137
etika, psixologiya və sosiologiyaya həsr edilmiş yüzlərlə
əsərlər. Toronto Universiteti artıq 15 cilddən ibarət "Con Stüsrt
Millin əsərlərin kolleksiyası"-nı nəşr etmişdir. Millin başlıca
əsəri “Siyasi iqtisadın prinsipləri” olmuşdur. Bu əsər 5
kitab-
dan ibarətdir. Bu kitablar istehsala, bölgüyə, mübadiləyə, kapi-
talizmin tərəqqisinə və iqtisadiyyatda dövlətin roluna həsr ol-
muşdur. Bu əsər XIX əsrin ortaları üçün siyasi iqtisad elminin
tam şəkildə nəzərdən keçirildiyi ən yaxşı əsər nümunəsidir.
Millin əmək-dəyər nəzəriyyəsinə dair fikirləri kitabının
üçüncü hissəsində verilir. Belə ki, burada Rikardonun və
Smitin əmək-dəyər nəzəriyyəsinə toxunulurdu. Milldə əmək-
dəyər nəzəriyyəsi heç də iqtisadi təliminin əsasını təşkil etmir,
formal olaraq Mill bu nəzəriyyədən imtina etmir. Mildə də-
yərin özlüyündə istehsalla əlaqəsi azalır, yalnız
mübadilə
tədavül sahəsinə aid hadisədir. Dəyər yalnız mövcud əmtəənin,
xüsusilə pula mübadilə edilməsi üçün xarakterik olan nisbətdir.
Bu nisbət bazarda müəyyənləşir.
U.Pettidən D.Rikardoya qədər klassiklər üçün məsələ bu
şəkildə qoyulmuşdur: mübadilə dəyərinin və qiymətlərin son
əsasını əmək xərcləri təşkil edir, bütün başqa amillərin təsiri isə
yalnız həmin əsasdan bu və ya digər kənara çıxmaları əmələ
gətirir. Mill faktiki olaraq qiymətlərin son əsasını kənar edir. O,
əmtəələrin mübadilə dəyərini sadəcə olaraq tələb və təklifin
bərabərliyi nöqtəsində müəyyən edir. Bununla da hər iki üsulu
birləşdirməyə cəhd edərək əmtəə tələbini müəyyən edən xərclə-
ri mühüm amil kimi nəzərdən keçirməyi məsləhət görür. Millin
fikirləri tələb və təklif əsasında qiymətqoymanın
təhlilinin
rüşeymləri idi.
C.S.Mill David Rikardonun şagirdi və davamçısı ol-
maqla, onun mühüm nəzəriyyələrini - dəyər və əməkhaqqı təli-
mini qəbul edir. T.Maltusa görə, əhalinin sayının qeyri-məhdud
artmasının təhlükəli olmasını da inkar etmir. Mill siyasi iq-
tisadı iki növə bölür: insanların iradəsindən asılı olmayıb fiziki
səbəblərin təsirindən (məsələn, torpağın məhsuldarlığını müəy-
138
yən edən bioloji xassələrdən) asılı olan istehsal qanunlarına;
psixoloji səbəblərin təsiri, insanların fikir və arzuları ilə müəy-
yən edilən və sosial mühitin xüsusiyyətlərindən asılı olaraq
dəyişən bölgü qanunlarına. Bunun nəticəsində bölgü qanunları
birinci kateqoriyaya aid qanunlar üçün səciyyəvi olan zərurilik
xarakterinə malik deyildir. İqtisadi qanunların obyektiv, təbii
xarakterini
qəbul edən Mill bildirirdi ki, bölgü qanunları, əsa-
sən, insanın özü tərəfindən formalaşır və buna görə də həmin
qanunlar subyektivdir. Bununla əlaqədar o, sosial dəyişiklikləri
gəlirlərin təkrar bölgüsü sahəsində həyata keçirilən tədbirlərin
nəticəsi hesab edirdi. Sosializmə gəldikdə, Mill onun uzaq
gələcəkdə, insanın mənəvi təbiətinin daha kamil olacağı dövrdə
həyata
keçirilə biləcəyini qəbul edir, lakin yaxın gələcəkdə
ayrı-ayrı şəxslərin fəaliyyət sərbəstliyinin məhdudlaşdırılma-
sını və şəxsi təşəbbüsünün aradan qaldırılmasını mümkün və
arzuedilən hal saymırdı.
Beləliklə, Millin dəyər nəzəriyyəsi Smitdə və Rikardoda
olduğundan fərqlidir. O, dəyəri nəzərdən keçirməmişdən əvvəl
bölgü və gəlirlər məsələsini şərh edir. Smit və Rikardo üçün bu
büsbütün mümkün deyildir. Belə ki, söhbət məhz əməklə yara-
dılmış və əməklə ölçülən dəyərin bölgüsündən gedirdi. Mill isə
Rikardonun ardınca yazır ki, mənfəət ondan əmələ gəlir ki,
əmək daha çox dəyər istehsal edir. O, Rikardonun mövqeyində
duraraq
deyirdi ki, renta payı torpağın məhsuldarlığının azal-
ması və daha pis torpaqların becərilməsinə keçirilməsi ilə
müəyyən olunur. Əməkhaqqı fəhlə fondu deyilən fondla bağ-
lıdır, mənfəət isə məhsulun dəyərinin kəmiyyətcə qalığıdır.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində Avropanın
başlıca ölkələrində olduğu kimi ABŞ da geniş inkişaf tapmış
sənaye inqilabı feodal istehsal münasibətəri ilə əlaqədar olan
patrialxal təsərrüfat formasının məhv edilməsi və yeni istehsal
münasibətlərinə əsaslanan burjua quruluşunun qələbəsi ilə nəti-
cələndi. XVIII əsrin axırında öz müstəqilliyi uğrunda İngiltərə
üzərində qələbə çalması, azad məhsuldar torpaqların və digər
139
təbii sərvətlərin bolluğu, geniş immiqrasya, kapitalın və texniki
mədəniyyətin ixracı, qədim dünya kapitalizmin inkişafını
sürətləndirdi və ölkənin iqtisadi qüdrətini möhkəmlətdi. Bütün
bunlar kapitalist münasibətlərinin nisbətən ahəngdarlığı,
sinfi
mənafelərin həmrəyliyi ideyasını yaradırdı. Amerikanın cənu-
bunda XIX əsrin I yarısında quldarlıq hökm sürürdü. Sənaye
hələ tam möhkəmlənməmişdi. İngiltərə ilə rəqabətdə Amerika
sənayesi hələ də geri qalırdı. Buradan da A.Smitin və D.Rikar-
donun fritrederçilik siyasətinin təbliğinə qarşı əks meyillər
meydana gəlirdi.
Həmin dövrdə Amerika məktəbinin nümayəndələrindən
biri
Dostları ilə paylaş: