SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə10/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   6   7   8   9   10   11   12   13   ...   330
BÖYÜK GÜNAHLARIN SAYI

Alimlər böyük günahların sayı olub olmadığı barəsində ixtilaf edərək iki görüşə ayrılıblar: BİRİNCİ Böyük günahlarda say olduğunu qeyd edənlər də sayında ixtilaf etmişlər: İbn Məsud - radıyallahu anhu – deyir ki: «Dördür», İbn Ömər - radıyallahu anhu – deyir ki: «Yeddidir», Abdullah b. Amr - radıyallahu anhu – deyir ki: «Doqquzdur», İbn Abbas - radıyallahu anhu – deyir ki: «Onlar yeddi yüzə yaxındır»44, İmam Zəhəbi – rahmətullahi aleyhi – «Yetmiş beş».

Əbu Talib əl-Məkki – rahmətullahi aleyhi – deyir ki: «Mən bu böyük günahları səhabələrin sözlərindən götürərək cəm etdim və gördüm ki, dördü qəlbdədir: 1. Allaha şirk qoşmaq. 2. Günah üzərində israr etmək. 3. Allahın rəhmətindən ümüd üzmək. 4. Allahın məkrinə əmin olmaq. Dördü də dildədir: 1. Yalan şahidlik. 2. İffətli qadınlara böhtan. 3. Yalan and. 4. Sehr. Üçü də qarınla əlaqədardır: 1. İçki içmək. 2. Yetim malını yemək. 3. Riba (faiz). İkisi də övrət yeri ilə əlaqədardır: 1. Zina. 2. Lut qövmünün əməlini etmək. İkisi də əllə bağlıdır: 1. Öldürmək. 2. Oğurluq. Biridə ayaqla: 1. Döyüş meydanından qaçmaq. Biridə vardır ki, bütün bədənlə əlaqədardır: 1. Valideyinlərə ağ olmaq»45.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi: «Yeddi həlak edici günahlardan çəkinin, sizə böyük günahların ən böyüyünü xəbər verimmi? və s. böyük günahlardan bəhs edən hədislər onu göstərir ki, böyük günahların sayı çoxdur. Bir hədisdə yeddisindən söhbət gedirsə, digərində doqquzundan və başqa böyük günahlardan bəhs edilir. Daha doğrusu böyük günahların sayı və sərhədi bəlli deyildir.



İKİNCİ Böyük günahlarda say olmadığını qeyd edənlər isə deyirlər ki, bu haqda ayə və hədislərdə müəyyən say gəlməmişdir.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin