 2005-ci il parlament seçkiləri ilə əlaqədardır.
Azərbaycan Respublikası ilə bağlı  qəbul edilmiş digər qərarlar seçki
proseduralarında lazımi təminatların olmaması və seçki komissiyaları, eləcə
də məhkəmələr tərəfindən seçki şikayətləri ilə bağlı məsələlərin özbaşına və
əsassız rədd edilməsi ilə bağlı olub.
AH
İM qərarlarında Dairə Seçki Komissiyaları (DSK) və Mərkəzi Seçki Ko-
missiyas
ı (MSK) tərəfindən yol verilmiş aşağıdakı pozuntular aşkar edilib
14
:
a)
Ərizəçilərin şikayətləri və şikayətlərində əsaslandıqları sübut-
lar əsassız olaraq rədd edilib;
b)
Ərizəçilərə qarşı izahatlar və şahid ifadələri onların həqiqili-
yini və  etibarlılığını yoxlamaq üçün müvafiq yoxlama aparılmadan
qəbul edilib (xüsusilə “Namət Əliyev Azərbaycana qarşı” işi və Oru-
cov subqrupu işi);
c)
Ərizəçilərin namizədliyinin və onların seçilməsinin ləğv edil-
məsi qərarları müstəqil  araşdırma və əsaslandırma olmadan həyata
keçirilib;
d) Ərizəçilərin iclaslarda iştirakı təmin edilməyib (xüsusilə Oru-
14
Pending cases: current state of execution (Namat Aliyev v Azerbaijan)
http://bit.ly/1hzC584
78

cov subqrupu işləri).
AH
İM qərarlarında daxili məhkəmələrin (Ali Məhkəmə daxil olmaqla)
aşağıdakı çatışmazlıqları aşkar edilib:
a)
Təqdim  edilmiş sübutların araşdırılmasından imtina edilməsi
və  qaldırılmış məsələləri aydınlaşdırmaq  üçün  mülki  prosessual  qa-
nunvericilikdən irəli gələn eksessiv formalizmlə müşayiət olunan la-
zımi addımların atılmasında uğursuzluğa yol verilib;
b)
Daxili məhkəmələr məhz və sadəcə seçki komissiyaların nəti-
cələrini davamlı olaraq təkrarlayıblar;
c)
Ərizəçilər öz müdafiələrini hazırlamaq üçün lazımi müddətə
malik olmayıblar;
d) Seçki qanunvericiliyinin səhv tətbiq ediblər.
Qeyd: Qəmbər və başqaları işi üzrə (2010) Məhkəmə Hökumətin seçki po-
zuntularının aradan qaldırılması ilə bağlı birtərəfli bəyanatını qəbul edərək işi
siyahıdan çıxarılması barədə qərardad qəbul etmişdi. Həmin işdə birləşdirilmiş
7 iş üzrə pozuntular Namət Əliyev işi üzrə pozuntularla eynilik təşkil edirdi.
Məhkəmə Azərbaycanla bağlı işlərdə qanunvericiliyin aşağıdakı
müddəalarına toxunub:
a)
Seyidzadə işində Azərbaycan  Respublikası  Seçki  Məcəlləsi-
nin (AR SM) 14-cü maddəsi (vəzifələrin uzlaşmaması) – bu müddə-
ada və digər müddəalarda din xadimi terminin aydın ifadə edilmədi-
yini müəyyən edib;
b)
Kərimova, Arif Hacılı, Məmmədov No 2 işlərində AR SM-
nin 106  və  114.5-ci maddələri  düzgün tətbiq  olunmadığı qənaətinə
gəlib;
c)
Orucov, Əbil, Xanhüseyn Əliyev və Atakişi işlərinə AR SM-
nin 88-ci maddəsinin düzgün tətbiq edilmədiyi nəticəsinə gəlib;
d) Kərimli və Əlibəyli işində AR SM-nin 108.4, 112.8, 114.5,
170.2.2-ci maddələrinə KM tərəfindən riayət olunmadığı qənaətinə
gəlib;
e)
Kərimov işində AR SM-nin 35.5-ci maddəsinin pozulduğu
nəticəsinə gəlib.
AHİM  qərarlarının  icrasına  nəzarət  etmək  funksiyasını daşıyan  orqan
olan Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) 2013-cü ildən başlayaraq
79

Azərbaycan Respublikası ilə bağlı qəbul edilmiş seçki işlərinə nəzarətinə
başlayıb.
AŞ NK-nin icra işi üzrə iclaslarını tədqiq etməzdən öncə bu icra iş üzrə
AŞ NK-nin gəldiyi ümumi nəticəni qeyd etmək vacibdir.
AŞ NK 2014-2015-ci illərdə icra işi üzrə aşağıdakı nəticələrinin əldə
edildiyi q
ənaətinə gəlib:
1)
Seçki komissiyaları ilə bağlı Nazirlər Komitəsi hesab edir ki,
qəbul  edilmiş  islahatlar və  həyata keçirilmiş təlimlər  və xüsusilə
ekspertlər  qrupunun  formalaşdırılması,  komissiyalar  qarşısında
proseduranın müstəqilliyi, şəffaflığı və  hüquqi  keyfiyyəti tələblərini
ödəmir və qaldırılmış problemləri  aradan  qaldırmaq  üçün  bunlar
yetərli olmayacaq;
2)
Məhkəmə nəzarətinin səmərəliliyi məsələsi ilə  əlaqədar Ko-
mitə qeyd edir ki, nəzərdə tutulmuş obyektlərə nail olunub (təlim fə-
aliyyətləri; seçki mübahisələrində MPM-in  eksessiv  formalizminin
aradan qaldırılması üçün 2011-ci ildə İPM-nin qəbul edilməsi; məh-
kəmələrin  müstəqilliyinin təmin edilməsi  istiqamətində  görülən  bir
sıra tədbirlər, xüsusilə Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində verilən
tövsiyələr üzrə islahatlar); lakin Komitə qeyd edir ki, bu islahatların
səmərəliliyi praktikada nümayiş etdirilməlidir.
AŞ NK-nın 24-26 sentyabr 2013-cü il tarixlərində keçirilmiş 1179-cu ic-
lasında Azərbaycan Respublikası ilə bağlı qəbul edilmiş işlərdən 9-u (Seyid-
zadə işi fərqli mahiyyətində olduğuna görə, Kərimov işi və Tahirov işi üzrə
qərarlar qəbul edilmədiyinə görə istisna olmaqla) üzrə nəzarətlə bağlı ilk qə-
rarını qəbul edib  (icra işinin ümumi adı “Namat Aliyev Group” adlandırı-
lıb).
AŞ NK Azərbaycana qarşı bu işləri vacib prosedura altında nəzarət etmə-
yə başlayıb. AŞ NK-nin qaydalarına görə qərarların icrası üzrə iki prosedura
mövcuddur: “standart prosedur” və “vacib prosedur”.  Vacib  prosedur  qay-
daları AŞ NK tərəfindən bir çox digərləri ilə bərabər işlər üzrə Məhkəmə və
ya  Nazirlər  Komitəsi tərəfindən  struktural  və  (və  ya)  kompleks  problemlər
aşkar edildiyi hallarda tətbiq edilir. AŞ NK  Azərbaycan seçki işlərini
kompleks problem kimi xarakterizə edib.
AŞ  NK-nın  24-26 sentyabr  2013-cü  il  tarixlərində  keçirilmiş  1179-cu
iclas
ında  Azərbaycan Respublikası ilə  bağlı qəbul  edildiyi  Namət Əliyev
qrup i
şi üzrə aşağıdakıları qeyd edib
15
:
-
1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu ilə əlaqədar
15
Decision adopted at the 1179th meeting (September 2013)
http://bit.ly/1JbNWSs
80

olan işlər 2005-ci il parlament seçkilərində ərizəçilərin (müxalif par-
tiyaların  üzvləri və ya müstəqil namizədlər) şikayətlərinin seçki ko-
missiyaları və məhkəmələr tərəfindən özbaşına səciyyə ilə və əsassız
olaraq qəbul etdikləri qərarlarla bağlı olub və bu instansiyalar qarşı-
sında  olan  [daxili]  prosedurlar  özbaşnalığa  qarşı qorunmağa  dair  tə-
minatlar ehtiva etmir;
-
Hər bir demokratik cəmiyyətdə özbaşınalığın qarşısnı almaq
üçün seçki sisteminin lazımi vasitələr təmin etməsi vacibdir;
-
[Məhkəmə tərəfindən təyin  edilmiş] fərdi tədbirləri  nəzərə
alaraq  2005-ci  il  noyabrında  keçirilən  parlament  seçkiləri  yekunlaş-
dığı və onun  nəticələri  qəti  olduğu  üçün  Məhkəmə tərəfindən təyin
edilmiş ədalətli kompensasiya tələbləri ilə  seçki pozuntularının ara-
dan qaldırıla bilinməyəcək;
-
Ümumi tədbirlərlə bağlı seçki komissiyası üzvlərinin təlim və
məlumatlandırıcı  xarakterli fəaliyyətlər  olduğunu  qeyd  edərək  haki-
miyyət orqanlarını bu fəaliyyətlərin  nəticələrinin qiymətləndirməsi-
nin təmin edilməsi zəruridir;
-
[NK] bu qənaətdədir ki, bu fəaliyyətlər (tədbirlər) Məhkəmə-
nin  qərarlar  üzrə  nəticələri ilə  adekvat  deyil, xüsusilə  Məhkəmənin
qərarlar üzrə nəticələri ondan ibarətdir ki, seçki komissiyaları və da-
xili məhkəmələr qarşısında  prosedurlar  özbaşınalıqdan  qorunmaq
üçün lazımi təminatları ehtiva etmir;
-
Nəticə olaraq hakimiyyət orqanları təcili olaraq prosedural tə-
minatları yerinə qoymaq  üçün  qanunvericilik və təlimat dəyişikləri
daxil olmaqla görülməli olan tədbirlərlə bağlı fəaliyyət planı hazırla-
malıdır;
-
[NK] qərara gəlib ki, bu məsələlərin baxılması 1186-cı iclasa
(2013-cü ilin dekabrı) təyin olunsun.
Beləliklə, AŞ NK Azərbaycanın  seçki işləri  üzrə əsas  probleminin  seçki
komissiyalarının və məhkəmələrin namizədlərin şikayətləri ilə bağlı işlər üz-
rə əsassız və özbaşna xarakterli qərarlar qəbul etdiyi və bu instansiyalar qar-
şısında namizədlərinin müdafiəsi üçün lazımi müdafiə vasitələrinin olmadığı
nəticəsinə  gəlib.  Qeyd  edilən təminatların əldə  edilməsi  üçün  Azərbaycan
Hökumətini  kompleks  fəaliyyət planı (qanunvericilik  və təlimat dəyişikləri
daxil olmaqla) hazırlamağa və tətbiq etməyə dəvət edib.
AŞ NK 3-5 dekabr 2013-cü  il tarixli, 1186-cı iclasında bundan əvvəlki
iclasında
əldə   etdiyi   nəticələri   təkrarlayıb.   Azərbaycan   Hökumətini
kompleks fəaliyyət planını təqdim  etməyə dəvət edib. Bu iclasda Azərbay-
can Hökuməti yeni informasiya verməsini nəzərə alıb bu məlumatın araşdı-
rılması və qiymətləndirilməsi üçün növbəti nəzarəti 1193-cü iclasa (2014-cü
81

ilin martı) təyin edib
16
.
AŞ NK 4-6 mart 2014-cü il tarixli, 1193-cü iclasında Azərbaycan Höku-
məti tərəfindən fəaliyyət planının  çox  gec - 2014-cü  il  fevral  ayında veril-
məsini nəzərə alıb lazımi qiymətləndirmə üçün icra işinə baxılmasını 2014-
cü ilin iyununda keçiriləcək 1201-ci iclasa təyin edib
17
.
Nam
ət Əliyev qrup işi üzrə 2014-cü ilin iyununda keçirilən 1201-ci ic-
las
ında AŞ NK aşağıdakıları qeyd edib
18
:
-
Qanunvericiliyin özbaşına tətbiqi və buna qarşı adekvat mü-
dafiə vasitələrinin və prosedurlarının  olmaması kimi vacib  problemi
təcili olaraq həll edilməli olduğunu və bu halın bir neçə sahədə təd-
birlər görülməsini tələb etdiyini vurğulayıb;
-
Şərq  Tərəfdaşlığı layihəsi  kontekstində  edilmiş  tövsiyələri
nəzərə alaraq,  Azərbaycan  Hökumətini sürətli  və ciddi islahatlar
keçirməyə çağırıb;
-
Mülki  Prosessual  Məcəllədə  nəzərdə  tutulmuş prosedurun
əvəzinə qəbul  edilmiş İnzibati Prosessual Məcəllənin mövcud prob-
lemləri həll  etmək üçün potensialı olub-olmaması barədə ətraflı  iza-
hat verməsini tələb edib;
-
Ali Məhkəmə tərəfindən seçki mübahisələri üzrə məhkəmələ-
rə  və  digər orqanlara  praktiki bələdçilik  edə  biləcək  qərarın  qəbul
edilməsinin zəruriliyini   vurğulayıb   (Konvensiya   prinsipləri   və
AHİM qərarlarına istinad edilməklə);
-
Konstitusiya  Məhkəməsində  aparılan  qısa  seçki  proseduru
haqqında Azərbaycan Hökumətinin məlumat vermədiyini qeyd  edib
və bu məlumatın verilməsinə dəvət edib;
-
Seçki komissiyalarının fəaliyyəti haqqında  Hökumətin cava-
bını bir sıra hallarda natamam hesab edib və qeyd edib ki, Hökumət
müqayisəli təsvir verməyib. Bu da dəyişiklərin yeni bənzər pozuntu-
ları aradan qaldırmağa imkan verdiyini aydınlaşdırmır;
-
Azərbaycanla bağlı İnsan Hüquqları üzrə Fəaliyyət Planını
nəzərə almaqla digər işlər də  daxil olmaqla, hazırki Qrup işində də
Hökuməti Avropa Şurası tərəfindən təşkil və təklif olunan əməkdaş-
lıq və yardım proqramlarından faydalanmağa dəvət edib;
-
Hökumətə cavablandırmağı məsələlər üzrə yeni müddət təyin
edərək qaldırılan məsələlərin araşdırılmasını 2014-cü ilin sentyabrın-
da keçiriləcək 1208-ci iclasa təyin edib.
16
Decision adopted at the 1186th meeting (December 2013)
http://bit.ly/1hzzgDR
17
Decision adopted at the 1193rd meeting (March 2014)
http://bit.ly/1Loz1VT
18
Decision adopted at the 1201st meeting (June 2014)
http://bit.ly/1WKKqph
82

19
Decision adopted at the 1208th meeting (September 2014)
http://bit.ly/1U6czCY
83
AŞ NK-nin 23-25 sentyabr 2014-cü il tarixli 1208-ci iclasında Namət
Əliyev Qrup işi ilə bağlı aşağıdakıları qeyd edib
19
:
-
Seçki komissiyalarının fəaliyyəti ilə əlaqədar qeyd edib ki,
baxmayaraq ki, 2008-ci ildə komissiyalara yardım  etmək üçün
ekspert  qrupu  yaradılsa  da,  həyata keçirilən bu  islahatlar Məhkəmə
qərarlarında  qaldırılmış  problemləri  aradan  qaldırmaq  üçün yetərli
deyil. Belə ki, bu komissiyaların müstəqilliyi, şəffaflığı və bu komis-
siyalar  qarşısında  prosedurun  hüquqi  keyfiyyəti  problemləri  aradan
qaldırılmayıb;
-
Buna görə də hakimiyyət orqanları yuxarıda qeyd olunan mə-
sələlər və qaldırılmış problemlərlə bağlı görülməli olan əlavə tədbir-
lər haqqında əlavə məlumatlar verməyə çağırılıb və seçki komissiya-
larının üzvlərini və ekspert qrupunun üzvlərinin müvafiq təlimlərdən
keçirmək cəhdlərini dəstəkləyib;
-
Məhkəmələrin fəaliyyəti ilə əlaqədar qeyd edib ki, 2011-ci il-
də [həmçinin] seçki mübahisələri üçün qəbul edilmiş İnzibati Proses-
sual Məcəllə Məhkəmənin Namət Əliyev Qrup işi üzrə qərarlarında
qaldırılan bir sıra vacib problemləri şikayətlərin araşdırılması zamanı
eksessiv formalizm  problemini aradan qaldırmağa istiqamətləndiyi
görünür;
-
Məhkəmələrin müstəqilliyi ilə əlaqədar qeyd edib ki, 2014-cü
ilin iyununda qüvvəyə minmiş “Məhkəmələr və Hakimlər haqqın-
da” Qanuna məhkəmələrin  büdcə  müstəqilliyi dəyişikliyi  Şərq  Tə-
rəfdaşlığı layihəsi  kontekstində edilən tövsiyələrə cavablanmış ad-
dım sayıla bilər;
-
Lakin Komitə qeyd edib ki, hakimiyyət orqanları icra haki-
miyyətinin Məhkəmə Hüquq Şurasında nüfuzunu azaltmaq istiqamə-
tində addımlar  atmalıdır. Belə ki,  hakimlərin təyinatı, qabağa çəkil-
məsi və intizam məsuliyyəti işlərində icra hakimiyyətin rolunu azal-
da bilən əlavə tədbirlər görülməlidir;
-
Ali Məhkəmə tərəfindən seçki işləri üçün Konvensiya prin-
siplərini nəzərə  almaqla  izahedici qərar qəbul  etməsi zərurətini vur-
ğulayıb;
-
Məhkəmə nəzarətinin gücləndirilməsi istiqamətində təlimlə-
rin əhəmiyyətini  vurğulayıb  və  hökuməti  Avropa  Şurası tərəfindən
Azərbaycan  üçün  2014-2016-cı il Fəaliyyət  Planı çərçivəsində  edil-
miş əlavə imkan təkliflərindən istifadə etməyə çağırıb;
-
Kərimli və Əlibəyli işini nəzərə almaqla Konstitusiya Məhkə-

20
Decision adopted at the 1222th meeting (March 2015)
http://bit.ly/1MJHPc0
84
məsi qarşısında seçki prosedurlarının çatışmazlıqlarını aydınlaşdır-
maq üçün Hökumət əlavə izahat verməyə dəvət edilib;
-
Komitə Hökumət qarşısında qaldırılan məsələləri nəzərə al-
maqla icra işinin növbəti baxışını 2015-ci ilin martına təyin edib.
AŞ NK 12 mart 2015-ci ildə keçirilmiş 1222-ci iclasında Namət Əliyev
Qrup i
şi ilə bağlı aşağıdakıları qeyd edib
20
:
-
Seçki  komissiyalarının müstəqilliyi,  şəffaflığı  və  hüquqi
yetərliliyi haqqında  qeyd  edib  ki,  verilmiş  son  informasiyaya  görə
komissiyaların  üzvlərinin təlimi hələ də məhdud  səviyyədədir  və
təkrarlayıb ki, bu tədbirlər özlüyündə Məhkəmə tərəfindən müəyyən
edilmiş problemlərin həlli üçün kifayət deyil;
-
Məhkəmə nəzarətinin səmərəliliyi ilə bağlı qeyd edib ki, isla-
hatların obyektlərinə nail olunub və 30 dekabr 2014-cü il dəyişikliyi
ilə  icra  hakimiyyətinin  Məhkəmə-Hüquq Şurasında  nüfuzu məhdud-
laşdırılıb; eyni zamanda qeyd edib ki, bu  islahatların səmərəliliyi
praktika nümayiş etdirilməlidir;
-
2015-ci il parlament seçkilərinin yaxınlaşmasını nəzərə ala-
raq seçki komissiyalarının münasib fəaliyyətini və məhkəmələrin bu
komissiyaların  qərarlarının  hüquqiliyini  yoxlamaq  səalhiyyətliyinin
vacibliyini xatırladıb;
-
Buna görə  də hakimiyyət orqanlarını gecikmədən seçkilərdə
baş verə biləcək özbaşnalıqların aradan qaldırmaq  üçün  təkmilləşdi-
rici addımlar atmağa çağırıb:
a)
Venesiya Komissiyası ilə əməkdaşlıq etmək və Avro-
pa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının imkan verdiyi
əlavə fürsətlərdən mümkün qədər çox istifadə edə bilmək;
b)
Seçki komissiyalarına ən yüksək səlahiyyətli orqan tə-
rəfindən  seçki  prosesində  nə  qanunsuzluğa,  nə  də  özbaşnalığa
tolerantlıq göstərilməyəcəyinə dair aşkar mesaj vermək.
-
Bu kontekstdə Ali Məhkəmə tərəfindən qəbul edilə biləcək
AHİM qərarlarına əsaslanan praktiki bələdçi qəbul edilməsinin, əgər
mümkünsə,  seçki  komissiyalarına  müvafiq  təlimatların  göndərilmə-
sini əhəmiyyətini vurğulayıb;
-
Həmçinin Konstitusiya Məhkəməsi qarşısında Konvensiyaya
uyğun  qarantiyalar  verilməsinin,  xüsusilə, məhkəmədə iştirak  etmək
hüququnun və məhkəmənin şəffaflığının təmin edilməsi istiqamətin-
də 
addımlar
atılmasının 
vacibliyini
vurğulayıb;

21
Decision adopted at the 1230th meeting (June 2015)
http://bit.ly/1Jbznwd
85
-
Azərbaycan Hökumətinə göstərilən məsələlərlə bağlı aydın-
laşdırıcı izahatlar verilməsi üçün müddət təyin edib və icra işinə ba-
xılmasnı 2015-ci ilin iyununda keçiriləcək 1230-cu iclasa təyin edib.
AŞ NK-nin 9-11 iyun 2015-ci il tarixlərində keçirilən 1230-cu iclasında
Nam
ət Əliyev Qrup işi ilə bağlı NK 2015-ci ilin mart ayı iclasında qəbul
etdiyi
əsasları  bir  daha  təkrarlayıb.  Bundan əlavə,  NK  bir sıra işlərin
praktiki olaraq görülm
əsi ilə aşağıdakıları xüsusilə vurğulayıb
21
:
-
Həm seçki komissiyalarının üzvləri, həm də hakimlər üçün
təşkil olunan onlara Konvensiyanın tələblərini  çatdırmağı  qarşısına
məqsəd qoyan, seçki məsələləri ilə bağlı tam  hazırlığı və qərarların
əsaslandırılmasını ehtiva edən tələblərlə bağlı məsələləri aydınlaşdı-
ran təlimlər həyata keçirilməlidir;
-
Seçki komissiyalarının səviyyəsinin, həmçinin ekspert qrupu-
nun  hüquqi  yetərliliyinin  təkmilləşdirilməsi  istiqamətində  addımlar
atılmalı, seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətin-
də işlər görülməlidir;
-
Hüquqi bələdçi inkişaf etdirilməli,  xüsusilə AR Ali Məhkə-
məsinin Plenumunun qərarı qəbul edilməlidir (bu qərar yeni İPM-nə
söykənməlidir);
-
Tərəflərin Konstitusiya Məhkəməsində prosedurda iştirakını
təmin  etmək  üçün  tədbirlər  görülməli,  Konstitusiya  Məhkəməsində
prosedurun şəffaflığı təmin edilməlidir.
NK həmçinin 2015-ci il mart qərarına istinad edərək həmin qərarda qəbul
edilən mövqeni təkrarlayaraq 2015-ci il parlament seçkilərinin yaxınlaşması
ilə əlaqədar  bütün  icra iş  üzrə  qərarlarda  göstərilən təcili tədbirlərin  görül-
məsinin vacibliyini vurğulayıb. Komitə həmçinin bildirib ki, Hökumət
2015-ci il mart qərarında tələb olunan konkret tədbirlərlə bağlı yeni infor-
masiyanı Komitəyə təqdim etməyib.
NK Namət Əliyev Qrup işi üzrə icra işinə nəzarəti davam etdirməyi Ko-
mitənin 2015-ci ilin sentyabrında keçirilməsi planlaşdırılan 1236-cı iclasına
təyin 
edib.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin