SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə212/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   208   209   210   211   212   213   214   215   ...   330
YALAN DANIŞMAQ

DİLİN QORUNMASI VƏ YALAN: «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar». (əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?». (ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Muhəmməd 29). «Məhv olsun yalançılar». (əz-Zariyat 10). «Şübhəsiz ki, Allah həddi aşanı və yalançını doğru yola müvəffəq etməz». (əl-Mumin 28). «Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək». (Ali İmran 61). Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər… Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır» dedilər1010. Belə bir əzaba insanlar arasında ən layiq olanlar medya orqanlarına sahib olan güclü qələm sahibləri, jurnalist və TV verlişlərini aparanlardır. Çünkü onlar yalanlarını yaymaq imkanına sahibdirlər və insanlar arasında yayar və onları aldadırlar.

Qəlbdən sonra ən çox qorunması lazım olan orqan dildir. Çünki qəlbin gizlətdiklərini ifadə edən odur. Kimi zaman sahibi tərəfindən ölçüb biçilməyərək söylənən və dildən çıxan bir söz dünyada da, axirətdə də insanın həlakına səbəb təşkil edə bilir. İnsanları cəhənnəmə götürən şey də elə dilin özüdür. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır». (Qaf 18). «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Səhl b. Sad – radiyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»1011. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə heç bir əhəmiyyət vermədən Allahın rizasına uyğun bir söz söyləyər və onun səbəbi ilə Allah da onun dərəcələrini yüksəldər. Yenə də bir kimsə heç bir əhəmiyyət vermədən Allahın qəzəbləndirəcək bir söz söyləyər və onun səbəbi ilə Cəhənnəmə yuvarlanar»1012. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»1013. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və axirət gününə iman gətirirsə ya xeyir söz danışsın, ya da sussun»1014. Əbu Musa – radiyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Hansı müsəlman daha üstündür?». Peyğəmbər: «Dilindən və əlindən müsəlmanların əmin olduğu kimsə (Başqa rəvayətdə: Mühacir isə Allahın qadağalarını tərk edən kimsədir1015deyə buyurdu1016. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qul heç əhəmiyyət vermədən elə bir kəlimə söyləyər ki, onu Cəhənnəmin dibinə dərinliyi məşriq ilə məğrib arası qədər olan bir məsafəyə salar»1017. Əbu Amr - Əbu Amra da deyilmişdir - Sufyan b. Abdullah - radiyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Ey Allahın Rəsulu! Mənə İslama aid elə bir söz de ki, bu haqda səndən başqa heç kimə sual verməyim». (Peyğəmbər) buyurdu: «De: “Allaha iman etdim” və düz dur». Mən: «Ya Rəsulullah! Mənim üçün ən qorxduğun şey nədir?» deyə soruşdum. Peyğəmbər: «Dilini tutub – budur» deyə buyurdu1018. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahı zikr etməkdən başqa çox söz söylməyin. Zikrullahdan başqa sözlər qəlbi qatılaşdırır. İnsanların Allahdan ən uzaq olanı qəlbi qatı olan kimsədir»1019. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah kimi iki çənəsi arasındakı ilə iki ayağı arasındakı şeyin şərrindən qoruyarsa Cənnətə girmiş deməkdir»1020. Ukbə b. Amir – radiyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Qurtulmağın çarəsi nədir?» deyə soruşdim. Peyğəmbər: «Dilini sənə zərər verən şeylərdən qoru. Evin sənə geniş olsun və günahlarına ağla»1021. Muaz b. Cəbəl – radiyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Pəyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz». (əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»1022. «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar». (əs-Səff 2,3). İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də doğruluq yaxşı əməllərə aparan yoldur, yaxşı əməllər isə Cənnətə aparan yoldur. İnsan doğru danışa-danışa sonda Allah qatında doğrulardan yazılar. Yalan isə günahlara, günahlar isə Cəhənnəm aparan yoldur. İnsan yalan danışa-danışa sonda Allah qatında yalançılardan yazılar»1023. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanın hər eşitdiyini danışması onun yalançı olmasına kifayətdir»1024. Səmurə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim yalan olduğunu bildiyi halda mənə isnadən bir söz nəql edərsə o, yalançılardan biridir»1025. «Yalan sözdən çəkinin». (əl-Həcc 30). Əsmə - radıyallahu anhu – rəvayət edir ki, bir qadın: «Ya Rəsulullah! Mənim ərimin məndən başqa bir zövcəsi də var. Ərimin mənə vermədiyi bir şeylə (ərim mənə verib) deməyimdə mənə bir günah varmı?» deyə soruşdu. Peyğəmbər: «Özünə verilməmiş bir şeyi MUTAŞABBİ1026 - verilmiş kimi göstərən bir kimsə iki yalan paltar geyinmiş kimidir» deyə buyurdu1027.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin