ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Kim iqtisadi hadisələrə və hər bir tədbirə məhsuldar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

40. Kim iqtisadi hadisələrə və hər bir tədbirə məhsuldar 
qüvvələrin və millətin sərvətinin inkişaf nöqteyi-nəzərdən 
yanaşmışdır:
A) K.Marks D))A.Smit 
B) D.Rikardo E) U.Petti 
C) A.Marşall 
 


112 
MÖVZU 7. D.RİKARDONUN İQTİSADİ TƏLİMİ 
 
1. D.Rikardo klassik iqtisad elmi sisteminin başa çat-
dırıcısı kimi 
2. D.Rikardonun iqtisad elminin inkişafında xidmət-
ləri 
3. D.Rikardonun qısa tərcümeyi-halı 
 
İngilis klassik siyasi iqtisadının nümayəndəsi, siyasi 
iqtisadda əmək-dəyər nəzəriyyəsinin banilərində biri olan 
David Rikardo
1772-ci ildə Hollandiyadan miqrasiya etmiş 
ispan yəhudisi ailəsində anadan olmuşdur və ailənin üçüncü 
uşağı idi. Davidin 12 yaşı olanda atası onu Amsterdama dayı-
sının yanına göndərir. O burada iki il ticarət məktəbində təhsil 
alır və 14 yaşında atasının yanına qayıtdıqdan sonra ona birja 
və ticarət əməliyyatlarında kömək edir. 21 yaşında olarkən o, 
valideynlərinin istəklərinin əksinə olaraq xristian qızı ilə evlən-
miş, valideynləri dərhal onu vərəsəlikdən məhrum etmişlər. 
Çarəsizlikdən sonralar o özünü müstəqil şəkildə saxlamaq üçün 
qiymətli kağızlarla spekulyasiya və kredit müqavilələrinin bağ-
lanmasında vasitəçilik etməklə varlanmışdır. 
David Rikardo London Səhm Birjasında müvəffəqiyyət 
qazanmış İngiltərə sakini idi. Onun sərvəti ona imkan vermiş-
dir ki, Parlamentdə İcmalar Palatasında işləsin və əsərlər yaz-
sın. Onun ən məşhur əsəri 
"Siyasi iqtisad və vergi qoyulu-
şunun prinsipləri"dir (1817)
və bu əsər onu Adam Smitdən 
sonra klassik iqtisadiyyatda ən nüfuzlu bir şəxsiyyət kimi 
tanıtmışdır. 
D.Rikardo iqtisadiyyatı mürəkkəb bir sistem kimi tədqiq 
etməyə və əsas müvazinət şərtlərini müəyyən etməyə çalış-
mışdır. Bu, Rikardoda belə bir inamla bağlı idi ki, iqtisadiyyat-
da obyektiv qanunlar fəaliyyət göstərir və əsas meyillər kimi
bu qanunların fəaliyyətini təmin edən mexanizmlər mövcud-
dur. İqtisad elmində elmi tədqiqat metodlarının işlənməsində, 


