SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə216/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   212   213   214   215   216   217   218   219   ...   330
HƏSƏD APARMAQ

HARAM OLAN HƏSƏD - «Yoxsa onlar Allahın öz nemətlərindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar». (ən-Nisa 54). «Allaha sığınıram həsəd aparanın həsədinin şərrindən». (əl-Fələq 5). «Əgər Allahın nemətlərini saysanız onları sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (ən-Nəhl 18). 1. Allah – subhənəhu və təalə – nin hər hansı bir kimsəyə verdiyi nemətə həsəd aparmaq və onun əldə olunması üçün səy göstərmək. Adəm – əleyhissəlam – ın övladları olan Habilin Qabilə həsəd apararaq onu öldürməsi. Həmçinin də Yusif – əleyhissəlam – ın qardaşlarının həsəddən onu quyuya atmaları (qul kimi satmaları)1049. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həsəddən çəkinin. Həqiqətən də həsəd yaxşı əməlləri atəşin odunu (otu) yandıraraq (kül etdiyi) kimi yandırır»1050.

2. Allah – subhənəhu və təalə – nin hər hansı bir kimsəyə verdiyi nemətə həsəd aparmaq və onu əldə etməyi arzulamaq. Aişə - radiyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Zeynəb b. Cəhş - radiyallahu anhə – nin evində olanda bal içərdi1051. Mən Həfsə - radiyallahu anhə – ilə məsləhətləşdikdə belə qərara gəldik ki, o hər birimizin yanına gəldikdə ona: «Səndən məğafir1052 iyisi gəlir! Ondan (baldan bir daha) yeməsin?» deyək. Biz ona belə dedikdə o: «Mən bir daha Zeynəb b. Cəhşin evində bal yeməyəcəyəm» deyə buyurdu. Allah da bu ayələri nazil etdi. «Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram edirsən» (ət-Təhrim 1)1053.



3. Allah – subhənəhu və təalə – nin hər hansı bir insana verdiyi nemətə həsəd aparmaq və onun məhv olmasını arzulamaq. İblisin Adəm – əleyhissəlam – a olan həsədi, paxıllığı: Allah iblisə: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» deyə buyurdu. İblis: Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın» dedi. Allah buyurdu: «Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alaçağın birisən!». (əl-Əraf 12-13). Yəhudi və Xristianların müsəlmanlara olan həsədi: «Kitab əhlinin bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətləindəki həsəd (paxıllıq) ucundan sizi iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər». (əl-Bəqərə 109). Əbul Abbas Səhl b. Sad əs-Səidi - radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə dedi: «Ey Allahın Rəsulu! Mənə elə bir əməl öyrət ki, onu etdikdə həm Allah məni sevsin, həm də insanlar məni sevsinlər». (Peyğəmbər) buyurdu: «Dünyada zahid1054 ol, Allah səni sevəcəkdir, insanların əlində olana zahid ol, insanlar da səni sevəcəkdir»1055.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin