İKİNCİ – Haqqı danışmamaq. Bu da sizin lal qardaşınızdır. Hətta bu ikinci qardaşınız sizi birinci qardaşınızdan daha faydalıdır. Sələflər deyirlər ki: «Batil söz danışan şeytandır, haqdan susan isə lal şeytandır». Amanın günüdür çalışın ki, haqq söz söyləməsin və ya batil danışmaqdan da geri qalmasın. Ona hər cür yolla batil danışmağı gözəlləşdirin və hər cür yolla da haqq danışmaqdan qorxudun. Övladlarım bilin ki, bu dil postu ilə mən Adəm övladlarını həlak edirəm və onları üzü qoylu Cəhənnəmə atıram. Bu postdan neçələrini öldürmüş, əsir almış və yaralamışam. İnsan oğlunu bu postdan yaxalamışam. Sizə olan tövsiyəmə diqqət verin: Biriniz insan qardaşının dili ilə bir söz söyləsin. Digərinizdə dinləyənin diliylə o, sözü çox bəyəndiyini, heyran qaldığını və çox müthiş bir söz olduğunu söyləsin və onu təkrarlamasını istəsin. İnsana qarşı bir-birinizə hər cür dəstəyi verin və onlara hər yoldan girməyə çalışın və onları hər yerdən gözləyin. Mənim onların rəbbinə verdiyim andımı eşitmədinizmi? «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də sənin düz yolunun üstündə oturub insanlara mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən». (əl-Əraf 14-17).
Mənim Adəm oğullarının bütün yolları üzərində oturduğumu görmür-sünüzmü? Bir yolda uğur qazanmaramsa dərhal digər yola keçərəm. Dilədiyimi və ya ən azından dilidiyimin bir qismini əldə etmədən o, yoldan ayrılmaram. İbn Abbas - radiyallahu anhu – deyir ki: «Sonra onlara qarşılarından – onları axirətləri haqqında şübhəyə salacağam, sonra onlara arxalarından gələcəyəm – yəni onlara dünyanı çox sevməyə təşviq edəcəyəm, sağlarından gələcəyəm – yəni dinlərində onları tərəddüdə salacağam (yaxşı əməllər tərəfdən), sollarından gələcəyəm – yəni onları günah etməyə həvəsləndirəcəyəm. Şeytan üstlərindən demədi. Çünki bilirdi ki, üstlərində nəzarətçi Allahdır». İmam Şabi – rahmətullahi aleyhi – deyir ki: «Uca və Böyük olan Allahın rəhməti onların üzərindən enər»212. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də bu xüsusda onlara nəsihət edərək: Şeytan insan oğlunun bütün yollarında oturar. İslam yolunda oturaraq deyər: Sən müsəlman olursan. Müsəlman olub ata-babanın dinini tərk edəcəksənmi? İnsan onu dinləməyib müsəlman olursa, şeytan dərhal hicrət yolu üzərində oturaraq deyir: Yerini və yurdunu buraxaraq hicrətmi edirsən? İnsan yenə də onu dinləməyib hicrət edərsə bu dəfə şeytan cihad yolu üzərində oturaraq deyər: Cihad edib ölmək və ya öldürülmək istəyirsən, malının paylaşdırılıb, zövcənin başqasına nigahlanmasınımı istəyirsən? Kim belə edərsə onu Cənnətə qoymaq Allahın üzərinə bir haqq olar. Kim öldürülsə onu cənnətə qoymaq Allahın üzərinə bir haqq olar»213.
Bu belədir. Elə isə sizlər onların hər bir yollarının başında oturun və onları gözləyin. Onlardan biri sədəqə vermək istəyərsə həmən sədəqə yolu üzərində oturun və ona: Malını itirib bu dilənçi kimi olmaq istəyirsən? Sizlər mənim sədəqə vermək istəyən kimsənin dilinə qoyduğum sözləri eşitmədinizmi? Ondan bir şeylər istənildikdə: Bunlar bizim mallarımızdır. Sizə verəsi olsaq sizin kimi olarıq. Həcc etmək istəyən kimsənin yolu üzərində oturun və: Bu yol çətin və təhlükəlidir. Bu yolda gedənin canı və malı təhlükədə olur. Bu cür hər bir xeyir yollarına baş vurun və insanları o, yolların çətinliklərindən və təhlükələrindən bəhs edərək o. yollardan uzaqlaşdırmağa çalışın. Sonra günah yollarında da durun və o, yolları insanların gözlərində və qəlblərində gözəl göstərməyə çalışın. Bu işdə ən çox yardımçınız qadınlar olsun. Qadınlar vasitəsilə onlara yaxınlaşın. Onlar sizin üçün necə də gözəl yardımçıdırlar. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən sonra kişilərə qaqadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi buraxmadım»214.
Dostları ilə paylaş: |