FİKİRLƏR – Ağla gələn duyğu və düşüncələr. Bu fikirlərində şəni olduqca çətindir. Fikirlər xeyirin və şərrin başlanğıcıdır. Elə buradan da istək, iradə, qətiyyət yaranır. Əgər kimsə fikirlərinə sahib olarsa nəfsinin yüyəninə malik olar və nəfsini boğar. Kimin fikirləri özünə qalib gələrsə onda nəfsi ona qalib gələr. Kim bu fikirlərə səhlənkar yanaşarsa istər-istəməz bu fikirlər onu həlaka aparar. Bu fikirlər o, qədər davam edər ki, boş xülyalara çevrilər. «Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir». (ən-Nur 39). Himmə və nəfs tərəfdən insanların ən alçağı bu yalançı arzuların haqq olması ilə razı qalanları və onunla bəzənənlərdir. Belə bir arzular təmbəllərin ticarətidir, müflislərin mallarının əsas hissəsidir. Bu da boş qəlbin azuqəsidir. Qəlb belə bir xülyalarla doludur. Bu insana ən zərərli bir şeydir. Bu da acizlikdən və təmbəlikdən ortaya çıxır. İnsanda səhlənkarlıq, həsrət və peşmançılıq yaradır. O, arzulara çatmadığına görə fikirləri qəlbinə salır və onun surətini yaradır. Bunun da ona heç bir faydası yoxdur. Necə ki, ac və susuz bir insanın ağlında yeməyin və içməyin surətini yaratdığı kimi. Amma həqiqətdə isə nə yeyir, nə də içir. İnsanın belə bir şeylə razılaşması və aldanması o, nəfsin alçaq və aşağı olmasını bildirir. Nəfsin isə təmizliyi, paklığı, yüksəkliyi yalnız həqiqəti olmayan hər bir fikri uzaqlaşdırmaqdadır. İnsan belə bir fikirlərin özündə olması ilə razılaşmamalıdır.
Ağla gələn bu fikirlər dörd təməl üzərində dövran edirlər: BİRİNCİ - O, fikirlər ki, onların dünyəvi mənfəəti vardır. İKİNCİ - O, fikirlər ki, dünyəvi zərərləri uzaqlaşdırır. ÜÇÜNCÜ - Axirət məsləhəti olan fikirlər. DÖRDÜNCÜ - Axirət zərərlərini dəf etmək üçün olan fikirlər. İnsan bütün fikirlərini, dərdini bu dörd şeyə həsr etməlidir. İnsan daha mühüm olan fikri götürməlidir, mühüm olmayanı isə geri salmalıdır.
Dostları ilə paylaş: |