113 
pul tədavülü, kredit, torpaq rentası, beynəlxalq iqtisadi münasi-
bətlər, vergilər kimi konkret sahələrin inkişafında Rikardonun 
əsərləri böyük rol oynamışdır. 
D.Rikardonun fikrincə, dəyər hər hansı əmtəənin istehsa-
lına yönəlmiş əməyin nəticəsi ilə deyil, əlverişsiz şəraitdə 
istehsal olunmuş eyni əmtəəyə sərf edilən əməklə ölçülməlidir. 
Bu isə kənd təsərrüfatında qiymətəmələgəlmənin əsasını təşkil 
edir. Rikardo əmtəənin əmək vasitələrinin yaratması haqqında 
əvvəllər mövcud olmuş baxışları tənqid edir və bildirirdi ki, 
əmək vasitələri özləri köhnə əməyin nəticəsində yaradılmışdır 
və o da öz dəyərini yeni yaradılmış əmtəənin üzərinə keçirir. 
Eyni zamanda, Rikardonun "Müqayisəli üstünlüklər nəzəriy-
yəsi"nin banisi kimi xarici ticarətin və beynəlxalq əmək bölgü-
sünün inkişafında əvəzsiz xidmətləri olmuşdur.
Öz əsərlərində 
Rikardo göstərmişdir ki, azad ticarət, onun müqayisəli üstünlük 
adlandırdığı prinsip əsasında daha çox faydaya malikdir. 
Rikardo bu prinsipi izah edərkən, Portuqaliya və İngiltərəni 
misal çəkmişdir; bu ölkələrin hər ikisi şərab və parça istehsal 
edir. O, aşağıdakı mülahizələr vasitəsilə hər iki ölkənin 
üstünlüyünü nəzərdən keçirir: 
Şərabın "x" barreli parçanın "y" yardına bərabərdir (və 
deməli, rahat bir tərzdə mübadilə edilir). 
Portuqaliyada fəhlələrdən 80 nəfəri bir ildə "x" barrel 
şərab istehsal edir. Bu qədər barrel şərab istehsal etmək üçün 
120 ingilis fəhləsi bu işlə məşgul olmalıdır. 
Portuqaliyada 90 fəhlə bir ildə "y" yard parça istehsal 
edə bilər. "Y" yard parça istehsal etmək üçün 100 ingilis fəhləsi 
lazımdır. 
Biz görə bilərik ki, - Rikardo yazır - Portuqaliyada şərab 
və parça İngiltərədə olduğundan daha effektiv istehsal edildi-
yinə baxmayaraq, Portuqaliya şərab istehsalında ixtisaslaşmalı 
və İngiltərənin parçasını idxal etməlidir. Bu ona görədir ki, 
İngiltərə ilə ticarət etməklə Portuqaliya 80 fəhlə həcmində 


114 
parça əldə edə bilər ki, bu həcmdə parça Portuqaliyada 100 
fəhlə həcmində məsrəflər tələb edərdi.
Bu sövdələşmədən, həmçinin İngiltərə də fayda götürür. 
Parça istehsalında ixtisaslaşmaqla, o, 100 fəhlə məsrəfi həc-
mində şərab əldə edir və bu qədər şərab İngiltərədə istehsal 
edilsəydi, 120 fəhlə qədər məsrəflər tələb olunardı. 
1819-1823-cü illərdə ingilis parlamentinin üzvü olduğu 
dövrdə özünün inqilabi baxışlarını tətbiq etməyə başlamış, 
parlament tribunasından həmişə azad ticarətin müdafiəsinə 
qalxmış, proteksionizmin əleyhinə çıxış etmişdir. 
Parlamentin üzvü kimi, Rikardo hökumətə təzyiq göstə-
rirdi ki, ticarət məneələri siyasətindən əl çəksin. Bu məqsədə 
çata bilmədiyinə baxmayaraq, onun səyləri 1840-cı illərdə 
bəhrə verdi və İngiltərə azad ticarət siyasətini qəbul etmiş 
birinci sənaye dövləti oldu. Bundan sonra 70 il ərzində iqtisadi 
yüksəliş baş verdi və bu müddət ərzində dünyanın ən varlı 
sənaye dövləti oldu. 
Rikardo böyük ailə başçısına, ailəcanlı adama xas olan 
bütün yüksək keyfiyyətlərə malik idi. Rikardonun nəinki uşaq-
ları, eyni zamanda kiçik qardaş və bacıları, hətta həyat yolda-
şının qohumları da ona alicənab, qayğıkeş və ədalətli bir insan
kimi baxırdılar.
D.Rikardonun renta nəzəriyyəsi bu gün də əhəmiyyətini 
itirməmişdir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, 
torpaq sahəsinin məhdudluğu, keyfiyyətcə və məkanca eyni 
olmaması pis torpaq sahələrindən də istifadə olunması zərurəti 
yaradır. Pis torpaq sahələrinə nisbətən yaxşı və orta torpaq 
sahələrindən əldə olunan gəliri D. Rikardo renta adlandırır və 
onu qiymətə daxil etmir.
13
D.Rikardo 1823-cü ildə, 51 yaşında beyin soyuqdəymə-
sindən vəfat etmişdi. 
13
Bax: Əliyeva A.M. Qiyabi ali təhsil alanlar üçün "İqtisadi təlimlər
tarixinin öyrənilməsi"nə dair metodik vəsait. Bakı, 2001, səh.21.


115 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin