SÖZLƏR – İnsanın ağzından zay kəlimə, sözlər çıxmamalıdır. O, danışdığı zaman dinində fayda olacaq bir şeyi danışsın. Danışmaq istədikdə baxsın və fikirləşsin ki, bu sözlərdə qazanc və fayda varmı? Görsə ki, bu sözlərdə heç bir fayda yoxdur onda susmağı daha məsləhət-lidir. Hətta görsə ki, bu danışmaqda fayda vardır yenə də tələsməsin fikirləşsin ki, bu danışdığından da faydalı və xeyirli söz varmı? Bu sözü söyləməklə daha faydalısını qaçırmasın. Əgər sən qəlbdə olanı bilmək istəyirsənsə bunu dilin hərəkəti ilə bilə bilərsən. Çünki dil qəlbdə olanı bildirir sahibi bunu istəsə də, istəməsə də belə. Yəhya b. Muaz – rahmətullahi aleyhi – deyir ki: «Qəlblər qazan kimidir. Qazanda içində olanlarla qaynayır. Dillər isə çömçədir. O, qabdan götürmək üçün. Bax bir kimsəyə ki, danışdığı zaman dili qəlbindən götürür. İstər turş olsun, istər şirin, istərsə də acı. Onun dilinin götürdüyü qəlbindəkinin tamını sənə bəyan edir. Necə ki, sən öz dilinlə qazanda olan yeməyin tamını və dadını bildiyin kimi. Həmçinin də insanın qəlbindəkini onun dilindən bilirsən. Sən onun qəlbində olanı dilindən dadırsan. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanın qəlbi düzəlmədikcə imanı düzəlməz. Dili düzəlmədikcə qəlbi də düzəlməz»228. Səhl b. Sad – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»229. Muaz b. Cəbəl – radiyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu, mənə məni Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran bir əməl haqqında danış». Pəyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən çox əzəmətli bir şey haqqında soruşdun. Bununla belə Allahın asanlaşdırdığı kimsə üçün bu şübhəsiz ki, çox asandır. Allaha, heç bir şeyi şərik qoşmadan ibadət et, namaz qıl, zəkat ver, Ramazan orucunu tut və Kəbəni həcc et». Sonra (Peyğəmbər) buyurdu: «Sənə xeyrin qapılarnı göstərimmi? Oruc bir qalxandır, sədəqə su odu söndürdüyü kimi günahları söndürür. Bir də kişinin gecə yarısı qıldığı namazı». Sonra bu ayənı oxudu: «Onlar ibadət üçün yataqlarından qalxar. Heç kəs bilməz». (əs-Səcdə 16-17). Sonra buyurdu: «Sənə hər bir seyin əsasından, dirəyindən və zirvəsindən xəbər verimmi?» Mən dedim: «Bəli, ey Allahın Rəsulu!». O, buyurdu: «Hər bir işin başı İslamdır, dirəyi namazdır, zirvəsi isə Cihaddır». Sənə bunlara nə ilə nail olmağı deyimmi? Mən də: «Bəli, ey Allahın Rəsulu!» dedikdə dilini tutub buyurdu: «Buna lazımınca sahib ol! Mən dedim: «Ey Allahın Rəsulu! Biz dediyimiz sözlərə görə sorğu-sual olunacağıq?» (Peyğəmbər) buyurdu: «Qoy anan səndən məhrum olsun! İnsanları üzü üstə və ya burunları üstə Cəhənnəmə (sürükləyən) salan dillərindən başqa bir şeydirmi?»230.
Qəribə olan burasıdır ki, insana haram olan şeylərdən zülm, oğurluq, içki içmək, haram yeməkdən, içməkdən, zinadan çəkinmək asan olur. Lakin dilini qorumaq ona çətin olur. Görürsən ki, neçə-neçə insanlar vardır ki, fahiş əməllərdən uzaqlaşa bilir, lakin dili ölülərin və dirilərin namusunda gəzir. Dediklərinə də məhəl qoymur. Hətta zahidlik və ibadətdə barmaqla göstərilən insanı görürsən ki, Allahın qəzəbinə səbəb olan sözü heç əhəmiyyət vermədən danışır və bir tək kəliməyə görə Allahın rəhmətindən arası məşriq ilə məğrib qədər bir məsafədə uzaq düşür. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – in səhabələrindən bir kimsə vəfat etmişdi. Bu vaxt bir nəfər: «Cənnətlə sevinsin» dedi. Peyğəmbər: «Nə bilirsən, bəlkə bu kimsə ona aid olmayan lazımsız sözlər söyləmiş və ya ona fayda verəcək şeylərdə xərcləməmiş və simiclik etmişdir» deyə buyurdu231. Döyüşlərin birində (Uhud döyüşündə) bir qadın öz ölmüş oğlunu axtararaq tapır. Qarnında aclıqdan daş bağlanmış halda. Ana övladını bağrına basaraq ağlayır: «Ey oğlum! Xoş halına sənin». Peyğəmbər: «Sən nə bilirsən ki, o Cənnətlikdir. Ola bilər ki, o kimsə özünə aid olmayan şeylər barəsində danışırdı və zərər verməyən şeyi xərcləmirdi» deyə buyurur232. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlu hər səhər yuxusundan oyandıqda bütün bədən üzvüləri dilə deyərlər. Bizə görə Allahdan qorx. Həqiqətən də biz səndən aslıyıq. Əgər sən düz dursan biz də düz olarıq. Yox əgər sən əyilsən biz də əyilərik»233. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allaha və axirət gününə iman gətirirsə ya xeyir söz danışsın, ya da sussun»234. Hətta Sələflər adi sözlərin danışmaqda da çəkinərdilər. Sələflərdən biri yuxuda görür ki, onun barəsində (isti gün, soyuq gün sözləri) barəsində soruşurlar. Mən dediyim bir sözə görə saxlanılmışdır. Demişdim ki: «İnsanların yağışa nə qədər ehtiyacı vardır». Mənə deyildi ki: «Sən haradan bilirsən? Bəndələrimin xeyirini, məsləhətini mən daha yaxşı bilirəm».
Hər bir kəliməni yüyənləmək lazımdır. Bəndə üçün ən zərərli olan da dilidir. Sələflər və Xələflər ixtilaf ediblər ki: «İnsanın danışdığı hər bir şey yazılır, yoxsa xeyir və şərr olan sözlər. Daha səhih olan insanın danışdığı hər bir kəlimə qeydə alınır. Sələflər deyirlər ki: «İnsanın danışdığı hər bir şey onun əleyhinədir. Yalnız zikr və zikrlə bağlı olan şeylərdən başqa». Əbu Bəkr dilini tutar və deyərdi: «Məni həlak yerlərinə sürükləyən budur, danışılan söz sənin əsrindir nə qədər ki, sənin ağzındadır. Elə ki, ağızdan çıxdı sən oldun onun qulu. Allah hər danışanın dilinin yanındadır».
Dilin iki bəlası vardır ki, əgər insan bunların birindən qurtularsa digərindən qurtulmaz. BİRİNCİ - Susmaq bəlasıdır ki, haqdan susan. Haqqı söyləməyən lal şeytan adlanır. İKİNCİ - Danışmaq bəlasıdır. Batil, boş şeylər danışan da danışan şeytandır. İnsan iki tərəfli hücumdadır. Azanların çoxu da bu iki qapıdan azmışlar. Ortada olanlar da vardır ki, onlar düzgün yol sahibləridirlər. Onlar dillərini batildən, boş və faydasız şeylərdən qoruyarlar. Axirətlərində fayda verməyən şeylər barəsində danışmazlar. Sən onları zay və mənfəətsiz danışan görməzsən. Bir bəndə Qiyamət günü dağlar boyda savabla gələr və görər ki, dili bu qədər həsənətləri dağıtmış və bir kimsədə Qiyamət günü dağlar boyda günahlarla gələr və görər ki, (Allahı çox zikr etdiyənə görə) dili bu qədər günahları dağıtmışdır.
Dostları ilə paylaş: |