MÜSƏLMANA İTİ BİR ŞEYLƏ İŞARƏ ETMƏK
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlman qardaşına (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı da olasa belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər»1073. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz qardaşına silah yönəltməsin. Çünki bilməz şeytan əlindəki silahı çəkər (qardaşını öldürər) və atəşdən bir çuxura düşər»1074. Cabir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qınından sıyrılmış qılıncı əldən-ələ ötürməyi qadağan etmişdir (bıçağı açıq olaraq ötürməyi)»1075. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı biriniz əlində ox olduğu zaman bir məscid və ya bir bazara girərsə müsəlmanlardan hər hansı birinə oxlardan zərər gəlməsin deyə oxların dəmirlərindən tutsun»1076.
Dostları ilə paylaş: |