ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Jan Batist Sey 
1767-ci Lionda tacir ailəsində anadan 
olmuşdur. Yetkinlik dövründə o, Şimali Fransada pambıq parça 
fabrikini idarə etməli olmuşdur. Gənclik illərində Sey sığorta 
şirkətində çalışmış və uzun müddət jurnallar redaktə etmiş və 
1830-cu ildə Parisdə "Kollec de Fransa"da siyasi iqtisad kafed-
rasının rəhbəri vəzifəsinə keçmişdir. Yaşadığı dövr ərzində də-
fələrlə İngiltərəni ziyarət edərək, Maltus və Rikardonun bir sıra 
doktrinalarının tam qəbul etməsinə razılıq verməsə də, onların 
yaxın dostu olmuşdur. 
J.B.Sey A.Smitin təlimini sistematik olaraq təhlil etmiş, 
onun sisteminin zəif tərəflərini ayırmağa və inkişaf etdirməyə 
səy göstərmişdir. Eyni zamanda o, Fransada hüquqlar sistemi-
nin əsasını qoymuşdur. 
O, iqtisadi görüşlərini “Siyasi iqtisadın traktatları”, “Si-
yasi iqtisadın katexezisi” və altı cildlik "Siyasi iqtisad kursu" 
əsərlərində əks etdirmişdir. Keynsin "Ümumi nəzəriyyə" 
(1936) əsərində şərh edilən Sey qanununun müəllifi kimi məş-
hurlaşmışdır. Sey qanuna görə, rəqabətli bazarlar avtomatik 
şəkildə tam məşğulluğa nail ola biləcək tendensiyaya malikdir.
J.B.Sey siyasi iqtisadı üç müstəqil hissəyə bölürdü: is-
tehsal, mülkiyyətin bölgüsü və istehlak. Bu təsnifatlaşdırma 
təkrar istehsalın elementləri arasında əlaqəni əks etdirirdi. İq-
tisadi sistemdə bölgü və istehlakı müstəqil bölmə kimi ayıraraq 
ən əvvəldən istehsalla yanaşı qoyurdu. O, bu əsas elementlər 
arasında həqiqi əlaqəni qırmışdı. Necə ki, istehsal münasi-
bətlərinin müəyyən tipi, müəyyən bölgü və istehlak münasibət-
lərini yaradır. 


128 
J.B.Sey istehsal, bölgü və istehlakın spesifik formalarını 
tədqiq etməmiş və cəmiyyətin inkişafının müxtəlif mərhələ-
lərində onların spesifik forma qəbul etdiyini görə bilməmişdir. 
İstehsal bölməsində istehsalın ictimai formalarından deyil, 
bütövlükdə maddi nemətlərin istehsalından danışmışdır. O, si-
yasi iqtisad qanunlarına əbədi qanunlar kimi baxırdı. D.Rikar-
donun əmək-dəyər nəzəriyyəsinə qarşı çıxırdı. Sərvətin əmtəə 
formasını faydalı şeylərin cəmi ilə eyniləşdirir və sərvətin 
qiyməti adlandırırdı. 
J.B.Sey dəyər və gəlirlər haqqında nəzəriyyəsində klassik 
məktəbin elmi nailiyyətlərindən irəli gedərək dəyərin mənbə-
yinin əmək olmasının əksinə olaraq onun faydalılığı ilə ölçül-
məsini iddia etmişdir. Bu nəzəriyyəyə görə istehsal faydalılıq 
yaradır, faydalılıq isə qiymətliliyin predmetidir. Qiymətlilik isə 
faydalılığın ölçüsüdür. Beləliklə, Sey dəyərlə istehlak dəyərini 
eyniləşdirmişdir. 
A.Smit göstərirdi ki, mübadilə dəyəri faydalılıqla mütləq 
əlaqəli deyil, faydalı şeylər aşağı dəyərə də malik ola bilərlər. 
Həyat üçün lazım olan predmetlərin (məsələn, hava, suyun) 
dəyəri yoxdur. Faydalılığın dəyərin mənbəyi kimi göstərilməsi 
müasir iqtisadçıların fikirlərində də əks olunur. J.B.Sey əm-
təənin dəyərini onun faydalılığı ilə müəyyən edərkən gəlirlər 
problemini də nəzərdən keçirirdi. O, göstərirdi ki, istehsalda üç 
amil - əmək, kapital, torpaq iştirak edir. Bunların hər birinin 
dəyərin yaradılmasında öz yeri vardır. Əməkhaqqı əməyin, 
renta torpağın, mənfəət isə kapitalın mükafatıdır. Onun nəzə-
riyyəsində pul təkcə mübadilə aləti, "məhsulların dəyərini da-
şıyan araba" deyil, həm də məhsulların mübadilə prosesində 
mühüm rol oynayır. Əməkhaqqı, faiz və mənfəət əməyin təbii 
törəməsi hesab edilir. İstehsal vasitələrini və torpağı isə təkrar 
istehsalın sadə elementləri adlandırırdı. Bu xətlə sahibkar gə-
lirlərinin əmək versiyasını irəli sürürdü. Seyə görə, əgər faiz 
kapitalın törəməsidirsə, sahibkar gəliri sahibkarın əməyinin 
mükafatlandırılmasıdır. Seyin fikricə, yüksək əməkhaqqı onun 


129 
fəaliyyətinin sayəsində əldə olunur. Sey fərz edirdi ki, istehsa-
lın inkişafı üçün tələbatların təşviqinə və istehlakçılara yüksək 
əməkhaqqı almağa kömək etmək lazımdır ki, onlar bu əmək-
haqqına daha çox əmtəə (xidmət) ala bilsinlər. 
J.B.Seyin digər bir nəzəriyyəsi “Satış nəzəriyyəsi” təkrar 
istehsalın harmonikliyini əsaslandırmağa çalışaraq, ümumi 
böhranların labüdlüyünü inkar edir. Seyin fikrinə görə, bütün 
istehsalçıların başlıca məqsədi mübadilə qiymətidir, bir əm-
təəni başqa əmtəəyə mübadilə etməsidir. Burada pul müvəqqəti 
olaraq vasitəçi rolunu oynayır. Buradan o belə nəticə çıxarır ki, 
hər bir satıcı eyni zamanda alıcıdır. Tələblə təklif uyğun gəlir 
və heç bir həddindən artıq istehsal baş vermir. Lakin o ayrı-ayrı 
sahələrdə istehsalın ifrat istehsal olduğunu inkar etmir. Buna 
görə də çıxış yolunu ikincidərəcəli sahələrdə istehsalın hərtə-
rəfli inkişafında görür. Satış nəzəriyyəsinin axırıncı maddəsin-
də proteksionizmə, xarici və yerli malların ixracını çətinləşdi-
rən amillərə qarşı çıxış edirdi. Ticarətdə tam azadlığı müdafiə 
edirdi. Seyin reallaşma, satış nəzəriyyəsinə görə kapitalistlər 
özlərinin şəxsi istehlakı üçün məhsullar istehsal edir, həmçinin 
öz məhsullarını başqa şəxslərin məhsulları ilə mübadilə edirlər. 
Əmtəələrin tədavülü ibtidai mübadiləyə əsaslanırdı. Məhsul 
başqa məhsulla mübadilə edildikdə alqı və satqı üst-üstə düşür. 
Sadə əmtəə tədavülündə alqı-satqı ilə bir yerə düşməyə də 
bilər. Bunlar zaman və məkanca ayrı da ola bilər. Buna görə də
böhranların mümkünlüyü mücərrəddir. 
J.B.Seyin satış nəzəriyyəsində dövrü böhranlar təsadüfi 
hadisə kimi qeydə alınırdı. İlk iqtisadi böhran 1825-ci ildə qey-
də alınmışdır. Ona görə Sey öz əsərlərində böhranların labüdlü-
yünü görə bilmirdi. 
Klassik siyasi iqtisad İngiltərədə Rikardo ilə başa çatmış-
dırsa, Fransada S.Sismondi ilə başa çatdı. Həmin dövrdə Fran-
sada sənaye çevrilişi, kapitalist iri maşınlı sənayesi xırda isteh-
salçıları müflisləşdirərək, onları var-dövlətdən çıxarmışdı. Belə 
bir şəraitdə kapitalizmin tənqidçiləri yaranırdı ki, bunun da ilk 


130 
nümayəndəsi Fransada 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin