50
Özü torpaq mülkiyyətçisi olduğundan
feodal-təhkimçilik mü-
nasibətlərini müdafiə mövqeyində qalır, sərvət haqqında mə-
sələni qoruyur, lakin onu iqtisadi deyil, fəlsəfi-etik baxımdan
nəzərdən keçirir. O, feodal cəmiyyətinin nöqsanlarını göstərir,
mərkəzləşdirilmiş dövləti ideal siyasi quruluş hesab edirdi.
Azərbaycanda orta əsrlərin iqtisadi fikri özünün ən yük-
sək səviyyəsinə - XII əsrdə çatır. Azərbaycan xalqının mədə-
niyyəti və ictimai fikrinin parlaq siması olan
Nizami Gəncəvi
(1141-1209) bu dövrdə yaşamışdır. Nizami öz dövrünün və
bütün dövrlərin
elə bir mütəfəkkiridir ki, yaradıcılığında ədə-
biyyat, fəlsəfə, astronomiya, təbiət, tarix və iqtisadiyyat elmləri
sintez olunmuşdur. Nizamini peşəkar iqtisadçı hesab etmək
məqbul sayılmasa da, onun iqtisadi baxışları dərinliyi və yet-
kinliyi ilə diqqəti cəlb edir.
N.Gəncəvi özünün fəlsəfi, sosial-iqtisadi
fikirlərini əsasən
məşhur beş əsərinin birləşdiyi
“Xəmsə”
sində əks etdirmişdir.
O, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını, onların
dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirləri poetik
formada vermişdir.
Onun əsərlərində feodal mülkiyyəti, ondan
irəli gələn ziddiyyətlər, vergi sistemi, torpaq mülkiyyəti, sosial
ədalət və bərabərlilik ideyaları xüsusi yer tutur. N.Gəncəvi is-
tehsal, əmək prosesi, bölgü və istehlak, əməyin cəmiyyətin hə-
yatında rolu, elmi biliyin, təhsilin
cəmiyyətin ən mühüm sər-
vəti, əmək bölgüsünün isə sərvətin artmasının əsas amili hesab
edirdi. Onun əsərlərində cəmiyyətin inkişafında ticarətin mütə-
rəqqi rolu, mübadilə prosesində ədalətin gözlənilməsi, tələb və
təklifin qiymətin dəyişməsinə təsiri məsələlərinin şərhi xüsusi
əhəmiyyət kəsb edir. "Xəmsə"də pulun mənşəyi, yaranma ta-
rixi, qızıl və gümüşün pula çevrilməsi
məsələləri poetik şərh
edilir. Onun fikrincə pul insanın tələbatının ödənilməsinə xid-
mət edən vasitədir. Mülkiyyətin ümumiliyini və bölgüdəki bə-
rabərlik ideyalarını irəli sürməklə, Nizami Gəncəvi hakim və
məhkum, ağa və qul, zalım və məzlum, varlı və yoxsul olma-
yan quruluş yaratmağı
nəzərdə tutmuş, təbiəti, cəmiyyəti və
51
insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla,
insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının
mümkünlüyü ideyasını əsaslandırmış, bütün elmlərin insana,
cəmiyyətə xidmət göstərməsi zəruriliyi və digər iqtisadi ideya-
ları ilə iqtisadi fikir tariximizi zənginləşdirmişdir.
Orta əsrlər Azərbaycanın iqtisadi fikir tarixində ensiklo-
pedik biliyə
malik olan görkəmli şair, astronom, riyaziyyatçı,
filosof və iqtisadçısı
Dostları ilə paylaş: