BAXIŞLAR – Şəhvətin başı və elçisidir. Baxışı qorumaq ayıb yeri qorumağın əsasıdır. Əgər bir kimsə baxışını buraxarsa özünü həlaka salmışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Təsadüfü) bir nəzərərin ardıyca nəzər salma. Çünki birincisi sənin lehinə, ikincisi isə sənin əleyhinədir»224. Bəzi dini ələ salanlar deyirlər: «Əgər sən gözünü qıpmadan baxa bilərsənsə bu birinci baxışdır». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Baxış İblisin zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını qadının gözəlliklərindən çevirərsə Allah onun qəlbinə qiyamətə qədər şirinlik qoyar»225. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yolların (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu226. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu227. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). Baxış insana gələn müsibətin əsasıdır. Baxış insanda xəyal yaradır, sonra xəyal fikirlər, fikirlər şəhvətə, şəhvət də iradəyə, sonra güclənərək qətiyyətə çevrilir ki, onda da qarşısı alınmazsa əməl qaçınılmaz olur. Gözü haramdan çevirməyə səbr etmək baxdıqdan sonra yaranan ağrıya səbr etməkdən daha xəfifdır. Şair deyir ki: «Hadisələrin başı baxışdandır. Odun çoxu da balaca qığılcımdandır». İnsanın baxışı o, zəhərli ox yerindədir. İnsan nə qədər başqalarına baxarsa o, kimsə təhlükə üzərindədir.
Baxış insanda həsrət, ağrılar, yanğılar yaradır. Bu da baxışın bəlalarındandır. Bəndə özünün qadir ola bilməyəcəyi və səbr edə bilməyəcəyi şeylərə baxır. Bu da ən böyük ağrıdır. Şair deyir ki: «Sən nə vaxt gözünü buraxırsansa və o, mənzərələr (baxdığın şeylər) səni yorar. Baxdığın şeyə isə nə qadir (əldə edən) deyilsən, nə də səbrin çatır».
Neçə baxışlar var ki, gözünü çevirmədən qulu ölü olaraq yerə sərər. Neçə belə insanlar vardır ki, gözlərini harama buraxaraq sonra çətin bir hala düşmüşlər. Şair deyir ki: «Ey o, baxışlar! Baxışları sonsuz, baxarkən ölü olaraq yerə sərilən. Mənimdə bir neçə beytim vardır: Salamat olmaqdan bezərək baxışlarını baxmağa davam edər. Nəhayət baxışlar arasında cansız yerə sərilər». Qəribə də burasıdır ki, baxanın baxışı bir oxdur. Hətta ona çatmazdan əvvəl baxanın qəlbində yer hazırlayır. Şair deyir ki: «Ey baxış oxlarını məharətlə atan, atdığınla ölən sənsən, elə isə vurma. Ey şəfa axtaran, baxışlar göndərən, elçini tut ki, sənə həlak gətirməsin». Bundan da daha qəribəsi baxış qəlbi yaralayır. Yaranın üstünə yara gətirir. Əgər baxışı davam edərsə bu da yaranı daha da dərinləşdirər. Ağrının üstündən ağrı gətirər. Şair deyir ki: «Hər gözəlin ardıyca baxmağa davam etdin. Bu yaranın dərmanıdır dedin. O, isə yara üzərinə bir yaradır». İnsanın baxışını həps etməsi həsrətin davamçılığından daha yüngüldür.
Dostları ilə paylaş: |