«Şübhəsiz ki, məxfi danışma, pıçıldaşma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir». (əl-Mücadələ 10). İbn Ömər - radiyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfər bir yerdə olduqları vaxt digər insanlarla birlikdə olmayana qədər iki nəfərin üçüncüdən gizli bir-biriləri ilə danışmaları (pıçıldaşmaları) qadağandır. Çünki bu üçüncüyə pis təsir bağışlayar»1077. Abdullah b. Dinar - radıyallahu anhu – rəvayət edir ki, bir gün İbn Ömər - radıyallahu anhu – ilə birlikdə Xalid b. Ukbə - radıyallahu anhu – nun bazarın yanında yerləşən evində idik. Bir nəfər gəlib İbn Ömər - radıyallahu anhu – ilə gizlicə danışmaq istədi. İbn Ömər - radıyallahu anhu – nun yanında məndən başqa heç kimsə yox idi. Bu vaxt İbn Ömər - radıyallahu anhu – bir nəfəri də çağırdı və biz dörd nəfər olduq. Sonra mənə və çağırmış olduğu üçüncü insana: «Siz bir az gözləyin. Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «İki nəfər bir nəfəri tək buraxıb aralarında pıçıldaşmasınlar»1078. Bura həmçinin iki nəfərin öz aralarında üçüncünün başa düşmədiyi dildə danışmaları da aiddir.