ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Prudon Pyer Jozef 
(1809 - 1865) 
-
Fransa xırda burjua 
siyasi iqtisadçısı, 
"
Mülkiyyət nədir?" (1840), "İqtisadi zid-
diyyətlər sistemi və ya dilənçilik fəlsəfəsi" (1846), "Vergi 
nəzəriyyəsi" (1861) adlı iqtisadi əsərlərin müəllifidir. Kapita-
lizmi tənqid edərək, onun islahatlar yolu ilə dəyişdirilməsi ide-
yasını irəli sürürdü. Lakin sosial məsələlərin həllini o, isteh-
salatda deyil, tədavül və bölgüdə axtarırdı. O, hesab edirdi ki, 
cəmiyyət inqilabi yolla deyil, istehsal alətlərinin mərhələli şə-
kildə fəhlələrin əlinə keçməsi nəticəsində dəyişdirilməlidir. 
P.J.Prudon əsərlərində, əsasən, ideyalarının gücü ilə 
deyil, məhz onların istezalı stili ilə məhşurlaşmışdı. Onun ən 
məhşur "Mülkiyyət nədir?" (1840) adlı əsəri əbədi bir cavabı 
özündə əks edir: əsərin bir çox sətirlərində "mülkiyyət 
oğurluqdur" sitatı gətirilmişdir. Bu və ya digər baxışları ilə o 
zəmanəsinin bir çox sosioloqlarından fərqlənirdi. 
P.J.Prudonun metodunun əsasını idealizm, obyektivlilik 
təşkil edir. İqtisadi kateqoriyaları obyektiv məzmundan kənar-
laşdıraraq göstərirdi ki, iqtisadi hadisələrin əsasını dəyişməyə 
zərurət yoxdur. Dialektik inkişaf yaxşı ilə pisin əksliyindən, 
mexaniki uyğunlaşmasından ibarətdir. Ona görə də hər bir ha-
disənin yaxşısını saxlayıb, pisini ləğv etmək lazımdır. Buna 
görə də əmək bölgüsü, mülkiyyət, dəyər, kredit və digər mə-
sələlərin izahında bu mövqedən çıxış edirdi.
P.J.Prudona görə dəyər iki bir-birinə əks olan ədəbi ab-
strakt kateqoriyadır. İstehlak dəyəri və mübadilə dəyəri bir-bi-


133 
rinə əks olan meylin-boşluğun və nadirliyin ifadəsidir. Bun-
ların arasındakı ziddiyyət ekvivalent mübadilə, süni dəyər 
nəticəsində aradan qaldırıla bilər. Bunun üçün o təklif edir ki, 
nə qədər tələb olunur o qədər də istehsal etmək lazımdır. 
P.J.Prudon xırda əmtəə istehsalını ideallaşdıraraq əmtəə 
istehsalının pis tərəfi kimi pula qarşı çıxış etmişdir. Pulsuz 
əmtəə mübadiləsinin təşkilinin proqramını vermiş, mübadilə 
bankı (xalq) ideyasını irəli sürmüşdü. Bu bank əmtəə istehsal-
çılarından əmtəələri alıb əvəzinə sənəd-əmək talonları-fəhlə 
pulu (əməyin miqdarını göstərən sənəd) verməklə əmtəələri 
buraxmalıdır. Pulun ləğv edilməsi ilə Prudon kapital, qeyri-
əmək gəlirlərinin və istismarın aradan qaldırılması, bərabər-
liyin təmin edilməsinin utopik yolunu göstərmişdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin