Con Ramsey Mak-Kullox
1789-cu ildə Şotlandiyada
anadan olmuşdur. 25 il ərzində o, XIX əsrin "Edinburq icmalı"
adlı nüfuzlu jurnalında çoxsaylı iqtisadi məqalələr nəşr etdir-
mişdir. O, həmçinin "Siyasi iqtisadın prinsipləri" (1825), geniş
oxucu auditoriyasına malik bir sıra pamfletlərin və sonsuz
sayda qəzet məqalələrinin müəllifi idi. Rikardonun sadiq
tələbəsi olmasına baxmayaraq, Mak-Kulox heç vaxt sadəcə,
doqmatik davamçı olmamışdır. O, Rikardo sisteminin müxtəlif
çatışmazlıqlarını razılıqla qəbul etmiş, xüsusilə də siyasi mə-
sələlərində onun bəzi mülahizələri ilə açıqcasına razılaşmırdı.
F.Bastiya
(1801-1850) varlı fransız kommersantı ailə-
sində anadan olmuşdur. 40-cı illərdə azad ticarətin xeyrinə
olaraq himayəçiliyə qarşı çıxmış və geniş təbliğat işləri ilə
məşğul olmuşdur. Öz iqtisadi baxışlarını “İqtisadi harmoniya”
adlı əsas əsərində inkişaf etdirmişdir. Burada o sosial ziddiy-
yətlər haqqında təlim yaratmağa cəhd göstərmiş, onun dövrünə
xas olan burjua cəmiyyətini əbədi, tam mükəmməl bir cəmiy-
yət adlandırmışdır. İqtisadi ahənglərin mənbəyini mübadilə və
məhdudlaşdırılmayan rəqabətdə görürdü.
XIX əsrin 40-50-ci illərində Fransada iqtisadi fikir nüma-
yəndəsi olan F.Bastiya "xidmət" nəzəriyyəsinin köməyi ilə öz
134
xidmətlərinin bir-birinə mübadilə edən müxtəlif siniflər arasın-
da iqtisadi ahəngdarlıq axtarmağa çalışmışdır. Göstərilmişdir
ki, azad rəqabət şəraitində mübadilə bərabər, ekvivalent xarak-
ter daşıdığından insanlar bir-birlərinə xidmətlər göstərirlər. Əl-
də olunan əsas gəlirlər sahibkar gəliri, borc faizi, torpaq rentası
insanların göstərdikləri xidmətə görə haqdır. Bu ideyanı əsas-
landırmaq üçün J.B.Seyin xidmət nəzəriyyəsinə müraciət et-
mişdi. Lakin Seydən fərqli olaraq göstərirdi ki, nəinki insanlar,
həmçinin təbiət qüvvələri, şeylər də xidmət göstərirlər. Xidmət
dedikdə, o yalnız istehsal prosesindəki real əmək məsrəflərini
deyil, həm də kimsə tərəfindən qoyulan hər hansı qüvvəni və
ya bu xidmətdən istifadə edənin azad olmasını başa düşürdü.
Buradan da fəhlələrlə birlikdə kapitalistlərin və torpaq mülkiy-
yətçilərinin də dəyərin istehsalında xidmətlərinin olduğunu
qeyd edirdi. Kapitalistə xidmətinin əvəzində mənfəət əldə et-
məsini kapitalistin istehlakdan imtina etməsi kimi baxırdı.
Əməklə kapital arasında ahəngdarlıq axtararaq F.Bastia
Rikardonun mənfəət və əməkhaqqı nəzəriyyəsinin əksinə ola-
raq "kapital yığımı" qanunu yaradır. Bu qanuna görə əmək və
kapital öz mənafeylərinə görə həmrəydilər. Bastiaya görə, kapi-
talın artması ilə fəhlələrin payı nəinki mütləq, həm də nisbi,
kapitalistlərin payı isə yalnız mütləq artır. Bu nəzəriyyəni irəli
sürərkən Bastia heç bir faktlara əsaslanmır. O, sadəcə olaraq
mənfəət normasının aşağı düşməsi faktına əsaslanır ki, burada
da mənfəət norması ilə milli gəlirdə kapitalistlərin payını
qarışdırır.
F.Bastia "Xidmət nəzəriyyəsi"nin köməyi ilə kapitalistlər-
lə torpaq mülkiyyətçiləri arasında fərqləndirici xüsusiyyətləri
açır. O, torpaq rentasını torpaq sahiblərinin xidmətinin mükafa-
tı kimi qələmə verir. Beləliklə, kapitalla torpaq mülkiyyətçisi
arasında ahəngdarlığı torpaq rentasının torpağa qoyulmuş kapi-
tala görə faizin müxtəlifliyində görür. Bu təlimdə torpaq renta-
sının spesifik xüsusiyyətləri yox olur, onun mənfəətdən fərqi
ayırd edilmir.
135
İngiltərədə
Dostları ilə paylaş: |