Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 244,04 Kb.
səhifə29/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2014-cü il.

I bölmə. Həyat və yaradıcılığı.

İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli rayonunda anadan olmuşdur. 1930-1933-cü illərdə burada 2-ci dərəcəli məktəbi bitirib orta məktəblərdə dil və ədəbiyyat fənlərini tədris etmişdir. 1934-1938-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda coğrafiya şöbəsində qiyabi təhsil almışdır. O, 1938-1940-cı illərdə “Yeni yol”, “Kommunist” qəzetlərinin redaksiyalarında ədəbi işçi, 1940-1941-ci illərdə “Ədəbiyyat” qəzeti redaksiyasında Tənqid şöbəsinin müdiri, 1941-1947-ci illərdə Azərbaycan Radio Komitəsində Ədəbiyyat şöbəsinin müdiri, 1944-1945-ci illərdə Bakı Kinostudiyasında ssenari şöbəsinin rəisi, 1946-1947-ci illərdə “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında Nəşr şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1940-cı ildən Azərbaycan Yazıçılar İttifaqında nəşr üzrə məsləhətçi, 1958-1961-ci illərdə məsul katib kimi çalışmışdır. 1960-cı ildə “Azərbaycanın Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildən başlamışdır. İ.Əfəndiyevin “Berlində bir gecə” adlı ilk hekayəsi 1939-cu ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. “Söyüdlü arx”(1958), “Körpüsalanlar”(1960), “Dağlar arxasında üç dost”(1963), “Sarıköynəklə Valehin nağılı”(1978), “Geriyə baxma qoca”(1980) kimi romanları, bir çox digər povest və hekayələri azərbaycan və rus dillərində dəfələrlə Bakıda nəşr edilmişdir. Eyni zamanda, əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, ingilis, fransız, alman, çex, macar və sairə dillərdə tərcümə edilmişdir.

Onun “İşıqlı yollarla”, “Bahar suları” , “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Xurşud banu Natəvan”, “Billur sarayda”, “Bizim qəribə taleyimiz” və sairə pyesləri Azərbaycan Dövlət Akademik Dram Teatrında, eləcə də respublikamızın digər teatr səhnələrində tamaşaya qoyulmuşdur.İ.Əfəndiyev 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-cü il “Azərbaycanın Xalq Yazıçısı” fəxri adına layiq görülmüşdür. O, 1949-cu ildə “Şərəf” nişanı, 1971-ci ildə Oktyabr inqilabı, 1994-cü ildə “Şöhrət” ordenləri və bir çox medallarla təltif olunmuşdur.

İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yazıçının xatirəsini əbədiləşdirmək məqsədilə marka və zərflər buraxılmış, xatirə löhvəsi, xatirə abidəsi, büstü qoyulmuşdur, Bakıda elitar gimnaziyaya ədibin adı verilmişdir. Dünya sularında “İlyas Əfəndiyev” gəmisi üzür.



Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin