SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə56/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   52   53   54   55   56   57   58   59   ...   330
ÜÇÜNCÜ - Qurani Kərimdə küfrə fasiqlik deyilməsi. Allah fasiqi də kafir deyə isimləndirmişdir. Allah ayədə buyurur: Allah İblis haqqında buyurur: «O, öz Rəbbinin əmrindən çıxdı (fasiq oldu)» (əl-Kəhf 50). İmam Mərvəzi – rahmətullahi aleyhi – deyir ki: «İblisin bu fisqi küfrə gətirib çıxartdı. İblisin etdiyi fisq küfür oldu. Ayə onu görsədir ki, Qurani Kərimdə küfr kimi itlaq olunan sözlər çoxdur». «Allah bu məsəllə bir çoxlarını (fasiqləri) düz yoldan azdırır, bir çoxlarını isə doğru yola aparır. O, kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar» (əl-Bəqərə 26-27). «(Ya Muhəmməd!) Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər» (əl-Bəqərə 99).

Bu kimi ayələr Qurani Kərimdə çoxdur. Allah mömini də fasiq olaraq isimləndirir. Allah ayədə buyurur: «Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız» (əl-Hucurat 4). Bu ayə əl-Həkəm b. Əbil As haqqında nazil olmuşdur240. Burada olan fasiq (kafir) mənasında olan fasiq kimi deyildir. Allah buyurur: «İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir» (ən-Nur 4). Burada fasiq asilik kimi itlaq olundu. Fisq sözü Qurani Kərimdə həm asilik kimi, həm də küfr kimidə gələ bilər. «Həmin aylarda həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq (fasiqlik etmək), dava-dalaş etmək yaraşmaz» (əl-Bəqərə 197). Bu ayədə fasiqlik (küfr mənasında) olan fasiqlik kimi deyildir.



DÖRDÜNCÜ - Cəhalət (bilməməzlik) də iki növlüdür. Bunlardan birisi küfr cəhalətdir ki, ayədə Allah bu haqda buyurur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər» (əl-Əraf 199). Digəri isə küfr olmayan cəhalətdir ki, bu haqda Allah buyurur: «Allah yanında yalnız o, kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş gördükdən sonra dərhal tövbə edərlər» (ən-Nisa 17).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin