SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə227/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   223   224   225   226   227   228   229   230   ...   330
QADIN İDARƏÇİ HƏLAKDIR

Əbu Bəkrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, xalq uğur qazanmaz əgər onun başında idarəçi qadındırsa»1106.



TƏKƏBBÜRLÜK

«Allah təkəbbür edənləri sevməz». (ən-Nəhl 23). «Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram». (əl-Mumin 27). «Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq təkəbbür vardır. Onlar heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən o, (hər şeyi) eşidən və görəndir». (əl-Mumin 56). «Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!». (Loğman 18). «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir». (əl-Qəsəs 83)1107. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunalr zinakar yaşlı, yalançı dövlət başçısı və təkəbbürlü kasıb»1108. «Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır». (əl-Əraf 26). Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz». Səhabələrdən biri: «Ya Rəsulullah! Əgər biri gözəl geyinmək, gözəl ayaqqabı, gözəl oturuş və gözəl miniyi olmasını istəyir? Bu da təkəbbürlükdür» deyə soruşdu. Peyğəmbər: «Yox, həqiqətən də Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır» deyə buyurdu1109. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar»1110. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim təkəbbürlü olaraq yeriyərsə və təkəbbürlü olaraq danışarsa Cənnətə girməz»1111. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim dünyada ikən üstün görünmək və öyünmək məqsədilə bir paltar geyinərsə uca Allah qiyamət günü ona bir zillət paltarı geyindirəcəkdir»1112. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxıilə bir adam nəfsinin də xoşuna gələn bir paltar geyinmiş, saçını daramış və yekəxana-yekəxana yeriyərkən Allah onu yerin dibinə keçirdi. Qiyamət gününə qədər yerin dibinə getməyə davam etməkdədir»1113. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu iki şeydə uzaq dura bildiyin təqdirdə istədiyini geyinə və yeyə bilərsə. İsraf və təkəbbürlük»1114. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanında oturmuşduq. Bədəvilərdən olan bir nəfər gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O, Rəsulullah – sallallahu aleyhi və səlləm – in başı üstündə duraraq dedi: «Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır». Rəsulullah – sallallahu aleyhi və səlləm – onun cübbəsinin ətəyindən tutub dedi: «Məgər mən sənin əynində ağılsız adamın geyindiyi libasın olduğunu görmürəm: Allahın Peyğəmbəri Nuh – əleyhissəlam – vəfat edərkən öz oğluna vəsiyyət edərək buyurmuşdu: «Mən sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə Lə İləhə İlləllah – əmr edirəm. Əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydıLə İləhə İlləllah onu sındırardı. (Həmçinin) Subhənəllahi və Bihəmdihi kəlimələrini (əmr edirəm). Çünki bu kəlimələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi də sənə qadağan edirəm. (Allaha) şərik qoşmağı və təkəbbürlük etməyi». Dedilər: «Ey Allahın Rəsulu! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbasını geyinməsi təkəbbürlükdürmü?» Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Məgər birimizdə gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab veri. O: «Məgər birimizin minəcək heyvana sahib olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Məgər birimizlə oturan-duran dostların olması təkəbbürlükdürmü?». Peyğəmbər: «Xeyr» deyə cavab verdi. O: «Bəs onda təkəbbürlük nədir, ya Rəsulullah?». Peyğəmbər: «Haqqı danmaq və insanlara xor baxmaqdır»1115. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü dartsa, yaxud lovğa-lovğa gəzərsə, qüdrətli və əzəmətli Allahın hüzuruna (Allahın) ona qəzəbi tutduğu halda gələr»1116. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Xidmətçisi ilə bərabər yemək yeyən, bazarları ulağın üstə gəzən və qoyunu tutub sağan kimsə təkəbbürlü olmaz»1117. Amr b. Şuey atasından, o da babasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlülər Qiyamət günü adam şəkilində kiçik qarışqalar boyda məşhərə toplanacaqlar. Onları hər tərəfdən zillət bürüyəcəkdir. Onlar Cəhənnəmdəki Buləs adlı zindana aparılacaqlar. Onları alovların atəşi bürüyəcək və onlara Cəhənnəm əhlinin bədənindn axan irindən içirdiləcəkdir»1118.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin