Jan Batist Sey
1767-ci Lionda tacir ailəsində anadan
olmuşdur. Yetkinlik dövründə o, Şimali Fransada pambıq parça
fabrikini idarə etməli olmuşdur. Gənclik illərində Sey sığorta
şirkətində çalışmış və uzun müddət jurnallar redaktə etmiş və
1830-cu ildə Parisdə "Kollec de Fransa"da siyasi iqtisad kafed-
rasının rəhbəri vəzifəsinə keçmişdir. Yaşadığı dövr ərzində də-
fələrlə İngiltərəni ziyarət edərək, Maltus və Rikardonun bir sıra
doktrinalarının tam qəbul etməsinə razılıq verməsə də, onların
yaxın dostu olmuşdur.
J.B.Sey A.Smitin təlimini sistematik olaraq təhlil etmiş,
onun sisteminin zəif tərəflərini ayırmağa və inkişaf etdirməyə
səy göstərmişdir. Eyni zamanda o, Fransada hüquqlar sistemi-
nin əsasını qoymuşdur.
O, iqtisadi görüşlərini “Siyasi iqtisadın traktatları”, “Si-
yasi iqtisadın katexezisi” və altı cildlik "Siyasi iqtisad kursu"
əsərlərində əks etdirmişdir. Keynsin "Ümumi nəzəriyyə"
(1936) əsərində şərh edilən Sey qanununun müəllifi kimi məş-
hurlaşmışdır. Sey qanuna görə, rəqabətli bazarlar avtomatik
şəkildə tam məşğulluğa nail ola biləcək tendensiyaya malikdir.
J.B.Sey siyasi iqtisadı üç müstəqil hissəyə bölürdü: is-
tehsal, mülkiyyətin bölgüsü və istehlak. Bu təsnifatlaşdırma
təkrar istehsalın elementləri arasında əlaqəni əks etdirirdi. İq-
tisadi sistemdə bölgü və istehlakı müstəqil bölmə kimi ayıraraq
ən əvvəldən istehsalla yanaşı qoyurdu. O, bu əsas elementlər
arasında həqiqi əlaqəni qırmışdı. Necə ki, istehsal münasi-
bətlərinin müəyyən tipi, müəyyən bölgü və istehlak münasibət-
lərini yaradır.
128
J.B.Sey istehsal, bölgü və istehlakın spesifik formalarını
tədqiq etməmiş və cəmiyyətin inkişafının müxtəlif mərhələ-
lərində onların spesifik forma qəbul etdiyini görə bilməmişdir.
İstehsal bölməsində istehsalın ictimai formalarından deyil,
bütövlükdə maddi nemətlərin istehsalından danışmışdır. O, si-
yasi iqtisad qanunlarına əbədi qanunlar kimi baxırdı. D.Rikar-
donun əmək-dəyər nəzəriyyəsinə qarşı çıxırdı. Sərvətin əmtəə
formasını faydalı şeylərin cəmi ilə eyniləşdirir və sərvətin
qiyməti adlandırırdı.
J.B.Sey dəyər və gəlirlər haqqında nəzəriyyəsində klassik
məktəbin elmi nailiyyətlərindən irəli gedərək dəyərin mənbə-
yinin əmək olmasının əksinə olaraq onun faydalılığı ilə ölçül-
məsini iddia etmişdir. Bu nəzəriyyəyə görə istehsal faydalılıq
yaradır, faydalılıq isə qiymətliliyin predmetidir. Qiymətlilik isə
faydalılığın ölçüsüdür. Beləliklə, Sey dəyərlə istehlak dəyərini
eyniləşdirmişdir.
A.Smit göstərirdi ki, mübadilə dəyəri faydalılıqla mütləq
əlaqəli deyil, faydalı şeylər aşağı dəyərə də malik ola bilərlər.
Həyat üçün lazım olan predmetlərin (məsələn, hava, suyun)
dəyəri yoxdur. Faydalılığın dəyərin mənbəyi kimi göstərilməsi
müasir iqtisadçıların fikirlərində də əks olunur. J.B.Sey əm-
təənin dəyərini onun faydalılığı ilə müəyyən edərkən gəlirlər
problemini də nəzərdən keçirirdi. O, göstərirdi ki, istehsalda üç
amil - əmək, kapital, torpaq iştirak edir. Bunların hər birinin
dəyərin yaradılmasında öz yeri vardır. Əməkhaqqı əməyin,
renta torpağın, mənfəət isə kapitalın mükafatıdır. Onun nəzə-
riyyəsində pul təkcə mübadilə aləti, "məhsulların dəyərini da-
şıyan araba" deyil, həm də məhsulların mübadilə prosesində
mühüm rol oynayır. Əməkhaqqı, faiz və mənfəət əməyin təbii
törəməsi hesab edilir. İstehsal vasitələrini və torpağı isə təkrar
istehsalın sadə elementləri adlandırırdı. Bu xətlə sahibkar gə-
lirlərinin əmək versiyasını irəli sürürdü. Seyə görə, əgər faiz
kapitalın törəməsidirsə, sahibkar gəliri sahibkarın əməyinin
mükafatlandırılmasıdır. Seyin fikricə, yüksək əməkhaqqı onun
129
fəaliyyətinin sayəsində əldə olunur. Sey fərz edirdi ki, istehsa-
lın inkişafı üçün tələbatların təşviqinə və istehlakçılara yüksək
əməkhaqqı almağa kömək etmək lazımdır ki, onlar bu əmək-
haqqına daha çox əmtəə (xidmət) ala bilsinlər.
J.B.Seyin digər bir nəzəriyyəsi “Satış nəzəriyyəsi” təkrar
istehsalın harmonikliyini əsaslandırmağa çalışaraq, ümumi
böhranların labüdlüyünü inkar edir. Seyin fikrinə görə, bütün
istehsalçıların başlıca məqsədi mübadilə qiymətidir, bir əm-
təəni başqa əmtəəyə mübadilə etməsidir. Burada pul müvəqqəti
olaraq vasitəçi rolunu oynayır. Buradan o belə nəticə çıxarır ki,
hər bir satıcı eyni zamanda alıcıdır. Tələblə təklif uyğun gəlir
və heç bir həddindən artıq istehsal baş vermir. Lakin o ayrı-ayrı
sahələrdə istehsalın ifrat istehsal olduğunu inkar etmir. Buna
görə də çıxış yolunu ikincidərəcəli sahələrdə istehsalın hərtə-
rəfli inkişafında görür. Satış nəzəriyyəsinin axırıncı maddəsin-
də proteksionizmə, xarici və yerli malların ixracını çətinləşdi-
rən amillərə qarşı çıxış edirdi. Ticarətdə tam azadlığı müdafiə
edirdi. Seyin reallaşma, satış nəzəriyyəsinə görə kapitalistlər
özlərinin şəxsi istehlakı üçün məhsullar istehsal edir, həmçinin
öz məhsullarını başqa şəxslərin məhsulları ilə mübadilə edirlər.
Əmtəələrin tədavülü ibtidai mübadiləyə əsaslanırdı. Məhsul
başqa məhsulla mübadilə edildikdə alqı və satqı üst-üstə düşür.
Sadə əmtəə tədavülündə alqı-satqı ilə bir yerə düşməyə də
bilər. Bunlar zaman və məkanca ayrı da ola bilər. Buna görə də
böhranların mümkünlüyü mücərrəddir.
J.B.Seyin satış nəzəriyyəsində dövrü böhranlar təsadüfi
hadisə kimi qeydə alınırdı. İlk iqtisadi böhran 1825-ci ildə qey-
də alınmışdır. Ona görə Sey öz əsərlərində böhranların labüdlü-
yünü görə bilmirdi.
Klassik siyasi iqtisad İngiltərədə Rikardo ilə başa çatmış-
dırsa, Fransada S.Sismondi ilə başa çatdı. Həmin dövrdə Fran-
sada sənaye çevrilişi, kapitalist iri maşınlı sənayesi xırda isteh-
salçıları müflisləşdirərək, onları var-dövlətdən çıxarmışdı. Belə
bir şəraitdə kapitalizmin tənqidçiləri yaranırdı ki, bunun da ilk
130
nümayəndəsi Fransada
Dostları ilə paylaş: |