ÖVLİYAULLAHA ƏZİYƏT VERMƏK
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Mənim dostumla düşmənçilik edərsə Mən ona müharibə elan edərəm…»1065. Vəli – əmr olunanı yerinə yetirən, qadağandan çəkinən, təqdir edilənlərə qarşı səbr edən, Allahın sevdiyi və Allahı sevən, Allahdan razı olan kimsədir. «Bilin ki, Allhın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O, kəslər ki, iman gətirmiş və pis əməllərən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur». (Yunus 62-63). «Allah, Ona inananların dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə şeytandır. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar». (əl-Bəqərə 257). «Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirən-lərdir. O, kəslər ki, (Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 55). Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Diqqət edin! Filankəslər mənim dostlarım (vəlilərim) deyildir. Mənim dostlarım Allah və saleh (təqvalı) möminlərdir»1066.
Dostları ilə paylaş: |