SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


İKİNCİ - Qurani Kərimdə küfrə zülm deyilməsi. Bu zülm dindən çıxaran zülmdür. «O, gün zalım



Yüklə 3,12 Mb.
səhifə55/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   51   52   53   54   55   56   57   58   ...   330
İKİNCİ - Qurani Kərimdə küfrə zülm deyilməsi. Bu zülm dindən çıxaran zülmdür. «O, gün zalım (küfrə düşməklə özünə zülm edən) əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım». (əl-Furqan 27). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Şəkk yoxdur ki, burada olan zalım kafirdir. O, Peyğəmbər - səllallahu aleyhi və səlləm – iman gətirmədi». Təbəri – rahmətullahi aleyhi – öz təfsirində deyir ki: «Ayə Uqbə b. Əbu Muayti haqqında nazil olmuşdur. Bu kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – iman gətirdikdən sonra dostu Ubey b. Xələf (müşrik idi) ona deyir ki, əgər sən Peyğəmbər - səllallahu aleyhi və səlləm – iman gətirsən mənim üzüm sənə haramdır. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in dinindən dönərək dostu Ubey b. Xələfin yoluna düşür». «(Sən Quran oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalimlərin öz aralarında gizli-gizli danışıb: Siz ancaq ovsunlanmış bir adama uydunuz! Dediklərini də bilirik». (əl-İsra 47). Bu ayədə olan zülm küfr mənasındadır. «Kafirlər zalimlərdir» (əl-Bəqərə 254). Ayəsində olduğu kimi kafirləri zalım deyə isimləndirmişdir.

Başqa ayələrdə Allah ona asi olanları zalım adlandırır. Lakin burada zalımlıq dindən çıxaran zülm deyildir. Kiçik zülmdür. Allahın Peyğəmbəri Yunus əleyhissəlam - belə deyir: «Pervərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam» deyib dua etmişdi» (əl-Ənbiya 87). Allah dostu Adəm – əleyhissəlam - belə dedi: «Adəm və Həvva: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik» (əl-Əraf 23). Allahın kəlimi Musa – əleyhissəlam - belə dedi: «Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim» (əl-Qəsəs 16). Bu zülm küfr mənasında olan zülm deyildir. Mərvazi – rahmətullahi aleyhi – deyir ki: «Burada olan zülm, kafirə də zalım kimi itlaq olunur, asi müsəlmanlara da zalım kimi itlaq olunur. Kafirlərə nisbət olunan zülm, İslamdan çıxaran zülmdür. Lakin müsəlmanlara itlaq olunan zülm isə, İslamdan çıxartmayan zülmdür. Burada zülmün küfrə aid olduğu və zülmün müsəlman asilərə aid olduğu bilinir».




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin