MÜHÜM VƏ MÜHÜM OLMAYAN FİKİRLƏR - Bunu da bilmək üçün insana ağıl və fiqh lazımdır. Qazanan insanlar da elə bundan qazanmışlar, uduzanlar da elə bu tərəfdən uduzmuşlar. Görürsən ki, nə qədər insanlar vardır ki, mühüm olmayanı mühüm olandan üstün tutaraq zəlalətə düşmüşlər. Belə bir iş baş verdikdə insan daha mühüm olanı önə keçirməli və ya iki pis bir iş varsa onlardan daha yüngül olanını götürərək digərindən qurtulmalıdır. Onda sən daha böyük xeyir əldə etmiş olarsan. Bu da şəriətdə bilinən bir qaydadır ki, iki zərərli işdən daha yüngül olanı və ya iki xeyirli işdən daha xeyirli olan götrülür. Bunun üçün də insana ağıl və fiqh lazımdır. Fikirlərin ən ucası Allah və axirət həyatı üçün olan fikirlərdir. Allah üçün olan fikir və düşüncə beş qismdir: BİRİNCİ - Allah üçün olan fikirlərdən ən öncə nazil olan ayələr barəsində fikirləşmək, onları dərk etmək, bunlarla qəsd olunanı başa düşmək. Allah ayələri elə dərk etmək və başa düşmək üçün nazil etmişdir. Yoxsa sadəcə oxumaq üçün deyildir. Oxumaq ayələri başa düşmək üçün vasitədir. Sələflər deyirlər ki: «Allah Quranı nazil etmişdir ki, onunla əməl edilsin. Buna görə də onun tilavətini əmələ çevirin». İKİNCİ – Allahın görülən ayətlərini düşünmək, onlardan ibrət almaq və onlarla Allahın İsimləri, sifətləri, hikməti, ehsanı çatmaq. Allah ayətləri haqqında düşünməyə, incələməyə və onları başa düşməyə təşviq etmiş, onlardan qafil qalanları isə qınamışdır. ÜÇÜNCÜ - Allahın nemətini, ehsanını, yaratdıqlarına verdiyi nemətləri və məğfirətini, rəhmətinin və elminin genişliyini təfəkkür edib fikirləşmək. Bu sadaladığımız üç qism düşüncə qəlbdə Allahı tanımağı, sevməyi, ondan qorxmağı və ümüd etməyi yaradır. Bu kimi fikrləşmək olduqca mənfəətlidir. DÖRDÜNCÜ – Əməlin eyiblərini, qüsurlarını düşünmək. Bu düşüncənin faydası çoxdur. Bu da hər bir xeyirin qapısıdır. Həmçinin bunun pisliyi əmr edən nəfsə qalib gəlməyə böyük təsiri vardır. Nə vaxt ki, pisliyi əmr edən nəfs sındırılarsa onda Mutmain nəfs yaşayar. Hökm Mutmain nəfsin əlinə keçər və qəlb yaşayar. Onun sözü öz məmləkətində keçərli olar və öz qoşunlarını xeyirli işlərə yönəldər. BEŞİNCİ - Vaxtın mühümlüyü barəsində fikirləşmək və bütün bu fikirləri vaxta yönəltmək. Arif o, insandır ki, vaxtının adamı olar. Əgər vaxtı zay edərsə bütün xeyirləri zay olar. Bütün xeyirlər vaxtdan irəli gəlir. Əgər insan vaxtı zay edərsə onu geri qaytara bilməz. Gündəlik əməllər barəsində fikirləşmək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Allaha sığınardı – MİN ƏL HƏMMİ VƏL HƏZƏNİ. Həmm – İnsanı gələcəkdə qorxudan fikirlər. Həzəni – Keçmişdə qoyduğu şeylərə görə kədərlənmək. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən sufilərlə yoldaşlıq etdim. Onlardan iki şey öyrəndim. Vaxt qılıncdır. Əgər sən onu kəsməsən o, səni kəsər. Həmçinin sən nəfsini haqla məşğul etməsən nəfsin səni batillə məşğul edər (itaətlə məşğul etməsən, səni günahla məşğul edər)». İnsanın ömrü onun vaxtıdır. Əbədi nemət içində olmaq üçün həyatının əsasıdır. Həmçinin də əzab içində yaşamaq üçün də həyatının əsasıdır. Vaxt sürətlə keçir. Hansı hissəsini Allah üçün yaşayıbsa o, da onun həyatı sayılır. Bundan qeyri olanı isə onun həyatından sayılmır. Hətta o, vaxt yaşasa da heyvan kimi yaşamış olur. Əgər o, vaxtını qəflətdə, şəhvətdə, kefdə keçirdisə belə bir kimsənin ölməsi yaşamasından xeyirlidir. Əgər insana namazından dərk edərək qıldığı hissəsi çatırsa, həmçinin də ömründən də ona çatan Allahla olan hissəsidir. Bundan qeyrisi ya şeytandandır, ya da xüylalar və xəyallardır. Bundan qeyri fikirlər sərxoşların, xülyalar və vəsvəsələr içində olanların fikirləridir. Hər bir insanın ağlına belə bir fikirlər gəlir. Onlar zərər vermir o, vaxta qədər ki, onlar haqqında danışmadıqca və onları çağırmadıqca. Ağla gələn fikir yoldan keçən birisi kimidir. Əgər yoldan keçəni danışdırmasan və ya çağırmasan o, kimsə keçib gedəcəkdir. Əgər onu çağırsan səni söhbəti ilə sehirləyər. Bu boş və adi nəfs üçün çox xəfif, şərəfli və uca nəfs üçün isə çox ağır bir şeydir. Artıq Allah insanda iki NƏFSİ ƏMMARƏilə NƏFSİ MUTMAİNİ yerləşdirmişdir. Bunlar da bir-birilərinə qarşı düşməndirlər. Birinə ağır gələn digərinə yüngül, birinə ləzzət verən şey digərinə əziyyət verir. Əmmarə nəfs üçün Allaha ibadət etməkdən ağır gələn bir şey yoxdur. Mutmain nəfs üçün isə ağır gələn Allahdan qeyrisinə əməl etmək və nəfsi istəklərə icabət etməkdir. Arxayın nəfs üçün bundan zərərli bir şey yoxdur. Həmçinin də mələk Mutmain nəfs ilə birlikdə qəlbin sağ tərəfində, şeytan isə Əmmarə nəfslə qəlbin sol tərəfində oturmuşlar. Onlar arasında ölüm gələnə qədər döyüş davam edir. Batil şeytan və nəfsi əmmarə tərəfdə yer alarkən, haqq da qəlbin və nəfsi mutmain tərəfdə yer alar. Döyüş fərqlidir. Zamana və vaxta görə dəyişər. Qələbə səbrlə bərabərdir. Hər kim səbr edər, keşik çəkər, ayıq olar və Allaha sığınarsa dünya və axirətdə xeyirli sonluq onun olar. Allah dəyişməyən bir hökm olaraq bunu buyurmuşdur: «Xeyirli sonluq Müttəqilərindir». Amin!