ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Sismondi (Jan Şarl Monar Sismond



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Sismondi (Jan Şarl Monar Sismond 
de Sismondi)
olmuşdur.
S.Sismondi
(1773–1843) Cenevrədə keşikçi ailəsində 
anadan olmuş, sənaye kapitalizmini tənqid edən ilk iqtisadçı və 
tarixçi kimi xırda istehsalçıların mənafelərini müdafiə etmişdi. 
Klassik məktəbdən fərqli olaraq iqtisadi hadisələrin öyrənil-
məsində abstraksiya metodunun əleyhinə olmuş, siyasi iqtisada 
iqtisadi münasibətlər haqqında elm kimi deyil, mənəvi, əxlaqi, 
insanın təbiətini, davranışını öyrənən elm kimi baxmışdır. 
S.Sismondi A.Smitin iqtisadi azadlıq ideyasının əleyhinə ola-
raq göstərmişdir ki, bütün ziddiyyətlərin mənbəyi şəxsi məna-
feyin təmin olunmasına səy edilməsidir. 
S.Sismondi iri sahibkarlığa qarşı qəti çıxış edərək xırda 
istehsalçıların tərəfində olmuş, ingilis klassik məktəbinin ək-
sinə olaraq kapitalizmin mühüm problemlərini tənqidi cəhətdən 
təhlil etmiş, “Kənd təsərrüfatının vəziyyəti” (1801) və “Siyasi 
iqtisad” (1810) əsərlərini yazmışdır. O, inkişafında iki mərhələ 
keçmişdir. I mərhələdə Smitin ardınca gedərək azad sahibkarlıq 
prinsipini müdafiə etmiş, daha sonra o, “Siyasi iqtisadın və sər-
vətin əsasları” (1819) əsərində klassik məktəbin və kapi-
talizmin tənqidçisi kimi çıxış etmişdir.
Buna görə də Sismondinin metodologiyası ikili xarakter 
kəsb etmiş və bu iqtisadi proseslərin mahiyyətini açmağa ma-
neəçilik törətmişdir.
S.Sismondi siyasi iqtisadın obyektiv iqtisadi inkişaf qa-
nunlarını öyrənməsini inkar edərək siyasi iqtisadın predmetini 
xalqın sərvətinin idarə olunmasında görürdü. Sismondi Smit və 
Rikardonu sərvəti insandan təcrid olunmuş şəkildə təhlil etmə-
lərində günahlandırırdı. O, qeyd edirdi ki, sərvətin məqsədi in-
sanların tələbatının ödənilməsidir.
14
S.Sismondi kapitalizmi tənqid etməklə bərabər, xırda is-
tehsalı ideallaşdırmışdır. Bir tərəfdən o kapitalizmi (iri maşınlı 
14
Bax: Əliyev Ü.Q. İqtisad elminin aktual problemləri. Bakı -2013, səh. 8. 


131 
istehsalı) tənqid etmiş, digər tərəfdən isə xırda əmtəə istehsalını 
ideallaşdıraraq kapitalizmi müdafiə etmişdir. 
S.Sismondi milli gəlirin izah edilməsində Smitin ehka-
mından uzağa gedə bilməmişdir. O, əmək-dəyər nəzəriyyəsinin 
mövqeyində duraraq göstərmişdir ki, əmək sərvətin yeganə 
mənbəyidir və dəyərin miqdarını müəyyən etmək üçün istehlak 
dəyəri ilə dəyər arasındakı ziddiyyətə fikir vermiş, kapitala 
istehsal vasitələrini özünə daxil edən istehsal ehtiyatı kimi 
baxmış, kapitalın təsnifatını isə Smit və Rikardonun fikirlərinə 
əsasən izah etmişdir. Onun mənfəət haqqında nəzəriyyəsinə 
görə mənfəət fəhlə əməyinin məhsulundan çıxmadır, qeyri- 
əmək gəlirlərinin nəticəsidir. O, rentanı təhlil edərkən ona tor-
pağın hədiyyəsi kimi baxmış, göstərmişdir ki, pis torpaqlardan 
da renta götürülməlidir. 
S.Sismondinin təliminin mərkəzində reallaşma və böh-
ranlar konsepsiyası durur. O, kapitalist istehsalının məqsədini 
istehlakda görür və belə nəticəyə gəlir ki, istehsal istehlaka 
uyğun olmalıdır. İstehlakı isə gəlirlə müəyyən edir. İstehsal 
olunan məhsulların reallaşması üçün istehsal cəmiyyətin gəlir-
lərinə uyğun olmalıdır. 
S.Sismondinin xidməti ondan ibarət olmuşdur ki, o isteh-
salla istehlak arasında ziddiyyəti görmüş, təkrar istehsal nəzə-
riyyəsində şəxsi istehlak probleminin mühümlüyünü və həm-
çinin böhranların labüdlüyünü qeyd etmişdir. Böhranlar nəzə-
riyyəsində böhranlardan xilas olmanın yolunu üçüncü şəxs-
lərdə-kəndlilər, sənətkarlar, xırda istehsalçılarda görmüşdü.
S.Sismondi "Siyasi iqtisadın yeni prinsipləri" adlı əsə-
rində azad sahibkarlığa, iqtisadiyyata və sənaye kapitalizminə 
dövlət müdaxiləsinin olmamasına qarşı tənqidi yanaşmasını 
açıq şəkildə göstərmişdir. O, belə hesab edirdi ki, yeni sənaye 
sistemi istehlakın tam həyata keçirilməməsi ilə yarana biləcək 
böhranlarla xarakterikdir. Sismondi xüsusən texniki tərəqqi ilə 
əlaqədar canlı əməyə olan tələbin tədricən azalmasından çox 
narahat idi. O, minimum əməkhaqqını sığortalamaq, aylıq 


132 
əmək saatlarının miqdarını müəyyən etmək, maksimal və 
minimal əmək qabiliyyətli yaş müddətlərini müəyyənləşdirmək
və digər üsullardan istifadə etməklə bir sıra problemlərin 
həllini yalnız iqtisadiyyata dövlət müdaxiləsində görürdü.
S.Sismondiyə, həmçinin, Marksın sələfi kimi də baxmaq 
olar, belə ki, o, zavod - fabrik timsalında fəhlə sinfini üstünlük 
verilən qurban kimi qiymətləndirmiş, işçilər və təsərrüfat 
sahiblərinin "sinfi mübarizədə" olduğunu təsdiqləyən yeni iqti-
sadi termini elmə gətirmişdi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin