İCAZƏ VERİLƏN HƏSƏD (QİBTƏ) - İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «İki fəzilət sahibindən başqa heç kəsə həsəd (qibtə) caiz deyildir. Onlardan biri Allah tərəfindən bir kimsəyə Quran biliyi verilə və o, da onu gecə və gündüz oxuyar. Digəri isə Allah tərəfindən bir kimsəyə mal-dövlət verilmişdir. O, da onu gecə və gündüz (Allah yolunda) xərcləyər (Başqa rəvayətdə: Allah bir kimsəyə mal və elm vermişdir. O, da elmi ilə malından Allah yolunda xərcləyər. Bir başqa adama da elm verildiyi təqdirdə, mal verilməmişdir. O da: «Əgər mənim də bu adam kimi malım olsaydı onun etdiyi əməlinin bənzərini mən də edərdim». Bu iki kimsə əcr baxımından eynidirlər1060)»1061.