SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


ŞİRK VƏ KÜFR ARASINDA OLAN FƏRQ -



Yüklə 3,12 Mb.
səhifə57/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   53   54   55   56   57   58   59   60   ...   330
ŞİRK VƏ KÜFR ARASINDA OLAN FƏRQ - Allah bəzi şirkə küfr və küfrə şirk deyirsə, onların arasında olan fərqlərə görə alimlər ixtilaf etmişdilər. Bəziləri qeyd edirlər ki, onlar arasında heç bir fərq yoxdur. Şirk küfrdür, küfrdə şirk. Əbu Bəkr əl-Asan – rahmətullahi aleyhi – şirkin küfr olduğunu deyən alimlərdəndir. O, deyir ki: «Kim ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in risaləsini inkar etsə, ondan üz döndərsə artıq müşrikdir: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). Əgər Yəhudi və Nəsranilərin küfrü şirk olmasaydı, onda gərək Allah onları bağışlayardı. Ayə buna dəlalət edir: «Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». Əbu Hələlə – rahmətullahi aleyhi – deyir ki: «Küfr günhaların bir hissəsinə aid edilən sözdür. Qurani Kərimdə və Sünnədə Allah və Peyğəmbər - səllallahu aleyhi və səlləm – bəzi günahları küfr kimi adlandırıb. Allaha şərik qoşmaq, Peyğəmbər - səllallahu aleyhi və səlləmi inkar etmək, Allahın hansısa halalını haram, haramını da halal etmək bunlar hamısı küfrdür. Bu baxımdanda şirk bunun içərisinə daxil olur. Küfr və şirk arasında olan fərq - küfrün şöbələri çoxdur və onun şöbələrindən biri də, şirkdir». Küfr ümumidir, şirk isə xüsusi. Hər bir günah küfr adlandığı kimi, şirk də küfrün şöbələrndən biridir. Bu baxımdan da, küfr ümumidir, şirk isə xüsusi. İmam Nəvəvi – rahmətullahi aleyhi – deyir ki: «Şirk və küfr hərdən bir şeyə dəlalət edə bilər. O da Allaha küfür etməkdir. Həm şirk, həm də küfr buna aiddir. Hərdən də onlar arasında ayrılıq olur. Əgər şirk və küfr ayrı-ayrı gələrsə onda küfr küfrdü, şirk isə Allahdan başqasına ibadət etmək və yaxud Allahdan başqasına ibadətin haqq olduğunu etiraf etməkdir». İbrahim Ruheyli Allah onu qorusun - bu məsələdə Racih olan görüşü gətirir: «Küfr ümumidir, şirk isə xüsusi. Hər bir müşrik kafirdir, hər bir kafir isə şərt deyil ki, müşrik olsun. O ki, qaldı Əbu Bəkr əl-Asan– rahmətullahi aleyhi – nin dəlilinə - İbrahim Ruheyli – Allah onu qorusun - deyir ki: «Bu o, demək deyil ki, onların küfrü müləq şirk olmalıdır. Çünki Allah: Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar - lakin küfür şirkdən yuxarıdır. Yəhudi və Nəsranilərin küfrləri şirk idi. Küfr və şirk yuxarıdır.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin