Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol


SPESİFİK XƏSTƏLƏRİN POPULYASİYASINDA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   15   16   17   18   19   20   21   22   23
24 Diabetes

SPESİFİK XƏSTƏLƏRİN POPULYASİYASINDA
ŞD2-nin APARILMASI 
A. Asimptomatik uşaqlarda ŞD2-nin testləşdirilməsi 
Meyarlar 
Artıq çəki (normal çəkinin 120%-i) + aşağıdakı risk 
faktorlarından ikisi:
► 
Ailədə diabet xəstəliyi (birinci və ya ikinci sıra qohumluq) 
► 
Bəzi etnik qruplara mənsubiyyət 
► 
İnsulin rezistentliyi və ya onun yaranmasına gətirib çıxaran 
şərtlər (acanthosis nigricans, hipertenziya, dislipidemiya və ya 
yumurtalıqların polikistoz sindromu) 
► 
Anada diabet və ya HŞD olması.
Xəstəliyin başlanması vaxtı: ilk dəfə 10 yaşda və ya yetişkənlik 
dövründə, əgər yetişkənlik dövrü erkən başlayıbsa.
Müayinə tezliyi iki ildən bir, AQQ yoxlanılması məsləhət 
görülür. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 27
B. Hestasiya ŞD2 (HŞD2) 
HŞD2-nin risk faktorları
1. Yaşın 25-dən az olması
2. Çəkinin artıqlığı və ya piylənmə 
3. Ailədə diabet xəstəliyi (məs., birinci sıra qohumluq) 
4. Qlükoza metabolizminin pozulması tarixi
5. Pis mamalıq anamnezi
6. Yenidoğulmuşun çəkisinin > 4 kq olması 
7. Yumurtalığın polikistozu sindromunun olması 
8. Bəzi etnik qruplara mənsubiyyət 
9. AQQ-nin (ən azı 8 saat qidalanmamaq şərtilə) >85 mq/dL və ya 2 
saatlıq postprandial qlükozanın konsentrasiyasının >140 mq/dL 
olması (75 qr. qlükoza ilə OQTT-dən sonra)
Hamiləliyin planlaşdırılması proqramı (HPP) 
► 
Hamiləlik öncəsi HbA1c-nin səviyyəsi normaya mümkün qədər 
yaxın olmalıdır (<7%) (B) 
► 
Reproduktiv potensialı olan ŞD2-li qadınlar hamiləlik öncəsi 
normal qlükoza nəzarətinin və ailə planlaşdırılması prosesində 
iştirakın vacibliyi barədə məlumat almalıdırlar. (D) 
► 
Hamilə olmağı planlaşdıran diabetli qadınların vəziyyəti 
qiymətləndirilməli və diabetik retinopatiya, nefropatiya, 
neyropatiya və ÜDX olduqda, onlar müalicə olunmalıdır. (D) 
► 
Belə qadınların qəbul etdiyi dərman preparatları hamiləlik öncəsi 
nəzərdən keçirilməlidir, çünki diabetin müalicəsi zamanı istifadə 
edilən preparatların bir çoxu hamiləlik dövründə əks-göstərişdir. (D) 
► 
Anadangəlmə qüsurlar diabetli analardan doğulan uşaqlar 
arasında xəstələnmə və ölüm hallarının aparıcı səbəbidir. 
Qüsurların yaranma riski qlikemiyanın artması ilə düz 
mütənasibdir. Bu risk hestasiyanın ilk 6-8 həftəsi ərzində və 
HbA1c-nin konsentrasiyası ilə təyin olunur. Riskin azaldılması 
üçün HPP-yə uyğun hərəkət etmək lazımdır. HPP ŞD-li xəstələrə 
diabetik pəhriz və intensiv insulin terapiyası tətbiq etməklə, 
onları özünə nəzarət və QQPQ-yə hazırlayan çoxixtisaslı 
proqramdır. Məqsəd – normal qlikemiya və HbA1c ≤7% əldə 
etməkdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 28
Qüsurların yaranma riskini minimallaşdırmaq üçün mövcud olan 
standart qulluğa aşağıdakılar daxildir:
► 
Qüsurların yaranmasının planlaşdırılmamış hamiləliyin və pis 
metabolik nəzarətin nəticəsi olması barədə qadın pasiyentlərə 
məlumat vermək
► 
Metabolik nəzarət məqsədlərinə çatana qədər effektiv 
kontrasepsiyadan istifadə etmək. 
Hamiləlik zamanı əks-göstəriş olan dərmanlar kateqoriyalar üzrə 
dəyərləndirilir. Oral antidiabetik dərman preparatları arasında 
metformin və akarboza

“B” kateqoriyasına aid edilir (insanlarda 
təhlükəli olması barədə sübut yoxdur), digərləri isə “C” 
kateqoriyasına (risk istisna olunmur) aiddir. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin