ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Con Ramsey Mak-Kullox
1789-cu ildə Şotlandiyada 
anadan olmuşdur. 25 il ərzində o, XIX əsrin "Edinburq icmalı" 
adlı nüfuzlu jurnalında çoxsaylı iqtisadi məqalələr nəşr etdir-
mişdir. O, həmçinin "Siyasi iqtisadın prinsipləri" (1825), geniş 
oxucu auditoriyasına malik bir sıra pamfletlərin və sonsuz 
sayda qəzet məqalələrinin müəllifi idi. Rikardonun sadiq 
tələbəsi olmasına baxmayaraq, Mak-Kulox heç vaxt sadəcə, 
doqmatik davamçı olmamışdır. O, Rikardo sisteminin müxtəlif 
çatışmazlıqlarını razılıqla qəbul etmiş, xüsusilə də siyasi mə-
sələlərində onun bəzi mülahizələri ilə açıqcasına razılaşmırdı. 
F.Bastiya 
(1801-1850) varlı fransız kommersantı ailə-
sində anadan olmuşdur. 40-cı illərdə azad ticarətin xeyrinə 
olaraq himayəçiliyə qarşı çıxmış və geniş təbliğat işləri ilə 
məşğul olmuşdur. Öz iqtisadi baxışlarını “İqtisadi harmoniya” 
adlı əsas əsərində inkişaf etdirmişdir. Burada o sosial ziddiy-
yətlər haqqında təlim yaratmağa cəhd göstərmiş, onun dövrünə 
xas olan burjua cəmiyyətini əbədi, tam mükəmməl bir cəmiy-
yət adlandırmışdır. İqtisadi ahənglərin mənbəyini mübadilə və 
məhdudlaşdırılmayan rəqabətdə görürdü. 
XIX əsrin 40-50-ci illərində Fransada iqtisadi fikir nüma-
yəndəsi olan F.Bastiya "xidmət" nəzəriyyəsinin köməyi ilə öz 


134 
xidmətlərinin bir-birinə mübadilə edən müxtəlif siniflər arasın-
da iqtisadi ahəngdarlıq axtarmağa çalışmışdır. Göstərilmişdir 
ki, azad rəqabət şəraitində mübadilə bərabər, ekvivalent xarak-
ter daşıdığından insanlar bir-birlərinə xidmətlər göstərirlər. Əl-
də olunan əsas gəlirlər sahibkar gəliri, borc faizi, torpaq rentası 
insanların göstərdikləri xidmətə görə haqdır. Bu ideyanı əsas-
landırmaq üçün J.B.Seyin xidmət nəzəriyyəsinə müraciət et-
mişdi. Lakin Seydən fərqli olaraq göstərirdi ki, nəinki insanlar, 
həmçinin təbiət qüvvələri, şeylər də xidmət göstərirlər. Xidmət 
dedikdə, o yalnız istehsal prosesindəki real əmək məsrəflərini 
deyil, həm də kimsə tərəfindən qoyulan hər hansı qüvvəni və 
ya bu xidmətdən istifadə edənin azad olmasını başa düşürdü. 
Buradan da fəhlələrlə birlikdə kapitalistlərin və torpaq mülkiy-
yətçilərinin də dəyərin istehsalında xidmətlərinin olduğunu 
qeyd edirdi. Kapitalistə xidmətinin əvəzində mənfəət əldə et-
məsini kapitalistin istehlakdan imtina etməsi kimi baxırdı. 
Əməklə kapital arasında ahəngdarlıq axtararaq F.Bastia 
Rikardonun mənfəət və əməkhaqqı nəzəriyyəsinin əksinə ola-
raq "kapital yığımı" qanunu yaradır. Bu qanuna görə əmək və 
kapital öz mənafeylərinə görə həmrəydilər. Bastiaya görə, kapi-
talın artması ilə fəhlələrin payı nəinki mütləq, həm də nisbi, 
kapitalistlərin payı isə yalnız mütləq artır. Bu nəzəriyyəni irəli 
sürərkən Bastia heç bir faktlara əsaslanmır. O, sadəcə olaraq 
mənfəət normasının aşağı düşməsi faktına əsaslanır ki, burada 
da mənfəət norması ilə milli gəlirdə kapitalistlərin payını 
qarışdırır. 
F.Bastia "Xidmət nəzəriyyəsi"nin köməyi ilə kapitalistlər-
lə torpaq mülkiyyətçiləri arasında fərqləndirici xüsusiyyətləri 
açır. O, torpaq rentasını torpaq sahiblərinin xidmətinin mükafa-
tı kimi qələmə verir. Beləliklə, kapitalla torpaq mülkiyyətçisi 
arasında ahəngdarlığı torpaq rentasının torpağa qoyulmuş kapi-
tala görə faizin müxtəlifliyində görür. Bu təlimdə torpaq renta-
sının spesifik xüsusiyyətləri yox olur, onun mənfəətdən fərqi 
ayırd edilmir.


135 
İngiltərədə 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin