«Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun) xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanın qəlbində həm şeytanın, həm də mələkdən olan LƏMMƏ – səs vardır. Mələyin ləmməsi ona xeyiri vəd etməsi və vəd olunanı təsdiq etməkdir. Şeytanın ləmməsi isə şərri vəd etmək və haqqı təqzib etməkdir»218. Əgər mələyin insana yaxınlaşması güclənərsə insan mələyin dilində danışar və qulun dilinə doğru olan sözü qoyar. Əgər mələk ondan uzaqlaşarsa şeytan ona yaxınlaşar və insan şeytanın dilində yalan və fahiş sözlər danışar. Nəticədə bir adamın dilində mələyin, digərinin dilində şeytanın danışdığını görərsən. Sələflər deyirlər ki: «Saleh insandan yaxşı söz eşitdikdə deyərdilər ki, bunu sənin dilinə qoyan mələkdir. Bunun əksini eşitdikdə isə deyərdilər ki, bunu sənə təlqin edən şeytandır. Dəyərdilər ki: Çünkü mələk qəlbə haqqı qoyar və dilə haqqı söylədər. Şeytan isə qəlbə batili qoyar və onu dildə söylədər».
53. Günahların cəzalarından biri də qulun xoşbəxtçiliyi, dostu olan mələyi uzaqlaşdırır və həlakı, bədbəxtçiliyi və düşməni olan şeytanı ona yaxınlaşdırır. Hətta qulun dostu olan bu mələk bir kimsə onu söydükdə və ya təhqir etdikdə qulu müdafiə edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda iki nəfər bir-birilə mübahisə etdilər. Biri digərini söyməyə başladı. Digəri isə susurdu. Nəhayət susan kimsə dözməyib bir kəlimə ilə yoldaşına cavab verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – həmən qalxaraq getdi. O, kimsə: «Ya Rəsulullah! Mən onun bəzi sözlərinə cavab verdikdə nə üçün qalxıb getdin?» deyə soruşduqda. Peyğəmbər: «Sən susduqda mələk sənin əvəzinə ona cavab verirdi. Sən ona cavab verdikdə isə şeytan gəldi. Mən isə şeytan olan yerdə oturmuram» deyə buyurdu219. Həmçinin qul bir qardaşının qeybində ona dua etdikdə mələk onun duasına Amin deyərək: «Eynisi sənin üçün də olsun!» deyər220. Həmçinin insan Fatihə surəsini oxuyub bitirdikdə mələk bu duasına Amin, Allahım qəbul et! deyə dua edər221. Həmçinin mələklər Muvahhid olan və Allah yolunda, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsinə tabe olan bir qul günah etdikdə Ərşi daşıyan mələklər və Ərşin ətrafında olanlar o, qul üçün istiğfar diləyərlər. «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O, gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9).
Mömin bir qul yatdıqda mələk onu himayə edər. Möminin mələyi onu müdafiə edər, himayə edər, onun üçün vuruşar, onu öyrədir, onu sabit edər, cəsarətli edər. Ona görə də insan mələyin onunla bərabər olmasını unutmamalıdır. Onu unudaraq əziyyət verməməli və özündən uzaqlaşdır-mamalıdır. Çünkü mələk onun müsafiridir. Əgər insan öz cinsindən olan bir kimsəyə (müsafirinə) ikram edirsə, ən xeyirli olana, ən çox sənə xeyiri toxunan mələk müsafiri haqqında nə fikirləşirsən? Qul yanında olan iki mələyə ardıcıl günahlar etməklə, zülm və fahiş işlər etməklə əziyyət verdikdə mələk beləsinə bəd dua edərək deyər: Allah sənə xeyir verməsin! Qul itaət və yaxşılıqla mələyə ikram edərsə mələk ona xeyirlə dua edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa ayrılmayan mələklər vardır. Onlardan həya edən və onlara hörmət edir»222. Allahda bizim diqqətimizi bu ayəyə yönəldərək buyurur: «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). Yəni bu dəyərli, şərəfli yazanlardan həya edin və onlara ikram edin. Utanın elə bir şeylər etməkdən ki, onu özünüz kimi bir bəndənin yanında etməkdən utanardınız. Adəm övladının əziyyət çəkdiyi şeylərdən mələklər də əziyyət çəkirlər. İnsan oğlunun qarşısında günah etdikdə, üsyan etdikdə hər nə qədər o, insan özü də bu günahları etsə də bu hərəkətlərdən narahat olur. O, ki qaldı dəyərli və şərəfli mələklərə? Əgər Adəm övladı özü kimi birindən əziyyət çəkirsə mələk necə əziyyət çəkməsin, bir düşün? Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir»223.
54. Günahlar bəndəyə həm dünyada, həm də axirətdə həlak vasitələrini cəlb edir. Həqiqətən də günahlar qəlblərin xəstəliklərdir. Nə vaxt insanda yerləşdisə öldürür. Bədənin sağlam olması üçün bəndəni qoruyan qida olmalıdır. İnsan sağlam olması üçün bədəninə ziyan olan şeylərdən pəhriz saxlamalıdır. Qəlb də belədir. Onun həyatının tamamlanması üçün iman və saleh əməllərdən ibarət qida lazımdır ki, onun qüvvəsini qorusun, səmimi bir tövbə ilə özündə yerləşən çirkablıqları təmizləsin. Qəlbinin sağlamlığına zidd olanlara qarşı pəhriz saxlamalıdır. Təqva isə bu üç şeyi özündə əhatə edən şeyin adıdır. Nə vaxt ki, bunlardan biri azalarsa təqva da bir o, qədər azalar.
Günahlar da bu üç şeyin üçünə də ziddir. Çünkü günahlar qəlb üçün zərərli maddələri cəlb edir. Şair deyir ki: «Sən öz bədənini pəhrizlə ötəri bir ağrının sənə gəlmək qorxusundan qorudun. Yaxşı olardı ki, sən Allahın qorxusundan günahlardan pəhriz saxlayasan». Əgər bir kimsə Allahın əmrini yerinə yetirərək öz qüvvəsini saxlayarsa (çünki itaət insana güc verir), özündə olan çirkablıqarı itirmək üçün tövbə edərsə artıq o, kimsə bütün xeyirləri yerinə yetirmiş və şərlərdən də çəkinmişdir.
Dostları ilə paylaş: |