131
istehsalı) tənqid etmiş, digər tərəfdən isə xırda əmtəə istehsalını
ideallaşdıraraq kapitalizmi müdafiə etmişdir.
S.Sismondi milli gəlirin izah edilməsində Smitin ehka-
mından uzağa gedə bilməmişdir. O, əmək-dəyər nəzəriyyəsinin
mövqeyində duraraq göstərmişdir ki, əmək sərvətin yeganə
mənbəyidir və dəyərin miqdarını müəyyən etmək üçün istehlak
dəyəri ilə dəyər arasındakı
ziddiyyətə fikir vermiş, kapitala
istehsal vasitələrini özünə daxil edən istehsal ehtiyatı kimi
baxmış, kapitalın təsnifatını isə Smit və Rikardonun fikirlərinə
əsasən izah etmişdir. Onun mənfəət haqqında nəzəriyyəsinə
görə mənfəət fəhlə əməyinin məhsulundan çıxmadır, qeyri-
əmək gəlirlərinin nəticəsidir. O, rentanı təhlil edərkən ona tor-
pağın hədiyyəsi kimi baxmış, göstərmişdir ki, pis torpaqlardan
da renta götürülməlidir.
S.Sismondinin təliminin
mərkəzində reallaşma və böh-
ranlar konsepsiyası durur. O, kapitalist istehsalının məqsədini
istehlakda görür və belə nəticəyə gəlir ki, istehsal istehlaka
uyğun olmalıdır. İstehlakı isə gəlirlə müəyyən edir. İstehsal
olunan məhsulların reallaşması üçün istehsal cəmiyyətin gəlir-
lərinə uyğun olmalıdır.
S.Sismondinin xidməti ondan ibarət olmuşdur ki, o isteh-
salla istehlak arasında ziddiyyəti görmüş, təkrar istehsal nəzə-
riyyəsində şəxsi istehlak probleminin
mühümlüyünü və həm-
çinin böhranların labüdlüyünü qeyd etmişdir. Böhranlar nəzə-
riyyəsində böhranlardan xilas olmanın yolunu üçüncü şəxs-
lərdə-kəndlilər, sənətkarlar, xırda istehsalçılarda görmüşdü.
S.Sismondi "Siyasi iqtisadın yeni prinsipləri" adlı əsə-
rində azad sahibkarlığa, iqtisadiyyata
və sənaye kapitalizminə
dövlət müdaxiləsinin olmamasına qarşı tənqidi yanaşmasını
açıq şəkildə göstərmişdir. O, belə hesab edirdi ki, yeni sənaye
sistemi istehlakın tam həyata keçirilməməsi ilə yarana biləcək
böhranlarla xarakterikdir. Sismondi xüsusən texniki tərəqqi ilə
əlaqədar canlı əməyə olan tələbin tədricən azalmasından çox
narahat idi. O, minimum əməkhaqqını sığortalamaq, aylıq
132
əmək saatlarının miqdarını müəyyən etmək,
maksimal və
minimal əmək qabiliyyətli yaş müddətlərini müəyyənləşdirmək
və digər üsullardan istifadə etməklə bir sıra problemlərin
həllini yalnız iqtisadiyyata dövlət müdaxiləsində görürdü.
S.Sismondiyə, həmçinin, Marksın sələfi kimi də baxmaq
olar, belə ki, o, zavod - fabrik timsalında fəhlə sinfini üstünlük
verilən
qurban kimi qiymətləndirmiş, işçilər və təsərrüfat
sahiblərinin "sinfi mübarizədə" olduğunu təsdiqləyən yeni iqti-
sadi termini elmə gətirmişdi.
Dostları ilə paylaş: