ƏL VƏ AYAQ – Diqqət edin ki, əli ilə sizə zərər verən şey etməsin və ayağı ilə də sizə zərər gələn yerlərə getməsin.
NƏFSİ ƏMMARƏ – Şeytan öz əsgərlərinə deyir: «Bilin ki, bu işdə sizə ən yaxşı yardımçı olan nəfsi əmmarə ilə sülh bağlamaqdır. Elə isə ona yardım edin və ondan yardım alın. Ona dəstək olun və ondan dəstək alın. Mutmain nəfslə vuruşmaqda onunla bərabər olun. Mutmain nəfsi sındırmaq və gücünü yox etmək üçün tələsin. Onu məhv etməyin tək yolu qidalandığı qaynaqları kəsməkdir. Onun qaynaqlarını kəsdikdə nəfsi əmmarənin qaynaqları güclənir. Onun köməkçiləri də sizə itaət edərlər. Bundan sonra qəlbi öz qalasından endirirlər və məmləkətindən uzaqlaşdırırlar. Yerinə isə nəfsi əmmarəni keçirirlər. Belə olduqda o, nəfs sizə sevdiyiniz şeyləri əmr edəcəkdir. Heç vaxt sizin sevmədiyiniz şeyləri etməyəcəkdir. Üstəlik nəfsi əmmarə sizin tövsiyə etdiyiniz heç bir xüsusda sizə qarşı çıxmayacaqdır. Əksinə siz ona nəyi əmr etsəniz həmən onu yerinə yetirər. Əgər görsəniz ki, qəlb məmləkətinə qayıtmaq üçün səy göstərir həmən onunla nəfsi əmmarə arasında birləşmə yaradın və ona xatırladın ki: «Bu müharibə bir günlük deyildir. Bu ölənə qədər davam edəcək bir döyüşdür. Bu uzun müharibədə isə gücün tamamən zəifləyəcəkdir».
Ey övladlarım siz bu iki böyük qoşundan (silahdan) istifadə etsəniz heç vaxt məğlubiyyətə uğramazsınız. BİRİNCİ - Qəflət qoşunu. Siz bacardığınız qədər Adəm övladlarının qəlbini Allahı və axirət yurdunu xatırlamaqdan qafil edin. Öz məqsədinizə çatmaqda bundan böyük bir şey yoxdur. Əgər qəlb Allahdan qafil qalarsa onda siz onu ələ keçirib azdıra bilərsiniz. İKİNCİ - Şəhvət qoşunu. Şəhvəti onların qəlblərində şirin, gözlərində isə gözəl göstəin.
Bu iki qoşunla (silahla) onlara hücum edin. Onlara qalib gəlmək üçün bunlardan böyük bir qoşununuz yoxdur. Siz insanın qafil olması üçün şəhvətdən, şəhvətə düşməsi üçün isə qəflətdən istifadə edin. İki qafili bir yerə toplayın. Əgər görsəniz ki, bir qrup müsəlman bir yerə yığılaraq Allahı zikr edir və Allahın dinini müzakirə edirlər onları ayıra bilməsəniz onlara qarşı onların növündən olan (boş-boğaz) insanlardan istifadə edin. İnsanlardan olan şeytanlarla onlara yaxınlaşın ki, onların başlarını qataraq bu işdən onları çəkindirsinlər. Hər bir insana öz iradə və şəhvətindən yaxınlaşın. O, kimsəyə bunları əldə etməsi üçün yardımçı olun. Əgər Allah sizə qarşı səbr etməyi onlara əmr edibsə sizdə səbr edin bu postları ələ keçirməkdə. Adəm övladı şəhvətli və qəzəbli olduğu zaman siz bu fürsəti əldən verməyin. Siz Adəm övladını bu iki işlə ovlaya bilərsiniz. Hansı hisslər güclüdürsə ondan da tutun. Lakin digərini də əldən verməyin. O, kəs ki, qəzəbləndiyi zaman özünü ələ ala bilmir şəkk yoxdur ki, şəhvətləndiyi zaman da o, qəzəbi əldə edəcəkdir. Sizlər də onun şəhvəti ilə qəzəbini qarışdırın. İnsanı qəzəb tərəfdən şəhvətə, şəhvət tərəfdən də qəzəbə çağırın. Bilin ki, sizin Adəm oğullarına qarşı bu iki silahdan daha güclü heç bir silahınız yoxdur. Mən də onların atalarını Cənnətdən şəhvətə (istək və iradəyə) görə çıxartdım və onların övladları arasında düşmənçiliyi qəzəblə saldım. Bununla onlar arasında qohumluğu qırdım və onların qanlarını tökdüm. Qəzəb sayəsində Adəmin iki oğlundan biri digər qardaşını öldürmüşdür.
Bilin ki, qəzəb Adəm övladının qəlbində bir gözdür, şəhvət isə alovlanan oddur. Odda yalnız su ilə, namazla, zikrlə və təkbirlə sönər. Adəm övladlarını qəzəbləndiridyiniz zaman onları dəstəmaza, namaza yaxınlaşmağa qoymayın. Çünki dəstəmaz və namaz onun şəhvət və qəzəb atəşini söndürür. Artıq onların Peyğəmbəri onlara bildirmişdir ki: «Qəzəb Adəm övladlarının qəlbində bir közdür. Siz onun közünün qızartısını və damarlarının şişdiyini görmədinizmi? Kim bunu hiss edərsə dəstəmaz alsın»215. Yenə onlara buyurmuşdu: «Atəş ancaq suyla söndürülür». Allah da onlara sizə qarşı səbr və namazla yardım almalarını tövsiyə etmişdir. Elə isə bunlarla onların arasına girib onlara mane olun. Onlara bunları unutdurun. Onlara qarşı qəzəb və şəhvətdən yardım alın.
Sizin onlara qalib gəlmək üçün silahlarınız qafillik və nəfsə tabe olmaqdır. İnsanların da sizə qrşı güclü silahları Allahı zikr və nəfslərinə müxalif olmalarıdır. Elə isə nəfsi-istədiyinə müxalif olan birisini görsəniz onun kölgəsindən də belə qaçın.
Şeytanın öz əsgərlərinə verdiyi nəsihətdə məqsəd: Günahlar və asiliklər qulun düşmənlərinin əllərinə verdiyi bir silah, düşməninə etdiyi kömək və öz nəfsinə qarşı onlara etdiyi dəstəkdən ibarətdir. Düşməndə bu silahla ona qarşı vuruşur. Silahı düşməninə verir ki, özünə qarşı vuruşsunlar. Cahil kimsə özünə qarşı onlarla birlikdə olur. Bu da cəhalətin ən uca nöqtəsidir. Şair deyir ki: «Cahil bir kimsənin özünə etdiyini heç düşməni də etmir».
Qəribə orasıdır ki, insan bütün taqətini sərf edərək özünü aşağı salmağa çalışır. Elə zənn edir ki, nəfsini ucaldır, yüksəldir və böyük nemətlər əldə edir. Əksinə bütün bunlardan məhrum olur. Sələflər deyirlər ki: «Diqqət edin! Bir çox insanlar vardır ki, nəfsini ucaltdığını zənn etdiyi halda onu alçaltmışdır, zəlil etdiyi halda hörmətli etdiyini zənn etmişdir, nəfsini kiçiltdiyi halda böyük etdiyini zənn etmişdir, nəfsinin haqlarını zay etdiyi halda haqlarını yerinə yetirdiyini zənn etmişdir. İnsanın cahil olmasına düşməni ilə birgə özünə qarşı vuruşması, öz nəfsinə öz əməlləri ilə düşməninin etmədiklərini etməsi kifayət edər». Kömək istənilən Allahdır.
50. Günahlar insanın nəfsini, özünü unutmasına səbəbdir. Əgər o, insan özünü unudarsa özünü itirər, ifsad edər və həlaka aparar. İnsan özünü necə unudur? Unudursa ona hansı şey özünü xatırladır? Özünü unutması nə deməkdir? deyə soruşulacaq olursa bu suala belə cavab verilir: Bəli, qul özünü bütünlüklə unudur. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin. Onlar fasiqlərdir». (əl-Həşr 19). Nə vaxt ki, onlar Allahı unutdular Allah da onları unutdu və onları özlərinə unutdurdu. «Onlar Allahı unutdular, Allah da onları unutdu». (ət-Tövbə 67). Beləcə Allah onu unudanları iki şəkildə cəzalandırmışdır: BİRİNCİ - Allah onu unutmuşdur. İKİNCİ - Allah da onu özünə unutdurmuşdu.
Allah insanı unutması onu yalnız buraxması, onu tərk etməsi, hətta insan bununla özünü zay etməsidir. Bu an həlak ona daha yaxın olur əlin ağıza yaxın olması kimi. Allahın insana özünü unutdurması isə ona səadət, xoşbəxtçilik, sevinc və fərəh onu kamilləşdirən yol və səbəbləri ona unutdurmasıdır. Onun ağlına belə xeyirləri gəlmir və öz xeyirlərini də xatırlamır. Ağlına belə gəlmir ki, onları edib faydalansın.
Həmçinin Allah insana öz nəfsinin ayıblarını, naqisliklərini, qüsur-larını ona unutdurur. İnsanın ağlına da belə gəlmir ki, bu ayıblarını düzəldərək özünü islah etsin. Həmçinin də Allah ona nəfsinin və qəlbinin xəstəliklərini, ağrılıqlarını unutdurur və onu həlaka və fəsada aparan bu xəstəlikləri müalicə etmək, xəstəlik səbəblərini qaldırmaq nə qəlbinə, nə də ağlına gələr. Elə isə belə birisinin xəstəliyi çox ağırdır, təhlükəlidir və onu ölümə aparandır. O, isə xəstəliyinin fərqinə də varmaz və onu müalicə etmək ağlına da gəlməz. O, artıq güclü bir xəstəliyə tutulmuş xəstədir. Bu da ən böyük xüsusi və ümumi cəzalardandır.
Öz nəfsini buraxan, onu zay edən, nəfsinin məsləhətlərini, nəfsinin xəstəliyini və xəstəliyinin əlacını unudan, xoşbəxtçilik, sevinc, fərəh və daimi nemətlər içərisində əbədi yaşayış yolunu və səbəblərini unudan bir kimsənin bu cəzadan daha böyük hansı bir cəza vardır?
İnsan bunlar haqqında düşünsə görər ki, həqiqətəndə insanların çoxu öz xeyirlərini, Allahdan olan paylarını unudaraq itiriblər. Bu paylarını ucuz bir qiymətə satmışlar ki, bu da onlara yalnız ölüm vaxtı bir də Təğabun – Qiyamətdə qarşılıqlı aldanma günü ortaya çıxacaqdır. Bu kimsə dünyada da, axirətdə də etdiyi ticarətdə böyük xüsrana düşdüyünü görəcəkdir. Həqiqətdə isə hər bir insan dünyada axirəti üçün ticarət edər. Bu ticarətdə axirətlərini sataraq bu dünyanı götürənlər elə zənn edirlər ki, udanlar onlardır. Onların bütün səyləri (dünya ləzzətlərini) əldə etmək olmuşdur. Onlardan biri deyir ki: «Sən gördüyünü götür, eşitdiklərini isə tərk et». Onlar qeyd edirlər ki, axirət nisyə söhbətdir, nəğd olanı götürmək lazımdır. Necə bu dünyada gördüyüm, hgazır olanı buraxaraq digər dünyada olanla dəyişim. Buna iman zəifliyi, şəhvətin dəvət edən gücü, dünya sevgisi və həmcinslərinə bənzəmə istəyidir. «Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar». (əl-Bəqərə 86). «Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyr gətirmədi və haqq yolu da tapmadılar». (əl-Bəqərə 16).
Təğabun günü gəldikdə isə onların bu ticarətdə zərər çəkib aldandıqlarını görəcəklər. Peşmançılıqlarından qəlbləri parçalanacaqdır.
Bu ticarətdə udanlara gəldikdə isə onlar bu fani dünyanı verərək əbədi olanı, ucuz olanı verərək Qiymətli olanı, kiçik olanı çox böyük qarşılığında almışlar. Onlar deyirlər ki: «Bu dünyanın əvvəldən axıradək qiyməti nədir ki, Allahdan və axirət diyarındakı payımızı bunun qarşılığında satın alaq? Qul bir anlıq yuxudan ibarət olan və əbədi axitrətlə qarşılaşdırılması mümkün olmayan bu qısa müddətdə bu dünyadan nələr əldə edə bilər?». «Allah müşrikləri gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı Qiyamət günü onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər». (Yunus 45). «(Ya Peyğəmbər! Müşriklər) Səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur. Sən ancaq ondan qorxanı qorxudan bir Peyğəmbərsən!». (ən-Nəziət 42-45). «Onlar vəd olunduqları əzabı görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar». (əl-Əhqaf 35). «(Allah Qiyamət günü kafirlərə) belə buyuracaqdır: Yer üzündə neçə il qaldınız? Onlar: Bir gün, yaxud bir gündən də az – deyə cavab verəcəklər. Allah buyuracaq: Əgər (həqiqəti) bilirsinizsə siz (orada) çox az qaldınız! Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz». (əl-Muminun 112-115). «Surun çalınacağı və günahkarları (qorxudan) gözləri göm-göy göyərmiş halda məhşərə gətirəcəyimiz gün onlar öz aralarında pıçıldaşıb bir-birinə: Dünyada cəmi on gün qaldınız! deyəcəklər». (Ta ha 102-103). Qiyamət günü gəldikdə dünyanın həqiqəti bilinəcəkdir. Dünyada qısa bir müddət qaldıqlarını, onlar üçün bu diyardan başqa bir həyat diyarı, əbədilik diyarının olduğunu bildikdə əbədi olanı fani olana satmağın nə qədər böyük bir yanılma olduğunu görəcəklər.
Bu dünyada hər kəs satan və alandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Bütün insanlar səhər öz günlərini başlayırlar. Kimisi öz nəfsini satın alıb azad edər, kimisi də onu məhvə aparar»216. «Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!». (ət-Tövbə 111). «(Onlar Allaha) tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. Belə möminləri (Cənnətlə) müjdələ». (ət-Tövbə 112). «Ey iman gətirənlər! Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Allah və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşarsınız. Bilsəniz bu sizə nə qədər xeyirlidir». (əs-Səff 10-11).
Məqsəd budur: Günahlar qula bu ticarətdə ki, nəsibini unutdurur və onu zərər verən ticarətlə məşğul edər. Buda cəza olaraq kifayətdir. Kömək istənilən Allahdır.
51. Günahlar əldə olan nemətləri yox edər və gələn nemətlərin qarşısını kəsər. Çünkü Allahın nemətlərini var olanları Ona itaət kimi bir şey qorumamışdır. İnsana çatmayan nemətlərdə vardır ki, itaət kimi bir şey onları cəlb etməmişdir. Allah qatında olanlar yalnız itaətlə əldə olunur. Allah hər bir şey üçün bir səbəb və maneə etmişdir. Bir şeyi gətirən səbəb və maneə də var etmişdir. Allah nemətləri cəlb edən səbəbi itaətdə, nemətlrin gəlməsinə mane olan səbəbləri isə ona qarşı çıxmaqda etmişdir. Əgər Allah bir bəndəsinə verdiyi neməti qorumaq istəyərsə o, nemətləri Özünə itaət edərək nemətləri qorumağı ona ilham edər. Əgər Allah nemətlərin yox olmasını istəyərsə onu yalqız buraxar və sonda qul o, nemətlərlə özünə üsyan edər.
Təəccüblüdür ki, bəndə bu kimi halları özündə, başqalarında da müşahidə etmiş və əvvəlki ümmətlərin xəbərlərindən də eşitmişdir ki, günahlar nemətləri itirir. Lakin buna baxmayaraq o, kimsə günahlar üzərində davam edir. Sanki o, bu cümlədən istisnadır. Elə bil ki, bu digərlərinə aiddir, ona aid deyildir. Bu əzab xalqın başına gələcəkdir onun başına gəlməyəcəkdir. Bundan da böyük başqa bir cəhalət ola bilərmi? Nəfsə bundan daha böyük bir zülm varmıdır? Elə isə hökm Uca və Böyük olan Allahındır.
52. Günahlar insandan mələklərin uzaqlaşmasına səbəbdir. Günahlar insandan dostunun, yaradılmışlar içərisində ən mənfəətlisini, qula ən çox nəsihət edəni, ona ən faydalı olanı uzaqlaşdırır. Qulu düşməninə, onu ən çox aldadana, ən böyük zərər verənə şeytana yaxınlaşdırır. Bəndə günah etdikdə mələk ondan onun günahının böyüklüyünə görə ondan uzaqlaşır. Hətta tək bir yalana görə ondan çox uzaqlaşır. Əsərlərin birində deyilir ki: «Əgər bir bəndə yalan danışarsa mələk ondan çıxan pis qoxuya görə bir neçə km uzaqlaşar»217. Əgər bir yalana görə mələk ondan bu qədər uzaqlaşırsa onda bundan da böyük günahlara və daha fahiş işlərə görə nə qədər uzaqlaşar? Sələflər deyirlər ki: «Əgər erkək erkəyin üzərinə çıxarsa (Lut qövmünün əməli qəsd olunur) yer haray qopardaraq Allaha şikayət edər. Mələklər isə Rəbblərinə tərəf qaçarlar gördüklərinin böyüklüyün-dən şikayət edərlər». Sələflər deyirlər ki: «İnsan sabahladıqda ona tərəf şeytan və mələk tələsərək gələr. Əgər bəndə Allahı zikr edər, Təsbih, Təhlil edərsə mələk şeytanı qovar və bəndəni özünə dost tutar. Əgər insan başqa şeylərlə sabahlayarsa mələk ondan uzaqlaşar və şeytan onu özünə dost tutar».
Mələklər insana o, qədər yaxınlaşar ki, artıq hökm onun əlinə keçər. O, insana həyatında da, ölümündə də, dirilişində də dost tutar. «Şübhəsiz ki, Rəbbimiz Allahdır – deyən, sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (əl-Fussilət 30-31). İnsanın ən çox ehtiyacı olduğu vaxt ölüm ayağında, qəbrdə mələk onu sabit edər. Həmçinin bu dünyada da onu sabit edər. Bu da ən mənfəətli yoldaşdır. «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edərdi: Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin». (əl-Ənfal 12).
Ölüm anında mələk ona: Qorxma, üzülmə, səni sevindirəcək şeylə sən sevin. Dünya həyatında ehtiyac duyduğu söz olan Tövhid kəliməsi ilə onu dəstəkləyər, ölüm anında və qəbir sorğu-sualında onu dəstəkləyər. Qul üçün mələyin onunla yoldaşlıq etməsindən daha faydalı heç bir şey yoxdur. Mələk oyaq ikən, yatarkən, həyatında, ölüm anında, qəbirdə hər yerdə onun dostu və həmdəmidir. Xəlvətdə ona yoldaş, sirrində onunla söhbət edən və düşmənə qarşı vuruşan, onu qoruyanıdır. Qula xeyiri vəd edər, xeyirlə müjdələyər və haqqı təsdiq etməyə onu təşviq edər.
Dostları ilə paylaş: |