SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


ÖZGƏLƏRİNİN EVİNƏ İCAZƏ OLMADAN BAXMAQ



Yüklə 3,12 Mb.
səhifə221/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   217   218   219   220   221   222   223   224   ...   330
ÖZGƏLƏRİNİN EVİNƏ İCAZƏ OLMADAN BAXMAQ

«Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Əgər orada heç kəsi tapmasanız sizə icazə verilməyənəcən içəri girməyin. Sizə geri dönün deyilsə, geri dönün». (ən-Nur 27). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Göz (haram olan şeyə) baxmasın deyə izn istəmək vacib buyruldu»1067. Bu günümüzdə binaların yaxınlığından, pəncərələrin üzbəüz olmasından, yuxarı mərtəbələrdə yaşayanlar aşağında yaşayan qonşusunun mənzilinə xəyanətgarcasına istifadə edərək baxırlar. Bu da qonşu haqqını tapdalamaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim başqasının evinə (mənzilinə) icazə olmadan baxarsa o, kimsənin gözünü çıxarmaq (ev sahibinə) halaldır (Başqa rəvayətdə: O, kimsənin gözünü çıxararlarsa buna görə nə qan bahası verilməli, nə də qisas alınır10681069. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir adam sənin evinin icinə baxsa, səndə ona daş atıb gözünü çıxartsan (buna görə) sənə günah yazılmaz»1070. Ənəs - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayaq üstyə namaz qılırdı. Birdən bir nəfər onun evinə boylandı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz qabından bir ox çıxardıb onun gözünə tərəf yönəltdi»1071. Səhl b. Səd - radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qapısındakı dəlikdən içəri baxdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında başını daradığı darağı vardır. Peyğəmbər: «Əgər mənə baxdığını bilsəydim bunu gözünə soxardım (Başqa rəvayətdə: Bədəvi çubuğu gördükdə geri çəkilir. Peyğəmbər: «Əgər çəkilməsəydin gözünü çıxardardım)»1072.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin