ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Nəsrəddin Tusi 
(1201-1274) xüsusi yer 
tutur. N.Tusi 70-dən çox elmi əsərin müəllifidir. Onun məşhur 
"Əxlaqi-Nasiri" 
(1232-1233) və 
"Dövlət maliyyəsi haqqında 
traktatlar"
əsərləri iqtisadi fikir baxımından diqqəti cəlb edir. 
N.Tusi antik sələflərinin fikirlərini sintezləşdirib ictimai əmək 
bölgüsü, pulun mənşəyi, ekvivalent mübadilə, əməyin ictimai 
funksiyası, cəmiyyətin inkişafının iqtisadi əsasları, əhalinin 
var-yoxdan çıxmasının və dövlət xəzinəsinin tükənməsinin 
səbəbləri haqqında daha dərin elmi mülahizələr irəli sürmüş-
dür. Məsələn, N.Tusi klassik formada əmək-dəyər nəzəriyyəsi 
yaratmasa da, onun əməyin müxtəlif növlərinin bərabərləşdiril-
məsinin əsasında iş vaxtının müəyyən kəmiyyətinin durdu-
ğunun iddia etməsi olduqca diqqətəlayiq bir faktdır. Onun əsər-
lərində əməyin ictimai funksiyası, əməyin sərvətin mənbəyi 
olması, əməyin müxtəlif növlərinin mənəvi qiymətləndirilməsi, 
cəmiyyətin sosial strukturu ilə əlaqədar məsələlərinin izahı mü-
hüm əhəmiyyət kəsb edir. “Dövlət maliyyəsi haqqında trak-
tat”da əksini tapan maliyyə, dövlət xəzinəsinin gəlir və xərclə-
rinin müəyyən edilməsində uçot və nəzarət, istehsal, bölgü, 
istehlak, istehsal və istehlak arasında qarşılıqlı əlaqə, təkrar 
istehsal haqqında fikirləri çox əhəmiyyətlidir. O, verginin növ-
lərini sayır, feodal mülkiyyətçilərinin yalnız izafi deyil, hətta 
zəruri məhsulun əhəmiyyətli hissəsini mənimsədiklərini və 
nəticədə kəndli təsərrüfatlarının tam tənəzzülünü, dövlət xəzi-
nəsinin kəskin azalmasını aydın izah edir. O, vergi sisteminin 
yaxşılaşdırılmasını tövsiyə edir. N.Tusi dövlət büdcəsinin aktiv 
balansı ideyasını inkişaf etdirir. 


52 
Görkəmli şair və mütəfəkkir 
İmadəddin Nəsiminin
so-
sial-iqtisadi baxışlarının əsasını insan konsepsiyası təşkil edir. 
XIV əsrin axırlarında mütərəqqi bir hadisə kimi Azərbaycanda 
geniş yayılan hürufiliyin görkəmli nümayəndəsi olan Nəsimi 
insanı dünyada ən qiymətli sərvət hesab edir. "Hər şey insana, 
onun rifah və səadətinə xidmət etməlidir" kimi öz dövrü üçün,
şübhəsiz olduqca cəsarətli və mütərəqqi olan bir ideya uğrunda 
mübarizə aparır. O, qəzəllərində maddi dəyərlər yaradan in-
sanların bütün fəaliyyətini qiymətli sərvət hesab edir, hökmran 
olan istehsal münasibətlərinin hər cür təzahür formalarına qarşı 
çıxaraq feodal cəmiyyətinin yalnız qəddarlığını və zorakılığını 
deyil, həm də onların səbəblərini də göstərir. Nəsiminin insan 
konsepsiyası insanın özünü dərk etməyə, təbiət və cəmiyyətin 
inkişafı qanunlarına yiyələnməyə, sosial-iqtisadi ədalətsizliyi 
aradan qaldırmaq üçün əməli işlər görməyə səsləyir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin