ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

"Siyasətnamə"
mühüm yer tutur. Onun müəllifi 
Səlcuq sultanının vəziri 
Xacə Nizamülmülk Həsən İbn Əli-
dir.
51 fəsildən ibarət olan bu kitabda dövlət hakimiyyətinin 
iqtisadi siyasətinin praktik vəzifələri əsaslandırılır, səlcuqilər
dövrünün ictimai-siyasi, dövlət quruluşu haqqında qiymətli 
məlumatlar verilir. "Siyasətnamə" əsərində kəndlilərdən vergi 
tutulması qaydaları, vergi yığanlar üzərində daim nəzarət, qa-
nundan kənarlaşmamaq haqqında müddəalar geniş yer tutur. 


50 
Özü torpaq mülkiyyətçisi olduğundan feodal-təhkimçilik mü-
nasibətlərini müdafiə mövqeyində qalır, sərvət haqqında mə-
sələni qoruyur, lakin onu iqtisadi deyil, fəlsəfi-etik baxımdan 
nəzərdən keçirir. O, feodal cəmiyyətinin nöqsanlarını göstərir, 
mərkəzləşdirilmiş dövləti ideal siyasi quruluş hesab edirdi. 
Azərbaycanda orta əsrlərin iqtisadi fikri özünün ən yük-
sək səviyyəsinə - XII əsrdə çatır. Azərbaycan xalqının mədə-
niyyəti və ictimai fikrinin parlaq siması olan 
Nizami Gəncəvi 
(1141-1209) bu dövrdə yaşamışdır. Nizami öz dövrünün və 
bütün dövrlərin elə bir mütəfəkkiridir ki, yaradıcılığında ədə-
biyyat, fəlsəfə, astronomiya, təbiət, tarix və iqtisadiyyat elmləri 
sintez olunmuşdur. Nizamini peşəkar iqtisadçı hesab etmək
məqbul sayılmasa da, onun iqtisadi baxışları dərinliyi və yet-
kinliyi ilə diqqəti cəlb edir. 
N.Gəncəvi özünün fəlsəfi, sosial-iqtisadi fikirlərini əsasən 
məşhur beş əsərinin birləşdiyi 
“Xəmsə”
sində əks etdirmişdir. 
O, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarını, onların 
dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirləri poetik 
formada vermişdir.
 
Onun əsərlərində feodal mülkiyyəti, ondan 
irəli gələn ziddiyyətlər, vergi sistemi, torpaq mülkiyyəti, sosial 
ədalət və bərabərlilik ideyaları xüsusi yer tutur. N.Gəncəvi is-
tehsal, əmək prosesi, bölgü və istehlak, əməyin cəmiyyətin hə-
yatında rolu, elmi biliyin, təhsilin cəmiyyətin ən mühüm sər-
vəti, əmək bölgüsünün isə sərvətin artmasının əsas amili hesab 
edirdi. Onun əsərlərində cəmiyyətin inkişafında ticarətin mütə-
rəqqi rolu, mübadilə prosesində ədalətin gözlənilməsi, tələb və 
təklifin qiymətin dəyişməsinə təsiri məsələlərinin şərhi xüsusi 
əhəmiyyət kəsb edir. "Xəmsə"də pulun mənşəyi, yaranma ta-
rixi, qızıl və gümüşün pula çevrilməsi məsələləri poetik şərh 
edilir. Onun fikrincə pul insanın tələbatının ödənilməsinə xid-
mət edən vasitədir. Mülkiyyətin ümumiliyini və bölgüdəki bə-
rabərlik ideyalarını irəli sürməklə, Nizami Gəncəvi hakim və 
məhkum, ağa və qul, zalım və məzlum, varlı və yoxsul olma-
yan quruluş yaratmağı nəzərdə tutmuş, təbiəti, cəmiyyəti və 


51 
insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla, 
insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının 
mümkünlüyü ideyasını əsaslandırmış, bütün elmlərin insana, 
cəmiyyətə xidmət göstərməsi zəruriliyi və digər iqtisadi ideya-
ları ilə iqtisadi fikir tariximizi zənginləşdirmişdir.
 
Orta əsrlər Azərbaycanın iqtisadi fikir tarixində ensiklo-
pedik biliyə malik olan görkəmli şair, astronom, riyaziyyatçı, 
filosof və iqtisadçısı 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin