Mövzu 6
Şəhərin məkan inkişafı. Silsilə proseslər.
Şəhərdə struktur-planlaşdırma vahidlərinin ierarxiyası
Hər bir şəhərin tarixi inkişafının müxtəlifliyi və fərdiliyinə baxamayaraq onların məkan inkişafını 3 əsas formaya aid etmək olar:
-
şəhər tikintsinin sıxlaşdırılması, ərazi istifadəsinin intensivləşdirilməsi (səmərələşdirilməsi), fəal rekonstruksiya (şək. 45).
şək. 45
-
Şəhər sərhədlərinin genişləndirilməsi və yeni şəhər kənarı ərazilərin mənimsənilməsi (şək. 46).
şək. 46
Şəhərin bir-birindən ayrılmış, yeni sərbəst rayonlarının (şəhər-peyklərin) “törəmələri” (şək.47).
şək.47
Şəhərin təkamül (inkişaf) prosesində bu sadalanmış məkan inkişafı formaları çox vaxt bir-birini əvəz edir.
Şəhər-silsilə paradiqması (cədvəli) çərçivəsində şəhər özünü təşkil edən sistem kimi baxılır. Şəhərsalma sisteminin (iri və çox iri, nəhəng şəhərlər, aqlomerasiyalar) silsilə inkişafı nəzəriyyəsinə görə özünün təkamül prosesi zamanı inkişaf sisilələri bir-birini əvəz edir.
Şəhər inkişafında mərkəzdənqaçma tendensiyaları.
Bu tendensiya ərazinin böyüməsi, şəhərin sərhədlərinin genişlənməsi, tikinti üçün yeni ərazilərin mənimsənilməsi (şək. 48) ilə müşayət olunur. Nəticə etibarilə bu, kommunikasiyaların uzanmasına, şəhərdə hərəkətə sərf olunan zamanın artmasına, mühəndis-nəqliyyat infrastrukturunun yüklənməsinə və nəqliyyatın bütövlükdə səmərəsiz işinə gətirib çıxarır.
şək. 48
Bu inkişaf sisiləsi şəhərsalma sistemi qeyri effektiv (səmərəsiz) işləməyə başladığı zaman başa çatır. Ərazi böyüməsi yavaşıyır və ya dayanır, daxili məkan resurslarının axtarışı və nəqliyyat sisteminin rekonstruksiyası başlayır, şəhərsalma fəaliyyəti mərkəzə doğru yönəlir.
Şəhər inkişafında mərkəzə canatan tendensiyalar.
Bu tendensiya tikintinin sıxlaşması və rekonstruksiyası ilə, bütün məkan resurslarının, istifadə olunmasə ilə (mərtəbəliliyin artması, əvvəllər mənimsənilməmiş ərazilərin və yeraltı məkanların mənimsənilməsi) müşayət olunur (şək. 49).
şək. 49
Nəqliyyat karkasının böyüməsi (uzanması) və mövcud ərazi resurslarının tükənməsi yeni ərazi böyüməsinin meydana gəlməsinə, mərkəzə canatma tendensiyalardan mərkəzdən qaçma tendensiyalara keçməyə gətirib çıxarır. Şəhərsalma fəallığı periferiyaya (şəhər kənarlarına) keçir.
Şəhərsalma sisteminin inkişaf mərhələlərinin bir-biri ilə əvəz olunmasına dünyanın bir sıra çox iri (nəhəng) şəhərlərinin misalında izləmək olar (o cümlədən XX əsrin ortalarından başlayaraq Novosibirskin).
Şəhər əraziləri (əsası) struktur-planlaşdırılma vahidlərinə bölünür, bölgü ierarxik xarakter daşıyır və tərkibində bir neçə miqyas səviyyələri var. Belə bölgü şəhərsalma tənzimlənməsi (idarəetmə, layihələndirilmə və s.) prosesləri optimallaşdırılması məqsədi ilə yerinə yetirilir.
Dostları ilə paylaş: |