QULAQ POSTU – Kafirlərin başçısı deyir: «Qulaq postunda da sizlər möhkəm durun və çalışın ki, ondan sizin işinizi korlayan bir şey daxil olmasın. Çalışın ki, qulaqdan yalnız batil şeylər daxil olsun. Sizlər şirin və ağılları sehirləyən sözlər seçin və bu sözləri nəfslərin havası ilə qatışdırın. Siz ilk əvvəl bir kəlimə ortaya atın. Əgər görsəniz ki, o bu kəliməni dinləyir və bu kəlimə ilə xoşlanır çalışın ki, bu kəlimələri onun zikri edəsiniz. Özünüzü də qoruyun. Çalışın bu qulaqdan Allah kəlamı, Peyğəmbər sözü və nəsihətçilərin sözlərindən hər hansı bir şey keçməsin. Əgər siz məğlub olsanız çalışın ki, daxil olan (ayə, hədis, nəsihətlər və s.) sözləri başa düşməsinə, düşünməsinə və o sözlərdən öyüd almasına əngəl olun. Bunun üçün ya ona zid olan sözlər söyləyin, ya onları gözündə böyüdün, ya da insanların başa düşməyəcəyi, qavramayacaqları və bunun ağır bir yük olub tək başına daşımayacağı sözlər olduğunu söyləyin. Və ya bu kimi sözlər ucuz, nəfslərə bəsit sözlər olaraq göstərin. O, işi onun gözündə böyüdərək: «Bu iş sənlik deyil». O, da görəcək ki, bu ağır bir yükdür və bununla məşğul olmayacaqdır. Ya da bu daxil olan şeyləri ona ucuz göstərərək başa salmaq ki, sənin məşğul olacağın şey daha izzətli və daha mühüm bir şey olmalıdır. Beləcə batili onların qəbul edə biləcəkləri və onlara yüngül gələcək hər bir şəkildə, haqqı isə xoşlamayacaqları və onlara ağır gələ biləcək bir şəkildə onlara göstərin.
Şeytan qulaq postundan insana mənfəət verməyən zərərli şeyləri daxil edir, xeyirli şeylərin isə daxil olmasına mane olur. Əgər istəmədiyi halda faydalı şeylər girsə bu səfər də onu pozaraq zərərli hala gətirməyə çalışar.
Dostları ilə paylaş: |