KÜFR VƏ NİFAQ ARASINDA OLAN FƏRQ - Lüğəti mənası – Nəfaqdan törənmişdir. Nəfaq yerin içində gizlənən tunel mənasındadır. Nifaqın bu cür adlanmasına səbəb münafiqin küfrünü gizləməsi və onu göstərməməsidir. Bir görüşə görə də bu kəlimə tarla siçanının yuvası mənasına gələn NAFİKAUL YƏRBU-dan törənmişdir. Çünki bu yuvanın üstü yer üzü ilə eyni səviyədədir. Altda isə gizli bir çuxur vardır241. İstilahi mənası – Nifaq batinin zahirə müxalifətidir. Açıqdan söylənən sözlərin və əməllərin qəlbdəki inancın tərsi, ziddi olmasıdır. İslamı və xeyiri açığa çıxarmaq, küfrü və şərri gizləməkdir. Yəni qəlbən inanmadığı və rədd etdiyi halda zahirdə Peyğəmbər –sallallahu aleyhi və səlləm– in gətirmiş olduğu şeylərə uyduğunu göstərməkdir. Münafiq imanı açıqlayan, küfrü isə gizlədəndir. Münafiq – sözü əməlinə, içi də çölünə zidd olan kimsədir. O, İslama bir qapıdan girər, digər qapıdan çıxar. Zahirən imana girər, batinən ondan çıxar242. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: «(İslamı) imanı izhar edib, küfrü isə özündə gizlətməkdir. Bu da artıq nifaq sayılır». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Dili ilə imanı izhar edir, qəlbində isə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in nübuvətini, Quranı təkzib edir».
Küfr ilə nifaq arasında olan fərq: Kafir küfrə etiqad edir, küfrdə izhar edir. Münafiq isə küfrə etiqad edir, İslamı isə izhar edir. Bu baxımdan küfür ilə nifaq arasında birləşmə və ayrılıq var. Birləşmə odur ki, hər ikisi də küfrü qəlbində etiqad edirlər. Bu məsələdə nifaq ilə küfür cəm olunur. Ayrıldıqları məsələ isə: kafir zahirdə də küfrü izhar edir, münafiq isə zahirdə İslamı izhar edir. «İnsanlardan bəziləri də vardır ki, inanmadıq-ları halda Allaha və Axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). İbn Abbas - radıyallahu anhu – deyir ki: «Onların Cəhənnəmin ən aşağı təbəqəsində əzab çakmələrinə səbəb çox şiddətli küfür etmələridir». Kafir küfrü etiqad edir və izhar da edir. Münafiq isə malını, canını qorumaqdan ötrü küfrü etiqad edir, imanı isə izhar edir. Bu da şiddətli küfr sayılır. Dəhhaq – rahmətullahi aleyhi – deyir ki: «Cəhənnəmin ən yuxarı təbəqəsində Muhəmmədin ümmətindən asi olanlar olacaqdır. Onlar Cəhənnəmin ən yuxarı hissəsində müəyyən müddət öz əzablarını çəkib sonra isə Cənnətə daxil olacaqlar. Onlardan aşağı 2-ci təbəqədə Nəsranilər, 3-cü təbəqədə Yəhudilər, 4-cü təbəqədə Əshabiunlar, 5-ci təbəqədə Məcusilər, 6-cı təbəqədə müşrik ərəblər, 7-ci təbəqədə isə münafiqlər olacaqlar».
Dostları ilə paylaş: |